AZRBAYCAN RESPUBLKASI SHYY NAZRLY LYEV ADINA AZRBAYCAN DVLT
AZƏRBAYCAN RESPUBLİKASI SƏHİYYƏ NAZİRLİYİ Ə. ƏLİYEV ADINA AZƏRBAYCAN DÖVLƏT HƏKİMLƏRİ TƏKMİLLƏŞDİRMƏ İNSTİTUTU STOMATOLOGİYA VƏ ÜZ – ÇƏNƏ CƏRRAHİYYƏSİ KAFEDRASI Müəlliflər: Dosent M. İ. İsmayılov Assistent C. Ə. Babayev
DİŞLƏRİN YONULMASININ ÜMUMİ QAYDALARI Müasir tələblərə görə dişlər hansı konstruksiya altına yonulmasından asılı olmayaraq sərt toxuma çox az yonulmalı, hətta emal qatı çərçivəsində məhdudlaşmalıdır. Artıq bugün sağlam dişləri mütləq depulpasiya edib, onları qlobal şəkildə yonmaq zamanı deyil. Diş texnikləri arasında möhkəm yer almış " Yaxşı həkim " protez konstruksiyası üçün çox yer verir və ya " yaxşı diş yonur " ənənəsi, yerini zaman və tələbata uyğun olaraq dəyişməkdədir. İndi düzəldiləcək diş konstruksiyası üçün ağızda faktiki şəraitə uyğun və dişlər maksimum az yonulmaqla alınan ölçü əsasında, diş texniki tələb olunan protez növünü hazırlamağı bacarıb, yaxşı diş texniki adını qazanmalıdır. Yəni, antoqonist dişlə, dayaq diş arasındaki minimal məsafadə, belə bütün keyfiyyətləri özündə cəmləşdirən diş protezi konstruksiyası hazırlamaq bacarığına yiyələnmək qabiliyyəti müasir texniklər üçün danılmaz fakr olaraq, ortaya çıxmaqdadır. Belə olan halda, ümidvericilik əsasən müasir texnika və texnologiyalarının klinisist stomatoloqlar və diş texnikləri tərəfindən mükəmməl mənimsənilib praktik tədbiq edilməsindədir. Bu konsepsiya, klinisist stomatoloqlardan və diş texniklərdən işlərinə yeni, həm də məntiqi düşüncə ilə yanaşma tərzi tələb edir.
Dişin hansı qapaq altına yonulmasından asılı olmayaraq aşağıdakı prinsiplərə mütləq əməl edilməlidir: Diş toxumasından maksimum az yonmaq ; Protez konstruksiyasının retensiya və dayanıqlığını təmin etmək ; Protez komstruksiyasının ağızda maksimum funksional sabitliyini təmin etmək ; Diş protezi ilə dayaq diş və selik qişa toxuması arasında optimal konqruentliyə nail olmaq; Paradont toxumalarının sağlam vəziyyətini qoruyub saxlamaq. Çox vaxt bu prinsiplərin biri, bəzən isə bir neçəsi obyektiv və subyektiv səbəbdən pozulmuş olur. Dişin sərt toxumasının normadan artıq yonulması, əsassız olaraq hündürlüyünün qısaldılması və ya dtş tacına əlavə əynəmlik vermək hazır diş protezi konstruksiyasının dayaq dişlər üzərindəki retensiyasını və dayanaqlığını zəiflətmiş olur.
Dişin sərt toxumasını az yonmağa səy göstərmək heç də qarşıya qoyulmuş ümumi məqsədə çatmağa imkan vermir. Daha səmərəli və optimal protez konstruksiyaları hazırlamaq naminə diş toxumasından daha çox yonmaq zərurəti əksər hallarda ön plana çıxmış olur. Hazır diş protezi konstruksiyası yalnız dayaq dişin sərt toxuması ilə sıx təmasda olmaqla konstruksiyanın funksional, bioloji və estetik tələblərini ödəyər , eyni zamanda oynaq-çənə sisteminin funksional dağıdıcı təsirlərinə qarşı tab gətirə bilər.
Diş yonma zamanı dişə verilən həndəsi quruluş -forma- hansı ki, birbaşa həkimdən asılıdır, gələcək protez konstruksiyasının effektiv retensiya və funksional fiksasiyasını təmin edir. Yonulan diş, hazır protez konstruksiyasının diş güdülünə və oynaq-çənə sisteminin funksional təsirinə olan münasibətini müəyyənləşdirməklə yanaşı fiksasiya üçün nəzərdə tutulan sementin xarakterini də təyin edir. Bilmək lazımdır ki, bütün fiksasiya sementləri sıxılma gücınə qarşı normal dözürlər. İtələmə gücünə sıxılmaya nisbətən az, dartılma (qoparma) gücünə isə daha az dözürlər. Bütün fiksasiya sementləri konstruksiyanın dayaq diş üzərindəki dayanıqlığını diş güdülündə olan mikromexaniki retensiya və diş güdülü səthindəki kiçik kələ-kötür sahələrə sementin dolması hesabına təmin edirlər. Fosfat sementdə adgezivlik qabiliyəti çox azdır, polikarboksilat və şüşəionomer (keramik) sementlərdə isə müəyyən şəraitdə adgezivlik qabiliyyəti gücləndirilir. Buna yeni adgeziv texnologiyanın tətbiqi ilə protez konstruksiyası və diş toxumasını aşılayan “komposit” qətranlar, həmçinin digər yardımçı materiallar istifadə etməklə nail olurlar.
Hazır diş protezindən istifadə zamanı müxtəlif istiqamıtli gücə malik olan mexaniki təsirlərdən sementlənmiş diş protezinin yerdəyişməsinə cəhdə, yonulan dayaq diş toxuması səthinin dözə bilməsi, konstruksiyanın “funksional dayanıqlığını” müəyyən edir. Yonulmuş dayaq diş güdülünün diametri, hündürlüyü, divarlarının paralelliyi, konusluğu (əyilmə bucağı) , yonulan dişlər arasındakı pralelliklər sementlənmiş diş protezinin “funksional dayanıqlığı” ilə düz mütənasiblik təşkil edirlər. Etiologiyasından asılı olmayaraq diş və diş cərgəsi qüsurlarının müxtəlif protez konstruksiyaları ilə bərpası dişlərin yonulması zırurətini yaradır. Dişin vahid orqanizm sistemində çox vacib orqanlardan biri olduğunu nəzərə alsaq diş yonma zamanı yonulan dişin normal bioloji, funksional və kosmetik göstəricilərinin maksimum toxunalmazlığı, imkan daxilində saxlanılmalıdır. Çox təssüflər ki, klinik təcrübədə bunun tam əksinin həyata keçirilməsi gerçəklikdir.
Hazırlanacaq diş protezi bərpa etmə vasitəsi olmaqla yanaşı, proses özü ümumilikdə müalicəvi xarakter daşıyır. Deməli bununla bağlı ağız boşluğunda yerinə yetirilən istənilən əməliyyat müalicə işinin tərkib hissəsi kimi qəbul olunmalıdır. Bu baxımdan diş yonma əməliyyatı gələcək supra konstruksiyanın –diş protezinin- bütün parametrlər üzrə keyfiyyətini müəyyənləşdirən əsas faktordur. Memarı və icraçısı bilavasitə stomatoloq olan bu əməliyyat klinisist stomatoloqdan yüksək intellektual səviyyə, təcrübə, səbr, əl qbiliyyəti və qeyri adi bacarıq tələb edir. Seçilmiş diş protezi konstruksiyasına uyğun olaraq dişin(lərin) sərt toxuması diş yonma zamanı yonulub lazımı formaya salınmalı və karkasın dayaq dişlər üzərinə rahat daxil olma və çıxarılma trayektoriyası bilavasitə bu mərhələdə mükəmməl həll edilməlidir. Lakin buna tam əminliklə ən təcrübəli həkimlər belə çox çətinliklə nail olurlar. Çünki, həkim gördüyü işi yalnız vizual qavramı hesabına dəyərləndirir. Bu isə subyektiv dəyərləndirmə olub ən yaxşı halda insan faktoru imkanları ilə məhdudlaşır.
Aparılmış xüsusi tədqiqatlar göstərir ki, diş divarları arasında yaradılacaq paralelliyə, onun kəsici (çeynəmə) səthi istiqamətindəki ~6 -12 dərəcəli əynəmliyə, dişə veriləcək məxsusi quruluşa olan tələbatı həkimlər diş yonma zamanı tam dəqiqliyi ilə gözləyə bilmirlər. Ona görə ki, adi gözlə diş yonmaya olan texniki tələbləri görmək mümkün deyil. Odur ki, diş yonma zamanı yardımçı texniki vasitələrdən –intra oral kamera, mikroskop, ən azından isə lupadan- istifadə etmək lazımdır. Dişin hansı qapaq altına yonulmasından asılı olaraq diş toxumasının yonulma dərinliyini müəyyənləşdirmək vacib amillərdən hesab edilməlidir. Belə ki, tam tökmə metal qapaq altına yonulacaq dişlər, metalkeramik, metalplasmas və tam keramik qapaqlara nisbətən az yonulmalıdır. Diş yonmaya ümumi aspektdən yanaşıldıqda hansı qapaq altına yonulmasından asılı olmayaraq diş yonma əməliyyatının prinsip və texnikasının təxminən eyni olduğu məlum olur. Buna baxmayaraq diş yonmanın çoxluq təşkil edən qəbul edilmiş üsul və formalarından istifadə etmək daha məqsədə uyğundur. Klink təcrübədə çox vaxt həkimin diş yonmaya fərdi cizgilərini –elementlərini əlavə etməsi, bu işi bir növ onun üçün daha asan və rəngarəng edir.
Diş yonmanın düzgün fəndi “ALLAH”-ın insana bəxş etdiyi dişin formosını saxlamaqla gələcək protez konstruksiyasına və bu konstruksiya üçün yararlı hesab edilən materialların texniki göstəriciləri xüsusən, bərkliyi nəzərə alınmaqla diş toxumasının yonulmasdır. Yonulmuş dişin səthi son olaraq hamarlanmamalıdır ki, hazır diş protezinin retensiya və funksional stabilliyi üçün daha əlverişli şərait yaranmış olsun.
Düzgün yonulmuş diş sonrakı klinik mərhələlər üçün optimal şərait yaratmış olur. Son məhsulun, yəni hazır diş protezinin yüksək keyfiyyətini isə həkim və diş texnikinin peşəkarlığı təmin etməlidir. Belə olan halda hazır protezin funksional və estetik tələbləri ödəməklə istifadə zamanı rahat və uzun ömürlü olması zəruridir.
Bir çox müəlliflər diş yonma zamanı dişə lazımı formanın verilməsinin geniş imkanlara malik olduğunu qeyd edirlər. Yonulmuş diş formalarının yuxarıdakı sxem və şəkillərdə olan variantlarını klassik variant kimi qıbul etməklə A. Breusted (1968) hesab edir ki, dişi yonma zamanı üç yolla təyin edilmiş protez konstruksiyasına uyğun gələn formaya salmaq olar: Yonulacaq dişdə protez konstruksiyasına uyğun olaraq çıxıntı (pillə) yonulan diş boynun bütün permetri boyunca yaradılır. Bu dairəvi və ya sirkulyar çıxıntı adlanır. Yonulacaq dişdə protz konstruksiyasına uyğun olaraq yonulan dişin yalnız labial (vestibulyar) səthində çıxıntı yaradılır. Ümumiyyətlə yonulan dişdə çıxıntı formalaşdırılmır, diş yonma zamanı yonulan diş boynu nahiyyəsində diş əti və paradont tomalarını zədələməmək şərti ilə ehtiyatla dişlə diş əti arasına 0, 3 -0, 8 mm dərinliyə keçilir. Klinisistlər arasında bu üsul daha populyardır. Yonuıan dişdə çıxıntı yaratmaq hər şeydən əvvəl həkimdən yüksək intellektual səviyə, böyük bacarıq, xüsusi diqqət və öz peşəsinə fərdi yanaşma tələb edir.
Qeyd etmək lazımdır ki, dişlərin qapaq altına çıxıntısız yonulmasının mövcud üsul və variantlar arasında sadə hesab edilməsi belə şərtidir. Çünki diş boynu nahiyyəsində yonma əməliyyatının dişin sərt toxumasından “diş əti yarığına” keçirilməsi və onun dərinliyini müəyyən etmək məsuliyyətini həkim daim diqqətində saxlamalıdır. Bu mərhələdə yol verilən yanlışlıqlar gələcək diş protezində estetik, diş əti və periodont toxumasıdna isə travmatik mənşəli fəsadların yaranmasına səbəb ola bilər.
Diş toxumasının yonulması zamanı yonma rejiminə əməl edilməsi boyük əhəmiyyət kəsb edir. Dişi yonmağa işlək səthi diş tacının hündürlüyünə uyğun gələn təzə, lazımı formalı turbin borla başlamaq lazımdır. Emal və dentin qatını lazımı qalınlıqda yonduqdan sonra məsləhətdir ki, son tamamlama işləri aşağı sürətlə yerinə yetirilsin. Bu zaman istifadə edilən borların səthinin əvvəlkilərlə müqayisədə nisbətən kiçik dənəvərli almaz örtüklü turbin borlar olması məqsədə uyğundur. Çünki sağlam pulpalı dişlərin yonulması zamanı pulpanın artiq qıcıqlanmasının və onda termiki yanma əlamətlərinin yaranmasının qarşısını almaq üçün incə örtüklü borlar daha münasib hesab olunurlar.
Tədqiqatlar göstərir ki, sağlam pulpalı dişlərin yonulması zamanı bütün ehtiyyat tədbirlərinin-cərrahi, su iatifadə etməklə soyutma, tez-tez fasilə və s. -görülməsinə baxmayaraq pulpanın az da olsa zədələnməsi baş verir. Bu zaman leykositlərin birləşdirici toxumadakı kapilyarlardan kənara çıxması müşahidə edilir. E. İ. Qavrilov bu halı “aseptik iltihabın başlanğıc fazası” hesab etməklə onun geriyə dönən proses olduğunu qeyd edir. S. İ. Abakarov sübut etmişdir ki, diş yonma zamanı intakt dişlərin pulpasında qıcıqlanma onun konstriksiyası və ya dilatasiyası şəklində baş verir. Klinik müşahidələr pulpada dilatasiya vəziyyətinin konstriksiya vəziyyətinə nisbətən daha çox rast gəldiyini aşkarlamışdır. İntakt dişlərdə 12 dərəcədən çox bucaq yaratmaq pulpada hiperemiyanın çoxalmasına hətta travmatik pulpit əlamətlərinin meydana çıxmasına səbəb olur. Belə halların olmaması üçün diş yonma zamanı aseptika qaydalarına əməl edilməsi vacibdir. Sağlam pulpalı dişlər yonulub ölçü alındıqdan sonra onların üzəri mütləq qoruyucu müvəqqəti qapaqla örtülməlidir.
Dişin sərt toxumalarının defektlərinin tam keramik konstruksiyalar altına hazırlanmasının prinsipləri. Taxma, plomb və vinir. Taxma və plomb Preparasiya zamanı keramik kütlənin spesifik xüsusiyyətini nəzərə almaq lazımdır Preparasiyanı qutu şəklində, əyilmələr olmadan aparmaq lazımdır
Taxmaların hazırlanması zamanı: �fissurlarda minimal dərinlik – 1. 5 mm �boşluğun kənarında minimal dərinlik – 2 mm �əgər boşluğun kənarı qabarın zirvəsi yaxınlığında olarsa – 2. 5 mm �dairəvi pillə qonşu dişdən ayrı olmalıdır �aproksimal pillənin minimal eni – 1. 5 mm �aproksimal qutunun boşluğun yan divari və aproksimal xarici səthi arasında bucaq : > 60° � Keramik plombların hazırlanmasında əlavə olaraq nəzərə alınmalıdır �Qabarın restavrasiyası zamanı qatın minimal qalınlığı – 1. 5 mm �Ölçü adi qaydada dəqiq ( presizion ) ölçü materialları ilə götürülür.
II – Keramik vinirlər üçün preparasiyanın qaydaları. �Preparasiya zamanı keramik kütlənin spesifik xüsusiyyətini nə �zərə almaq lazımdır. �Preparasiya aşağıdakı məqsədlər təmin etməlidir : �canlı pulpanın saxlanması; �yüksək estetik nəticə əldə etmək üçün düzgün material seçməklə daha proqressiv texnologiyadan istifadə etmək və diş toxumasını maksimum az yonmaq; �diş əti və parodontal sahədə profilaktik momentlərə qarşı diqqətli olmaq;
Vinirlər: Labial səthdə: � - orta labial yonulma – 0. 5 mm. ; � - dişin vestibulyar konturunun saxlanması. � Servikal səthdə: � - yüngül dairəvi çiyin yaradılmalıdır; � - çiyin diş əti kənarına paralel olmalıdır; � - vinir diş əti yarığına azacıq daxil olmalıdır. � Aproksimal səthdə: � aproksimal kənara doğru keçərək oyuq yaratmaq lazımdır ki, bu sahə vinirlə “ yəhərə bənzər “ əhatə olunsun; � qonşu dişlərlə təbii kontakt nöqtələrini qoruyub saxlamaq. � İnsizial səthdə: � dişin labial – insizial toxumasının yonulması; � dişin original uzunluğunu qorumaq üçün minimal qalınlıq 1 mm. olmaqla dişi yonmaq və bu zaman iti tinlər saxlamayaraq onu dairəvi hamarlamaq
- Slides: 21