1 2 3 saak Nyuton saak Nyuton ing











- Slides: 11
1
2
3
İsaak Nyuton � İsaak Nyuton (ing. Sir Isaac Newton) — İngilis fiziki, riyaziyyatçısı, astronomu, fəlsəfəçisi və kimyaçı alimdir. Tarixdəki ən böyük riyaziyatçı və alimlərdən biridir. Elmi inqilabın başverməsində və heliosentrizmin inkişafinda böyük rolu olmuşdur. İlk dəfə olaraq elmə Yerin cazibə qüvvəsi anlayışını daxil etmişdir. İsaak Nyutonun məşhur əsərlərindən biri də Natural fəlsəfənin riyazi başlanğıcı əsəridir.
İsaak Nyuton
Nyuton qanunları � Nyuton qanunları — klassiki mexanikanın qanunları olub, verilən mexaniki sistemin hərəkət tənliyini yazmağa imkan verir. 1687 -ci ildə İsaak Nyutonun məşhur əsəri "Təbiət fəlsəfəsinin riyazi prinsipləri" çap olunur. Burada Nyuton mexanikanın üç qanununu təsvir edir. Bu qanunlar "Nyuton aksiomu" və ya "Nyuton qanunları" kimi məşhurdur. (ola biler)
Nyutonun birinci qanunu � Birinci qanun ətalət prinsipinə aiddir. Bu yalnız ətalətli sistemlərdə mövcuddur və ilk dəfə olaraq 1638 -ci ildə Qalileo Qalileytərəfindən tərtib edilmişdir: Əgər cismə heç bir qüvvə təsir etmirsə, ya sükut vəziyyətində qalır, ya da öz sürətini saxlayır.
Nyutonun ikinci qanunu – hərəkətin differensial qanunu maddi nöqtəyə qoyulan qüvvə və onun təcili arasındakı əlaqəni göstərir. � Bu qanuna əsasən ətalət hesablama sistemində maddi nöqtənin aldığı təcil əvəzləyici qüvvə ilə düz, onun kütləsi ilə isə tərs mütənasibdir. �
Nyutonun üçüncü qanunu � Üçüncü prinsip qarşılıqlı təsirə əsaslanır: İxtiyari iki cismin qarşılıqlı təsir qüvvələri modulca bərabər, istiqamətcə əksdir. FA B = FB A
Nyutonun üçüncü qanunu � Qüvvələr cüt-cüt yaranırlar. Lakin müxtəlif cisimlərə tətbiq olunduqlarından bir- birini tarazılaşdırmırlar. Əgər A cismi başqa bir B cisminə qüvvə ilə təsir edərsə, onda A cisminə də B cismi tərəfindən eyni qiymətdə, ancaq əks tərəfə yönəlmiş qüvvə təsir edəcək. Yəni, qüvvə əks qüvvə yaradır.
Sizlər üçün tərtib etdi : 264 saylı məktəb-liseyin 8 c sinif şagirdi Saleh Hüseynzadə











