Azrbaycan tarixi ATROPATENA Bir ox mlliflr gr Azrbaycan
Azərbaycan tarixi
ATROPATENA
Bir çox müəlliflərə görə, Azərbaycan öz adını Atropatenadan almışdır. Bu adın mənası "Aturpatın torpaqları" deməkdir və Atropatın hökmranlığı dövründə yaranmışdır. Ölkə Atropat Midiyası və Kiçik Midiya da adlandırılır.
PAYTAXTI Mənbələrdə dövlətin iki-yay və qış paytaxı var. Yay paytaxtı Vera — indiki Marağa şəhəri, qış paytaxtı isə farsdilli mənbələrin Qazaka adlandırdığı Gəncək şəhəri olmuşdur. Gəncək şəhəri öz adını gəncəklərin adından almışdır. 1958 -ci ildə Qazaka şəhərinin xarabalıqları aşkarlanmışdır.
Əhalisi Atropatena əhalisinin atropaten dili və yazı ənənələri var idi. Bəzi müəlliflərin araşdırmalarına görə, Atropatena əhalisinin çoxunu aborigen türk tayfaları əsasında formalaşmış atropatenlilər təşkil edirdi.
Ərazisi Atropatena dövləti, əsasən, indiki Cənubi Azərbaycanı və Azərbaycan respublikasının bəzi rayonlarını əhatə etmişdir. Ölkənin qərbində Zaqros dağ silsiləsi uzanırdı.
Atropat e. ə. 321 -ci ildə müstəqil Atropatena dövlətinin hökmdarı olmuşdur. Ona görə də onun dövləti Atropatena və ya Atropatın Midiyası adlandırılırdı. Atropat qızını Makedoniyalı İskəndərin sərkərdəsi Perdikkaya ərə verərək öz hakimiyyətini daha da möhkəmlətmişdir.
Albaniya və Atropatenanın sakit qonşuluq münasibətləri olmuşdur. Onların sərhədləri Araz çayı boyunca keçmişdi. Lakin heç də bu sərhədlərin sabit olduğunu demək olmaz. Belə ki, müasir Naxçıvan və Zəngəzur ərazisini əhatə edən Sünik vilayəti və Balasakan vilayəti gah Albaniyanın gah da Atropatenanın tərkibinə daxil olmuşdur.
Atropatenanın sənətkarlıq nümunələri
Atropatena ərazisindən tapılmış pullar
Verilmiş xəritədə Atropatena dövlətini və paytaxtını göstərin Atro pate Qazaka na
Atropatena ərazisində yaşamamış tayfaları seçin. Kadusilər Sular Lullubilər Kutilər Maqlar Kaspilər Albanlar Gərgərlər Turukkilər Naxçlar Müqlər Saklar
Atropatenanın qonşu dövlətlərlə münasibətlərinə aid xronologiyanı tamamlayın E. ə. 223 -cü il Selevkilərin Atropatenaya hücum etdi və qalib oldu. Atropatenanı asılı vəziyyətə saldı E. ə. 190 -cı il Selevkilər dövləti parçalandı və Atropatena yenidən müstəqil oldu. E. ə. 53 -cü il Parfiya Romanı məğlub etdi və Atropatena Parfiyanı müdafiə etdi. E. ə. 38 -ci il Romalılar parfiyalıları məğlub etdi və Atropatenaya-Fraaspaya hücum etdi sonda özü məğlub oldu. E. ə. 20 -ci il II Ariobarzan Atropatenada hakimiyyətə gəldi.
Mətndəki boş qalmış yerləri doldurun. Rəvayətə görə “ Avesta “ nın ilkin variantı e. ə. 330 -cu ildə Makedoniyalı İsgəndər tərəfindən Persopol şəhərində Əhəmənilərin sarayını yandırarkən məhv olmuşdur. Bu müqəddəs kitabın dövrümüzə gəlib çatmış hissələri İranda Sasanilər sülaləsi dövründə yenidən toplanmışdır. Avropanı bu kitabla ilk dəfə fransız alimi Anketil Düperron tanış etmişdir.
Suallar Atropat nə vaxt yeni müstəqil dövlətin hökmdarı oldu? Atropatena ərazisində hansı tayfalar yaşamışlar? E. ə IV əsrin 20 -ci illərində Atropat yeni müstəqil dövlətin hökmdarı oldu Kadusilər, müqlər, kaspilər, maqlar Atropatena dövləti nə vaxt yaranmışdır? E. ə. 321 -ci ildə
Testlər 1)Atropatenanın paytaxtı hansı şəhərdir? A)Qazaka B)Ekbatan C)Urmiya D)Memfis 2)Atropatena ilə həmsərhəd idi? A)Manna B)Albaniya C)Parfiya D)Roma 3)Ölkə niyə Atropatena adlanırdı? A)Atropat M. İskəndərin qohumu idi. B)Manna hökmdarı idi. C)Atropat ölkənin banisi idi. D)M. İskəndərin sərkərdəsi idi. 4)Atropatenada ən böyük şəhər hansıdır? A)Ekbatan B)Urmiya C)Marağa D)Qazaka
5)Atropatena yarandı: A)Azərbaycanın şimal-şərqində B)Kür-Araz ovalığında C)İran yaylasında D)Azərbaycanın cənubunda 6)Atropatena dövlətinə aiddir: 1)Ən böyük düzənlik ərazisi Urmiya gölündən cənubda idi. 2)Azərbaycanın şimalında yerləşirdi. 3)Ölkənin şimal hissəsində Qaradağ silsiləsi yerləşirdi. 4)Ölkənin qərbində Zaqros dağ silsiləsi uzanırdı. 5)Sərhədləri Hindistana qədər uzanırdı. A) 1, 2, 3 B) 2, 3, 4 C) 3, 4, 5 D) 1, 3, 4 7)Atropatena ərazisindən tapılan ən qədim pullar kəsilib: A)Selevkilərin adından B) Perdikkinin adından C) Yerli hökmdarın adından D)Makedoniyalı İsgəndərin adından
8) Atropatena və Parfiya dövlətlərini bir-birinə yaxınlaşdırırdı: A) Romaya qarşı mübarizə B) Aralarında bağlanmış sülh müqaviləsi C) Assuriyaya qarşı mübarizə D) Hər iki dövlətin eyni sülalə tərəfindən idarə olunması 9) Atropatena əhalisinin yunan yazısı və dilindən istifadə etməsini göstərən fakt: A) Anubaninin şərəfinə ucaldılan “Daş sütun”abidəsi B) Həsənlidən tapılmış qızıl camın üzərindəki mifoloji təsvirlər. C) Kerifto adlı yerdə qayada olunmuş memarlıq abidəsi 4) Ziviyədən tapılmış gümüş sini üzərindəki işarələr. 10) Atropatenada əhali hansı dinə sitayiş edirdi? A) İslam dininə B) Zərdüşt dininə C) Buddaya D) Maniliyə
Buraxılmış hərfləri yerinə qoyun Atəşpərəstlik dininin əsas icraçısı M -a q Əhalinin məşğuliyyəti 1. Ə k- -i n - -ç- i- l-i k 2. M a- -l -d-a- r- l- ı q Faydalı qazıntı yataqları 1. D ə- m - -i r 2. M i– s 3. Gü-m - -ü ş 4. Q ı- z- ı- l
Təşəkkürlər!
- Slides: 20