Tamamlq Tamamlq cmlnin ikinci drcli zvdr Cmld ya

  • Slides: 14
Download presentation
Tamamlıq

Tamamlıq

Tamamlıq cümlənin ikinci dərəcəli üzvüdür. Cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallarından başqa,

Tamamlıq cümlənin ikinci dərəcəli üzvüdür. Cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallarından başqa, digər halların suallarına: Adlıq h. --Yiyəlik h. - - Yönlük h. kimə? nəyə? Təsirlik h. kimi? nəyi? nə? haranı? Yerlik h. kimdə? nədə? Çıxışlıq h. kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə barədə? suallarından birinə cavab verir:

Tamamlığın ifadə vasitələri: 1. 2. 3. 4. 5. 6. İsim Əvəzlik Məsdər II və

Tamamlığın ifadə vasitələri: 1. 2. 3. 4. 5. 6. İsim Əvəzlik Məsdər II və III növ təyini söz birləşmələri Mürəkkəb adlar İsimləşmiş : Sifət � Say � Zərf � Feli sifət �

Tamamlığın quruluşu � Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə tamamlıqlardır. Məsələn: Aybənizi

Tamamlığın quruluşu � Nitq hissələri ilə ifadə olunan tamamlıqlar quruluşca sadə tamamlıqlardır. Məsələn: Aybənizi ticarət sahəsinə nəzarətçi təyin etdilər. Yaralını xəstəxanaya yerləşdir-dilər. Onuncuları mükafatlandırdılar. � Söz birləşmələri, mürəkkəb adlar, feli sifət və məsdər tərkibləri ilə ifadə olunan tamamlıqlar quruluşca mürəkkəbdir. Məsələn: Evin pəncərələrini (nəyi? ) silib həyətə çıxdı. Yoxsulların ehtiyacını (nəyi? ) ödəməliyik. Sağlamlığımızın keşiyində duranlara (kimə? ) da mükafatlar təqdim olundu. İnsanların maddi və mənəvi hər şeyi ehtiyacı olan baçşqaları ilə paylaşmasına (nəyə? ) yardımlaşma deyilir.

Tamamlığın növləri : 1. 2. Vasitəsiz tamamlıq Vasitəli tamamlıq

Tamamlığın növləri : 1. 2. Vasitəsiz tamamlıq Vasitəli tamamlıq

Tamamlıq I II Vasitəsiz tamamlıq Vasitəli tamamlıq Müəyyən Qeyri-müəyyən vasitəsiz tamamlıq Təsirlik h. kimi?

Tamamlıq I II Vasitəsiz tamamlıq Vasitəli tamamlıq Müəyyən Qeyri-müəyyən vasitəsiz tamamlıq Təsirlik h. kimi? nəyi? nə? haranı? Yönlük h. kimə? nəyə? Yerlik h. kimdə? nədə? Çıxışlıq h. kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə barədə?

I Vasitəsiz tamamlıq Müəyyən vasitəsiz tamamlıq Qeyri-müəyyən vasitəsiz tamamlıq Təsirlik h. kimi? nəyi? haranı?

I Vasitəsiz tamamlıq Müəyyən vasitəsiz tamamlıq Qeyri-müəyyən vasitəsiz tamamlıq Təsirlik h. kimi? nəyi? haranı? nə? Vasitəsiz tamamlıq ismin təsirlik halında olur, yalnız təsirli fellərlə bağlı olur. • Müəyyənlik bildirən vasitəsiz tamamlıq müəyyən təsirlik halda olan söz və birləşmələrlə ifadə olunur, kimi? nəyi? suallarına cavab verir. Məktubu(nəyi? )yazdım. • Qeyri-müəyyənlik bildirən vasitəsiz tamamlıq qeyri-müəyyən təsirlik halda olan söz və birləşmələrlə ifadə olunur, nə? sualına cavab verir. Məsələn: Məktub (nə? ) aldım.

� Substantivləşən işarə əvəzlikləri, yer zərfləri (ora, bura, içəri, irəli və s. ) də

� Substantivləşən işarə əvəzlikləri, yer zərfləri (ora, bura, içəri, irəli və s. ) də təsirlik halda olduqda cümlənin vasitəsiz tamamlığı olur. Məsələn: Yuxarıları diqqətlə yoxla. • Təsirlik halında olan söz zaman anlayışı birdirib nə vaxt? nə zaman? suallarına cavab verdikdə cümlənin zaman zərfliyi olur. Məsələn: Keçən yayı kənddə dincəlmişəm. Bu cümlədəki yayı sözü nə zaman? sualına cavab verdiyi üçün zərflik kimi qəbul etmək lazımdır. Bu cümlədəki yayı sözlü isə təsirsiz fellərlə əlaqələnmisdir. • Vasitəsiz tamamlıq həmişə təsirli fellərlə əlaqələnir.

� Qeyri-müəyyənlik bildirən (nə? ) vasitəsiz tamamlıq mübtədaya oxşayır. Məsələn: Aytən gül (nə? )

� Qeyri-müəyyənlik bildirən (nə? ) vasitəsiz tamamlıq mübtədaya oxşayır. Məsələn: Aytən gül (nə? ) dərir. Gül (nə? ) ətirlidir. Birinci cümlədəki gül sözü tamamlıq, ikinci cümlədəki gül sözü mübtədadır. 1. Tamamlığa müəyyənlik bildirən hal şəkilçisi artırmaq olur: Aytən gülü (nəyi? ) dərir. 2. Bu cür tamamlıq həmişə felin yanında işlənir, onun yerini dəyişdikdə və ya əvvəlinə o, bu işarə əvəzliklərini artırdıqda həmin tamamlıq təsirlik halın şəkilçisini qəbul edir: Aytən gül (nə? ) dərir. Aytən gülü (nəyi? ) dərir. Aytən bu gülü (nəyi? ) dərir.

II Vasitəli tamamlıq Yönlük h. kimə? nəyə? Yerlik h. kimdə? nədə? Çıxışlıq h. kimdən?

II Vasitəli tamamlıq Yönlük h. kimə? nəyə? Yerlik h. kimdə? nədə? Çıxışlıq h. kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə barədə? Tamamlığın hər iki növü daha çox feli xəbərlə bağlı olur. Lakin vasitəli tamamlıq bəzən ismi xəbərlə də bağlı ola bilir. Məsələn: O, yaşca məndən kiçikdir. Evin aynabəndi möhkəm tikilmiş bina kimidir. Tamamlıq xəbərlə, əsasən, idarə əlaqəsi ilə bağlı olur. Məsələn: 1. “Ən çox sevdiklərinizdən başqalarına da verin”. Çünki Allah xeyirxah insanları sevər. 2. Ata kiçik oğlu ilə xəstələri ziyarətə getdi. 3. İslam əxlaqı dostluq və yoldaşlıq haqqında belə buyurur: “Bütün möminlər qardaşdırlar, elə isə qardaşlarınızın arasını islah edin”.

TEST Vasitəsiz tamamlığın işləndiyi cümləni göstərin A. B. C. D. Nəsir xeyriyyəçilərlə şirin söhbətə

TEST Vasitəsiz tamamlığın işləndiyi cümləni göstərin A. B. C. D. Nəsir xeyriyyəçilərlə şirin söhbətə başladı. O, ziyarətə getməyi planlaşdırırdı. Onlar gecəni meşədə keçirməli oldular. Rüstəm bəy qisas arzusunda idi.

Vasitəli tamamlığın işləndiyi cümləni göstərin A. Mehdi sahilə çatıb dayandı. B. Onun ən böyük

Vasitəli tamamlığın işləndiyi cümləni göstərin A. Mehdi sahilə çatıb dayandı. B. Onun ən böyük arzusu Vətəni görməkdir. C. Döyüşçülərə orden və medallar təqdim olundu. D. Mixaylo onun qolunu ehtiyatla sarıdı.

Həmcins tamamlıqların işləndiyi cümləni göstərin. A. İnsana əzab verən, onda nifrət oyadan şeyləri qəbahət,

Həmcins tamamlıqların işləndiyi cümləni göstərin. A. İnsana əzab verən, onda nifrət oyadan şeyləri qəbahət, bədxahlıq, rəzalət adlandırırıq (Z. Göyüşov). B. Rüstəm kişi Salmana, Nəcəfə və Şirzada tərs-tərs baxdı (M. İbrahimov). C. Biz onlarla qonşu idik, hər gün görüşərdik. D. Şəhrəbanu, Şərəfnisə, Xanpəri, Pərzad, Ziba M. F. Axund- zadənin əsərlərinin qadın qəhrəmanlarıdırlar.

Ədəbiyyat: � � Ə. Abdullayev, Müasir Azərbaycan dili, IV cild, Sintaksis, Bakı, 2007. Müasir

Ədəbiyyat: � � Ə. Abdullayev, Müasir Azərbaycan dili, IV cild, Sintaksis, Bakı, 2007. Müasir Azərbaycan dili, III cild, Sintaksis, Bakı, “Elm”, 1981.