AZRBAYCAN RESPUBLKASI THSL NAZRLY Mllim istiqamti zr Elektron
AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ Müəllim istiqaməti üzrə Elektron təhsil müsabiqəsi Müəllim: Bayramov Xalid Xəqani oğlu (Kürdəmir rayonu Q. Hüseynov adına Bağman kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi) Nominasiya: Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə / sənəd
10 -cu sinif Azərbaycan dili Mövzu: Azərbaycan ədəbi dilinin normaları – Leksik norma
� Standart 4. 1. 1 – Ədəbi dilin normalarına uyğun müxtəlif cümlə konstruksiyaları qurur. 4. 1. 2 – Sözün qrammatik-məna xüsusiyyətlərini gözləməklə ədəbi dil normalarına riayət edir.
� Ümumi təlim nəticələri: 1. Müasir Azərbaycan ədəbi dilinin normalarını fərqləndirir. 2. Leksik norma pozulmasını müəyyənləşdirir. 3. Yerində işlədilməyən sözləri tapır, başqa sözlərlə əvəz edir.
� Qiymətləndirmə meyarları: 1. Fərqləndirmə 2. Müəyyənləşdirmə 3. Əvəzetmə 1 -ci səviyyə Ədəbi dil normalarını fərqləndirməkdə çətinlik çəkir Leksik norma pozulmasını müəyyənləşdirməkdə çətinlik çəkir Yerində işlədilməyən sözləri tapmaqda çətinlik çəkir. 2 -ci səviyyə 3 -cü səviyyə Ədəbi dil normalarını fərqləndirərkən fərqləndirən zaman faktlara müraciət etmir auditoriyadan kömək alır Leksik norma pozulmasını müəllimin müəyyənləşdirərkən köməyi ilə auditoriyadan kömək müəyyənləşdirir. alır Yerində işlədilməyən sözləri müəllimin sözləri tapır. köməyi ilə tapır. 4 -cü səviyyə Ədəbi dil normalarını müstəqil şəkildə fərqləndirir. Leksik norma pozulmasını müstəqil şəkildə müəyyənləşdirir. Yerində işlədilməyən sözləri tapır və onları başqa sözlərlə əvəz edir.
� � İş formaları: Kollektivlə iş, qruplarla iş İş üsulları: Müzakirə, beyin həmləsi İnteqrasiya: Azərbaycan tarixi 1. 2. 2 ; 1. 2. 4 Resurslar: Proyektor, dərslik, iş vərəqləri, marker
� Motivasiya: Proyektorda cümlələr təqdim olunur. Şagirdlərə cümlələrdə yerində işlədilməyən sözləri tapmaq tapşırılır. Yeni dərsin adı müəyyənləşdirilir. Anam başımın yanında dua deyirdi. Mənə elə gəlirdi ki, bu gün, ya sabah yuxum mütləq doğruya çevriləcək. Uzaqda, yolun qalın meşəylə birləşdiyi yerdə toz buludu qalxırdı. Qulağıma hardansa bir səs toxundu. Onun addımlarında əsryarımlıq bir səbir və iradə səslənirdi. Otağa dağların bihuşedici ətri dolurdu.
� Tədqiqat sualı: Leksik normanın pozulması xüsusiyyətləri hansılardır? � Tədqiqatın aparılması: qruplarla iş Şagirdlər üç qrupa bölünür. Hər qrup özünə nümayəndə və ad seçir. İş vərəqləri paylanılır.
� I qrupun tapşırığı: Leksik normanın pozulması faktlarını müəyyənləşdirin və həmin sözləri dəyişərək cümləni düzgün şəkildə yazın. 1. Humay boşqaba aş qoydu. 2. Toyuqlar yuvalarına doluşdu. 3. Novruz bayramı günü onlar bizim qapımıza papaq tulladılar. 4. At ayaqlarını şəklədi. 1. ______________________________ 2. ______________________________ 3. ______________________________ 4. ______________________________
� II qrupun tapşırığı: Leksik normanın pozulması faktlarını müəyyənləşdirin və həmin sözləri dəyişərək cümləni düzgün şəkildə yazın. 1. Onun maraqlı yaddaşı var. 2. Aşağıdan yuxarıya baxanda dağın dibindən axan çay görünürdü. 3. Axırıncı zəng günü çox kövrəlmişdik. 4. Kənd itləri miyoldayırdı. 1. __________________________ 2. __________________________ 3. __________________________ 4. __________________________
� III qrupun tapşırığı: Leksik normanın pozulması faktlarını müəyyənləşdirin və həmin sözləri dəyişərək cümləni düzgün şəkildə yazın. 1. Stəkanlar stola sərildi. 2. Lalə onu tanımasınlar deyə qara eynək geyinmişdi. 3. Quşlar gedib ağacda oturdular. 4. Qız südü iri teştə yaydı. 1. _____________________ 2. _____________________ 3. _____________________
� Məlumat mübadiləsi: Bütün şagirdlərin diqqəti lövhəyə yönləndirilir. Hər qrup nümayəndəsi öz qrup işlərini lövhədən asaraq təqdim edir. � Məlumat müzakirəsi: Müzakirələr aparılır. Bu işdə bütün sinif kollektiv iştirak edir, yanlış fikirlərə düzəlişlər edirlər.
� Nəticə və ümumiləşdirmə: Müəllimin köməyi ilə düzgün cavablar ümumiləşdirilir və qruplaşdırılır. Nəticə aşağıdakı şəkildə qeyd olunur. Leksik normalar hər kəsdən: - sözün mənası və ya mənaları ilə ehtiyatlı olmağı; - ədəbi dildə loru, kobud söz və ifadələr işlətməməyi; - bədii məqsəd güdmürsə, dialekt sözlərdən, varvarizm və vulqar sözlərdən istifadə etməməyi; - sözü düzgün yerində və məqamında işlətməyi tələb edir.
� Yaradıcı tətbiqetmə: Proyektor vasitəsilə leksik normaya aid müxtəlif qapalı test nümunələri verilir. Şagirdlər kollektiv olaraq testlərin həllində iştirak edirlər. 1. “Körpə quzu” birləşməsində asılı tərəfi “gənc” sözü ilə əvəz etsək, ədəbi dilin hansı norması pozulmuş olar? A) qrammatik B) leksik C) fonetik D) leksik, qrammatik E) fonetik, qrammatik Nə üçün belə fikirləşirsiniz? __________________________
2. “O, uzun sürən xəstəlikdən həlak oldu” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur? A) leksik B) qrammatik C) orfoepik, leksik D) orfoqrafik, qrammatik E) orfoqrafik Düzgün forması necə olar? __________________________
3. “Ağız çaşar, düzünü danışar” cümləsində ədəbi dilin hansı norması pozulmuşdur? A) fonetik, qrammatik B) qrammatik C) fonetik D) leksik, qrammatik E) leksik Düzgün forması necə olar? __________________________
� Qiymətləndirmə: Qruplar Meyarlar Ədəbi dil normalarını fərqləndirmə Leksik norma pozulmasını müəyyənləşdirmə Yerində işlədilməyən sözləri əvəzetmə Əməkdaşlıq Vaxt bölgüsü I qrup III qrup
- Slides: 17