AZRBAYCAN RESPUBLKASI VERGLR NAZRLY Xarici investisiyalar n lverili

AZƏRBAYCAN RESPUBLİKASI VERGİLƏR NAZİRLİYİ Xarici investisiyalar üçün əlverişli vergi mühiti Samirə Musayeva Vergi siyasəti və strateji araşdırmalar departamentinin baş direktoru, baş vergi xidməti müşaviri

2 MÜNDƏRİCİAT Ø Biznesə başlama. . . . . 3 Ø Güzəşt və azadolmalar barədə. . . . 4 Ø Vergi Məcəlləsində nəzərdə tutulan digər stimullaşdırıcı tədbirlər. . . 8 Ø Son vergi islahatları. . . . . 9 Ø Səmərəli vergi inzibatçılığı. . . . 10 Ø Strateji yol xəritələri. . . . . 11 Ø Rəqəmsal Ticarət Qovşağı. . . . 12 Ø İxracın təşviqi. . . . . . 13

3 Biznesə başlama Azərbaycan Respublikası Prezidentinin “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” 2007 -ci il 25 oktyabr tarixli 2458 saylı Sərəncamı ilə sahibkarlıq subyektlərinin vahid dövlət qeydiyyatının aparılması Azərbaycan Respublikasının Vergilər Nazirliyinə həvalə olunmuşdur. Nəticədə: biznesə başlama ilə bağlı proseduralar 15 -dən 2 -yə sərf olunan vaxt 30 gündən 2 günə endirilmişdir. Elektron qeydiyyat: Fərdi sahibkarlar – 2011 -ci ilin iyul ayı Yerli investisiyalı MMC-lər – 2012 -ci ilin yanvar ayı “Doing Business 2017” hesabatına görə ölkəmiz “Biznesə başlama” indikatoru üzrə dünyada 5 -ci, postsovet ölkələri arasında isə 1 -ci yerdədir.

4 Güzəşt və azadolmalar barədə Azərbaycan Respublikasının Vergi Məcəlləsində 104 azadolma və 25 güzəşt növü olmaqla, cəmi 129 güzəşt və azadolma mövcuddur. İnvestisiyaların təşviqi və əlverişli biznes mühitinin formalaşdırılması məqsədi ilə son dövrlərdə Vergi Məcəlləsinə edilmiş əlavə və dəyişikliklər nəticəsində vergi güzəşt və azadolmalarının sayı artmışdır.

5 Sənaye və texnologiyalar parklarının rezidentlərinə verilən vergi güzəştləri parklardakı fəaliyyətdən əldə etdikləri gəlirlər 7 il müddətinə (parkda qeydiyyata alındıqları ildən başlayaraq) mənfəət (gəlir) vergisindən, bu fəaliyyətdə istifadə etdikləri əmlak və torpaqları həmin müddətə əmlak və torpaq vergilərindən azaddır. müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında idxal edilən texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı 7 il müddətinə (parkda qeydiyyata alındıqları ildən başlayaraq) ƏDV-dən azaddır; Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı ƏDV-dən azaddır (2016 cı il mayın 1 -dən 5 il müddətinə); Qaradağ Sənaye Parkında gəmiqayırma fəaliyyəti ilə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi ƏDV-yə “ 0” dərəcə ilə cəlb olunur. (2016 -cı il mayın 1 -dən 5 il müddətinə)

6 İnvestisiya təşviqi sənədini almış şəxslərə verilən vergi güzəştləri investisiya təşviqi sənədini almış hüquqi şəxsin və fərdi sahibkarın əldə etdiyi gəlirin 50 faizi 7 il müddətinə (həmin sənədi aldığı tarixdən) mənfəət (gəlir) vergisindən, müvafiq əmlakı və torpaq sahəsi həmin müddətə əmlak və torpaq vergilərindən azaddır; investisiya təşviqi sənədini almış hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı 7 il müddətinə (həmin sənədi aldığı tarixdən) ƏDV-dən azaddır.

7 Kənd təsərrüfatı məhsullarının istehsalçıları üçün vergi güzəştləri Kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan (o cümlədən, sənaye üsulu ilə) hüquqi və fiziki şəxslər 1999 -cu ildən etibarən müvafiq qanunlarla, 2014 -cü ildən isə Vergi Məcəlləsinə əsasən aşağıdakı vergilərdən azad edilmişdir: bu fəaliyyətdən əldə etdikləri gəlirləri 2014 -cü il yanvarın 1 -dən 5 il müddətinə (fiziki şəxslər üçün müddət qoyulmadan) mənfəət (gəlir) vergisindən; istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışı üzrə dövriyyələr 2014 -cü il yanvarın 1 -dən 5 il müddətinə ƏDV-dən; məhsullarının istehsalında istifadə olunan əmlaka görə 2014 -cü il yanvarın 1 -dən 5 il müddətinə əmlak vergisindən; istehsal etdikləri kənd təsərrüfatı məhsullarının satışından əldə edilmiş hasilatın həcmi 2014 -cü il yanvarın 1 -dən 5 il müddətinə sadələşdirilmiş vergidən azaddır.

8 Vergi Məcəlləsində nəzərdə tutulan digər stimullaşdırıcı tədbirlər 2016 -cı il fevralın 1 -dən etibarən 7 (yeddi) il müddətində yerli bank və xarici bankın Azərbaycan Respublikasında fəaliyyət göstərən filialı tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirləri, habelə emitent tərəfindən investisiya qiymətli kağızları üzrə ödənilən dividend, diskont (istiqrazların nominalından aşağı yerləşdirilməsi nəticəsində yaranmış fərq) və faiz gəlirləri gəlir vergisindən azaddır. Vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər vergi orqanlarında qeydiyyata alınmadan onlar tərəfindən təyin edilən vergi agenti vasitəsilə Azərbaycan Respublikasında vergi öhdəliklərinin yerinə yetirilməsi üzrə seçim hüquqları vardır.

9 Son vergi islahatları Ø Kameral vergi yoxlamalarının həyata keçirilməsinin vergi bəyannamələrinin təqdim edildiyi gündən sonrakı 30 gün müddəti ilə məhdudlaşdırılması; Ø Vergi tutulan dövriyyəsinin azı 50 faizi sıfır dərəcəsi ilə vergiyə cəlb olunan vergi ödəyicisinə artıq ödənilmiş məbləğin 20 gün ərzində qaytarılması; Ø Pərakəndə ticarətdə vergi yükünün optimallaşdırılması; Ø Vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi (“Advance tax ruling”); Ø Könüllü vergi açıqlaması (“Voluntary tax disclosure”) sisteminin tətbiqi;

10 Səmərəli vergi inzibatçılığı Ø Vergi orqanları tərəfindən keçirilən yoxlamaların optimallaşdırılması; Ø Elektron qaimə-faktura sisteminin tətbiqi; Ø “Outbound Call Centre” (geriyə - müştəriyə zəng xidməti) funksiyalarının tətbiqi; Ø Nümunəvi vergi ödəyicisi üçün meyarların müəyyən edilməsi; Ø “Tax free” sisteminin tətbiqi; Ø Elektron xidmətlərin əlçatanlığının təmin edilməsi və onların dairəsinin genişləndirilməsi (65 e-xidmət);

11 Strateji yol xəritələri Azərbaycan Respublikası Prezidentinin «Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrinin təsdiq edilməsi haqqında» 6 dekabr 2016 -cı il tarixli 1138 nömrəli fərmanı Strateji yol xəritələrində xarici investisiyaların stimullaşdırılması ilə bağlı aşağıdakı hədəflər müəyyən edilmişdir: Ø Yaxşı idarəetmə və effektiv stimullar vasitəsilə birbaşa xarici investisiya strategiyasının həyata keçirilməsi; Ø Özəlləşdirmə və birbaşa xarici investisiya üçün uyğun investorların cəlb olunması; Ø KOS subyektlərinin beynəlxalq ticarət əməliyyatları üçün maliyyə xidmətlərinin genişləndirilməsi və birbaşa xarici investisiyaların təşviqi; Ø Xarici investorların yerli maliyyə bazarına çıxış imkanlarının artırılması;

12 Rəqəmsal Ticarət Qovşağı “Rəqəmsal Ticarət Qovşağı kimi Azərbaycan Respublikasının mövqeyinin gücləndirilməsi və xarici ticarət əməliyyatlarının genişləndirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 22 fevral 2017 -ci il tarixli 1255 nömrəli Fərmanının icrası məqsədilə Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və konsulluqları vasitəsilə qeyrirezidentlərə elektron imza, o cümlədən “ASAN imza” sertifikatının verilməsi imkanının yaradılması və bu imzaları əldə etmiş qeyrirezidentlərin Azərbaycan Respublikasının ərazisində vergi ödəyicisi kimi elektron qeydiyyatı imkanlarının təmin edilməsi üzrə tədbirlər davam etdirilir.

13 İxracın təşviqi Qeyri-neft məhsullarının ixracının təşviqi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 1 mart 2016 -cı il tarixli 811 nömrəli Fərmanı olmuşdur. Fərmana əsasən: Azərbaycan Respublikasının ərazisində qeyri-neft məhsullarının ixracı ilə məşğul olan şəxslərə dövlət büdcəsinin vəsaiti hesabına ixrac təşviqi üzrə vəsait ödənilir; Ödənilən ixrac təşviqinin baza məbləği ixrac əməliyyatlarına görə faktiki ixrac olunmuş malın ixrac gömrük bəyannaməsində nəzərdə tutulan gömrük dəyərinin 3 (üç) faizini təşkil edir; İxrac təşviqinin baza məbləğinə məhsulların növündən asılı olaraq 1, 1. 5 və 2 olmaqla əmsallar tətbiq edilir.

14 DİQQƏTİNİZƏ GÖRƏ MİNNƏTDARAM!
- Slides: 14