Xtai rayonu liyev adna 204 sayl tam orta

  • Slides: 23
Download presentation
Xətai rayonu, Ə. Əliyev adına 204 saylı tam orta məktəbin 4 “c” sinif şagirdi

Xətai rayonu, Ə. Əliyev adına 204 saylı tam orta məktəbin 4 “c” sinif şagirdi Lalə Elsevər qızı İMAMƏLİYEVA Resbupublika Elektron Təhsil Müsabiqəsi

Heydər Əlirza oğlu Əliyev Müsəlman – Türk dünyasının dahi siyasi xadimi, ümummilli lider. .

Heydər Əlirza oğlu Əliyev Müsəlman – Türk dünyasının dahi siyasi xadimi, ümummilli lider. . . Tarixi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tariximiz bizim üçün dərs olmalıdır. Tarix heç nəyi silmir.

Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay

Azıx mağarası — Azərbaycanın cənub-qərbindəki Kiçik Qafqaz sıra dağlarının cənub-şərq yamacında yerləşən, Qarabağın Quruçay dərəsində, Quruçay çayının sol sahilində, çaydan 3 km aralıda, Quruçayın müasir yatağından 200 -250 metr yüksəklikdə yerləşir. Xocavənd rayonu ərazisində, rayonun Azıx və Salaketin kəndləri arasında, dəniz səviyyəsindən 1400 metr hündürlükdə yerləşən mağara kompleksidir. Azıx mağarasının sahəsi 800 kv km-dir. Burada uzunluğu 600 metrə qədər uzanan 8 dəhliz vardır. Dəhlizlərin bəzilərinin hündürlüyü 2025 metrə qədərdir

Şəki xan sarayı Müasir dövrdə "Şəki xan sarayı" adı ilə tanınan bu bina -

Şəki xan sarayı Müasir dövrdə "Şəki xan sarayı" adı ilə tanınan bu bina - "Məhəmmədhəsən xan divanxanası" Məhəmmədhəsən xantərəfindən tikdirilmişdir. Binanın tikintisinə 17891790 -cı ildə başlanılıb. Çox vaxt onun tikilmə tarixi səhvən "Şəkixanovların evi"nin ("Müştaq imarəti" - "Qurğuşunlu otaq"ın) tikilmə tarixi ilə qarışdırılır. Binanın inşasına o vaxt 32 min çervon, yaxud, 32 min İran tüməni məbləğində pul xərclənmişdir[3]. Memar şirazlı Zeynalabdindir. Qala biyar yolu ilə tikilmişdir[4]. Qaladakı indiki kilsə 1828 -ci ilə qədər xanın ev məscidi və göstərilən ildə ruslar tərəfindən indiki formaya, yəni xaç formasına salınmış və kilsə edilmişdir. Ruslar xanın hərəmxanasının yerində isə türmə binası tikmişlər. Qalanın dörd küncündəki 4 böyük bürc də ruslar tərəfindən topdan atəş açmaq üçün inşa edilmişdir.

Xudafərin körpüsü 1027 -ci ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd) tərəfindən

Xudafərin körpüsü 1027 -ci ildə Şəddadi hökmdarı Məhəmməd oğlu Fəzl (Fəzl ibn Məhəmməd) tərəfindən inşa olunub. [Mənbə göstərin] Unikal memarlıq abidəsi olan körpüdə Azərbaycan memarlıq məktəbinin üslubu izlənilməkdədir. Ağa Məhəmməd şah Qacarın Azərbaycana yürüşü zamanı bir hissəsi uçurulsa da, sonradan bərpa edilmişdir. Təbii qayalar üzərində inşa edilən körpünün bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Körpüdən bir qədər aralı daha bir körpü də vardır ki, bu körpü də Xudafərin adlanır. İkinci körpü 11 gözdən ibarət olmuş və XIII əsrdə, Elxanilər dövründə inşa edilmişdir. Hazırda həmin körpünün yalnız 3 aşırımı salamatdır. Hər iki körpü İpək yolunun üzərində yerləşir. [1] Hazırda Ermənistan ordusunun işğal etdiyi Azərbaycan ərazisində yerləşən bu körpülərin aqibəti haqqında dəqiq məlumat yoxdur.

 • • Möminə xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri

• • Möminə xatun türbəsi — Məşhur Azərbaycan memarı Əcəmi Naxçıvaninin şah əsəri və Naxçıvan-Marağa memarlıq məktəbinin ən dəyərli abidələrindən biri. Naxçıvan şəhərinin tarixi mərkəzində — Atabəylər Memarlıq Kompleksinintərkibində yerləşir. Möminə xatun türbəsi həmin kompleksdən dövrümüzə çatmış yeganə abidədir. Əcəmi Naxçıvaninin dövrümüzə çatmış ən gözəl əsəri olan Möminə xatun türbəsi bu gün də orta əsrlər Naxçıvan şəhərinin əzəmətini əks etdirir. Naxçıvan memarlıq məktəbinin, bədii memarlıq səviyyəsinin gözəl nümunəsi kimi şəhərin mərkəzində yüksəlir. Möminə xatun türbəsi

Şirvanşahlar – Şirvanşahlar dövlətində hakim sülalə. Ərəb işğalına qədərki şirvan hakimləri ilk Şirvanşahlar adlanır.

Şirvanşahlar – Şirvanşahlar dövlətində hakim sülalə. Ərəb işğalına qədərki şirvan hakimləri ilk Şirvanşahlar adlanır. 9 -cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir. Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə, çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları gümün edilir. Sonrakı Şirvanşahlar Ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi. Məzyədi ərəblərdən idilər və V. F. Minorskinin fikrincə, bu sülalə fasiləsiz olaraq 1000 ilə yaxın hakimiyyət sürmüşdür. Şirvanşahlar – Şirvanşahlar dövlətində hakim sülalə. Ərəb işğalına qədərki şirvan hakimləri ilk Şirvanşahlar adlanır. 9 -cu əsrdən hakimiyyətə gələn Şirvanşahların isə elmi ədəbiyyat son zamanlardək Məzyədilər, Kəsiranilər və Dərbədilər adı ilə ayrı-ayrı sülalərdən ibarət olduğunu göstərilirdi, ancaq son tədqiqatlar hər üç sülalənin vahid xanədana mənsub olduğunu sübut edir. Ərəb istilasına qədərki erkən Şirvanşahlar haqqında məlumat yoxdur. Sara Aşurbəyliyə görə, çox güman ki, bu ilk Şirvanşahlar yerli əhalidən deyil, Sasani şahlarına qohum olub, onlara tabe olan və sonuncuların ölkənin şimal sərhədlərinin qorunmasını etibar etdikləri adamlar idilər. Beləliklə onların İran məşəli olmaları gümün edilir. Sonrakı Şirvanşahlar Ərəb əsilli sonradan farslaşmış hakim sülalə idi. Məzyədi ərəblərdən idilər və V. F. Minorskinin fikrincə, bu sülalə fasiləsiz olaraq 1000 ilə yaxın hakimiyyət sürmüşdür.

 Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir.

Qız qalası — Bakının, eləcə də Abşeronun ən möhtəşəm və sirli memarlıq abidəsidir. Qala qədim qala divarlarının (İçəri Şəhərin) cənub-şərq hissəsində, dənizkənarı parkın (bulvar) yaxınlığında yerləşən tarixi abidədir. Uca qüllə şəkilli bu nadir abidənin açılmamış tarixi-memarlıq problemləri çoxdur. Hündürlüyü 28 m, diamеtri birinci mərtəbədə 16, 5 m-dir. Birinci mərtəbədə divarın qalınlığı 5 m-ə çatır. Qalanın daхili hissəsi 8 mərtəbəyə bölünür. Hər mərtəbə yоnma daşlarla tikilmiş, günbəz fоrmalı tavanla örtülmüşdür. Qala 1964 -cü ildən muzey kimi fəaliyyət göstərməyə başlamış, 2000 -ci ildə UNESCO-nun Ümumdünya irsi siyahısına salınmışdır.

 İçəri Şəhər, İçərişəhər Bakı qalası (yaxud, sadəcə "Qala" ), Bakı şəhəri (Orta əsrlərdə).

İçəri Şəhər, İçərişəhər Bakı qalası (yaxud, sadəcə "Qala" ), Bakı şəhəri (Orta əsrlərdə). Qala divarları ilə əhatə olunduğuna görə xalq arasında Qala da adlanır. Bu qədim yaşayış məskəni Azərbaycan xalqının dəyərli mədəni irsidir. Hazırda həm yaşayış məhəlləsi, həm də tarixi memarlıq kompleksidir. İçəri Şəhər kompleksi Xəzər dənizinin sahillərində, alçaq təpədə salınıb. Yaşayış məskəni hündürlüyü 8 -10 metr, eni 3, 5 metr olan divarla əhatə olunmuşdur. Sahəsi 22 hektar olan ərazidə yerləşir. İçəri Şəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Qazıntılar göstərir ki, insanlar bu ərazidə hələ tunc dövründə məskunlaşmışlar. XIX əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi. İçəri Şəhər bütövlükdə bir şəhərsalma mədəniyyəti nümunəsidir. Buradakı üç abidə – Qız qalası, Şirvanşahlar Sarayı, Məhəmməd məscidi dünya, 28 abidə isə ölkə əhəmiyyətlidir.

Qobustan qayalari Qobustan coğrafi rayonu Şərqi Azərbaycanda yerləşən, şimalda Baş Qafqaz silsiləsinin cənub yamacı,

Qobustan qayalari Qobustan coğrafi rayonu Şərqi Azərbaycanda yerləşən, şimalda Baş Qafqaz silsiləsinin cənub yamacı, qərbdə Pirsaat çayı, cənubda Hərəmi və Mişov dağları, şərqdə Xəzər dənizi və Abşeron yarımadası ilə sərhədlənən, qobu və yarğanlara malik geniş ərazidir. Elə Qobustan sözünün mənası da qobu və stan (yer), yəni qobuluq, qobular olan yer deməkdir. Qobu sözü isə türk mənşəli sözdür, qurumuş geniş çay vadisi mənasını verir. Bu ərazinin uzunluğu (şimaldan cənuba) 100 km, eni 80 km-ə yaxındır. Ərazinin orta hündürlüyü 600 -700 m-dir. Qafqazda ən böyük palçıq vulkanları Qobustandadır. Qobustan dağətəyi zona olsa da, burada qayalıq sıralar çoxdur. Burada yarımsəhra sahələr inkişaf etmişdir. Qobustanda aparılan arxeoloji qazıntı və tədqiqatların nəticələri göstərir ki, burada - Böyükdaş və Kiçikdaş dağları sahəsində qədim insanın yaşaması tarixi üst Paleolit dövründən, yəni, eramızdan 35 -34 min il əvvəlki dövrdən başlayır. Deməli, əgər üst paleolit dövründən Qobustanda həyat başlanıbsa, burada yaşayış üçün lazımi şərait olub, yəni iqlimi əlverişli, bitki və heyvanat aləmi isə zəngin olub. Qobustan qışı mülayim, yayı isə isti - quru keçən subtropik iqlimə malikdir. Atmosfer yağıntılarının miqdarı xeyli azdır. Yağıntı əsasən payızın sonundan yazın ortalarına qədər düşür. Qobustanın əsas çayı Ceyrankeçməzdir. Suyu şorandır və əsasən yağış suları ilə qidalanır. Ümumiyyətlə, Qobustan ərazisindəki çaylar Baş Qafqazın atmosfer yağıntıları və xırda bulaqlarla qidalanır.

Şuşa qalası-Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qala uzun müddət ərzində şəhəri xarici

Şuşa qalası-Azərbaycanın Şuşa şəhərini əhatə edən qala divarlarıdır. Qala uzun müddət ərzində şəhəri xarici müdaxilələrdən qorumuş, uzun müddət alınmazlıq simvolu olmuşdur. Ağa Məhəmməd şah Qacarın Cənubi Qafqaza yürüşü zamanı qala uzun müddət mühasirədə saxlanılsa da ələ keçirilə bilinməmişdir. Şuşa qalasının əsasının nə zaman qoyulması haqqında dəqiq məlumat yoxdur. Mənbələr sadəcə bu qalanın monqolların Azərbaycana ikinci yürüşü zamanı dağıdıldığı haqqında məlumat verir.

Gəncə qalası Bir neçə il əvvəl mətbuatda Gürcüstandakı tarixi darvazaların geri qaytarılması ilə bağlı

Gəncə qalası Bir neçə il əvvəl mətbuatda Gürcüstandakı tarixi darvazaların geri qaytarılması ilə bağlı iki ölkə arasında danışıqlar aparıldığı barədə yazıldı. Amma sonda ortaya real bir nəticə çıxmadı və darvazaların geri alınması haqqında müzakirələrin aparılmasının da reallığa söykənib-söykənmədiyi təsdiqini tapmadı. Amma yaxın tarixdə Azərbaycanda bu tarixi darvazaların bir hissəsi tapılıb bərpa olunub. 1063 -cü ildə şəhərin müxtəlif istiqamətlərindən girişinə qoyulan altı böyük darvazadan birini Gəncə Regional Elm Mərkəzi bərpa edib. Akademik Rafael Əhmədov 2000 -ci ilə qədər qədim şəhər xarabalıqlarında apardığı arxeoloji qazıntılar zamanı Gəncə darvazalarının qalıqlarını tapıb. Sonralar Elm Mərkəzi bu qalıqları toplayıb və bərpa edib. Bu qapıların hündürlüyü 3 m 70 sm, eni isə 3 m 40 sm-dir. Darvazanın hissəsində 56 müxtəlif tökmə dəmir listlər var və onlar da bir -birinə çarmıxlarla möhkəm bağlanıb. Darvaza öz tarixi yerində Gəncə-Bakı-Gəncə yolunun şəhərə giriş istiqamətində quraşdırılıb. Darvazanın ətrafında isə Naxçıvandan gətirilən və XI əsrdə də tikintidə istifadə olunan kərpiclərdən 20 metr hündürlüyündə möhtəşəm qalanın nümunəsi tikiləcək.

Səadət sarayı Bakıda tarixi yaxşı araşdırılmış azsaylı binalardan biridir. Sarayın tarixi haqqında təkcə Rusiya

Səadət sarayı Bakıda tarixi yaxşı araşdırılmış azsaylı binalardan biridir. Sarayın tarixi haqqında təkcə Rusiya mətbuatında müxtəlif dövrlərdə 50 -dək material çap edilib. Oktyabr inqilabından sonra bina Əli Bayramov adına Qadın klubu, daha sonra isə Şirvanşahlar muzeyi kimi fəaliyyət göstərib. Bina 1911 -1912 -ci illər abidəsi kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001 -ci il tarixli, 132 nömrəli qərarı ilə "Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı"na daxil edilmişdir.

A t ə ş g a h K. P. Patkanov, S. T. Yeremyan və

A t ə ş g a h K. P. Patkanov, S. T. Yeremyan və S. Aşurbəyli belə hesab edirlər ki, Moisey Kalankatlının “Alban ölkəsnin tarixi” əsərində adı çəkilən “Atli Bağavan” - Atşi-Bağavan - Atəşi-Bağavan adının təhrif olunması nəticəsində meydana gəlmişdir. Həmin toponimi sonralar, VIII əsrdə Gevond Atşi-Baquan şəklində xatırlamışdır. Atəşi-Bağavan toponimi Bağavanın odu, allah şəhərinin odu demək olub, Bakının ərazisi ilə lokallaşdırılır. Gürcü salnaməsində Bakının "VII əsr erməni coğrafıyası”nda qeyd edilmiş qədim adı - Bağavan qorunub saxlanmışdır ki, bu da hər iki adı eyniləşdirməyə imkan verir. Məlumdur ki, Bakı bölgəsi hələ erkən orta əsr mənbələrində sönməyən odların yandığı yer kimi xatırlanır. Bu barədə ilk məlumata V əsr Bizans müəllifi Panili Priskdə rast gəlinir. Skifiyadan Midiyayadək yolu sonralar "ittifaq bağlamaq üçün Romaya gəlmiş" hun başçılarının dilindən təsvir edən Panili Prisk nəql edir ki, farslartərəfındən təqib olunan hun qoşunları ölkəni qarət edərək Midiyadan Skifiyaya ". . . sualtı qayalarından alov qalxan. . . (ex Petra maritim tlamma ardet)" başqa yolla qayıtdılar.

Əshabi - Kəhf Əshabi-Kəhf — Naxçıvan şəhərindən təqribən 12 km aralı, Culfa rayonu ərazisində,

Əshabi - Kəhf Əshabi-Kəhf — Naxçıvan şəhərindən təqribən 12 km aralı, Culfa rayonu ərazisində, İlandağ ilə Nəhəcir dağı arasındakı təbii mağarada ziyarətgah. [1] Əshabi-kəhf ərəb dilində "mağara adamları" deməkdir. Eyniadlı yerin Kiçik Asiya və ya Fələstin ərazisində olması haqqında qədim dini ədəbiyyatlarda, o cümlədən Qurandaməlumat var. Quranın "Kəhf" ("Mağara") surəsində əksini tapmış əfsanəyə görə isə, Allaha inanan gənclər təqiblərdən yaxa qurtarmaq üçün bir itlə birlikdə mağarada gizlənmişdilər. Allah onları yatırtmış, bir neçə yüz ildən sonra oyatmış, lakin gənclər özlərinə yad dünyanı görüb, yenidən əbədi yuxuya getmişlər. Naxçıvan ərazisində yayılmış əfsanə də təqribən eyni məzmunludur. Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tapşırığı və himayəsi ilə Əshabi-Kəhfdə abadlıq-bərpa işləri aparılmış, zəvvarlar üçün şərait yaradılmış, 13 km məsafədə rahat yol salınmış, məscid tikilmiş, kitabə qoyulmuşdur.

K iŞ M Ə B Ə D i XIX əsrin 30 -cu illərində Alban

K iŞ M Ə B Ə D i XIX əsrin 30 -cu illərində Alban kilsəsi Sinodun qərarı ilə rəsmən ləğv edildikdən sonra bir çox digər alban məbədləri kimi bu məbədin də kitabəsi təmiz pozulmuşdur. Bu məbəd əsrlər boyu Qafqaz Albaniyası kilsəsinin dini maarif mərkəzi olmuşdur. Maraqlıdır ki, məbədin yerləşdiyi kənd "din, etiqad, pərəstiş" mənasında 2000 ildən artıqdır ki, "Kiş" adlanır.

 KOROGLU QALASI Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşir. CAVANŞIR QALASI. Əsas hissənin cənub

KOROGLU QALASI Gədəbəy rayonunun Qala kəndi ərazisində yerləşir. CAVANŞIR QALASI. Əsas hissənin cənub divarlarının qalınlığı 2 m, hündürlüyü isə 10 m-dən çoxdur ÇIRAQ QALA Sasani hökmdarları tərəfindən IV-VI əsrlərdə tikilmişdir.

 G Ə NC Ə S Ə R M Ə B Ə DI Ağdərə

G Ə NC Ə S Ə R M Ə B Ə DI Ağdərə rayonunun Vəngli kəndində, Xaçınçayının sol sahilində yerləşən XIII əsr xristian alban monastırı. Orta əsrlərdə monastır Alban Həvvari Kilsəsinin mərkəzi iqamətgahı olmuşdur. 1991 -1994 cü illər I Qarabağ müharibəsinin nəticəsində bu tarixi abidənin yerləşdiyi ərazi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

BİZ ŞAGİRDLƏR, TARİXİN GƏLƏCƏKDƏKİ SƏSİYİK!!!

BİZ ŞAGİRDLƏR, TARİXİN GƏLƏCƏKDƏKİ SƏSİYİK!!!

Diqqətinizə görə SONSUZ TƏŞƏKKÜRLƏR.

Diqqətinizə görə SONSUZ TƏŞƏKKÜRLƏR.