Azrbaycan Respublikas Thsil Nazirliyi Mllim istiqamti zr Elektron
Azərbaycan Respublikası Təhsil Nazirliyi Müəllim istiqaməti üzrə Elektron təhsil müsabiqəsi Müəllim: Həsənli Turanə Mehdi qızı Zərdab rayonu Şıxbağı kənd tam orta məktəbin Azərbaycan dili və Ədəbiyyatı müəllimi Nominasiya: Tədris üçün ən yaxşı elektron metodiki tövsiyə / sənəd
Fənn: Ədəbiyyat Sinif: VIII Mövzu: Hüseyn Cavid “Ana” dramı (təhlil üzrə iş)
Standart 1. 2. 2. Obrazları nitqinə, bağlı olduqları məişət təsvirlərinə əsaslanmaqla səciyyələndirir. 1. 2. 4. Bədii nümunələrin ideya-məzmununu, süjet, kompozisiya xüsusiyyətlərini şərh edir, əsaslandırılmış münasibət bildirir. 2. 1. 2. Bədii nümunələrlə bağlı fikirlərini müqayisələr aparmaqla şərh edir.
Təlim nəticələri �Fərqli vəziyyətlərdə nitqindən, çıxış etməklə obrazı səciyyələndirir. �Dramın ideya-məzmununu şərh edir, əsaslandırılmış münasibət bildirir. �Dramla bağlı fikirlərini müqayisə əsasında şərh edir.
İş forması: Kollektivlə iş, qruplarla iş. İş üsulu: Müzakirə, əqli hücum. İnteqrasiya: Azərbaycan dili Resurslar : İKT vasitələri, dərslik, iş vərəqləri
Motivasiya
�Uşaqlar, Siz nə görürsünüz ? �Şəkillər sizdə hansı təəssürat yaratdı ? �Bu şəkillərdə söhbət nədən gedir ? �Dəməli, biz hansı mövzudan söhbət açacağıq ? Şagirdlərin cavabı alınandan sonra mövzunun adı dəqiq şəkildə qeyd olunur.
Tədqiqat sualı �“Səlma ana övladının qatilini bağışlayaraq, öz müdrikliyi ilə bəşəriyyəti sülhə səsləyir. ” fikrini doğru saymaq olarmı? Şagirdlərin fərziyyələri alınıb, löhvədə qeyd olunur.
İşçi vərəqi “Səyavuş”qrupu Səlma ana obrazını səciyyələndirin. Sizcə, Səlma ananın oğlunun qatilini bağışlamasına haqq qazandırmaq olar? a) Xarakterindəki başlıca xüsusiyyətlər b) Müəllifin ona münasibəti c) Sizin ona münasibətiniz
İşçi vərəqi “Topal Teymur” qrupu Qanpolad obrazını səciyyələndirin. Sizcə, Qanpolad dostlarına qatilini söyləməklə düzgün qərar verir? a) Xarakterindəki başlıca xüsusiyyətlər b) Müəllifin ona münasibəti c) Sizin ona münasibətiniz
İşçi vərəqi “Peyğəmbər” qrupu İsmət obrazını səciyyələndirin. Sizcə, İsmətin xarakterində ən gözəl xüsusiyyət hansıdır? a) Xarakterindəki başlıca xüsusiyyətlər b) Müəllifin ona münasibəti c) Sizin ona münasibətiniz
İşçi vərəqi “ İblis” qrupu Orxan obrazını səciyyələndirin. Sizcə, Orxanın xarakterindəki təkəbbürün səbəbi nədir? a) Xarakterindəki başlıca xüsusiyyətlər b) Müəllifin ona münasibəti c) Sizin ona münasibətiniz
Məlumat mübadiləsi �Şagirdlər tədqiqatın nəticələrini- qrup işlərini bir-bir sinfə təqdim edirlər. Qrup lideri tədqiqatın nəticələrini sinfə çatdırır.
Məlumat müzakirəsi �Təqdim olunan qrup işləri üzrə müşahidələr aparılır, mülahizələr ümumi ideya halına salınır.
Nəticə �Tədqiqatların yekununu əks etdirən qənaətlərlə motivasiya mərhələsindəki tədqiqat sualı və ona dair irəli sürülmüş ilkin fərziyyələr tutuşdurulur. �H. Cavid “Ana” dramında müdrik ananı göyərçinə-sülh rəmzinə çevirir. Xeyirin qələbəsinə inanaraq Yer üzündə qan tökməkdən qaçmaq, əl-ələ verərək bəşəriyyətdə sülhü qorumaq, insanları bağışlamaq ən böyük humanizmdir.
Yaradıcı tətbiqetmə �Şagirdlərə “Əgər Səlma ana olsaydım. . . ”mövzusunda kiçik esse yazmaq tapşırılır. İş tamamlandıqdan sonra şagirdlərin essesi dinlənilir.
Qiymətləndirmə � Səciyyələndirmə � Şərhetmə, münasibətbildirmə � İstifadəetmə � Müqayisəli şərhetmə I səviyyə III səviyyə IV səviyyə Nitqindən çıxış Nitqindən qismən Nitqindən əsasən etməklə obrazı çıxış etməklə obrazı səciyyələndirməkd dolğun səciyyələndirir. ə çətinlik çəkir. səciyyələndirir. Dramla bağlı fikirlərini müqayisə əsasında şərh əsasında qismən etməkdə çətinlik şərh edir. çəkir. Dramla bağlı fikirlərini əsasən fikirlərini müqayisə əsasında dolğun şərh aparmaqla şərh edir.
- Slides: 17