AZRBAYCAN RESPUBLKASI THSL NAZRLY 2009 CU LN YEKUNLARINA

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ 2009 -CU İLİN YEKUNLARINA DAİR TƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN MƏTBUAT KONFRANSI 29 dekabr 2009 -cu il 1

İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikası Prezidentinin sərəncamları 2

İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikası Prezidentinin sərəncamları 1. 2009 -cu il ölkəmizdə “Uşaq ili” elan edilib. 2. “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olmuş 50 məktəbin hər birinə 10 000 manat, “Ən yaxşı müəllim” müsabiqəsinin qalibi olmuş 100 müəllimin hər birinə 5 000 manat məbləğində birdəfəlik pul mükafatı verilib. 3. 2009 -cu ildə ölkəmizdə elm və təhsilin inkişafındakı xidmətlərinə görə ümumilikdə 312 nəfər təhsil işçisi yüksək dövlət təltiflərinə, fəxri adlara və fərdi təqaüdlərə layiq görülüb. O cümlədən, 1 nəfər “İstiqlal”, 4 nəfər “Şərəf”, 20 nəfər “Şöhrət” ordenləri, 115 nəfər “Tərəqqi” medalı ilə təltif olunub. 10 nəfər “Əməkdar elm xadimi”, 1 nəfər “Əməkdar incəsənət xadimi”, 124 nəfər “Əməkdar müəllim”, 5 nəfər “Əməkdar jurnalist”, 5 nəfər “Əməkdar mühəndis”, 1 nəfər “Əməkdar mədəniyyət işçisi”, 9 nəfər “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adlarına, 17 nəfər Prezidentin fərdi təqaüdünə layiq görülüb. 3

İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikası Prezidentinin sərəncamları 4. 2009 -cu ildə musiqi sahəsində xüsisi istedadı olan 11 yeniyetmə və gəncin adı Azərbaycanın gənc istedadlarının “Qızıl kitabı”na yazılmaqla Azərbaycan Respublikası Prezidentinin xüsusi təqaüdünə layiq görülüb. 5. 24 aprel 2009 -cu il tarixdə “Bakı Dövlət Universitetinin 90 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalanıb. 6. 4 may 2009 -cu il tarixdə “Azərbaycan Respublikasında 2009 -2015 -ci illərdə elmin inkişafı üzrə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalanıb. 7. 5 may 2009 -cu il tarixdə “ 2009 -2014 -cü illərdə Azərbaycanda şahmatın inkişaf etdirilməsi Dövlət Proqramının təsdiq edilməsi barədə” sərəncam imzalanıb. 4

İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikası Prezidentinin sərəncamları 8. 22 may 2009 -cu il tarixdə “ 2009 -2013 -cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncam imzalanıb. 9. 23 iyun 2009 -cu il tarixdə “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” sərəncam imzalanıb. 10 sentyabr 2009 -cu il tarixdə “Texniki peşə təhsil müəssisələrinin maddi texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” sərəncam imzalanıb. 11. 10 sentyabr 2009 -cu il tarixdə “Məktəbəqədər təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi ilə əlaqədar əlavə tədbirlər barədə” sərəncam imzalanıb. 5

İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikası Prezidentinin sərəncamları 12. 24 sentyabr 2009 -cu il tarixdə “ 2009 - 2010 -cu tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalanıb. 13. 4 dekabr 2009 -cu il tarixdə “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” sərəncam imzalanıb. 6

İLİN MÜHÜM HADİSƏLƏRİ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 5 sentyabr 2009 -cu il tarixdə “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə fərman imzalayıb. “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddələrinin icrasının təmin olunması məqsədilə Təhsil Nazirliyində hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilən sənədlər: 1. “Azərbaycan Respublikasında məktəbəqədər təhsilin dövlət standartları” 2. “Məktəbə hazırlığın təşkili qaydaları” 3. “Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları” 7

“TƏHSİL HAQQINDA” QANUNA ƏSASƏN HAZIRLANAN SƏNƏDLƏR 4. “Azərbaycan Respublikası ümumtəhsil məktəbinin nümunəvi Əsasnaməsi” 5. “Azərbaycan Respublikasının ümumi təhsil sahəsində dövlət təhsil standartları və proqramları (kurikulumları)” 6. “Azərbaycan Respublikası ümumtəhsil internat məktəbinin nümunəvi Nizamnaməsi” 7. “Formal təhsilin təşkili qaydaları” 8. “Ümumi təhsil haqqında dövlət sənədləri və onların verilməsi qaydaları” 9. “Ümumi orta və tam orta təhsil səviyyələrini başa vurmayan şəxslərə arayışın verilməsi qaydaları” 8

“TƏHSİL HAQQINDA” QANUNA ƏSASƏN HAZIRLANAN SƏNƏDLƏR 10. “Ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran məzunların qızıl və ya gümüş medalla təltif olunması haqqında qaydalar” 11. “Ümumi təhsilin təhsil səviyyələri üzrə müddəti və bir səviyyədən digər səviyyəyə keçid qaydaları” 12. “Ümumi orta və tam orta təhsil haqqında sənədlərin nümunələri” 13. “Ümumi orta təhsili başa vurmayan şəxslərə veriləcək arayışın nümunəsi” 14. “Təhsil müəssisələrində işçilərin həftəlik iş vaxtı barədə normalar” 9

“TƏHSİL HAQQINDA” QANUNA ƏSASƏN HAZIRLANAN SƏNƏDLƏR 15. “Ali təhsil pilləsinin dövlət standartları və proqramı” 16. “Ali təhsil müəssisələrinin nümunəvi Nizamnaməsi” 17. “Orta ixtisas təhsili müəssisəsinin nümunəvi Nizamnaməsi” 18. “Orta ixtisas təhsilinin dövlət standartı və proqramı” 19. “Ali və orta ixtisas təhsili pilləsində formal təhsilin təşkili qaydaları” 20. “Bakalavriat təhsilinin məzmunu və təşkili qaydaları” 21. “Magistratura təhsilinin məzmunu, təşkili və “magistr” dərəcələrinin verilməsi qaydaları” 22. “Ali təhsil müəssisələrinin professor-müəllim heyətinin dərs yükü və digər iş növləri üzrə vaxt normaları” 10

“TƏHSİL HAQQINDA” QANUNA ƏSASƏN HAZIRLANAN SƏNƏDLƏR 23. “Orta ixtisas təhsili müəssisələrinin müəllim heyətinin dərs yükü və digər iş növləri üzrə vaxt normaları” 24. “Orta ixtisas təhsili pilləsini yüksək nəticələrlə başa vuran məzunların – subbakalavrların topladıqları kreditlərin uyğun ixtisaslar üzrə ali təhsil müəssisələrində nəzərə alınması qaydası” 25. “Ali təhsil pilləsinin bakalavr və magistr diplomlarının nümunəsi və onların verilməsi qaydası” 26. “Orta ixtisas təhsili haqqında diplomun nümunəsi və onun verilməsi qaydaları” 27. “Orta ixtisas təhsili pilləsini müxtəlif səbəblərdən başa vurmayan şəxslərə arayışın verilməsi qaydası” 28. “Ali təhsil pilləsinin bakalavr və magistr səviyyələri üzrə müxtəlif səbəblərdən təhsilini başa vurmayan şəxslərə 11 arayışın verilməsi qaydası”

“TƏHSİL HAQQINDA” QANUNA ƏSASƏN HAZIRLANAN SƏNƏDLƏR 29. “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında” 30. “Əlavə təhsilin (ixtisasartırma təhsilinin) məzmunu, təşkili və ixtisasartırma təhsili almış şəxslərə müvafiq sənədin verilməsinə dair qaydalar” 31. “Pedaqoji işçilərin həftəlik və illik dərs yükü barədə normalar” 32. “Təhsil müəssisələrində çalışan işçilərə elmi dərəcələrə və elmi adlara görə əlavələrin ödənilməsi haqqında” 33. “İlk peşə ixtisas təhsili müəssisələrinin nümunəvi Nizamnaməsi” 34. “İlk peşə ixtisas təhsili haqqında dövlət sənədlərinin nümunəsi və onların verilməsi qaydaları” 35. “Azərbaycan Respublikasının ilk peşə ixtisas təhsilinin dövlət standartı və proqramı” 12

TƏHSİLİN İQTİSADİYYATI 1. Təhsilə ayrılan büdcə 2003 -cü illə müqayisədə 5 dəfədən çox artaraq 2008 -ci ildə 1, 1 milyard, 2009 -cu ildə isə 1, 3 milyard manat təşkil edib. İllər Dövlət büdcəsindən təhsilə ayrılan xərclər (min manatla) 2001 -ci il 202226, 6 2002 -ci il 216453, 9 2003 -cü il 243253, 2 2004 -cü il 308250, 0 2005 -ci il 378643, 0 2006 -cı il 498520, 3 2007 -ci il 757739, 8 2008 -ci il 1115423, 3 2009 -cu il 1353051, 5 2010 -cu il 1276755, 0 13

TƏHSİLİN İQTİSADİYYATI 2. Təhsil işçilərinin orta aylıq əmək haqqı ilbəil artaraq, 2008 -ci ildəki 220 manatdan 2009 -cu ildə 268, 5 manata yüksəlib. 14

TƏHSİLİN İQTİSADİYYATI 3. Son 5 ildə təhsil işçilərinin əmək haqqı 5, tələbələrin təqaüdü 10 dəfə artıb. 4. Dövlət büdcəsinin tərkibində təhsilə ayrılan xərclər 2008 -ci ilə nisbətən 2009 -cu ildə 238 milyon manat (21%) artıb. 5. 2009 -cu ildə investisiya xərcləri 57, 0 milyon manat təşkil edib. 15

MƏKTƏB İNFRASTRUKTURUNUN İNKİŞAFI Son 5 ildə Azərbaycanda 450 000 şagird yerlik 2000 -dək yeni məktəb binası tikilərək istifadəyə verilib. 2009 -CU İLDƏ: • 68 yeni məktəb binası və əlavə korpus tikilib. • 28 məktəb əsaslı təmir olunub. • 10 körpələr evi və uşaq bağçası əsaslı təmir edilib. • 87 məktəbin istilik sistemi bərpa olunub. • 201 məktəb və 10 rayon təhsil şöbəsi müasir avadanlıqlarla, 119 məktəb isə müasir kimya və fizika laboratoriyaları ilə təmin edilib. 16

MƏKTƏB İNFRASTRUKTURUNUN İNKİŞAFI Son 10 ildə məktəb tikintisi sahəsində həyata keçirilən proqramlar nəticəsində ikinövbəli məktəblərin faizi 73, 3 -dən 49 -a, ikinci növbədə təhsil alan şagirdlərin faizi isə 34 -dən 23 -ə enib. 17

MƏKTƏB İNFRASTRUKTURUNUN İNKİŞAFI 15 sentyabr 2009 -cu il tarixdə ölkə Prezidenti cənab İlham Əliyev əsaslı təmir olunmuş “Elitar” gimnaziyanın açılışında iştirak edib. 18

MƏKTƏB İNFRASTRUKTURUNUN İNKİŞAFI Dövlət başçısının xüsusi sərəncamı ilə Bakı şəhəri 132 və 134 nömrəli məktəblərin tarixi binasında başlanmış əsaslı təmir işləri davam etdirilir. 19

MƏKTƏB İNFRASTRUKTURUNUN İNKİŞAFI 1. Məktəblərin infrastrukturunun yeniləşdirilməsi sahəsində Heydər Əliyev Fondunun müstəsna xidmətləri olub. 2. Son illərdə Fondun təşəbbüsü ilə 300 -ə yaxın yeni məktəb, uşaq bağçası, uşaq evi, internat məktəbi binası tikilib istifadəyə verilib, əsaslı təmir və bərpa olunub, müasir avadanlıqlarla təchiz edilib. 3. 2009 -cu ildə Fondun təşəbbüsü ilə 1600 şagird yerlik 6 yeni məktəb binası inşa olunub. 4. Yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblər üçün əlavə korpusların inşası, onların əsaslı təmiri, müasir avadanlıqlarla təminatı, istilik sisteminin bərpası, infrastrukturun yeniləşdirilməsi nəticəsində, ümumilikdə ölkə üzrə 1 050 000 şagirdin (bütün şagirdlərin 75 faizi) təlim şəraiti yaxşılaşdırılıb. 20

İCTİMAİYYƏTİN MƏLUMATLANDIRILMASI Təhsil Nazirliyinin keçirdiyi tədbirlərdə aparıcı kütləvi informasiya vasitələrinin iştirakı təmin olunub. İctimaiyyətin təhsil sahəsindəki yeniliklər və həyata keçirilən islahatların nəticələri ilə operativ məlumatlandırılması məqsədilə Təhsil Nazirliyi tərəfindən 5 internet saytı hazırlanaraq istifadəyə verilib. www. xaricdetehsil. edu. gov. az www. kurikulum. az www. portal. edu. gov. az www. vet. edu. gov. az 21

“QAYNAR XƏTT” XİDMƏTİ 1. Təhsil Nazirliyinin “Qaynar xətt” xidmətinə (telefonlar: 496 -34 -82; 496 -37 -61; e-mail ünvanı: qaynar-xett@edu. gov. az) cari il ərzində 585 müraciət və şikayət daxil olub. 2. “Qaynar xətt” xidmətinə daxil olan bütün müraciətlər araşdırılıb, müvafiq tədbirlər görülüb və müraciət müəlliflərinə cavab verilib. Eyni zamanda “Qaynar xətt” xidmətinə daxil olan çoxsaylı sorğular nazirliyin əməkdaşları tərəfindən cavablandırılıb. 22

TƏHSİLİN İNFORMASİYALAŞDIRILMASI 1. 2009 -cu ildə Məlumat və Resurs Mərkəzi yaradılıb, 500 məktəb genişzolaqlı sürətli internetə qoşulub. 2. 2009 -cu ildə şagirdlərə 400 noutbuk hədiyyə edilib. 2010 -cu ilin sonunadək bu iş davam etdiriləcək və “İntel” şirkəti tərəfindən 1000, Təhsil Nazirliyi tərəfindən isə 3000 olmaqla ümumilikdə 4 000 şagirdə noutbuk veriləcək. 3. Bakı şəhərinin 20 məktəbində “Elektron məktəb” pilot layihəsinin tətbiqinə başlanıb. 4. 4 ali təhsil müəssisəsi İKT avadanlığı ilə təmin edilib. 5. Məktəblərə verilmiş kompüterlər üçün 30 min lisenziyalı proqram təminatı alınıb. 6. 2009 -cu il ərzində 20 000 nəfərdən artıq pedaqoji işçi İKT-nin təhsildə tətbiqi üzrə treninqlərdən keçirilib. 23

TƏHSİLİN İNFORMASİYALAŞDIRILMASI 7. 2009 -cu ildə “Xalq kompüteri” layihəsinə başlanılıb, 5 000 -ə yaxın müəllim kompüterlə təmin olunub. 8. Hazırda təhsilin idarəolunmasının məlumat sistemləri bazasında 1 milyon 400 mindən çox şagird, 200 mindən çox müəllim və digər işçilər haqqında məlumat yerləşdirilib. Məlumatların bazaya daxil olunması məhz məktəblərin (təhsil şöbələrinin) özləri tərəfindən aparılır və həmin məlumatlar dərs ili ərzində daim yenilənir. 9. Braziliyanın Salvador şəhərində dünya üzrə “İnnovativ Məktəblər” proqramı çərçivəsində keçirilən müsabiqədə iştirak edən 31 məktəb arasında Bakı şəhəri 7 nömrəli orta məktəb birinci yerə layiq görülüb. 24

KADR TƏMİNATI 1. Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş “ 2005 -2009 -cu illər üçün Azərbaycan Respublikasının ümumtəhsil məktəbləri şəbəkəsində pedaqoji kadr təminatı üzrə inkişaf Proqram”ı başa çatdırılıb, ümumilikdə 6179, o cümlədən 2009 -cu ildə 1308 nəfər müəllim stimullaşdırıcı tədbirlər tətbiq edilməklə respublikanın ehtiyacı olan ucqar kənd məktəblərinə göndərilib. 25

KADR TƏMİNATI 2. 2009 -2010 -cu dərs ilində müəllimlərin işə qəbulu elektron vasitələr əsasında iki mərhələli müsabiqə mexanizmi tətbiq olunmaqla həyata keçirilib. Bu mexanizmin növbəti dərs ilindən bütün ölkə üzrə tətbiq olunması nəzərdə tutulub. 3. Görülən tədbirlər nəticəsində ölkə üzrə müəllimlərin sayı 173 mindən 170 minə enib. 4. 2009 -2010 -cu dərs ilində ölkənin ümumtəhsil məktəblərində pedaqoji kadr təminatı vəziyyətinin monitorinqi aparılıb və bununla bağlı yeni təkliflər hazırlanır. 5. Müəllimlərin və rəhbər pedaqoji işçilərin peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi üzrə mexanizm hazırlanıb təsdiq ediləcək. 26

İXTİSASARTIRMA TƏHSİLİ Modul-kredit sisteminə əsaslanan ixtisasartırma təhsilinin yeni mexanizmi hazırlanıb. Növbəti dərs ili ərəfəsində eksperiment qaydasında ibtidai sinif müəllimlərinin ixtisasının artırılması sahəsində tətbiq ediləcəkdir: 1. “Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrların ixtisasartırmasına dair Əsasnamə” layihəsi hazırlanıb və Hökumətə təqdim olunub. 2. “Azərbaycan Respublikasının təhsil sistemində rəhbər və pedaqoji kadrlar üçün ixtisasartırma proqramlarının akkreditasiyasına dair Qaydalar” hazırlanıb. 3. “Məktəbəqədər və ümumtəhsil müəssisələrinin rəhbər və pedaqoji kadrlarının ixtisasartırmasının kurikulum çərçivəsi” layihəsi hazırlanıb. 27

İXTİSASARTIRMA TƏHSİLİ 4. “Rəhbər və pedaqoji kadrların ixtisasartırması üzrə kursların, treninqlərin keyfiyyətinin təmin edilməsi, monitorinqi və qiymətləndirilməsi haqqında təlimat” hazırlanıb. 5. İxtisasartırma təhsili sistemi üçün monitorinq və qiymətləndirmə mexanizminin hazırlanması nəzərdə tutulur. 28

MƏKTƏBƏQƏDƏR TƏHSİL DÖVLƏT MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİ HAQQINDA M Ə L U M A T İllər Müəssisələrin sayı Uşaqların sayı Pedaqoji işçilərin sayı 2008 1 658 103 902 13 765 2009 1604 103 617 13 532 ÖZƏL MƏKTƏBƏQƏDƏR TƏHSİL MÜƏSSİSƏLƏRİ HAQQINDA M Ə L U M A T İllər Müəssisələrin sayı Uşaqların sayı Pedaqoji işçilərin sayı 2008 5 346 94 2009 6 515 123 29

MƏKTƏBƏQƏDƏR TƏHSİL 1. Son iki ildə ölkə üzrə 28 yeni uşaq bağçası istifadəyə verilib, 30 -u əsaslı təmir olunub. 2. 2009 -cu ildə 6 özəl məktəbəqədər təhsil müəssisəsi Təhsil Nazirliyinin lisenziyası əsasında fəaliyyətə başlayıb. 3. Son illərdə həmin müəssisələr 137 adda, 2009 -cu ildə isə 37 adda təlim vəsaitləri ilə təmin olunub. 4. Bakı şəhərində bağçalara cəlb olunmuş uşaqların sayı 4 min nəfər artıb, təhsilin bu pilləsi üzrə əhatə səviyyəsi 26 faizi ötüb. 30

MƏKTƏBƏQƏDƏR TƏHSİL Bakı şəhəri Şüvəlan qəsəbəsindəki 10 nömrəli uşaq bağçası 31

MƏKTƏBƏQƏDƏR TƏHSİL Akademik Zərifə Əliyeva adına uşaq bağçası 32

MƏKTƏBƏQƏDƏR TƏHSİL Bakı şəhəri üzrə lisenziyasız fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin S İ Y A H I S/s Müəssisənin adı Ünvanı 1 104 nömrəli körpələr eviuşaq bağçası Nərimanov rayonu, Əliyar Əliyev küçəsi, 57 a 2 “Cücələrim” uşaq bağçası Nərimanov rayonu, Olimpiya küçəsi, 6 (Gənclik İdman Sağlamlıq Kompleksinin binasında yerləşir) 3 “Yavrum” uşaq bağçası (keçmiş 115 nömrəli körpələr evi-uşaq bağçası Nizami rayonu, Şirin Mirzəyev küçəsi, 52 4 “Turfan” uşaq bağçası (keçmiş 220 nömrəli körpələr evi-uşaq bağçası Binəqədi rayonu, Mir Cəlal küçəsi, 70 5 231 nömrəli körpələr eviuşaq bağçası Sabunçu rayonu, Bilgəh qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsi, 6 33

MƏKTƏBƏQƏDƏR TƏHSİL S/s Müəssisənin adı Ünvanı 6 “Səma” uşaq bağçası Yasamal rayonu, B. Məcidov küçəsi, ev 24 7 “Ulduz” uşaq bağçası Yasamal rayonu, M. Seyidov küçəsi, məhəllə 31/41, ev 10 8 Uşaq bağçası Yasamal rayonu, Nizami küçəsi, 9 9 “Nur” uşaq bağçası Yasamal rayonu, Abdulla Şaiq küçəsi, 214 10 “Nemo” uşaq bağçası Nəsimi rayonu, M. A. Əliyev küçəsi, 226 11 Uşaq bağçası Nəsimi rayonu, D. Əliyeva küçəsi, 251 A 12 Uşaq bağçası Səbail rayonu, R. Behbudov küçəsi, 22 13 Uşaq bağçası Səbail rayonu, Kiçik Qala küçəsi, 82 14 “Gül” uşaq bağçası Səbail rayonu, Badamdar qəsəbəsi, 2 -ci Bağlar massivi 15 “Cücələrim” uşaq bağçası Səbail rayonu, Qurban Abbasov küçəsi, 46 34

ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ DÖVLƏT ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ HAQQINDA MƏLUMAT İllər Müəssisələrin sayı Şagirdlərin sayı Müəllimlərin sayı 2008/2009 4 540 1 424 353 173 100 2009/2010 4 552 1 420 350 170 000 ÖZƏL ÜMUMTƏHSİL MƏKTƏBLƏRİ HAQQINDA MƏLUMAT İllər Müəssisələrin sayı Şagirdlərin sayı Müəllimlərin sayı 2008/2009 17 7 162 1 021 2009/2010 17 7 560 1 005 35

QİYMƏTLƏNDİRMƏ SİSTEMİ 1. Təhsil tariximizdə ilk dəfə olaraq ötən dərs ilində ölkəmizin bütün ümumtəhsil məktəbləri və peşə liseylərində orta təhsil kursu üzrə buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçirilib. 2. Ümumtəhsil müəssisələrinin 99627 nəfər XI sinif şagirdindən 96646 nəfəri (97. 01%) buraxılış imtahanlarında iştirak edib, onlardan 78321 -i (78. 61 %) orta təhsil haqqında attestat alıb. 3. Bütün ümumtəhsil müəssisələrinin XI siniflərində buraxılış imtahanlarının mərkəzləşdirilmiş qaydada keçirilməsi növbəti illərdə davam etdiriləcək. 4. 2009 -2010 -cu dərs ilindən ölkənin bütün ümumtəhsil məktəblərinin IX siniflərində ana dili və riyaziyyat fənlərindən buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada aparılacaq. 36

QİYMƏTLƏNDİRMƏ SİSTEMİ 5. Nazirlər Kabinetinin 13 yanvar 2009 -cu il tarixli qərarı ilə “Azərbaycan Respublikasının ümumi təhsil sistemində Qiymətləndirmə Konsepsiyası” təsdiq edilib. 6. Cari ilin aprel - may aylarında ölkəmizin 16 məktəbinin 15 yaşlı 4716 şagirdi əhatə olunmaqla PISA - 2009 - un (Beynəlxalq şagird qiymətləndirilməsi proqramı) əsas mərhələsi keçirilib. 7. Ölkəmiz IV və VIII sinif şagirdlərinin oxu, riyaziyyat və təbiət fənlərinin kurikulum üzrə beynəlxalq qiymətləndirilməsi – TIMSS və PIRLS proqramlarına qoşulub və 2010 -cu ilin əvvəllərində bu qiymətləndirmənin sınaq mərhələsinin aparılması nəzərdə tutulub. 8. 2009 -cu ilin mayında respublikanın 52 rayon və şəhərinin 216 məktəbində 12500 şagird əhatə olunmaqla Milli qiymətləndirmənin tədqiqat mərhələsi keçirilib. Sorğularda 216 məktəb direktoru, 600 -dək ana dili və riyaziyyat müəllimi, 3 minədək valideyn iştirak edib. 2013 -cü ildə bütün ölkə üzrə Milli qiymətləndirmənin aparılması nəzərdə tutulub. 37

DƏRSLİK SİYASƏTİ DƏRSLİKLƏRLƏ TƏMİNAT 1. 2009 -2010 -cu tədris ilinə respublikanın ümumtəhsil məktəblərinin II və V-XI sinifləri üçün (təlim Azərbaycan və rus dillərində) 87 adda 4 256 600 nüsxə dərslik və müəllim üçün metodik vəsait çap olunub. Bu, II siniflər üçün kurikulum əsasında 40 adda 1 112 500 nüsxə dərslik və müəllim üçün metodik vəsait, V-XI siniflər üçün isə 47 adda 3 144 100 nüsxə dərslik deməkdir. 2. 2009 -cu ildə təlim Azərbaycan dilində olan məktəblərin X sinifləri üçün yeni informatika dərsliyi hazırlanaraq çap olunub. 3. 2009 -cu ildə Gürcüstandakı Azərbaycan məktəblərinə 43 adda 40 270 nüsxə dərslik, Heydər Əliyev Fondu ilə Təhsil Nazirliyinin birgə əməkdaşlığı sayəsində hazırlanan 80 adda 125 komplekt tədris plakatı göndərilib. 4. MDB ölkələrində, habelə Almaniya, Polşa, Macarıstan, Kanada, Böyük Britaniya, ABŞ-dakı təlim Azərbaycan dilində olan bazargünü məktəblərinə dərsliklər, coğrafi xəritələr və digər tədris vəsaitləri göndərilib. 38

DƏRSLİK SİYASƏTİ I SİNİFLƏR ÜÇÜN DƏRSLİK KOMPLEKTLƏRİ 39

DƏRSLİK SİYASƏTİ II SİNİFLƏR ÜÇÜN DƏRSLİK KOMPLEKTLƏRİ 40

DƏRSLİK SİYASƏTİ II SİNİFLƏR ÜÇÜN DƏRSLİK KOMPLEKTLƏRİ 41

BEYNƏLXALQ OLİMPİADALAR 2009 -cu ildə Almaniya, Yaponiya, Böyük Britaniya, Qazaxıstan və Serbiyada keçirilmiş beynəlxalq və dünya fənn olimpiadalarında Azərbaycan məktəblilərinin nəticələri: № Fənlər qızıl gümüş bürünc 1 5 5 1 Riyaziyyat 2 Fizika 3 Kimya 3 4 Biologiya 1 5 İnformatika Cəmi 1 5 9 42

BEYNƏLXALQ OLİMPİADALAR • 2009 -cu ilin 3 -10 dekabr tarixlərində Bakı şəhərində Heydər Əliyev Fondu, İJSO (International Junior Science Olympiad) və Azərbaycan Milli Elmlər Akademiyasının dəstəyi ilə on beş yaşlı yeniyetmələr arasında fizika, kimya və biologiya fənləri üzrə keçirilmiş olimpiadada 49 ölkədən 600 -dən çox şagird iştirak edib. • Olimpiadada iştirak edən 12 azərbaycanlı məktəblidən 9 -nun adı mükafatçılar sırasında olub. Onlardan 2 -si gümüş, 7 -si isə bürünc medal qazanıb. 43

KURİKULUM İSLAHATI 1. Ötən dərs ilində ümumtəhsil məktəblərinin I siniflərində tədrisə 2006 -cı ildə Azərbaycan Hökuməti tərəfindən təsdiq olunmuş “Ümumi təhsilin konsepsiyası (Milli Kurikulum)” əsasında hazırlanan fənn kurikulumları və müasir dərsliklərlə başlanıb, bu proses 2009 -2010 -cu dərs ilində II siniflərdə davam etdirilib. 2. Yeni kurikulumların tətbiqi ilə əlaqədar 2009 -2010 -cu dərs ilində I siniflərdə işləyən 9 minədək müəllim xüsusi proqram əsasında öyrədici təlim kurslarından keçirilib və nümunəvi tədris materialları ilə təmin edilib. 3. 2009 -2010 -cu dərs ilindən Milli kurikuluma müvafiq olaraq 3 pilot məktəbində (Bakı şəhəri Heydər Əliyev adına məktəb, Akademik Zərifə Əliyeva adına məktəb, “Zəngi” liseyi) həndəsə və cəbrin inteqrativ proqramla riyaziyyat fənni kimi tədrisi layihəsinə başlanılıb. 44

XARİCİ DİLLƏRİN İNTENSİV TƏDRİSİ LAYİHƏLƏRİ • “British Council” ilə Bakı şəhərinin 7 pilot məktəbində xüsusi tədris planı və proqramı əsasında ingilis dilinin intensiv tədrisinə başlanılıb. Layihə çərçivəsində ingilis dilinin tədrisinə I siniflərdə 3 (1), II siniflərdə 6 (4) saat ayrılıb. Həmin siniflərdə işləyən 55 nəfər müəllim Böyük Britaniyadan dəvət olunmuş beynəlxalq məsləhətçinin iştirakı ilə xüsusi treninqlərdən keçirilib. Bu siniflərdə Kembric Universitetinin dərslik komplektlərindən (dərslik, iş dəftəri, müəllim üçün vəsait) istifadə edilir. • Rusiyanın Azərbaycandakı Səfirliyi ilə birlikdə 2009 - 2010 -cu dərs ilindən respublikanın 50 məktəbində (Bakı şəhərində 35, rayonlarda 15) rus dilinin intensiv tədrisi layihəsinə başlanması üzrə tədbirlər həyata keçirilir. • Növbəti illərdə xarici dillərin intensiv tədrisinə dair layihələrin əhatə dairəsi genişləndiriləcək. 45

MƏKTƏBDƏNKƏNAR TƏHSİL • 2009 -cu ildə Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən idman məktəblərinin yetirmələri 300 -dən artıq olimpiya oyunları, dünya, Avropa çempionatı və mötəbər turnirlərdə iştirak edərək yüksək nəticələr qazanıblar. Onlar beynəlxalq yarışlarda ümumilikdə 168 medal əldə ediblər (57 qızıl, 51 gümüş, 60 bürünc). • Onlardan Müşkiyev İlqar Gəray oğlu (“İlin ən yaxşı idmançısı”) cüdo üzrə Türkiyədə (bürünc medal), Polşada (qızıl medal) və Ermənistanda (gümüş medal) keçirilən yarışlarda uğurla çıxış edib. • Məmmədzadə Günay Vüqar qızı (“İlin ən yaxşı idmançısı”) şahmat üzrə İtalyada keçirilən Avropa çempionatında iştirak edib, Türkiyədə 9 -10 yaşlı qızlar arasında keçirilən dünya birinciliyində isə 11 mümkün xaldan 10, 5 xal toplayaraq qızıl medala layiq görülüb. 46

TEXNİKİ PEŞƏ TƏHSİLİ MÜƏSSİSƏLƏRİ İllər Müəssisələrin sayı Şagirdlərin sayı Mühəndis pedaqoji işçilərin sayı 2008/2009 108 25 315 3 650 2009/2010 108 25 520 3 670 1. Dövlət Proqramına uyğun olaraq İsmayıllı rayonunda Turizm və Otelçilik üzrə Peşə Tədris Mərkəzinin tikintisi aparılır. 2. Cari ildə 3 peşə təhsili müəssisəsi təmir olunub. 3. Müxtəlif peşələr üzrə ilk dəfə olaraq 8 adda dərslik hazırlanıb. 4. Təhsil Nazirliyi və “Azərsun Holdinq” arasında “Təhsil müəssisələri ilə əməkdaşlıq” layihəsi çərçivəsində görüləcək işlərə dair niyyət protokolu imzalanıb. 5. Heydər Əliyev Fondu, YUNESKO və Təhsil Nazirliyinin birgə həyata keçirdiyi “Peşə təhsilinin təkmilləşdirilməsi layihəsi” çərçivəsində 2 ixtisas – turizm və İKT sahələri üzrə yeni kurikulumlar hazırlanıb. 47

QIŞ İMTAHAN SESSİYASINA HAZIRLIQ ALİ VƏ ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNDƏ 2009 -2010 -CU TƏDRİS İLİNİN QIŞ İMTAHAN SESSİYASININ TƏŞKİLİ VƏ GEDİŞİNƏ DAİR TƏHSİL NAZİRLİYİ TƏRƏFİNDƏN GÖRÜLƏCƏK İŞLƏRƏ DAİR MƏLUMAT 1. Ali və orta ixtisas təhsili müəssisələrində 2009 -2010 -cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi haqqında təhsil naziri 1387 saylı, 18 dekabr 2009 -cu il tarixli əmr imzalayıb. 2. Qeyri-hökumət təşkilatları Təhsil Nazirliyi ilə birgə imtahan sessiyasının gedişinə nəzarəti həyata keçirəcəklər. 3. Ayrı - ayrı qruplarda müxtəlif fənlər üzrə imtahanların monitorinqinin həyata keçirilməsi nəzərdə tutulub. 48

QIŞ İMTAHAN SESSİYASINA HAZIRLIQ 4. Tələbələr arasında aşağıdakıları qiymətləndirmək üçün anket sorğuları aparılacaq: - Müəllimin fəaliyyətini; - Ali təhsil müəssisəsinin təhsil xidmətlərini; - Kredit sisteminin tətbiqi vəziyyətini. 5. Sessiyanın sonunda mövzuya aid geniş müzakirə nəzərdə tutulub. 49

QIŞ İMTAHAN SESSİYASINA HAZIRLIQ ALİ VƏ ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİNDƏ 2009 -2010 -CU TƏDRİS İLİNİN QIŞ VƏ YAY İMTAHAN SESSİYALARINA CƏLB OLUNACAQ QEYRİ-HÖKUMƏT TƏŞKİLATLARININ SİYAHISI 1. Korrupsiyaya qarşı Mübarizə Fondu (V. Mövsümov) 2. «Şəffaflıq Azərbaycan» korrupsiyaya qarşı mübarizə təşkilatı (C. Atayev, S. Əlibəyov, K. Yusifov və s. könüllülər) 3. Müasir Təhsil və Tədrisə Yardım Mərkəzi (N. İsmayılova) 4. QHT-lərin Məlumat və əməkdaşlıq şəbəkəsi (Ə. Nuriyev) 50

ALİ VƏ ORTA İXTİSAS TƏHSİLİ DÖVLƏT ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ HAQQINDA MƏLUMAT İllər Müəssisələrin Tələbələrin sayı Müəllimləri n sayı 2009/2010 57 51 596 6 929 2008/2009 58 51 675 6 935 ÖZƏL ORTA İXTİSAS TƏHSİLİ MÜƏSSİSƏLƏRİ HAQQINDA MƏLUMAT İllər Müəssisələrin sayı Tələbələrin sayı Müəllimlərin sayı 2009/2010 3 983 74 2008/2009 3 260 50 51

ALİ VƏ ORTA İXTİSAS TƏHSİLİ DÖVLƏT ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ HAQQINDA MƏLUMAT İllər Müəssisələrin sayı Tələbələrin sayı Müəllimlərin sayı 2008/2009 36 109 525 12 155 2009/2010 37 110 670 12 450 ÖZƏL ALİ TƏHSİL MÜƏSSİSƏLƏRİ HAQQINDA MƏLUMAT İllər Müəssisələrin sayı Tələbələrin sayı Müəllimlərin sayı 2008/2009 14 20 593 1 968 2009/2010 16 19 690 1 960 52

ALİ VƏ ORTA İXTİSAS TƏHSİLİ Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 may 2009 -cu il tarixdə imzaladığı “ 2009 -2013 -cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncama əsasən Təhsil Nazirliyinin Fəaliyyət Planı hazırlanıb və hazırda həyata keçirilməkdədir. 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 yanvar 2009 -cu il tarixli qərarı ilə “Ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısı” təsdiq edilib. Əvvəlki siyahıdakı 515 ixtisas əvəzinə (onların 386 -sı üzrə kadr hazırlığı həyata keçirilirdi) təsdiq olunmuş yeni siyahıda ixtisas qrupları üzrə 149 ixtisas saxlanılıb. 2. Azərbaycan Hökuməti tərəfindən təsdiq olunmuş ali təhsilin bakalavr pilləsində ixtisasların (proqramların) siyahısına əsasən bakalavr hazırlığının yeni nəsil dövlət standartları təsdiq edilib və tətbiqinə başlanıb. 53

ALİ VƏ ORTA İXTİSAS TƏHSİLİ 3. Magistr ixtisaslarının (proqramlarının) dünya təcrübəsinə uyğun yeni siyahısının layihəsi hazırlanıb Hökumətə təqdim olunub. 4. “ 2009 -2012 -ci illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Dövlət Proqramı layihəsi”, orta ixtisas təhsili üzrə ixtisasların (proqramların) yeni siyahısı hazırlanıb təsdiq üçün Nazirlər Kabinetinə təqdim olunub. 54

ALİ MƏKTƏB ELMİ SAHƏSİNDƏ Təsərrüfat hesablı Dövlət büdcəsindən maliyyələşdirilən İllər Cəmi 2008 2009 elmi-tədqiqat institutları elmi-tədqiqat mərkəzləri elmi-tədqiqat laboratoriyaları elmi-tədqiqat institutları 102 3 4 93 2 99 3 5 90 1 ALİMLİK DƏRƏCƏSİ OLAN ELMİ-PEDAQOJİ KADRLAR HAQQINDA MƏLUMAT Elmlər doktorları Elmlər namizədləri İllər Respublika üzrə Nazirlik sistemində Faizlə 2008 1800 832 46. 2 8725 4248 48. 7 2009 1824 842 46, 6 8764 4037 46, 0 55

ALİ MƏKTƏB ELMİ SAHƏSİNDƏ Elmi İnformasiya İnstitutu (İnstitute for Scientific İnformation) tərəfindən tərtib edilmiş, təsir əmsalı (impakt faktoru) olan jurnallarda ali məktəb alimlərinin çap etdirdikləri elmi məqalələr: № Ali məktəblər Məqalənin sayı 1 Bakı Dövlət Universiteti 61 2 Azərbaycan Dövlət Neft Akademiyası 5 3 Azərbaycan Texniki Universiteti 13 4 Azərbaycan Memarlıq və İnşaat Universiteti 1 5 Sumqayıt Dövlət Universiteti 5 Cəmi: 85 56

NOSTRİFİKASİYA (DİPLOMLARIN TANINMASI) • 2004 -2009 -cu illər ərzində xarici ölkələrin ali təhsil müəssisələrini bitirmiş 2 964 nəfər Azərbaycan Respublikası vətəndaşı Təhsil Nazirliyinə müraciət edib. • Onlardan 2 037 nəfərə diplomunun tanınması ilə bağlı sertifikat verilib. Ekspert Qrupu tərəfindən 474 nəfərin diplomu qanunsuz hesab edilib. 453 nəfərin diplomuna isə Təhsil Nazirliyinin müvafiq struktur bölməsində baxılır. • Müraciət edənlərin 1 999 nəfərini MDB-nin müxtəlif ölkələri, 776 nəfərini Türkiyə Respublikası, 189 nəfərini isə ABŞ, Avropa, Asiya və ərəb ölkələrinin ali məktəblərinin məzunları təşkil edir. 57

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 1. Bu gün Azərbaycandan kənarda öz hesabına və müxtəlif mübadilə proqramları çərçivəsində 10 000 -ə yaxın tələbə təhsilini davam etdirir. 2. Hazırda dövlət xətti ilə 815 nəfər, “ 2007 -2015 -ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 446 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif nüfuzlu universitetlərində təhsil alır. Bu il isə 303 nəfər azərbaycanlı gənc Dövlər Proqramı çərçivəsində xarici ölkələrin ali məktəblərində təhsil almaq üçün göndərilib. 3. Azərbaycanın ali məktəblərində dünyanın 50 -ə yaxın ölkəsindən gələn 6812 əcnəbi tələbə təhsil alır. 58

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 4. Dövlət Proqramı çərçivəsində xaricdə təhsil alanların 23 %-i tibb, 20 %-i iqtisadiyyat, 14 %-i isə texniki və mühəndislik ixtisaslarına yiyələnirlər. 5. “ 2007 -2015 -ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” əsasında təhsil alanlardan 34 nəfəri məzun olub. Onlardan 27 nəfəri bu il məzun olub. 59

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “ 2007 -2015 -ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində təhsil alan azərbaycanlı tələbələrə aid statistik MƏLUMAT (2009) Magistratur, Klinik İnternatura ordinatura/ Rezidentura Aspirantura Doktorantura - - - 3/ - - 1 - 2/ /1 - - 66 17/43 34/ /7 - 4 Belçika 1 - - 1 6 Böyük Britaniya 100 37/ 57/ - - 6 7 İsveç 14 - 14/ - - - 8 İsveçrə 7 5/ /1 /1 - - № Ölkənin adı Tələbələrin sayı Bakalvr/ Mütəxəssis 1 ABŞ 11 - 9/ 2 Avstraliya 5 1/ 3 Avstriya 3 4 Almaniya 5 60

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 9 İrlandiya 1 1/ - - 10 İspaniya 1 - 1/ - - - 11 İtaliya 4 - 4/ - - - 12 Yaponiya 1 1/ - - 13 Yeni Zellandiya 2 2/ - - 14 Kanada 12 11/ - - - 1 15 Koreya 22 22 - - 16 Malaziya 2 2/ - - 17 Niderland 20 11/ 9/ - - - 18 Rusiya 29 8/14 1/ 12 12 - 19 Sinqapur 6 6/ - - 20 Türkiyə 74 18/23 2 /30 - 1 21 Finlandiya 1 1/ - 22 Fransa 53 24 28/ - - 1 23 Çexiya 2 1/ 1/ - - - 446 168/41 164/1 3/39 12 17 Cəmi - 61

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ Xarici ölkələrdə dövlət xətti ilə təhsil alan azərbaycanlı tələbələrə aid statistik MƏLUMAT (15. 12. 2009 -cu il) № Ölkənin adı Tələbələrin sayı Dil hazırlığı Bakalavr / Mütə- xəssis Magistratura, Klinik ordinatura İnternatura / Rezidentura Aspirantura Doktorantura 1 Türkiyə Respublikası 514 (34) 205/ 96 95 - 118 2 Rusiya Federasiyası 237 - 249/176 2 5 23 2 3 Ukrayna 3 - - 3 - 4 Misir Ərəb Respublikası 21 - 21/ - - 5 Çin Xalq Respublikası 25 - 17/ 4 - - 4 6 Çexiya Respublikası 3 - 2/ 1 - - - 62

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 7 Slovakiya Respublikası 2 8 Rumıniya 1 9 Koreya Respublikası 10 ABŞ Cəmi /1 1 - - - - 1 8 - 1/ 7 - - - 1 - - 815 (34) 452 111 101 26 125 63

BEYNƏLXALQ ƏMƏKDAŞLIQ 2009 -cu ildə Təhsil Nazirliyinin əməkdaşları Almaniya, Yaponiya, Malayziya, Sinqapur, İordaniya, Belçika, Cənubi Koreya, Çexiya, ABŞ, Hindistan, Rusiya Federasiyası, Fransa, İsveçrə, Litva, Hollandiya, Avstriya, Belorusiya, Monteneqro və digər ölkələrdə təlim səfərlərində olub, seminar, konfrans və simpoziumlarda iştirak edib, təcrübə mübadiləsi aparıblar. 64

DÜNYA BANKI İLƏ ƏMƏKDAŞLIQ • Ötən il Təhsil Nazirliyi ilə Dünya Bankı arasında İkinci Kredit Sazişi imzalanıb və hazırda komponentlər üzrə tədbirlər həyata keçirilməkdədir. • 6 fevral 2009 -cu il tarixdə Dünya Bankı ilə Təhsil Nazirliyi arasında “Ali təhsil layihəsi”nin hazırlanması üçün qrant sazişi imzalanıb. • 1 oktyabr 2009 -cu il tarixdə Azərbaycan Hökuməti ilə Dünya Bankı arasında Dövlət investisiyaları üzrə kadr potensialının gücləndirilməsi layihəsinin həyata keçirilməsi” sazişi imzalanıb. 65

DÜNYA BANKI İLƏ ƏMƏKDAŞLIQ • Komponent 1. Ümumi təhsil üzrə kurikulumun tətbiqinə dəstək və kurikulum islahatının davam etdirilməsi. • Alt-komponent 1. Kurikulum islahatının davam etdirilməsi və kurikulumun tətbiqinə dəstək. • Alt-komponent 2. Tədris materiallarının hazırlanması və məktəb kitabxanalarının müasirləşdirilməsi. • Komponent 2. Pedaqoji kadrların əlavə təhsil sisteminin müasirləşdirilməsi. • Komponent 3. Keyfiyyətin idarəolunmasında təhsilalanların nailiyyətlərinin qiymətləndirilməsindən istifadə. • Komponent 4. Məktəbə hazırlığın inkişaf etdirilməsi. 66

DÜNYA BANKI İLƏ ƏMƏKDAŞLIQ • Komponent 5. Təhsil siyasətinin hazırlanması və idarəolunması imkanlarının gücləndirilməsi • Alt-komponent 1. Təhsil sistemində idarəetmənin təkmilləşdirilməsi, müəllim peşəsi ilə bağlı reqlamentləşdirici qaydaların yenidən işlənməsi və tətbiqi. • Alt-komponent 2. TİMS-in ölkə səviyyəsində həyata keçirilməsi və ondan istifadənin genişləndirilməsi. • Alt-komponent 3. Məktəb şəbəkəsinin rasionallaşdırılması və şagirdbaşına maliyyələşdirmə islahatları. • Alt-komponent 4. Təhsil islahatlarına dair ictimaiyyətin məlumatlandırılması. • Komponent 6. Layihənin əlaqələndirilməsi, monitorinqi və qiymətləndirilməsi. 67

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK ! 68
- Slides: 68