AZRBAYCAN RESPUBLKASI THSL NAZRLY PEDAQOJ KADRLARIN XTSASARTIRMA THSL

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ PEDAQOJİ KADRLARIN İXTİSASARTIRMA TƏHSİLİ: MÖVCUD VƏZİYYƏT, PROBLEMLƏR VƏ TƏKLİF EDİLƏN YENİ MODEL KOLLEGİYA İCLASI 24 oktyabr 2009 -cu il MİSİR MƏRDANOV Azərbaycan Respublikasının təhsil naziri

TƏQDİMATIN STRUKTURU 1. İxtisasartırma təhsili müəssisələri haqqında məlumat. 2. Ixtisasartırma təhsili sahəsində görülən işlər. 3. İxtisasartırma təhsili sahəsində beynəlxalq təşkilatlarla birgə layihələr. 4. İxtisasartırma təhsilinin vəziyyəti ilə bağlı aparılmış monitorinqin nəticələri. 5. İxtisasartırma təhsili sahəsində problemlər. 6. İxtisasartırma təhsili sahəsində dünya təcrübəsi. 7. İxtisasartırma təhsili sahəsində təklif edilən yeni model. 8. Kollegiya qərarına təkliflər.

İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİ № Müəssisə 1 Azərbaycan Müəllimlər İnstitutu 10 AMİ-nin Qazax filialı 2 AMİ-nin Sumqayıt filialı 11 AMİ-nin Şəki filialı 3 4 AMİ-nin Gəncə filialı AMİ-nin Mingəçevir filialı 12 13 5 6 7 8 9 AMİ-nin Şamaxı filialı AMİ-nin Quba filialı AMİ-nin Salyan filialı AMİ-nin Cəlilabad filialı AMİ-nin Ağcabədi filialı 14 15 16 17 18 AMİ-nin Zaqatala filialı Naxçıvan Müəllimlər İnstitutu BPKİYH İnstitutu ADPU İ və YH fakültəsi ADU İ və YH fakültəsi BSU İ və YH fakültəsi LDU İ və YH fakültəsi

İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN KADR POTENSİALI Ştatda olan professormüəllim heyəti Elmllər doktoru Elmlər namizədi Baş müəllim, müəllim Naxçıvan Müəllimlər İnstitutu 55 4 12 - 5 6 27 Azərbaycan Müəllimlər İnstitutu 136 16 46 32 40 26 160 AMİ Sumqayıt filialı 82 1 6 - 19 - 26 AMİ Gəncə filialı 122 1 3 15 2 34 55 AMİ Mingəçevir filialı 104 1 12 4 38 3 58 AMİ Şamaxı filialı 83 1 - 5 30 2 38 AMİ Quba filialı 56 1 10 8 11 9 39 AMİ Salyan filialı 50 - 10 6 17 AMİ Cəlilabad filialı 63 - 26 3 32 Müəssisələr O cümlədən ixtisasartırma ilə məşğul olanlar Əvəzçi, saathes. Metodist Cəmi:

İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN KADR POTENSİALI Müəssisələr Ştatda olan prof. müəl. heyəti Elmlər doktoru Elmlər namizədi AMİ Ağcəbədi filialı 50 1 15 23 18 5 62 AMİ Qazax filialı 75 1 5 32 9 21 68 AMİ Şəki filialı 73 1 9 - 58 - 68 AMİ Zaqatala filialı 68 - 12 - 13 BPKİYHİ 53 2 17 18 174 17 228 ADPU-nun İ və YH fakultəsi 745 2 13 - 2 - 17 ADU-nun İ və YH fakultəsi 732 4 26 8 - 4 42 BSU-nun İ və YH fakultəsi 710 1 4 - 9 1 15 LDU-nun İ və YH fakultəsi 356 1 8 - 16 2 27 3613 58 171 145 479 139 992 Cəmi: O cümlədən, ixtisasartırma ilə məşgul olanlsr Baş Əvəzçi, müəilm, saathes. müəllim Meto-dist Cəmi:

İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN KADR POTENSİALI n Təhlil göstərir ki, AMİ-nin Şamaxı, Salyan, Cəlilabad, Zaqatala filiallarında ixtisasartırma təhsilini həyata keçirmək üçün kifayət qədər elmipedaqoji kadr potensialı yoxdur.

İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN KİTABXANASI O cümlədən: Kitabxanaçıların sayı Ümumi kitab fondu Dərslik Dərs vəsaiti Bədii ədəbiyyat Digər ədəbiyyat Naxçıvan Müəllimlər İnstitutu 3 25000 5650 1408 16955 987 Azərbaycan Müəllimlər İnstitutu 6 38000 5000 24000 AMİ Sumqayıt filialı 3 4944 - 227 3669 1048 AMİ Gəncə filialı 8 8462 - 2814 5290 358 AMİ Mingəçevir filialı 4 21000 180 50 20470 360 AMİ Şamaxı filialı 5 26931 4394 4623 7370 10544 AMİ Quba filialı 4 15767 2705 1295 9782 1985 AMİ Salyan filialı 3 12176 670 5006 5830 AMİ Cəlilabad filialı 3 3079 262 481 2056 280 Müəssisələr

İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN KİTABXANASI Kitabxanaçıların sayı Ümumi kitab fondu Dərslik AMİ Ağcəbədi filialı 5 8130 2300 2200 3000 630 AMİ Qazax filialı 6 4800 2000 300 1800 700 AMİ Şəki filialı 4 11064 486 143 9729 706 AMİ Zaqatala filialı 3 2627 315 81 2127 104 BPKİYHİ 4 9171 1579 - 1368 6224 61 191151 25541 19292 112622 33756 Müəssisələr Cəmi: O cümlədən: Dərs Bədii Digər vəsaiti ədəbiyyat

İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN İNFRASTRUKTURU Müəssisələr Auditoriyalar Laboratoriyalar Sayı Sahəsi Sayı (kv. m) Sahəsi Kabinetlər Sayı (kv. m) Sahəsi Kompüter mərkəzi Sayı Kompüterlərin sayı (kv. m) Naxçıvan Müəllimlər İnstitutu 19 754 - - 11 427 2 32 Azərbaycan Müəllimlər İnstitutu 20 820 1 40 8 200 4 51 AMİ Sumqayıt filialı 16 1140 4 110 5 125 2 18 AMİ Gəncə filialı 19 945 6 200 16 480 2 28 AMİ Mingəçevir filialı 54 3045 5 293 3 109 2 11 AMİ Şamaxı filialı 23 855 5 158 3 140 2 39 AMİ Quba filialı 8 384 - - 4 192 2 20 AMİ Salyan filialı 4 193 1 18 4 83 2 15 AMİ Cəlilabad filialı 17 780 - - 2 90 1 17

İXTİSASARTIRMA TƏHSİLİ MÜƏSSİSƏLƏRİNİN İNFRASTRUKTURU Müəssisələr Auditoriyalar Laboratoriyalar Sayı Sahəsi (kv. m) Sahəsi Kabinetlər Sayı (kv. m) Sahəsi Kompüter mərkəzi Sayı Kompüterlərin sayı (kv. m) AMİ Ağcəbədi filialı 11 600 3 126 3 54 1 10 AMİ Qazax filialı 19 94 1 20 3 24 2 20 AMİ Şəki filialı 10 526 1 24 5 126 2 30 AMİ Zaqatala filialı 8 395 1 55 14 285 1 16 BPKİYHİ 32 1112 2 65 24 463 3 30 ADPU-nun İ və YH fakültəsi 8 400 1 50 3 150 4 60 ADU-nun İ və YH fakültəsi 15 300 3 50 8 160 3 24 BSU-nun İ və YH fakültəsi 19 456 2 48 - - 2 11 LDU-nun İ və YH fakültəsi 21 643 5 142 1 39 4 36

İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ GÖRÜLƏN İŞLƏR Azərbaycan Respublikası TƏHSİL NAZİRLİYİ

GÖRÜLƏN İŞLƏR n n AMİ-də ixtisasartırma təhsilinin həyata keçirilməsi üçün müasir maddi-texniki və tədris bazası, treninq mərkəzləri yaradılmışdır. AMİ-nin Mingəçevir və Cəlilabad filialları TSİL çərçivəsində əsaslı təmir edilmişdir. AMİ-də ixtisasartırma təhsilinin məzmunu, tədris plan və proqramları daim yeniləşdirilir, variativ proqramlar tətbiq edilir. İxtisasartırma təhsili sahəsində dünya təcrübəsi, müasir texnologiyalar və qabaqcıl təcrübələr öyrənilir və tətbiq edilir.

GÖRÜLƏN İŞLƏR n n n AMİ-də ixtisasartırma üzrə mühazirə və seminarlara qabaqcıl müəllimlər, Təhsil Nazirliyinin, TPİ -nin, AMEA-nın, ali məktəblərin tanınmış alimləri və qabaqcıl mütəxəssisləri dəvət olunurlar. İxtisasartırma təhsilinin planlaşdırılmasına daim diqqət yetirilir, hər tədris ilinin yekununda ixtisasartırma təhsilinin vəziyyəti təhlil olunur, problemlər araşdırılır, növbəti dərs ilində onların aradan qaldırılması üçün müvafiq tədbirlər görülür. AMİ-də əlverişli təlim şəraitinin yaradılması, peşəkar və səriştəlimçilərin cəlb olunması, səmərəli idarəetmə ixtisasartırma təhsili sahəsində keyfiyyəti və yüksək davamiyyəti təmin etmişdir.

GÖRÜLƏN İŞLƏR n n n Bakı Pedaqoji Kadrların İxisasartırma və Yenidənhazırlanma İnstitutunun təşəbbüsü ilə “Diplomdansonrakı pedaqoji təhsil: Avropa orientirləri və regional prioritetlər” mövzusunda Azərbaycanda və Ukraynada iki beynəlxalq elmi konfrans keçirilmişdir. Son iki il ərzində BPKİYH İnstitutu xarici ölkələrin 7 ali məktəbi ilə elm və təhsil sahəsində əməkdaşlığa dair müqavilə imzalamışdır. Təhsil Sektorunun İnkişafı Layihəsi çərçivəsində BPKİYİ-nun binası əsaslı təmir olunmuş və avadanlıqla təchiz edilmişdir.

GÖRÜLƏN İŞLƏR n Yeni kurikulumların tətbiqi ilə əlaqədar 20082009 və 2009 -2010 -cu dərs illərində I siniflərdə işləyən 18 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilmiş və nümunəvi tədris materialları ilə təmin edilmişdir.

GÖRÜLƏN İŞLƏR n Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi tərəfindən son illərdə 2000 -dək müəllim, məktəb rəhbəri müasir təlim strategiyaları üzrə təlimlərdən keçmişlər.

GÖRÜLƏN İŞLƏR §MƏDƏD - Azərbaycan təşkilatı tərəfindən 20052009 -cu illərdə 30 minədək müəllim treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir.

BEYNƏLXALQ TƏŞKİLATLARLA BİRGƏ LAYİHƏLƏR Azərbaycan Respublikası TƏHSİL NAZİRLİYİ

BRITISH COUNCIL n n n British Council-lə birgə layihələrə əsasən 2003 – 2009 -cu illərdə: Ümumilikdə 220 kaskad təlimləri keçirilmişdir. İNSETT layihələri çərçivəsində İngilis dilinin tədrisi sahəsində 1500 nəfər müəllim treninqlərdən keçirilmişdir. 23 nəfər “öyrədənlərin öyrədəni” təcrübə mübadiləsi məqsədilə xarici ölkələrdə təlim səfərlərində olmuşdur.

UNICEF n n n UNİCEF-lə birgə layihələr çərçivəsində 500 təlim kursu keçirilmiş, 3000 nəfər müəllim, AMİ və onun filiallarının, pedaqoji profilli ali təhsil müəssisələrinin 500 əməkdaşı fəal təlim üzrə treninqlərdən keçirilmişdir. 100 minədək nüsxədə müxtəlif məzmunlu təlim materialı hazırlanmış, çap olunmuş və məktəblərə çatdırılmışdır. Fəal təlim üzrə müəllimlər üçün vəsaitlər hazırlanmış və çap olunmuşdur.

İntel, CİSCO, Microsoft §İntel, CİSCO, Microsoft şirkətləri ilə birgə layihələr çərçivəsində 2005 -2009 -cu illərdə 10 minədək müəllim treninqlərdən keçərək İKT bacarıqlarına yiyələnmişdir.

TƏHSİL NAZİRLİYİ TƏRƏFİNDƏN APARILMIŞ MONİTORİNQİN NƏTİCƏLƏRİ MAY, 2009 -cu il Azərbaycan Respublikası TƏHSİL NAZİRLİYİ

KADRLARLA İŞ SAHƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR n n n AMİ-nin Ağcəbədi filialında 2006 -cı ildə Şəhla Məmmədova həmin filialda bakalavr təhsilini başa vurmamış mövcud normativ sənədlərin tələbləri pozularaq metodist vəzifəsinə işə qəbul edilmişdir. AMİ-nin Qazax filialında Şəfəq Qədiməliyeva, Afət Bənnayeva, Dilbər Məmmədova və Tərlan Rzayev qeyripedaqoji ixtisaslı olmalarına, kifayət qədər pedaqoji staja malik olmadıqlarına baxmayaraq metodist vəzifəsinə işə qəbul edilmişlər. AMİ-nin Sumqayıt, Şəki, Salyan, Lənkəran, Qazax və Cəlilabad filiallarında qeyri-pedaqoji ixtisaslılar və qeyri -ixtisaslılar kitabxanaçı vəzifəsinə təyin edilmişlər.

KADRLARLA İŞ SAHƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR Təhlil göstərir ki, ixtisasartırma təhsili müəssisələrində: n bəzi hallarda dərs yükünün normadan artıq verilməsi (Salyan filialı); n ixtisasa uyğun olmayan fənlərdən dərs saatlarının verilməsi (Sumqayıt filialı); n kadr sənədləşməsi işinin düzgün aparılmaması (Mingəçevir filialı) hallarına yol verilmişdir.

İXTİSASARTIRMA TƏHSİLİNƏ CƏLB OLUNMA VƏZİYYƏTİ n n n Aparılmış monitorinq nəticəsində müəyyən edilmişdir ki, bir çox təhsili idarəetmə orqanları tərəfindən ixtisasartırma təhsili üzrə müqavilə şərtləri yerinə yetirilmir. RTŞ-lərin ixtisasartıma təhsilinə yarıtmaz münasibətinin və eyni zamanda ixtisasartırma təhsili müəssisələrinin təşkilati işləri yerinə yetirə bilməməsinin nəticəsidir ki, ayrı-ayrı rayonlardan ixtisasartırmaya cəlb olunanların sayı planlaşdırılandan xeyli azdır, bir sıra rayonlardan isə ixtisasartırma təhsilinə ümumiyyətlə müəllim göndərilməmişdir. İxtisasartırma təhsilini bitirənlərə vəsiqələrin verilməsində nöqsanlar mövcuddur.

İXTİSASARTIRMA TƏHSİLİNƏ CƏLB OLUNMA VƏZİYYƏTİ Müəssisələr Son iki tədris ilində dinləyicilərin sayı O cümlədən: 200720082009 Müqavilələrin bağlanması və icra vəziyyəti 2007/2008/2009 plan icra 326 Son iki ildə Vəsiqə alan almayan Naxçıvan Müəllimlər İnstitutu 632 306 326 306 324 630 2 Azərbaycan Müəllimlər İnstitutu 6173 3750 2423 3992 3750 2731 2423 6160 13 AMİ Sumqayıt filialı 1235 905 330 1235 - AMİ Gəncə filialı 4409 2050 2359 3634 2050 2896 2359 4409 - AMİ Mingəçevir filialı 1056 766 290 1391 766 1278 290 1056 - AMİ Şamaxı filialı 270 182 88 770 182 830 88 215 55 AMİ Quba filialı 427 254 173 305 254 251 173 131 296 AMİ Salyan filialı 1610 945 665 1191 988 805 622 560 1050 AMİ Cəlilabad filialı 698 428 270 560 428 523 270 698 - 330

İXTİSASARTIRMA TƏHSİLİNƏ CƏLB OLUNMA VƏZİYYƏTİ Müəssisələr Son iki tədris ilində dinləyicilərin sayı O cümlədən: 200720082009 Müqavilələrin bağlanması və icra vəziyyəti 2007/2008/2009 plan icra Son iki ildə Vəsiqə Vəsialan qə almayan AMİ Ağcabədi filialı 1217 681 536 820 681 822 536 1217 - AMİ Qazax filialı 1583 964 619 1476 945 1411 619 - - AMİ Şəki filialı 645 389 256 258 389 283 256 595 50 AMİ Zaqatala filialı 536 347 189 629 347 470 189 - - BPKİYHİ 6621 5580 1041 6000 5580 6000 1041 6059 420 BSU-nun İ və YH fakultəsi 87 71 16 71 71 16 16 87 - LDU-nun İ və YH fakultəsi 910 676 234 1256 576 506 197 773 137 Cəmi: 28109 18294 9815 23564 18218 19478 9733 23825 2023

MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR n n n AMİ-nin Sumqayıt filialına daxil olan dislokasiya üzrə (Sumqayıt şəhəri, Abşeron, Xızı və Qubadlı rayonları) 9288 nəfər pedaqoji işçidən son 2 ildə 1235 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Abşeron, Xızı və Qubadlı RTŞ-lər müqavilə öhdəliklərini yerinə yetirməmişdir. AMİ-nin Gəncə filialının dislokasiyası üzrə (Gəncə və Naftalan şəhərləri, Şəmkir, Göygöl, Samux, Goranboy, Daşkəsən rayonları) 16723 nəfər pedaqoji işçidən son 2 ildə 4409 nəfər ixtisasartırmaya cəlb edilmişdir. AMİ-nin Mingəçevir filialının dislokasiyası üzrə (Mingəçevir şəhəri, Göyçay, Ağdaş, Ucar, Tərtər, Bərdə, Yevlax rayonları) 15709 nəfər pedaqoji işçidən son 2 ildə 1056 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Göyçay, Ağdaş və Tərtər RTŞ-lər bağlanmış müqavilə öhdəliklərinə əməl etməmişlər.

MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR n n AMİ-nin Şamaxı filialının dislokasiyası üzrə (Şamaxı, İsmayıllı, Kürdəmir, Qobustan, Ağsu rayonları) 7202 nəfər pedaqoji işçidən son 2 ildə 270 nəfər ixtisasartırmaya cəlb edilmişdir. İsmayıllı və Qobustan RTŞ-lər müqavilə öhdəliklərini yerinə yetirməmişdir. Kürdəmir və Ağsu rayonlarından ümumiyyətlə ixtisasartırma təhsilinə müəllim göndərilməmişdir. AMİ-nin Quba filialının dislokasiyası üzrə (Quba, Qusar, Xaçmaz və Dəvəçi rayonları) 8225 nəfər pedaqoji işçidən son 2 ildə 427 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Quba, Qusar, Xaçmaz və Dəvəçi RTŞ-lər müqavilə öhdəliklərini yerinə yetirməmişdir.

MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR n n AMİ-nin Salyan filialına daxil olan dislokasiya üzrə (Şirvan şəhəri, Salyan, Neftçala, Saatlı, Sabirabad, Cəbrayıl və Hacıqabul rayonları) 9646 nəfər pedaqoji işçidən son 2 ildə 1610 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Dislokasiya üzrə RTŞ-lər müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Hacıqabul RTŞ son 2 ildə ixtisasartırma təhsilinə cəmi 11 nəfər müəllim göndərmişdir. AMİ-nin Cəlilabad filialına daxil olan dislokasiya üzrə (Cəlilabad, Masallı, Biləsuvar və İmişli rayonları) 9164 nəfər pedaqoji işçidən son 2 ildə 698 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Dislokasiya üzrə RTŞ-lər müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. İmişli RTŞ tərəfindən son 2 ildə ixtisasartırma təhsilinə müəllim göndərilməmişdir.

MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR n n AMİ-nin Ağcəbədi filialına daxil olan dislokasiya üzrə (Ağcabədi, Beyləqan, Xocavənd, Ağdam, Füzuli və Laçın rayonları) 14265 nəfər pedaqoji işçidən son 2 ildə 1217 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Dislokasiya üzrə RTŞ-lər müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Zərdab və Beyləqan RTŞ-lər tərəfindən son 2 ildə ixtisasartırma təhsilinə müəllim göndərilməmişdir. AMİ-nin Qazax filialına daxil olan dislokasiya üzrə (Qazax, Ağstafa, Tovuz və Gədəbəy rayonları) 9981 nəfər pedaqoji işçidən son 2 ildə 1583 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Dislokasiya üzrə RTŞ-lər müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Gədəbəy RTŞ tərəfindən 2008/2009 -cu tədris ilində ixtisasartırma təhsilinə müəllim göndərilməmişdir.

MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR n n AMİ-nin Şəki filialına daxil olan dislokasiya üzrə (Şəki, Oğuz və Qəbələ rayonları) 8043 nəfər pedaqoji işçidən son 2 ildə 645 nəfər ixtisasartırmaya cəlb edilmişdir. Dislokasiya üzrə RTŞ-lər müqavilə öhdəliklərini tam yerinə yetirməmişdir. Oğuz RTŞ tərəfindən son iki ildə 46 müəllim ixtisasartırmaya göndərilmiş, Qəbələ RTŞ tərəfindən ixtisasartırma təhsilinə müəllim göndərilməmişdir. AMİ-nin Zaqatala filialına daxil olan dislokasiya üzrə (Zaqatala, Balakən və Qax rayonları) 6328 nəfər pedaqoji işçidən son 2 ildə cəmi 536 nəfər ixtisasartırmaya cəlb edilmişdir ki, bu da normadan çox azdır. İxtisasartırma təhsilini başa vurmuş dinləyicilərə qanuna zidd olaraq vəsiqə əvəzinə arayış verilmişdir.

MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏSİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR n n n Lənkəran Dövlət Universitetinin nəzdində İxtisasartırma və yenidənhazırlanma fakültəsi ayrıca tədris korpusunda fəaliyyət göstərir. Lənkəran, Astara, Lerik və Yardımlı rayonları LDU-nun müvafiq fakültəsinin dislokasiyasına daxil edilmiş və həmin rayonlarda işləyən 9646 nəfər pedaqoji işçidən son iki ildə 910 nəfəri ixtisasartırma təhsilinə cəlb edilmişdir. Onlardan 773 nəfərinə vəsiqə, 137 nəfərinə arayış verilmişdir Bakı şəhərinin ümumu təhsil müəssisələrində işləyən 40 minədək pedaqoji işçidən BPKİYHİ-də son iki ildə 6621 nəfər ixtisasartırma təhsilindən keçmiş, 420 nəfər vəsiqə almamışdır. Bakı Slavyan Universitetinin nəzdində İxtisasartırma və yenidənhazırlanma fakültəsində son iki ildə 87 nəfər ixtisasartırma təhsilinə cəlb edilmiş, onların hamısına vəsiqə verilmişdir.

MÜQAVİLƏ ŞƏRTLƏRİNİN YERİNƏ YETİRİLMƏMƏSİNİN BAŞLICA SƏBƏBLƏRİ n n n Rayon (şəhər) təhsil şöbələri tərəfindən dəqiq proqnozlaşdırmanın aparılmaması və maliyyə orqanlarının müqaviməti nəticəsində büdcədə ixtisasartırma təhsili üçün ezamiyyə xərclərinin kifayət qədər nəzərdə tutulmaması. Yerli təhsil orqanları və təhsil müəssisələri ilə bağlanmış müqavilələrdə sifariş-təklif prinsipinə əməl edilməməsi; Pedaqoji kadrların ixtisasartırmaya olan fərdi təlabatlarının öyrənilməsinə lazımi diqqət yetirilməməsi; İxtisasartırma təhsilində müasir metodlardan və təlim texnologiyalarından geniş şəkildə istifadə edilməməsi; İxtisasartırma təhsili müəssisələrinin yataqxanalarının olmaması və ya mövcud yataqxanalarda məcburi köçkünlərin məskunlaşması;

“DAYAQ MƏNTƏQƏLƏRİ”NİN FƏALİYYƏTİNİN TƏŞKİLİ n n Təhsil Nazirliyinin “Dayaq məntəqələrinin şəbəkəsinin yaradılması barədə” 30. 11. 2000 -ci il tarixli əmrinə uyğun olaraq respublikada ayrı-ayrı ixtisaslar üzrə 3000 -ə yaxın “Dayaq məntəqəsi” yaradılmışdır. Təhsil Nazirliyinin “İxtisasartırma təhsilində yeni mexanizmə keçid və müəllimlərin təkmilləşdirilməsi işinin təşkili” barədə 21. 02. 2002 -ci il tarixli, 164 nömrəli əmri ilə “Dayaq məntəqələri”nin əsas fəaliyyət istiqamətləri bir daha müəyyənləşdirilmişdir.

“DAYAQ MƏNTƏQƏLƏRİ”NİN FƏALİYYƏTİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR n n Reqlamentləşdirici sənədlərə yerli təhsili idarəetmə orqanları tərəfindən laqeyd münsibət göstərildiyindən yaradılmış “Dayaq məntəqələri”nin böyük əksəriyyəti formal fəaliyyət göstərməkdədir. Hər bir rayon və şəhər üzrə “Dayaq məntəqəsi” kimi nəzərdə tutulan məktəblərin dislokasiyası bu günə qədər tam və düzgün müəyyənləşdirilməmişdir. Yerli təhsil orqanları tərəfindən qabaqcıl müəllimlərdən ibarət “öyrədənləri öyrədən” müəllimlərin siyahıları müəyyənləşdirilməmiş, bu barədə müvafiq ixtisasartırma təhsili müəssisələrinə məlumat verilməmişdir. İxtisasartırma təhsili və təkmilləşmə prosesinə yeni mexanizmlərin tətbiqi ilə əlaqədar metodiki kabinetlərdə konkret tədbirlər həyata keçirilməmişdir.

“DAYAQ MƏNTƏQƏLƏRİ”NİN FƏALİYƏTİNDƏ YOL VERİLMİŞ NÖQSANLAR n n n Rayonlar üzrə ayrı-ayrı ixtisasdan olan fənn müəllimlərinin ixtisasartırma təhsilinə olan real təlabatının, ehtiyaclarının öyrənilməsi, bu barədə ixtisasartırma təhsili müəssisələrinə əsaslandırılmış təkliflərin verilməsi, qarşılıqlı müqavilələrin vaxtında imzalanması təmin edilməmişdir. İxtisasartırma təhsilinə cəlb olunmaqla bağlı bütün müəllimlər haqqında yerlərdə informasiya banklarının yaradılmasına nail olunmamışdır. İxtisasartırma təhsili müəssisəsi - R(Ş)TŞ - rayon metodkabinetiməktəb - dayaq məntəqəsi arasında əlaqələrin yaradılması üçün bütün imkanlardan istifadə edilməmişdir.

İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ PROBLEMLƏR Azərbaycan Respublikası TƏHSİL NAZİRLİYİ

İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ PROBLEMLƏR § İxtisasartırma sistemində keyfiyyəyi təmin edəcək rəqabət mühiti yoxdur, alternativ proqramlar tətbiq olunmur; § Mövcud ixtisasartırma sistemində müəllimlərin ehtiyacları lazımi səviyyədə öyrənilmir, proqramlar bu ehtiyacları ödəmir, ixtisasartırma təhsilinin təşkilində “sifariş-təklif” prinsipi gözlənilmir; § İxtisasartırmanın nəticəsinə görə müəllim fəaliyyəti stimullaşdırılmır, müəllimlər, digər pedaqoji heyət üçün karyera yüksəlişi nəzərdə tutulmur; § Mövcud ixtisasartırma sistemində cəlb olunmamağa görə məsuliyyət müəyyənləşdirilməmişdir.

İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ PROBLEMLƏR § “Öyrədənlərin” peşəkarlıq və səriştəliliyi kifayət qədər deyildir; § Proqramların akkreditasiyası və sertifikatlaşdırılması sistemi yoxdur; § İxtisasartırma təhsili üzrə monitorinq və qiymətləndirmə mexanizmi tətbiq edilmir; § İxtisasartırma təhsilinin təşkilində İKT-nin imkanlarından geniş istifadə olunmur; § Bir sıra ixtisasartırma təhsili müəssisələrinin madditexniki və tədris bazası zəifdir;

İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ PROBLEMLƏR § İxtisasartırma təhsilini təşkil edən xidmət strukturlarının (metodiki, tədris, kadr xidmətləri) funksiyaları dəqiq tənzimlənmir və bu xidmətlər əlaqələndirilmir; § İxtisasartırma təhsili üzrə maliyyələşmə mexanizmi kifayət qədər səmərəli deyildir, nəticəyə yönəlmiş maliyyələşmə tətbiq edilmir; § İxtisasartırma təhsilinin təşkilində daha çox nəzəri biliklərə istinad edilir, praktik bacarıqların verilməsinə və müasir təlim strategiyalarının öyrədilməsinə kifayət qədər diqqət yetirilmir.

İXTİSASARTIRMA SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ Azərbaycan Respublikası TƏHSİL NAZİRLİYİ

İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ n Son on il ərzində bir sıra ölkələr (Belçika, Danimarka, Finlandiya, Macarıstan, İtaliya, Niderland, Norveç, Rumıniya, İsveç və İsveçrə) ixtisasartırma təhsili təşkilatları arasında rəqabət mühitinin yaradılması və keyfiyyətin yüksəldilməsi məqsədilə ixtisasartırma prosesinə çoxsaylı dövlət və qeyri-dövlət təşkilatlarını cəlb etmişlər.

İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ n Keyfiyyətə nəzarət, keyfiyyətin təmin olunması və monitorinqi mexanizmi kimi müəllimlərin ixtisasartırma təhsili proqramlarının akkreditasiyası İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (İƏİT), Avropa İttifaqı (Aİ) ölkələrinin əksəriyyətində (Çexiya, Danimarka, Yunanıstan, Macarıstan, Slovakiya, Bolqarıstan, Belçika, Almaniya, Niderland, Norveç, Portuqaliya, Rumuniya, Sloveniya, İspaniya, Polşa, İrlandiya və s. ) tətbiq edilir.

İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ n n Beynəlxalq səviyyədə ixtisasartırmanın əsas tendensiyalarından biri proqramların kəmiyyət və keyfiyyət ölçülərini təmin etmək üçün çevik modul ixtisasartırma proqramı/kurikulumu və müvafiq kredit sisteminin tətbiq edilməsidir. İxtisasartırma üzrə Avropa Köçürülə bilən Kreditlər Sistemi Finlandiya (bu ölkə ümumiyyətlə dünyada ən yaxşı müəllim hazırlığı sisteminin tətbiq edildiyi ölkədir), Almaniya, Macarıstan və Rumıniyada istifadə edilir. Həmin ölkələrdə ixtisasartırma təhsili karyera perspektivləri yaradır, karyera və peşə yüksəlişi, eləcə də bir karyera dərəcəsindən digərinə keçid üçün əsas kimi istifadə edilir. Macarıstanda ixtisasartırmada iştirak ilə karyera yüksəlişi arasındakı münasibətlə bağlı qanunvericilik vardır.

İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ n Hüquqi baxımdan ixtisasartırmanın məcburi və ya könüllü olmasına baxmayaraq, ölkələrdə elə çevik mexanizmlər tətbiq edilir ki, faktiki olaraq belə mexanizmlər vasitəsilə bütün müəllimlər ixtisasartırma və peşə hazırlığına cəlb edilirlər: ¨ Məcburi ixtisasartırma Avropanın 15 ölkəsində/regionunda (Avstriya, Belçika, Estoniya, Finlandiya, Almaniya, Macarıstan, Şimali İrlandiya, Latviya, Litva, Rumıniya, Böyük Britaniya) tətbiq edilir. ¨ Könüllü, lakin əməkhaqqı və vəzifə artımı üçün vacib hesab edilən ixtisasartırma Bolqarıstan, Polşa, Portuqaliya, Sloveniya, İspaniya və digər ölkələrdə tətbiq edilir; ¨ Könüllü, məktəblər tərəfindən müəllimlər üçün təşkil edilən ixtisasartırma təhsili Çexiya, Danimarka, Fransa, Hollandiya, İtaliya, Norveç, Slovakiyada tətbiq edilir.

İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ n n Bəzi ölkələrdə ixtisasartırma üzrə qeydiyyatın aparılması üçün „İxtisasartırma portfoliosu” istifadə edilir (Rumuniya, Almaniya, Macarısyan). Bir sıra ölkələr portfolionu keyfiyyətin təminatı prosesinin bir hissəsi kimi tətbiq edirlər. İƏİT və Aİ-nin əksər ölkələri ixtisasartırma və fasiləsiz peşə hazırlığı sahəsində rol və funksiyaların daha dəqiq müəyyən edilməsinə səy göstərirlər. Təhsil sahəsində mərkəzi idarəetmə orqanları milli təhsil strategiyasının hazırlanması, tənzimlənməsi, monitorinqi və xarici dəyərləndirilməsi üzrə əsas funksiyanı həyata keçirilər.

İXTİSASARTIRMA TƏHSİLİ SAHƏSİNDƏ DÜNYA TƏCRÜBƏSİ n n n İƏİT və Aİ-nin əksər ölkələrində Nazirliklər müəllim assosiasiyaları və ya başqa qurumlar vasitəsilə müəllimlərin kateqoriyaları (yəni, gənc müəlimlər, təcrübəli və yüksək titullu müəllimlər) və pedagoji fəaliyyəti ilə əlaqədar standartlar və fəaliyyət indikatorları hazırlamışlar. Həmin standartlar keyfiyyətin dəyərləndirilməsi və monitorinqi alətləri olmaqla yanaşı, həm də müəllimlərin ixtisasartırma təhsilini və cari peşə hazırlığını tənzimləyən mexanizmlərdir. Dünyada müəllim kateqoriyaları üzrə standartların hazırlanması istiqamətində ən yaxşı nümunələr Böyük Britaniya, Avstraliya, Kanada və s. ölkələrdə mövcuddur. Macarıstan, Rumuniya, Sloveniya da bu sahədə maraqlı təcrübələrə malikdir.

İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ TƏKLİF EDİLƏN YENİ MODEL Azərbaycan Respublikası TƏHSİL NAZİRLİYİ

İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ YENİ MODEL n Hökumət tərəfindən 2007 -ci ildə təsdiq edilmiş “Fasiləsiz müəllim hazırlığı Konsepsiyası”nda yeni modelin əsasları Alternativlik və rəqabət prinsipi: bu prinsipə görə fasiləsiz pedaqoji təhsil və müəllim hazırlığı alternativ modellər və proqramlar vasitəsilə həyata keçirilir, alternativ model və proqramların təklifi pedaqoji təhsil müəssisələri, onların struktur bölmələri, yerli və beynəlxalq QHT-lər arasında sağlam rəqabət yaradır. Maddə 2. 8(h); n Boloniya və Lissabon proseslərinin tələblərinə uyğun olaraq ixtisasartırma təhsilində akkreditasiya sistemi nəzərdə tutulmalıdır. Maddə 1. 2, 2. 4, 2. 13. 2. n İxtisasartırma proqramlarının yeni strukturu hazırlanmalı və Boloniya Bəyannaməsinin tələblərinə uyğun olaraq kredit sisteminə keçilməlidir. Maddə 3. 2. 1.

TƏHSİL SEKTORUNUN İNKİŞAFI ÜZRƏ II LAYİHƏ n Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə çərçivəsində (20092014 -cü illər) “Pedaqoji kadrlar üçün əlavə təhsil sisteminin müasirləşdirilməsi” komponentinin icrasına başlanılmışdır. n İcra planında dörd mühüm vəzifə müəyyənləşdirilmişdir: Müəllimlərin ixtisasartırması üzrə xidmətlərin təklifi sahəsində rəqabət mühitinin yaradılması. Yeni kurikulumunun tətbiqi ilə bağlı ixtisasartırma təhsili tədbirlərinin həyata keçirilməsi. Əlavə təhsilin distant yolla həyata keçirilməsi. Yeni məktəbəqədər təhsil kurikulumunun tətbiqi ilə bağlı ixtisasartırma təhsil tədbirlərinin həyata keçirilməsi. ü ü

İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ YENİ MODEL Yeni modelin əsas xüsusiyyətləri n İxtisasartırma təhsili sahəsində rəqabət mühitinin yaradılması. n İxtisasartırma təhsili icbarilik statusu alır və stimullaşdırma vasitəsinə çevrilir. n İxtisasartırma təhsili proqramlarının akkreditasiyası. n Müxtəlif kateqoriyalardan olan işçilər üçün ixtisasartırma müddətinin fərqli nəzərdə tutulması. n İxtisasartırma təhsilində kredit sisteminin tətbiqi.

İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ YENİ MODEL n İxtisasartırma təhsili proqramlarının 3 modul üzrə qurulması: • I Modul: təhsilin ümumi əsasları (pedaqoji, psixoloji məsələlər, təhsil sistemi, təhsilin əsasları, təhsilin idarə olunması, iqtisadiyyatı, maliyyələşməsi və digər məsələlər); • II Modul: ixtisas sahələri (ixtisas üzrə yeniliklər, tədris metodikaları, müasir təlim strategiyaları, qiymətləndirmə məsələləri); • III Modul: təhsildə innovasiyalar və yeni tendensiyalar (İKT, xarici dil, inkluzivlik, gender və sair).

İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ YENİ MODEL § Hər bir modul üzrə toplanan kreditlərin minimum həddi İxtisasartırmanın kurikulum çərçivəsi ilə müəyyən edilir (məsələn, ümumtəhsil məktəblərinin müəllimləri üçün I modul üzrə 60, III modul üzrə 30 saat, cəmi 150 saat olmaqla 25 kredit müəyyən edilir). § I və II modullar üzrə alternativ proqramlar ayrı-ayrı kateqoriyadan olan pedaqoji işçilərə təklif edilir, III modul üzrə proqramları isə pedaqoji işçilər maraqlarına uyğun seçirlər. § Akkreditə olunmuş ixtisasartırma proqramları üzrə kreditləri toplayan pedaqoji işçilərin əməyi stimullaşdırılır, onun karyerasında nəzərə alınır. § Müəyyənləşdirilmiş müddət ərzində zəruri kreditləri toplamayan pedaqoji məhdudiyyətlər qoyulur. işçilərin fəaliyyətinə

İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ YENİ MODEL § Modelin mahiyyəti ondan ibarətdir ki, Təhsil Nazirliyi tərəfindən ayrı-ayrı kateqoriyalardan olan pedaqoji heyət üçün kurikulum çərçivəsini elan edilir. § Həmin elana əsasən hər tədris ilində həm dövlət, həm də qeyri-dövlət müəssisələri və ya təşkilatları öz proqramlarını akkreditasiya üçün təqdim edirlər. § Təhsil Nazirliyi nəzdində yaradılmış Akkreditasiya Şurası təqdim olunmuş proqramları qiymətləndirir və nəticələrini elan edir. § Təhsil Nazirliyi akkreditasiya olunmuş proqramları seçmiş pedaqoji heyətin ixtisasının artırılması üçün həmin proqramları təqdim etmiş müəssisə və ya təşkilatla müqavilə bağlayır.

İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ YENİ MODEL Yeni modelin indiki sistemlə müqayisəli təhlil № Mövcud ixtisasartırma sistemi Yeni ixtisasartırma sistemi 1. Kurslar həmişə eyni müəssisələr tərəfindən həyata keçirilir. Rəqabət mühiti olmadığından ixtisasartırma proqramlarının keyfiyyəti yüksək olmur. Kursların müxtəlif müəssisələr, təşkilatlar tərəfindən təklif olunması və həyata keçirilməsi rəqabət mühiti formalaşdırır və nəticədə ixtisasartırma təhsilinin keyfiyyəti yüksəlir. 2. Kurslar həmişə eyni müəssisələr tərəfindən təklif olunduğundan təlimlər də həmişə eyni şəxslər tərəfindən həyata keçirilir. Kurslar müxtəlif müəssisələr, təşkilatlar tərəfindən həyata keçirildiyindən təlimçilərin də sayı çoxalır, təlimçilərin təliminə xüsusi diqqət yetirilir.

İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ YENİ MODEL № Mövcud ixtisasartırma sistemi 3. Mövcud ixtisasartırma sistemi eyni bir variantda proqram təklif edir və müəllimlər təklif olunan yeganə proqramı qəbul etməyə məcbur olurlar. Tələbat və ehtiyaclara uyğun proqramları seçim imkanı olmur. Yeni ixtisasartırma sistemi Yeni modeldə 3 modul üzrə çoxsaylı proqramlar təklif edilir. Müəllimlər ehtiyac və tələblərinə uyğun olaraq həmin proqramlardan istədiklərini seçirlər. 4. Hazırda təklif edilən ixtisasartırma Yeni modeldə akkreditasiya prosesi kurslarının məzmunu və təlimçilər nəzərdə tutulur ki, burada təklif əvvəlcədən qiymətləndirilmir. olunan kursların məzmununun, o cümlədən təlimçilərin minimum keyfiyyət tələblərinə cavab verməsi yoxlanılır. Yalnız kursun məzmunu və təlimçilər tələblərə cavab verdikdə proqram akkreditə olunur.

İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ YENİ MODEL № Mövcud ixtisasartırma sistemi Yeni ixtisasartırma sistemi 5. İxtisasartırma təhsilinin icbari olmaması müəllimlərin bu təhsildən yayınmasına imkan yaradır. Çünki ixtisasartırma təhsilindən keçməməyə görə müəllim barəsində heç bir tədbir görülmür və bu, onun fəaliyyətinə təsir etmir. Rəhbər və pedaqoji kadrlar icbari olaraq müəyyən edilmiş ixtisasartırma dövründə təlim kursundan keçirlər. İxtisasartırma kreditlərinin toplanması növbəti dövr üçün əmək müqaviləsinin uzadılması üçün əsas şərtlərdən birinə çevrilir. 6. Bütün kateqoriyalardan olan rəhbər və pedaqoji kadrlar üçün eyni müddətli (5 il) ixtisasartırma dövrü müəyyən edilir. Rəhbər və pedaqoji kadrların bu və ya digər kateqoriyası üçün müxtəlif müddətli ixtisasartırma dövrü müəyyən edilir. Məsələn, idaretmə sahəsində kadr dəyişiklikləri tez-tez baş verdiyi üçün onların ixtisasartırması üçün 5 illik müddət optimal hesab olunmur.

İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ YENİ MODEL № Mövcud ixtisasartırma sistemi Yeni ixtisasartırma sistemi 7. Stimullaşdırıcı amillərin olması nəticəsində olmaması ixtisasartırma təhsilinə maraq artır. Belə ki, təhsilinə marağı azaldır. ixtisasartırma təhsilinin nəticəsi hər bir rəhbər və pedaqoji işçinin əmək haqqına müvafiq artımların edilməsində, vəzifədə irəli çəkilməsində, fəxri adlara və dövlət təltiflərinə layiq görülməsində və sair hallarda nəzərə alınır. 8. Hazırkı ixtisasartırma sistemində keyfiyyətin təminatı, monitorinqi və dəyərləndirməsi sistemi mövcud deyil. Yeni modeldə Təhsil Nazirliyində ixtisasartırma ilə bağlı müvafiq struktur bölmənin yaradılması nəzərdə tutulur ki, bu bölmənin də əsas funksiyalarından biri həyata keçirilən ixtisasartırma təhsilinin keyfiyyətinin təminatı, monitorinqi və dəyərləndirilməsi kimi müəyyənləşdirilir.

İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ YENİ MODEL № Mövcud ixtisasartırma sistemi Yeni ixtisasartırma sistemi 9. Kurslar əsasən ixtisasartırma təhsili müəssisələrində keçirilir. Bu da bir sıra hallarda müəllimlərin ixtisasartırma təhsilindən yayınmasına səbəb olur (ezamiyyə xərclərinin ödənilməməsi, qadın müəllimlərin rayondan kənara çıxmaq istəməməsi və s. ). Yeni modeldə ixtisasartırma təhsili bütün mümkün hallarda yerlərdə həyata keçirilir (hazırda yeni kurikulum üzrə aparılan təlimlər kimi). 10. Bir ixtisasartırma dövründə nə zaman və harada kursdan keçmək məsələsi müəssisələr tərəfindən müəyyənləşdirilir. Bir ixtisasartırma dövründə modullar üzrə nə zaman və harada kursdan keçməyi hər bir rəhbər və pedaqoji kadr özü müəyyən edir.

İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ YENİ MODEL Yeni modelin tətbiqi üçün hazırlanmış sənədlər 1. Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə. 2. Məktəbəqədər və ümumtəhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ixtisasartırmasının kurikulum çərçivəsi. 3. Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrlar üçün ixtisasartırma akkreditasiyasına dair Qaydalar. proqramlarının 4. Rəhbər və pedaqoji kadrların ixtisasartırması üzrə kursların, treninqlərin keyfiyyətinin təmin edilməsi, monitorinqi və qiymətləndirilməsi haqqında təlimat.

İXTİSASARTIRMA TƏHSİLİ ÜZRƏ YENİ MODEL § “Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə” layihəsi aşağıdakı müəssisə və təşkilatlara rəyə göndərilmişdir: • • • Azərbaycan Müəllimlər İnstitutu Naxçıvan Müəllimlər İnstitutu BPKİYH İnstitutu Təhsil Problemləri İnstitutu Lənkəran Dövlət Universiteti Azərbaycan Dövlət Pedaqoji Universiteti Azərbaycan Dillər Universiteti Bakı Slavyan Universiteti Müasir Təhsilə və Tədrisə Yardım Mərkəzi UNİCEF Bir neçə ümumtəhsil məktəbi § Əsasnamə layihəsinə verilmiş əsasən rəylər nəzərə alınmışdır.

KOLLEGİYA QƏRARINA TƏKLİFLƏR Azərbaycan Respublikası TƏHSİL NAZİRLİYİ

TƏKLİFLƏR n n n “Azərbaycan Respublikasında məktəbəqədər və ümumi təhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ixtisasartırma təhsilinə dair Əsasnamə” təsdiq üçün Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilsin. 2010 -2011 -ci tədris ili üçün yeni model üzrə ibtidai sinif müəllimlərinin ixtisasartırma təhsili ilə bağlı təkliflər və kurikulum çərçivəsi hazırlansın, pilot olaraq tətbiq edilsin. Yeni modelə keçidlə əlaqədar ixtisasartırma proqramlarının akkreditasiyası məqsədilə Təhsil Nazirliyi nəzdində Akkreditasiya Şurası yaradılsın.

TƏKLİFLƏR n Təhsil Nazirliyinin strukturunda müvafiq dəyişiklik edilərək Strateji təhlil, planlaşdırma və kadrların idarə olunması şöbəsinin nəzdində “İxtisasartırma təhsili” sektoru yaradılsın. n Dünyada gedən tendensiyalar nəzərə alınaraq iхtisasartırma təhsilində modul-kredit sisteminin tətbiq edilməsi və sertifikatlaşdırmanın həyata keçirilməsi üçün müvafiq tədbirlər həyata keçirilsin.

TƏKLİFLƏR n İxtisasartırma təhsili müəssisələri rəhbərləri: Ø İxtisasartırma üzrə proqramların təkmilləşdirilməsi məqsədilə ayrı-ayrı kateqoriyadan olan pedaqoji işçilərin ehtiyac və tələbatlarının öyrənilməsini və nəzərə alınmasını təmin etsinlər; Kadrların tərkibinə yenidən baxsınlar, müəssisənin elmi-pedaqoji kadrlarla təmin olunması, həmçinin monitorinq zamanı aşkar edilmiş nöqsanların aradan qaldırılmasına dair tədbirlər görsünlər; Öyrədənlərin peşəkarlıq səviyyəsinin yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirsinlər; İxtisasartırma kurslarının və treninqlərin təşkilində müasir metodlar və təlim texnologiyalarından geniş istifadə olunmasına nail olsunlar; Müəssisələrin maddi-texniki və tədris bazasının gücləndirilməsi istiqamətində təkliflər hazırlayıb Təhsil Nazirliyinə təqdim etsinlər. Ø Ø

TƏKLİFLƏR n R(Ş)TŞ rəhbərləri: Ø Yerlərdə pedaqoji işçilərin ixtisasartırma təhsili vəziyyətini ətraflı təhlil etsinlər və aparılmış monitoriq zamanı ixtisasartırmaya cəlb edilmə sahəsində yol verilmiş nöqsanların aradan qaldırılması üçün tədbirlər həyata keçirsinlər; Ayrı-ayrı kateqoriyadan olan pedaqoji işçilərin ixtisasartırmaya olan ehtiyac və təlabatlarının öyrənilməsi, bu istiqamətdə dəqiq sifarişlərin hazırlanması üçün xüsusi proqram işləyib hazırlasınlar və həyata keçirilməsini təmin etsinlər; Ayrı-ayrı fənlər üzrə müəyyənləşdirilmiş dayaq məntəqələrinin Təhsil Nazirliyinin mövcud reqlamentləşdirici sənədlərinə uyğun formalaşdırılması və fəaliyyətlərinin keyfiyyət və səmərəliliyinin artırılması üçün tədbirlər görsünlər. Ø Ø

TƏKLİFLƏR n R(Ş)TŞ rəhbərləri: Ø Metodkabinetlərin tərkibinə yenidən baxsınlar, metodistlərin peşəkarlıq səviyyəsinin artırılması istiqamətində təsirli tədbirlər görsünlər, gələcəkdə bu vəzifəyə işə qəbulu müsabiqə yolu ilə həyata keçirsinlər.

DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM! www. edu. gov. az Azərbaycan Respublikası TƏHSİL NAZİRLİYİ
- Slides: 69