AZRBAYCAN RESPUBLKASI THSL NAZRLY Strateji thlil planladrma v

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsi RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏLƏRİ (İDARƏLƏR) ÜÇÜN STRATEJİ PLANLAŞDIRMA PROSESİ VƏ STRATEJİ PLANLARIN HAZIRLANMASINA DAİR TƏLİMATİ SEMİNAR 30 oktyabr, 2010 -cu il

Prezentasiyanın məzmunu 1. Strateji planlaşdırma nədir? 2. Strateji planlaşdırma nə üçün tətbiq olunur? 3. Strateji Plan nədir? 4. Strateji Plan kim tərəfindən hazırlanmalıdır? 5. Strateji Planın elementləri 6. Strateji planlaşdırma prosesini həyata keçirmək üçün nəzərdə tutulan addımlar 7. R(Ş)TŞ-lərin (İdarələrin) fəaliyyətinin yaxşı və səmərəli olmasına köməklik edən amillər 8. R(Ş)TŞ-in (İdarənin) Strateji Planı - ÇƏRÇİVƏ

Strateji planlaşdırma nədir? Strateji planlaşdırma § fəaliyyətin planlaşdırılması üçün uzunmüddətli baza yaradır; § təşkilatın fəaliyyətinin səmərəliliyini daha da artırır; § təşkilatın gələcək fəaliyyət istiqamətlərini (strateji istiqamətləri) və uzunmüddətli məqsədlərini müəyyənləşdirir; § həmin məqsədlərə nail olmaq üçün tədbirləri müəyyənləşdirir; § təşkilata ayrılan büdcə vasitəsilə həmin təşkilatın inkişafı üçün xərclərin necə sərf edilməsini müvafiq qaydada müəyyən edir; § müntəzəm olaraq məqsədlərə nail olmaq istiqamətində fəaliyyəti qiymətləndirir.

Strateji planlaşdırma nə üçün tətbiq olunur? § Cari vəziyyətin, perspektivlərin və inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi; § İdarəetmə sisteminin və planlaşdırmanın təkmilləşdirilməsi; § Təkmilləşdiriləcək işlərin perspektiv baxımından planlaşdırılması; § Müasir informasiya-kommunikasiya texnologiyaları vasitələrindən səmərəli istifadə edilməsi; § Tədqiqat işlərinin aparılması və inkişaf etdirilməsi; § Təşkilatda iş sisteminin effektiv qurulması, koordinasiya edilməsi və nəzarətin həyata keçirilməsi; § Təşkilatın fəaliyyətinin müəyyən indikatorlar vasitəsilə qiymətləndirilməsi.

NİYƏ? ÇÜNKİ GƏLƏCƏK PERSPEKTİVLƏR MÜƏYYƏNLƏŞDİRİLMİR ƏSASLI TƏHLİLLƏR APARILMIR? İCRA ÜÇÜN İNDİKATORLAR MÜƏYYƏNLƏŞDİRİLMİR TƏDBİRLƏR ƏLAQƏLƏNDİRİLMİR? MÜASİR HESABATVERMƏNİN TƏŞKİLİNƏ ZƏMİN YARADILMIR MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏYƏ İMKAN YARADILMIR? NƏTİCƏ HADİSƏLƏR MONİTORİNQ VƏ QİYMƏTLƏNDİRMƏ VASİTƏSİ İLƏ İZLƏNİLMƏLİ VƏ NƏTİCƏLƏR TƏHLİL EDİLMƏLİDİR ƏLDƏ OLUNAN NƏTİCƏLƏR PERSPEKTİV BAXIMINDAN MÜƏYYƏNLƏŞDİRİLİR

Strateji Plan nədir? § Strateji Plan strateji məqsədlərə nail olmaq imkanını yaradan ətraflı plandır. § § Strateji Plan müəyyən müddət ərzində həyata keçiriləcək tədbirləri, əldə olunacaq nəticələri və onun qiymətləndirilməsini əks etdirir. Strateji Planın hazırlanmasında başlıca məqsəd keyfiyyətin reallaşdırılması, problemlərin, həmçinin perspektivlərin təhlil edilməsi və müvafiq müddətə (3, 5 və ya 10 ilə) vacib tədbirlər dairəsinin müəyyənləşdirilməsidir.

Strateji plan kim tərəfindən hazırlanmalıdır? § R(Ş)TŞ (İdarə) müdirləri § Müavinlər § Planlaşdırma sahəsinə məsul olan şəxs § Şöbənin (idarənin) əməkdaşları Maraqlı tərəflər: § Rayon Təhsil Şurasının sədri və üzvləri § Məktəb Şurasının sədri və üzvləri § Pedaqoji Şuranın sədri və üzvləri

Strateji Planın elementləri § M İ S S İ Y A - Fəaliyyətin ümumi məqsədini və səbəbini əks etdirir. (MƏSƏLƏN: Təhsil Nazirliyinin missiyası vahid təhsil siyasətinin müəyyənləşdirilməsi və həyata keçirilməsi yolu ilə ölkə vətəndaşlarının Konstitusiyada əks olunmuş yüksək keyfiyyətli təhsil alma hüquqlarını təmin etməkdir; Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinin missiyası təhsil sistemində idarəetmə və planlaşdırma imkanlarını təkmilləşdirməkdir. ) § P E R S P E K T İ V L Ə R (V İ S İ O N) – Təşkilatın cari vəziyyətinin gələcəkdə təkmilləşdirilməsinin real və həqiqətəuyğun mənzərəsini əks etdirir. (MƏSƏLƏN: Təhsil Nazirliyi ictimaiyyəti yüksək keyfiyyətli təhsillə təmin etmək məqsədilə idarəetmə, struktur bölmələrin əlaqəli fəaliyyətinin təmin edilməsi və təhsillə əlaqədar fəaliyyət göstərən təşkilatlarla əməkdaşlıq yolu ilə mühüm və çevik fəaliyyət göstərən təşkilat olacaqdır. )


Strateji planlaşdırma prosesinin həyata keçirilməsi və Strateji Planların hazırlanması üçün nəzərdə tutulan addımlar

I ADDIM R(Ş)TŞ-in (İdarənin) missiyasının, perspektivlərinin və dəyərlərinin müəyyənləşdirilməsi. Həmin proses R(Ş)TŞ (İdarə) müdiri, müavinlər, planlaşdırma sahəsinə məsul olan şəxs və şöbənin (idarənin) əməkdaşları tərəfindən həyata keçirilməlidir. II ADDIM R(Ş)TŞ-in (İdarənin) cari fəaliyyətini qiymətləndirmək və təkmilləşdirilə bilən sahələri müəyyənləşdirmək üçün “Güclü və Zəif Tərəflərin, Risklərin təhlili”nin aparılması. Bu proses R(Ş)TŞ (idarə) müdiri, müavinləri, planlaşdırma sahəsinə məsul olan şəxs tərəfindən həyata keçirilməli və lazım olarsa Rayon Təhsil Şurasının sədri və ya üzvləri şöbənin (idarənin) təkmilləşdirilə bilən sahələri haqqında müəyyən fikirləri olduğu üçün bu istiqamətdə müəyyən təkliflər verə bilərlər. III ADDIM R(Ş)TŞ-in (İdarənin) Strateji Planı üçün məqsədlərin müəyyənləşdirilməsi. Strateji plan üçün müəyyənləşdirilmiş məqsəd və alt-məqsədlər II addımda aparılmış təhlilə əsaslanır.

IV ADDIM Uzunmüddətli məqsəd və alt-məqsədlərin vaxtında həyata keçirilməsi və R(Ş)TŞ-in (idarənin) fəaliyyətinin səmərəli olması üçün strateji planın tərkib hissəsi olan “Fəaliyyət Planı”nın hazırlanması və onların təsdiq olunması üçün R(Ş)TŞ (idarə) müdirinə təqdim edilməsi. V ADDIM Strateji Planın məqsədlərinə nə dərəcədə nail olunması istiqamətindəki fəaliyyətin monitorinqinin aparılması. Bu proses R(Ş)TŞ-in (İdarənin) iclaslarında şöbə müdiri tərəfindən təqdim edilən nailiyyətlərin əldə olunması, həmçinin, müəyyən nöqsanların meydana çıxmasına dair Hesabatlar vasitəsilə həyata keçirilməlidir.

ÇƏRÇİVƏ ________ RAYON (ŞƏHƏR) TƏHSİL ŞÖBƏSİNİN (İDARƏNİN) STRATEJİ PLANI (2011 -2012 -Cİ İLLƏR)

1. GİRİŞ § § R(Ş)TŞ-in (İdarənin) fəaliyyəti haqqında ümumi məlumat. R(Ş)TŞ-in (İdarənin) strateji planının hazırlanmasında əsas məqsədi və həmin planın əhəmiyyəti. 2. R(Ş)TŞ-İN (İDARƏNİN) STRUKTURU § § R(Ş)TŞ-in (İdarənin) strukturu haqqında ümumi məlumat; R(Ş)TŞ-də (İdarədə) struktur dəyişikliklərinin aparılması planı barədə (şöbədə yeni yaradılmış və ya yaradılacaq sektor haqqında) məlumat. 3. R(Ş)TŞ-İN (İDARƏNİN) MİSSİYASI § R(Ş)TŞ-in (İdarənin) fəaliyyətinin ümumi məqsədini (hansı işlə məşğul olmaq) və səbəbini (işin nə üçün edildiyi) müəyyənləşdirin. 4. R(Ş)TŞ-İN (İDARƏNİN) PERSPEKTİVİ (VİSİON) § R(Ş)TŞ-in (İdarənin) ümumi perspektivini müəyyənləşdirin. (Təşkilatınızı gələcəkdə necə görmək istəyirsiniz? )

5. R(Ş)TŞ-İN (İDARƏNİN) MƏQSƏDLƏRİ 2 illik strateji planı hazırlayarkən, həmin müddəti əhatə edən R(Ş)TŞ-in strateji məqsədlərini müəyyənləşdirin və plana daxil edin. 6. R(Ş)TŞ-İN (İDARƏNİN) FƏALİYYƏTİNİN SƏMƏRƏLİLİYİ R(Ş)TŞ-in fəaliyyətinin səmərəliliyini əks etdirən amilləri Strateji Plana daxil edin. 7. R(Ş)TŞ-DƏ (İDARƏDƏ) VƏ RAYONUN (ŞƏHƏRİN) TƏHSİL MÜƏSSİSƏLƏRİNDƏ TƏHSİL PİLLƏLƏRİ ÜZRƏ PLANLAŞDIRILAN VƏ HƏYATA KEÇİRİLƏN TƏDBİRLƏR, PROQRAMLAR VƏ LAYİHƏLƏR Məktəbəqədər təhsil Ümumi orta təhsil Peşə təhsili Orta ixtisas təhsili Ali təhsil Beynəlxalq əlaqələr Təhsil Sektorunun İnkişafı üzrə İkinci Layihə (2009 -2014 -cü illər) 8. R(Ş)TŞ-İN (İDARƏNİN) FƏALİYYƏTİNİN QİYMƏTLƏNDİRİLMƏSİ VƏ HESABATVERMƏ SİSTEMİ R(Ş)TŞ-də hesabatvermə sisteminin hansı formada həyata keçirilməsi barədə məlumatı Strateji Planda əks etdirin. (Strateji planlaşdırma mexanizminin tətbiqinə müvafiq olaraq rüblük və illik hesabatların hazırlanması və şöbənin əməkdaşlarının müəyyən göstəricilərə əsasən qiymətləndirilməsinin həyata keçirilməsi. )

R(Ş)TŞ-lərin (İdarələrin) fəaliyyətinin yaxşı və səmərəli olmasına köməklik edən amillər § § § § R(Ş)TŞ-in (İdarənin) nailiyyətinin yüksək nəticələrə nail olunması; R(Ş)TŞ-ə (İdarəyə) və məktəblərə daha çox köməkliyin göstərilməsi; R(Ş)TŞ-in (İdarənin), şagirdlərin və məktəblərin fəaliyyəti haqqında məlumatların toplanılması və onlardan istifadə olunması; Şöbənin hazırkı səviyyəsi ilə gələcəkdə olmaq istədikləri səviyyə arasındakı çatışmayan cəhətlərin təhlil olunması; Təkmilləşmək üçün effektiv yolların seçilməsi; İnkişaf proqram və layihələrin həyata keçirilməsində faydalı olması; Fəaliyyətin təkmilləşdirilməsi istiqamətində Strateji Plandan istifadə olunması.

Rayon (Şəhər) Təhsil Şöbələrinin (İdarələrin) Strateji Planları 30 noyabr 2010 -cu il tarixində Təhsil Nazirliyinin Strateji təhlil, planlaşdırma və kadrların idarəolunması şöbəsinə təqdim edilməlidir. www. edu. gov. az v. abdulrahimov@edu. gov. az


R(Ş)TŞ-in (idarənin) güclü tərəfləri: Ø Ø Ø Rəhbərliyin müəssisənin fəaliyyətində maraqlı olması; Bacarıqlı əməkdaşların cəlb olunması; Beynəlxalq təcrübə ilə tanışlıq; Ölkənin təhsil sistemində aparılan geniş islahatlar və təşkilatın bu prosesdə iştirakı; Təşkilatın müəyyənləşdirdiyi dəyərlərə sadiqliyi; Müəssisəyə rəhbərlik. R(Ş)TŞ-in (idarənin) zəif tərəfləri: Ø Əməkdaşların idarəetmə sahəsində müəyyən qədər təcrübəsizliyi; Ø Şöbənin funksiyalarına aid olan sahələri üzrə formalaşmış strategiyanın olmaması (əks-mərkəzləşdirmə, yeni hesabatvermə sistemi və strateji planlaşdırma prosesi); Ø Məktəb rəhbərliyinin idarəedilməsi sahəsində təcrübənin olmaması.

RİSKLƏR ü Yayınma; ü R(Ş)TŞ-də (İdarədə) struktur bölmələr haqqında məlumatların az olması; ü Yeniliklərin (innovasiyaların) maneələrlə müşahidə olunması; ü Dəyişikliklərin ehtiyatlarla (cəmiyyət tərəfindən) qarşılanması; ü İşin vaxtında icra olunmaması; ü Fəaliyyətin düzgün və vaxtında qiymətləndirilməməsi.

R(Ş)TŞ-lər (idarələr) üçün 3 növ məqsəd müəyyənləşdirilir: müəyyənləşdirilir Ø Şöbənin (idarənin) məqsədləri – ümumi məqsədləri əks etdirir. Ø Əsasnamədən irəli gələn məqsədlər - şöbənin əsasnaməsində göstərilən, həmin əsasnamənin tələblərinə cavab verən məqsədlər ilə əlaqədardır. Ø Daxili məqsədlər - şöbənin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı olan məqsədlərdir (MƏSƏLƏN: Şöbənin əməkdaşlarının İKT-dən istifadə edə bilməsi, xarici dillərdə bacarıqların olması, beynəlxalq təcrübə ilə tanışlığı, təhliletmə, ümumiləşdirmə, qərar-qəbuletmə, əməkdaşlıq və prioritetlərin müəyyənləşdirilməsi kimi bacarıqların təkmilləşdirilməsi).

FƏALİYYƏT PLANI ______ Rayon (Şəhər) Təhsil Şöbəsinin (İdarənin) Fəaliyyət Planı Tədbirlər Tədbirin məqsədi Məsul (strateji plan üçün şəxs müəyyənləşdirilən uzunmüddətli məqsədlərə əsasən illik qısamüddətli məqsədlərin müəyyənləşdirilməsi) Monitorinq Nəticə (Əldə olunan “nəticə”) Fərqin təhlili (Yaranan fərqlər və onların təhlili) İcra müddəti Resurslar Növbəti addımlar (Növbəti il növbəti məqsədə müvafiq görüləcək tədbirlər)
- Slides: 22