www agro gov az AZRBAYCAN RESPUBLKASI KND TSRRFATI
www. agro. gov. az AZƏRBAYCAN RESPUBLİKASI KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ Azərbaycan Respublikasında kənd təsərrüfatının intensiv inkişafı: görülmüş işlər və vəzifələr Seyfəddin Talıbov Nazir müavini 20 dekabr 2017 -ci il
Aqrar islahatların müasir mərhələsinin başlıca hədəfi kənd təsərrüfatının intensiv inkişafının təmin olunmasıdır Cənab Prezident tərəfindən qəbul olunmuş siyasi qərar əsasında 2014 -cü ildən etibarən aqrar islahatların müasir mərhələsi başlayıb; Aqrar islahatların müasir mərhələsinin başlıca hədəfi kənd təsərrüfatı sahəsinin intensiv üsulla inkişafı hesabına ölkənin ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi və bu sahə üzrə ixrac potensialının gücləndirilməsidir; Bu hədəfə uyğun olaraq kənd təsərrüfatına dövlət dəstəyi və digər tənzimləmə mexanizmləri daha da təkmilləşdirilməklə, müvafiq dəstəyin həcmi artırılmış, intensiv inkişaf üçün tələb olunan texniki infrastruktur və institusional baza köklü şəkildə inkişaf etdirilmişdir; Bu çərçivədə kənd təsərrüfatı istehsalçılarının müasir texnika və avadanlıqlarla təminatı, gübrə və pestisidlərdən istifadə səviyyəsi, toxumçuluq və damazlıq işinin gücləndirilməsi, aqrar elm və təhsil sisteminin modernləşdirilməsi istiqamətində kompleks tədbirlər görülüb.
Kənd təsərrüfatı məhsulları istehsalının mövcud intensivlik səviyyəsi Bir hektar sahə üzrə əsas bitkiçilik məhsullarının istehsalına çəkilən xərclərin təkmil aqrotexniki normaların tələbləri ilə müqayisəsi Bitkilər Buğda (dəmyə) Buğda (suvarılan) Arpa (dəmyə) Arpa (suvarılan) Qarğıdalı Kartof Pomidor Meyvə Üzüm Şəkər çuğunduru Pambıq Yonca 2015 2016 1 hektara çəkilən faktiki xərc, AZN 236. 8 295. 9 228. 9 240. 0 278. 3 2362. 4 1078. 4 731. 4 701. 9 621. 1 489. 8 323. 0 239. 0 251. 1 204. 7 245. 1 375. 6 2283. 5 1199. 2 589. 7 646. 6 667. 9 579. 5 258. 1 1 hektara təkmil aqrotexniki normaların tələblərinə uyğun çəkilən xərc, AZN 697. 5 802. 5 658. 5 751. 5 978. 0 5770. 0 2060. 0 2151. 0 1555. 0 1265. 0 1000. 0 571. 0 2015 Faktiki xərcin ideal xərcə nisbəti 0. 34 0. 37 0. 35 0. 32 0. 29 0. 41 0. 52 0. 34 0. 45 0. 49 0. 57 2016 Faktiki xərcin ideal xərcə nisbəti 0. 34 0. 31 0. 33 0. 38 0. 40 0. 58 0. 27 0. 42 0. 53 0. 58 0. 45 Mənbə: Kənd Təsərrüfatı Nazirliyinin Fermer Təsərrüfatları Məlumatlarının Monitorinqi Sistemi
Fermerlərin texnika ilə təminatı səviyyəsi əsaslı şəkildə yüksəlmiş, texnika çatışmazlığı problemi aradan qalxmışdır • “Aqrolizinq” ASC tərəfindən lizinqə verilən və lizinq yolu ilə satılan kənd təsərrüfatı texnikalarının və müasir suvarma sistemlərinin dəyərinə 40 faiz həcmində güzəşt tətbiq edilmişdir; • 2014 -2017 -ci illərdə əvvəlki 9 il ərzində alınan cəmi texnikanın 109 faizi qədər texnika, o cümlədən 17 faizi qədər taxılyığan kombayn, 102 faizi qədər traktor və 128 faizi qədər digər kənd təsərrüfatı texnikaları alınıb; • 2005 -2017 -ci illər ərzində “Aqrolizinq” ASC tərəfindən 29 031 ədəd kənd təsərrüfatı texnikası, o cümlədən 834 ədəd taxılyığan kombayn, 203 ədəd pambıqyığan kombayn, 8 964 ədəd müxtəlif markalı və gücə malik traktor və 19 030 ədəd digər özüyeriyən, asılan və qoşulan kənd təsərrüfatı texnikası kənd təsərrüfatı məhsulları istehsalçılarına güzəştli şərtlərlə lizinq yolu ilə satılmışdır.
Fermerlərin mineral gübrə və pestisidlərdən istifadə səviyyəsi əsaslı şəkildə yüksəlmişdir • Mineral gübrələrin satışına görə verilən güzəştin həcmi 50 faizdən 70 faizə yüksəldilmiş, güzəştin ümumi məbləğinin yuxarı həddi 100 manata çatdırılmış, bu güzəşt təbii mənşəli gübrələrin (biohumus) satışına da tətbiq olunmuşdur; • Həmçinin istehsalçılara satılan pestisidlərə görə də 70 faizədək güzəşt tətbiq olunmuş, güzəştin ümumi məbləğinin yuxarı həddi 10 manat müəyyən edilmişdir; • Nəticədə gübrə və pestisidlərdən istifadə səviyyəsi əsaslı şəkildə yüksəlib: • idxal olunan mineral gübrələrin həcmi 2013 -cü ildə 81, 3 min ton, 2016 -cı ildə 166, 9 min ton, 2017 -ci ilin 9 ayında isə 131, 9 min ton olub; • idxal olunan pestisidlərin həcmi 2013 -cü ildə 2461 ton, 2016 -cı ildə 3000 ton, 2017 -ci ilin 9 ayında isə 4122 ton olub.
Toxumçuluq sahəsinin köklü şəkildə modernləşdirilməsinə başlanılıb • Toxumun keyfiyyətinə nəzarət üzrə beynəlxalq standartların tətbiqinə başlanılıb; • 12 Regional Toxum Sertifikatlaşdırma Laboratoriyası və Mərkəzi Toxum Sertifikatlaşdırma Laboratoriyasının yaradılması çərçivəsində müvafiq laboratoriyalar modernləşdirilib, beynəlxalq ekspertlər cəlb olunmaqla mütəxəssislərə təlim keçirilir, bu laboratoriyaların akkreditasiyadan keçirilməsi üçün prosesə start verilib; • Xarici şirkətlərlə birgə müasir standartlara uyğun yeni toxumçuluq və tingçilik müəssisələri yaradılır.
İntensiv ferma modelinin genişləndirilməsi üçün köklü tədbirlər görülür • Heyvandarlığın cins tərkibinin yaxşılaşdırılması tədbirlərinin dayanıqlı əsaslarda həyata keçirilməsi baxımından mühüm institusional bazaya və texniki infrastruktura malik olan Respublika Süni Mayalanma Mərkəzi istifadəyə verilib; • Süni mayalama mütəxəssisləri şəbəkəsi genişləndirilib və bu tədbir hazırda da davam etdirilir; • Həmçinin Süni mayalamanın tətbiqinin stimullaşdırılması üçün fermerlərə subsidiya verilir; • Yüksək məhsuldarlıqlı heyvanlarla təminatın yaxşılaşdırılmasına dəstək məqsədilə “Aqrolizinq“ ASC vasitəsilə Avropa ölkələrindən alınaraq dəyərinin 50 faizi həcmində güzəştli qiymətə lizinq şərtləri ilə sahibkarlara satılır.
Aqrar Təhsil • Aqrar sektorda həyata keçirilən islahatların təcəssümü olaraq Azərbaycan Dövlət Aqrar Universitetinin infrastrukturu tamamilə yenilənmişdir; • Ali təhsil sahəsində aqrar ixtisasların sayının 11 -dən 14 -ə çatdırılması mümkün olmuşdur. 2018 -2019 -cu ildən başlayaraq ali təhsilin bakalavr pilləsində «Bitki mühafizəsi» , «Bağçılıq və tərəvəzçilik» və «Şərabçılıq» ixtisasları üzrə, magistr pilləsində isə “Landşaft bağçılığı”, “Aqrobiznes” və “Ekoloji kənd təsərrüfatı” ixtisaslaşmaları üzrə kadr hazırlığı aparılacaqdır. Bu ixtisaslar üzrə beynəlxalq ekspertlərin də dəstəyi ilə yeni kurikulumlar hazırlanmışdır; • Kənd təsərrüfatının müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadr hazırlığının daha da genişləndirilməsi məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə «ADA» Universitetinin birgə layihəsi əsasında 2016 -cı ildən “Kənd təsərrüfatı sahəsində biznes idarəçiliyi” üzrə beynəlxalq magistr proqramı həyata keçirilir; • Görülmüş tədbirlər nəticəsində son illərdə aqrar ixtisaslara qəbul səviyyəsi artmış, azərbaycan dilində kadr hazırlığı ilə yanaşı Universitetdə rus, ingilis və alman dillərində də proqramlar inkişaf etdirilmiş, tələbə və professor-müəllim heyətinin xarici universitetlərlə mübadilə proqramlarında iştirakı artmışdır; • Kadr hazırlığı prosesinə işəgötürən təşkilatların cəlb edilməsi sürətləndirilmiş, kadr hazırlığının işəgötürənlərin tələblərinə uyğun olaraq qurulması ilə əlaqədar olaraq bir sıra proqramlar həyata keçirilməkdədir. • Məzunların işlə təmin edilməsi məqsədilə mütəmadi olaraq əmək yarmarkaları təşkil edilir, eyni zamanda əvvəlki illərin məzunları üçün ödənişsiz olaraq Universitetdə təkmilləşdirmə kursları təşkil edilmişdir.
Azərbaycan Dövlət Aqrar Universiteti - 2017 • TİKA-nın dəstəyi ilə baytar ixtisası üzrə kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsinə kömək məqsədilə «Baytarlıq Klinikası» yaradılmışdır; • Süni Mayalanma Mərkəzi yaradılmışdır; • Kənd Təsərrüfatının Rəqabət Qabiliyyətinin Gücləndirilməsi Layihəsi tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetində eksperimental ferma yaradılmışdır; • Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Resublikası Hökuməti arasında imzalanmış texnikiiqtisadi əməkdaşlıq sazişi çərçivəsində Azərbaycan Dövlət Aqrar Universitetində xüsusi təlim otağı yaradılmışdır; • Yaponiyanın orta və kiçik həcmli müəssisələrinin məhsullarının təminatı üçün Qeyri-Layihə üzrə Qrant Yardımı çərçivəsində ADAU-da bitki mühafizəsi sahəsi üzrə laboratoriya yaradılmışdır; • BP Exploration (Caspian Sea) Limited Şirkəti tərəfindən Azərbaycan Dövlət Aqrar Universitetdə müasir tipli istixana istifadəyə verilmişdir; • «John Deere» şirkətinin təlim mərkəzi yaradılmışdır;
ADAU – AGROCENTER • Azərbaycan Dövlət Aqrar Universiteti ilə Azərbaycan Kənd Təsərrüfatı üzrə Təlim və İnkişaf Mərkəzi (Agrocenter) arasında əməkdaşlıq çərçivəsində kadr hazırlığı prosesinin keyfiyyətinin yüksəldilməsi və onun beynəlxalq səviyyəyə çatdırılması məqsədilə xüsusi pilot layihə həyata keçirilməkdədir. • Mərkəzin dəstəyi ilə Universitetin 3 və 4 -cü kurs tələbələri arasında seçilmiş 68 nəfər tələbədən ibarət xüsusi qrup yaradılaraq, xüsusi proqram üzrə təlimlərə cəlb edilmişlər. Seçilmiş tələbələr şirkət tərəfindən əlavə təqaüdlə təmin edilir. • Eyni zamanda Universitetin professor-müəllim heyəti arasından seçilmiş 6 nəfər pedaqoji heyət bu proqramın icrasına cəlb edilmişdir. Seçilmiş pedaqoji heyət Mərkəz tərəfindən əlavə olaraq mükafatlandırılır və onların peşəkarlıq səviyyəsinin artırılması üçün şərait yaradıılır. • Tələbələr tədris prosesi çərçivəsində Gilan Agro və o cümlədən şirkətlə əməkdaşlıq edən fermer təsərrüfatlarında təcrübə keçirlər, məzun olduqdan sonra isə işlə təminatı həyata keçirilir.
Azərbaycan Dövlət Aqrar Universiteti Azərbaycan Aqrar Dövlət Universiteti
L © 2017 AZERBAIJAN STATE AGRICULTURAL UNIVERSITY www. adau. edu. az BİLDİRÇİN YETİŞDİRİLMƏSİ ÜZRƏ TƏDRİS MƏRKƏZİ
L © 2017 AZERBAIJAN STATE AGRICULTURAL UNIVERSITY www. adau. edu. az «NEW HOLLAND» TƏLİM MƏRKƏZİ
L © 2017 AZERBAIJAN STATE AGRICULTURAL UNIVERSITY www. adau. edu. az MAŞIN TRAKTOR PARKI
Kənd Təsərrüfatı Nazirliyində kənd təsərrüfatı tədqiqatlarının aşağıdakı əsas prioritet istiqamətləri müəyyənləşdirilmişdir 1 2 3 4 5 Torpaq və su ehtiyatlarından səmərəli istifadə olunması (qrunt sularının idarə olunması, şorlaşmasının qarşısının alınması, torpaq münbitliyinin yüksəldilməsi) Bitki və heyvanların genetik ehtiyyatlarının toplanması, qorunması və istifadəsi; Kənd təsərrüfatı bitkilərin seleksiyası, toxumçuluğu və tingçiliyi Heyvanların cins tərkibinin və damazlıq işlərinin yaxşılaşdırılması və onların sağlamlığının qorunması Dənli-paxlalılar da daxil edilməklə bitkiçilik sisteminin diversifikasiyası 6 Xüsusi texniki və yağlı bitkilərin (şəkər çuğunduru, günəbaxan, soya, araxis və. s) istehsalı və marketinqi üzrə səmərəli metodların işlənməsi; 7 Dağ kənd təsərrüfatı sisteminin işlənməsi 8 Yem istehsalı, təbii otlaqlardan istifadənin idarə edilməsi
Aqrar Elm sahəsində əldə olunan nəticələr • Kənd Təsərrüfatı Nazirliyi strukturuna daxil olan bir çox elmi-tədqiqat müəssisələrinin maddi-texniki bazası və infrastrukturu yenilənmiş, bəzilərinin isə 2018 -ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur; • Kənd Təsərrüfatı Nazirliyi yanında Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidməti tərəfindən 17 bitki sortu (2 yumşaq buğda, 1 arpa, 1 yonca, 2 pomidor, 2 soğan, 1 tərəvəz lobyası, 1 şirin bibər, 2 acı bibər, 1 yemiş, 2 üzüm, 1 alma, 1 tut) rayonlaşdırılaraq Dövlət reyestrinə daxil edilmiş, 11 sort (2 yumşaq buğda, 2 bərk buğda, 1 lərgə, 1 yonca, 4 pambıq, 1 gilas) sınaq üçün təqdim olunmuşdur. Bundan başqa 24 patent alınmış, 4 yeni qurğuya patent almaq üçün müvafiq sənədlər təqdim edilmişdir. • 2017 -ci ildə Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzinin müvafiq stuktur bölmələrində ümumilikdə 3131, 79 ton taxıl toxumu istehsal olunmuşdur ki, bunun 32, 135 tonu orijinal, 195, 58 tonu superelit, 1702, 94 tonu elit toxum olmuşdur. Bununla yanaşı, 0, 135 ton superelit və 0, 982 ton elit tərəvəz toxumu, 24, 0 ton superelit və 59, 0 ton elit kartof toxumu, 0, 806 ton superelit və 3, 889 ton elit yonca toxumu, 0, 28 ton superelit və 0, 806 ton elit xaşa toxumu, 7, 0 ton superelit və 37, 4 ton elit pambıq toxumu, həmçinin 64000, 0 ədəd üzüm tingi, 145000, 0 ədəd müxtəlif meyvə tingi və 32000, 0 ədəd çay tingi istehsal olunmuşdur.
Metodik göstəriş Yeni emal məhsulu Tətbiq olunub İstehsal təcrübə sınağı Vaksinlər Standartlar, təlimatlar, patent Heyvan Bitki Mövzu Problem Genofond Preparatlar 2017 -ci ildə Aqrar Elmi-Tədqiqat İnstitutlarının əsas göstəriciləri № Elmi-Tədqiqat və təhsil müəssisələrinin adları 1 2 3 Əkinçilik ET İnstitutu Tərəvəzçilik ET İnstitutu Üzümçülük və Şərabçılıq ET İnstitutu 6 1 1 13 7 8 14968 939 420 - 4 pat. 9 pat. 2 pat. 2 - 8 8 15 1 4 Meyvəçilik və Çayçılıq ET İnstitutu 3 12 7075 - - - 3 6 1 - 5 Kənd Təsərrüfatının İqtisadiyyatı ET İnstitutu 1 4 - - 5 stan, 2 pat. - - - 6 Bitki Mühafizə və Texniki Bitkilər ET İnstitutu 2 19 616 - - 80 - - 2 7 Heyvandarlıq ET İnstitutu, Arıçılıq Mərkəzi Baytarlıq ET İnstitutu 2 7 308 1 pat. - - - 1 3 4 - 82 ipək qurdu, 5 heyvan, 1 arı - - 759 193 3 - - 19 74 24326 841 193 11 19 16 2 5 3 8 27 18 9 27 101 256 24582 1 1 842 - 32 32 43 24 24 43 4 4 20 52 52 54 8 Cəmi: 1 2 Azərbaycan Dövlət Aqrar Universiteti Aqromexanika ET İnstitutu Cəmi: Yekun: 82 ipək q, 5 heyvan, 5 stan. , 1 arı c. 18 pat. 2 2 pat. 4 pat. 2 6 pat. 82 i. q. 7 h. 1 a 5 stan. , 24 pat. 193
“Azərbaycanda tərəvəz və kartof toxumu istehsalı” müəssisəsinin yaradılması layihəsi • Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunda “Azərbaycanda tərəvəz və kartof toxumu istehsalı” müəssisəsinin yaradılması layihəsi çərçivəsində, İsrail dövlətinin “Breedit” şirkətinin mütəxəssislərinin verdiyi dizayn və layihə əsasında Biotexnologiya laboratoriyası qurulur. Bu məqsədlə bir sıra Avropa, Amerika şirkətlərinin istehsalı olan laboratoriya avadanlıqları alınmışdır (laminar kabinlər, avtoklavlar, elisa aparatı və digər diaqnostik avadanlıqlar); • Hal-hazırda TETİ-nin yeni inzibati-laboratoriya binasının birinci mərtəbəsində yaradılacaq Biotexnologiya laboratoriyası geniş miqyaslı istehsal gücünə malik olacaq və İSO-17025 beynəlxalq standartının bütün tələblərinə cavab verilməsi üçün laboratoriya otaqlarının qurulmasına beynəlxalq ekspertlər cəlb edilmişdir; • Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu nəzdində yaradılacaq Toxum emalı müəssisəsi üçün istixana avadanlıqları, toxum emalı avadanlığı və damcılı suvarma sisteminin satınalınması məqsədi ilə Aqrolizinq ASC tərəfindən tender nəticəsində seçilmiş İPS-İsrael Plant Sciences Ltd şirkətinin müvafiq ekspert qrupu ölkəyə səfər etmiş, tikinti-quraşdırma işlərinin başlanması məqsədi ilə Kənd Təsərrüfatı Nazirliyi və əlaqədar qurumların məsul şəxsləri ilə görüşlər keçirilmişdir. Nəzərdə tutulmuş fəaliyyət planı üzrə istixanaların quraşdırılması üçün lazım olan mal və avadanlıqların satınalma işləri aparılır və çatdırılmış hissələrin quraşdırma işlərinə başlanılmışdır.
Layihənin məqsədi • Azərbaycan bazarında güclü təlabata malik olan, o cümlədən ərzaq təhlükəsizliyi baxımdan əhəmiyyət daşıyan tərəvəz bitkiləri üzrə yüksək məhsuldar toxumlar əldə etmək; • Azərbaycanın müxtəlif zona və iqlimlərinə uyğun bitkilərin seleksiyasını təmin etmək; • İlboyu istixanalarda və mövsümi olaraq açıq sahələrdə seleksiya işlərini aparmaq; • Yerli fermerlər üçün sərfəli qiymətə keyfiyyətli toxumla təmin etmək; • Toxumçuluq sahəsində yüksək keyfiyyətli yerli bilik bazası yaratmaq, o cümlədən ən müasir aqronomluq təcrübələrini təmin etmək; • Toxumçuluqdan bitkiçiliyə qədər müasir kənd təsərrüfatı üçün təlim və tədris infrastrukturu yaratmaq.
Strateji Yol Xəritəsinin icrası çərçivəsində kənd təsərrüfatının intensiv inkişafı tədbirləri davam etdiriləcək (1) • Toxumçuluğun inkişafı • Toxumçuluq (tingçilik) sahəsinin tənzimlənməsiilə bağlı mövcud qaydalar və prosedurlar beynəlxalq standartlara uyğunlaşdırılacaq; • Toxumçuluq laboratoriyalarının modernləşdirilməsi başa çatdırılacaq, bu laboratoriyaların akkreditasiyadan keçmələri üçün zəruri tədbirlər görüləcəkdir; • Nazirliyin tabeliyində olan elmi-tədqiqat institutlarının və toxumçuluq müəssisələrinin bazasında xarici şirkətlərlə birgə müasir toxum istehsalı mərkəzləri yaradılacaqdır. • Yerli toxum və ting istehsalçıları tərəfindən istehsal olunmuş və sertifikatlaşdırılmış toxumların və tinglərin bioloji və iqtisadi göstəriciləri barədə ətraflı məlumatlar elektron məlumat bazasında yerləşdiriləcəkdir.
Strateji Yol Xəritəsinin icrası çərçivəsində kənd təsərrüfatının intensiv inkişafı tədbirləri davam etdiriləcək (2) • Damazlıq işinin inkişafı • Respublika Süni Mayalanma Mərkəzinin potensialından istifadə etməklə: o peşəkar süni mayalanma mütəxəssisləri şəbəkəsinin bütün bölgələr üzrə tələbata uyğun həcmdə genişləndirilməsi işi davam etdiriləcək; o Mərkəzin embrion köçürülməsi sahəsində potensialı gücləndiriləcək; o süni mayalanma və embrion köçürülməsi üsullarının üstünlükləri barədə maarifləndirmə işləri aparılacaq. • İstehsalçılara güzəştli lizinq şərti ilə satılan cins malların xaricdən idxal olunması ilə yanaşı, yerli damazlıq təsərrüfatlarından da alınması mexanizminin tətbiqinə başlanılacaq; • Ölkədə damazlıq quşçuluğun və arıçılığın inkişafı, o cümlədən bu istiqamətdə stabil təchizatın təmin edilməsi ilə bağlı ehtiyaclar kompleks şəkildə müəyyən ediləcək və zəruri
Strateji Yol Xəritəsinin icrası çərçivəsində kənd təsərrüfatının intensiv inkişafı tədbirləri davam etdiriləcək (3) • Texnika ilə təminata dəstək sisteminin təkmilləşdirilməsi • Ölkədə bitkiçilik və heyvandarlıq sahələrinin inkişaf perspektivləri nəzərə alınmaqla, kənd təsərrüfatı texnikası parkının bitkiçilik və heyvandarlığın bütün istiqamətləri üzrə genişləndirilməsi ehtiyacları qiymətləndiriləcəkdir; • Kiçik və orta həcmli təsərrüfatların istehsal və ilkin emal üzrə kiçikhəcmli texnikaya, maşın və avadanlıqlara olan ehtiyacları öyrəniləcək və bu istiqamətlər üzrə ehtiyaclar ödəniləcək; • Kənd təsərrüfatı texnikası ilə bağlı yaradılmış elektron informasiya bazasına bütün ölkə üzrə mövcud olan texnikalar haqqında məlumatların mülkiyyətçilər və texnika növləri üzrə qruplaşdırılmaqla daxil edilməsi başa çatdırılacaqdır.
Strateji Yol Xəritəsinin icrası çərçivəsində kənd təsərrüfatının intensiv inkişafı tədbirləri davam etdiriləcək (4) • Aqrar təhsilin inkişafı tədbirləri • Azərbaycan Dövlət Aqrar Universiteti tərəfindən təhsilin keyfiyyətini artırmaq üçün müasir tələblərə cavab verən kurikulumların hazırlanması və yeni təcrübə bazalarının və laboratoriyalarının yaradılması tədbirləri davam etdiriləcəkdir; • Universitetin inkişaf etmiş ölkələrin təhsil müəssisələri ilə tələbə-müəllim heyətinin mübadiləsi genişləndiriləcək, “ikili diplom” proqramları (“double degree”) tətbiq ediləcəkdir; • Universitetin biznes sektorla əməkdaşlığı gücləndiriləcək və Universitet tərəfindən aqrobiznes inkubatorlarının və startapların yaradılmasına başlanılacaqdır; • Aqrar sahədə peşə təhsilinin inkişaf etdirilməsi məqsədilə Təhsil Nazirliyi ilə birgə peşə təhsili üzrə kurikulumların yenilənməsi və özəl sektorun iştirakı ilə peşə təhsilinin inkişafı istiqamətində digər zəruri tədbirlər həyata keçiriləcəkdir.
Strateji Yol Xəritəsinin icrası çərçivəsində kənd təsərrüfatının intensiv inkişafı tədbirləri davam etdiriləcək (5) • Aqrar elmin inkişafı tədbirləri • Aqrar sahə üzrə elmi-tədqiqat mövzularının yeni trendlər nəzərə alınmaqla müəyyən edilməsi üçün AEİMM yanında qabaqcıl təsərrüfatların, peşəkar təşkilatların, universitet nümayəndələrinin və müstəqil ekspertlərin iştirakı ilə yaradılmış Koordinasiya Şurasının fəaliyyəti aktivləşdiriləcək; • Elmi tədqiqatların prioritet istiqamətlərdə aparılmasını və nəticəyönümlülyünü dəstəkləmək məqsədilə müxtəlif stimullaşdırıcı mexanizmlər işlənib hazırlanacaqdır (məsələn, nüfuzlu elmi nəşrlərdə çap olunan məqalələrin müəlliflərinə pul mükafatının verilməsi, elmi tədqiqat fəaliyyətlərinin toxum bazarı və məsləhət-informasiya xidmətləri ilə əlaqələndirilməsi və s. ). • Nazirliyin nəzdində fəaliyyət göstərən elmi tədqiqat institutlarının müasir laboratoriya, cihaz və avadanlıqlara olan ehtiyacları müəyyən edilərək, zəruri təminat həyata keçiriləcəkdir.
Strateji Yol Xəritəsinin icrası çərçivəsində kənd təsərrüfatının intensiv inkişafı tədbirləri davam etdiriləcək (6) • İnformasiya-məsləhət xidmətləri sisteminin inkişafı tədbirləri • Kənd təsərrüfatı sahəsi üzrə informasiya-məsləhət xidmətlərinin aparılması ilə bağlı işlək mexanizmin formalaşdırılması üçün müvafiq normativ hüquqi baza təkmilləşdiriləcəkdir (bu sahədə dayanıqlı maliyyələşmə sisteminin yaradılması, məsləhətçilərin bilik və bacarıqlarını qiymətləndirməklə onların sertifikatlaşdırılması və s. ); • Müvafiq sertifikatlaşma sistemi qurulmaqla tədqiqat və təhsil qurumlarının, baytarlıq, fitosanitar və toxum nəzarəti təşkilatlarının, peşəkar birliklərin və məsləhət (konsaltinq) şirkətlərinin əməkdaşlarından, habelə sərbəst mütəxəssislərdən ibarət məsləhətçilər şəbəkəsi yaradılacaqdır; • Bu sahədə fəaliyyətləri effektiv koordinasiya etmək və hesabatlılığı təmin etmək üçün ölkə üzrə məsləhətçilərin elektron məlumat bazası yaradılacaqdır. Bu elektron məlumat bazası ictimaiyyət üçün açıq olmaqla hər bir məsləhətçinin ixtisaslaşdığı sahələr və göstərdiyi xidmətlər barədə məlumatları əhatə edəcəkdir.
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM!
- Slides: 29