Hemostaz sistemi v onun patologiyas Hemostaz Zdlnmi damarlarda








































- Slides: 40
Hemostaz sistemi və onun patologiyası
Hemostaz �Zədələnmiş damarlarda qanı tutmaq, qanaxmanı dayandırmaq mexanizmi �Travma nəticəsində zədələnən damarlarda qanaxmanı dayandırmaq üçün orqanizmin bir növ reaksiyasıdır
Hemostazda rol oynayan faktorlar �Vazokonstruksiya �Trombosit tıxac yaranması – hüceyrəvi ( ilkin hemostaz) �İkinci hemostaz – plazma forması �Fibrinolizis
Hemostaz sisteminin komponentləri �Trombositlər �v. WF �Toxuma faktoru �Laxtalanma faktorları �Fibrinolitik sistem �Antikoaqulyant zülallar �Endotel hüceyrələri
Trombositlər meqakariositlərin sitoplazmalarından təşkil olunmuş kiçik parçalardır. Diametri 2 -4 mm olan nüvəsiz hüceyrələrdir. İki baxımdan trombositlərin plazma membranı vacibdir. Birincisi, laxtalanma amilləri ilə, aqreqasiyaedən faktorlarla, inhibitorlarla, digər trombosit və damar divarı ilə birləşir. İkincisi vacib əhəmiyyəti, membranda fosfolipidlərin olmasıdır. Bu fosfolipidlər prostoqlandin sintezində, hüceyrə daxilində kalsiumun hərəkətində və prokoaqulyant aktivliyin trombositin xarici hissəsində yaranması və yerləşməsi baxımında iştirak edir.
Trombositlərin sitoplazma qranulları Trombositlərin sitoplazmalarında alfa qranullar və desk qranullar mövcuddur. Alfa qranulların tərkibində β tromboqlobulin, trombospondin, v. WF, fibrinogen, fibronektin, plazminogen aktivator inhibitoru – 1, α 2 - antiplazmin vardır. Dens qranulları isə mikroskopda sıx görünən qranullardır. Burada ADF, ATF, 5 – hidroksitriptamin, pirofosfat və kalsium ionları vardır. Desk qranullardakı ATF və ADF “storage pool” olaraq adlandırılır.
Trombositlərin hemostazdakı yeri �Trombositlərin adheziyası ( yapışması ) �Trombositlərin forma və ölçülərinin dəyişməsi �Trombosit sintezi reaksiyalarında pozğunluqlar �Trombositlərin aqreqasiyası �Trombositlərin proqoakulyant fəaliyyəti
Birincili hemostazda 3 vacib mərhələlər : tromositlərin yapışması, qranulların relizi, trombositlərin çoxalması. Damar zədələnməsi zamanı trombositlərin endotelin altında yerləşən kollagen liflərinə kollagen reseptorları ilə yapışır. Bu reseptorlar Gp Ia/IIa və Gp VI – lar və integrinlərə daxildirlər. Kollagenə birləşən Gp VI , Fc reseptorları vasitəsilə trombositləri aktivləşdirən siqnal göndərir. Trombositlərin kollagen lifləri ilə olan bu birləşməsi v. WF tərəfindən gücləndirilir. v. WF bu funksiyasını Gp Ia/IIa ilə kollagen lifləri arasında körpü yaradaraq icra edir.
Bundan sonra bir neçə saniyə ərzində damar divarı elementlərinə yapışan trombositlər öz forma və ölçülərin dəyişirlər: hüceyrə kürə formasına gələrkən uzun və incə psevdopodlar yaradır. Forma və ölçülərin dəyişməsi trombositlərin içərisindəki elementlərin yenidən təşkil edilən mərhələsidir. Bu mərhələdə mikrofibrillərin yığılması ilə trombositlərin azad olunması asanlaşır. Bu mikrofibrillərin daha sonra yenidən yığılması laxtalanmaa reaksiyasını təmin edir. Laxtalanma reaksiyası ilə trombositlərin tıxacı sağlam hala gəlir.
Yapışmış və aktivləşmiş tromb içərisindən bir sıra maddələr xaric olur. Bunlar : ADF, faktor Va, trombospondin, v. WF, fibronektin, fibrinogen, heparinaza və tromboksan A 2 dir. Bu reaksiya ( reliz) fosfatidil inozitol dövranı və prostoqlandin sintezi ilə birlikdə baş verir. Digər hüceyrələrdə olduğu kimi, trombositlərin aktivasiyası və sekresiyası tsiklik nukleotid quruluşundakı dəyişikliklərlə, kalsiumun hüceyrə içərisinə girməsiylə, membran fosfolipidlərinin hidrolizi və hüceyrə içərisində bəzi proteinlərin fosforlaşması ilə baş verir. Trombositlərə birləşmiş iki enzim olan fosfolipaza C və fosfolipaza A 2, adrenalin, trombinlə aktivləşir. Bu enzimlər araxidon turşusundan iki mühüm fosfolipidlərin ifrazını təmin edirlər : fosfatidilinozitol və fosfatidilxolin.
Fosfolipaza C-nin fosfatidilinozitola təsiri nəticəsində inozitol trifosfat kalsium depolama orqanelləri üzərindəki reseptorlarla əlaqələnir, kalsiumu hərəkətə keçirir və sitoplazmada sıxlıq meydana çıxır. Trombositlərin aktivasiyasında kalsiumun rolu əhəmiyyətlidir. Prostoqlandin metabolizmi ilə əlaqədar olaraq, araxidon turşusundan tsiklooksigenaza fermentinin təsiri nəticəsində tromboksan A 2 sintez olunur. Bu maddənin plazmada ömrü 2 dəqiqədir və Tromboksan B 2 yə ( qeyri-aktiv forma) çevrilir. Tromboksan A 2 güclü vazokonstruktordur və Ca 2+ ionlarını aktivləşdirir.
Aktivləşdikdən sonra trombositlərin qranullarında olan maddələr plazmaya keçir. Sıralanması belədir: �Lizosomlardan endoqlikozidazalar və heparin parçalayan enzim �Kalsium, serotonin, ADF �α qranullardan v. WF, fibronektin, trombospondin, trombosit mənşəli böyümə faktoru, heparini neytrallaşdıran protein
Trombositlərin α qranullarından ifraz olunan “trombosit mənşəli böyümə faktoru fibroblastların və düz əzələ hüceyrələrinin damar divarı daxilində hərəkət etməsini və çoxalmasını təmin edir. Son olaraq tarazlıqda olan bir sistem trombositlərin aktivləşməyinin sürətini kontrol edir. Trbx. A 2 aktivləşməsini və sekresiyasını təmin edir. Buna qarşılıq olaraq endotel hüceyrəsinin elementi sayılan prostatsiklin trombosit aktivləşməsini inhibə edir. Endotel hüceyrələrinin üzərində Adenozin difosfatı hidroliz edərək təsirini məhdudlaşdıran ekto ADFaza enzimi vardır.
ADF və TBA 2 damar zədələnən nahiyələrdə trombositlərin aqreqasiyasını başladan maddələrdir. Bu zaman Gp. IIb-IIIa kompleksi aktivləşdirilir, bu da fibrinogenin bağlanmasına və trombosit aqreqasiyasına yol açır. Bu zaman fibrin lifləri qonşu trombositlər arasında körpü əmələ gətirir. Kapilyarlarda lokal vazokonstruksiya ilə birlikdə trombositlərin aqreqasiyası hemostazın saxlanması üçün kifayət edir. Lakin daha iri damarlarda mexaniki qüvvələrin təsiri ilə trombosit tıxacının yer dəyişdirməməsi üçün fibrin lifləri ilə damara möhkəmləndirilməlidir. Buna görədə trombositlərin səthində güclü prokoaqulyant təsir formalaşır ki, bu da tıxacın bərkiməsinə səbəb olur.
Bəzi trombosit membranı qlikoproteinləri (Gp) Gp Liqandı Funksiyası Gp Ia/IIa Kollagen Trombosit – kollagen yapışması Gp Ib/IX Von Villebrand faktoru Trombosit – subendotelial mikrofibril yapışması, trombini də birləşdirir Gp Ic/IIa Fibronektin Trombositin yayılması Fibroblastın damar divarına bağlanması Gp IIb/IIIa Fibrinogen, Villebrand faktoru Trombosit-trombosit aqreqasiyası Gp IV Trombospondin Trombosit aqreqasiyası, kollagen liflərini də birləşdirir. 7 – Transmembran Trombin, adrenalin Trombosit aqreqasiyası
Vazokonstruksiya �Kiçik damarların divarı iki mərhələdə daralır. Neyrogen spazm 10 -30 saniyə, miogen spazm 1 saat çəkir. Bu mərhələdə kapilyar və orta kalibrli damarlarda qanaxma dayandırıla bilər. Damarların divarının daralmasında tromboksan və serotonin təsiri vardır. İri damarların daralması üçün noradrenalin lazımdır.
Trombosit tıxac əmələ gəlməsi
İlkin hemostaz
İkincili hemostaz Proenzimlərin aktiv proteazalara çevrildiyi enzimatik aktivləşmə mərhələlərinin sonunda protrombinin proteolitik enzim olan trombinə çevrilmə mərhələsidir
İntrensik yol XII faktor damar divarında aktivləşir və sıra ilə faktor XI, faktor IX və faktor X – u aktivləşdirir. Ekstrensik yoldan fərqli olaraq burada kalsiuma ehtiyac yoxdur.
İntrinsik yol
Ekstrensik yol Bütün toxumalarda olan və hüceyrə zədələnməsi olanda üzə çıxan toxuma tromboplastini ( faktor III), faktor VII ilə birlikdə faktor X-u aktivləşdirir
Ekstrensik yol
Ortaq yol Faktor X, faktor V ilə protrombini (faktor II) trombinə çevirir. Bu da fibrinogeni (faktor I) fibrinə çevirir. Aktiv faktorlar qaraciyərdə parçalanır.
Ortaq yol
�Tromboplastin və kalsiumdan başqa bütün koaqulyasiya faktorları və faktor VIII – in böyük qismi qaraciyərdə sintez olunur. �Faktor II, VII, IX və X – un sintezi üçün K vitamini lazımdır
Fibrinolizis �Fibrin laxtası əmələ gələrkən plazminogen fibrinlə birləşir �Plazminogen aktivləşir : urokinaza və streptokinaza, faktor XII, antitrombin �Antiplazmin isə plazminogeni deaktivləşdirir. �Plazmin 48 -72 saat sonra aktivləşir �Fibrinolizlə bağlı hemostaz pozğunluğunda laxtanın əriməsi 2 saatdan tez olur.
Fibrinolizis
Fibrin lifləri
Trombozun əmələ gəlməsində endotelin rolu
Trombofiliya Damar laxtalanmasının çox olması. Xəstəlik genetikdir lakin sonradan qazanılmış da ola bilər. Adətən koaqulyasiya və antikoaqulyasiya sistemləri arasında tarazlıq kəskin şəkildə pozulduqda bu xəstəlik baş verir. Əsas xüsusiyyəti isə Protein C, protein S və antitrombin III – ün çatışmazlığıdır.
Trombofiliya
səbəbləri � Yaş faktoru: 65 yaş. � Durğunluq � Cərrahi əməliyyatdan sonrakı dövr � Oral kontraseptivlər � Hamiləlik � Travmalar � Varikoz genəlmələr � Paroksizmal gecə hemoqlobinuriyası � Xoralı kolit � Heparinlə əlaqəli trombosit trombopeniyası � Antifosfolipid-antitellər � Lupus antikoaqulyant � Sistemik lupus eritematozu, böyrək çatışmazlığı � Diabetes mellitus � Kuşinq sindromu � Qaraciyər çatışmazlığı � Nefrotik sindrom
Trombofiliyanın digər səbəbləri �Protein C çatışmazlığı �Protein S çatışmazlığı �Antitrombin III çatışmazlığı �Anormal faktor ( faktör V leiden) �Anormal protrombin �Faktor VIII çoxluğu
Antifosfolipid antitel sindromu Qazanılmış trombofiliyanın əsas səbəbidir. Orqanizmdə olan mənfi yüklü fosfolipidlərə qarşı antitellər əmələ gəlir ki, buna da antifosfolipid antitel sindromu deyilir. Klinikada: arterial və ya venoz tromboz, təkrarlanan abortlar, trombositopeniyalar.
Müalicə İlk növbədə heparinlə müalicə etmək lazımdır. Bu müalicə kursu 5 -7 gün davam edir. Fragmin, Clexane, Fraxiparin kiçik molekullu heparin preparatlarıdır. Əksər hallarda tək dozadan istifadə edirlər və bu preparatların əlavə effektləri çox az olduğu üçün xüsusi test eləməyə ehtiyac yoxdur. Heparin müalicəsi bittikdən sonra Coumadine preparatından istifadə edilir. Bu preparatdan istifadə müddəti 3 -6 aydır. Bəzi patologiyalar zamanı bu preparatdan ömürlük istifadə eləmək lazım olur. Məs: ağciyər, beyin damarlarında obstruksiya.








































