Hazrlad Bak hri Xtai rayonu 24li tam orta
Hazırladı: Bakı Şəhəri Xətai rayonu 24№-li tam orta məktəbin şagirdi Hüseynova Jalə Fənn: Fizika Mövzu: İstilikvermənin növləri. İstilikkeçirmə. Konveksiya. Şüalanma
İstilikvermə nədir? İstiliyin isti cisimdən(və ya cismin hissəsindən) soyuq cismə (və ya cismin hissəsinə) verilməsi proses istilikvermə adlanır. Çaydanı soyuq altlıq üzərinə qoyduqda bir müddət sonra ondakı su soyuyur. Çaydanı piltədə qızdırdıqda isə əksinə suyun tempratutu yüksəlir və o qaynayır. Müxtəlif tempraturlu 2 cisim toxunduqda onlar arasında istilik mübadiləsi baş verir. İstilik tempraturu yüksək olan cisimdən, tempraturu aşağı olan cismə verilir. İstilik verən cismin daxili enerjisi azlaır, istilik alan cismin isə daxili enerjisi artır • http: //video. edu. az/video/346
İstilikvermənin növləri • İstilikvermənin üç növü var: istilikkeçirmə(a), şüalanma(b) və konveksiya(c). (a)
İstilikkeçirmə • Enerjinin cismin bir hissəsindən digər hissəsinə, yaxud bir-birinə toxunan bir cisimdən digərinə verilməsi prosesi istilikkeçirmə adlanır. İstilikkeçirmədə yalnız enerji daşınır, maddə daşınması baş vermir. • Müxtəlif maddələrin istilikkeçirmə qabiliyyəti müxtəlifdir. Metallar təbiətdə istiliyi ən yaxşı keçirən maddələrdir, lakin onların istilikkeçirmələri eyni deyildir.
Bəs bütün cisimlər istiliyi eyni keçirirmi? Müxtəlif maddələrin istilikkeçirmə qabiliyyəti müxtəlifdir. Metallar təbiətdə istiliyi ən yaxşı keçirən maddələrdir, lakin onların istilikkeçirmələri eyni deyildir. Mayelərin istilikkeçirməsi metalların istilikkeçirməsinə nisbətən azdır, lakin qazların istilikkeçirməsi daha zəifdir. Bu onunla izah olunur ki, verilən enerji hesabına qazın molekulları arasındakı məsafə artır. İstilikkeçirmə molekulların kinetik enerjilərinin birbirinə ötürülməsidir, odur ki, molekullararası məsafə artdığından enerji mübadiləsi də zəifləyir
Konveksiya nədir? • Enerjinin maye və qaz axını (maddə daşınması) ilə köçürülmə prosesi konveksiya adlanır. Bəzən konveksiya prosesində yaranan maye və qaz axını konvektiv axın da adlandırılır. Bərk cisimlərdə istilikvermə maddə daşınması ilə baş vermədiyindən (molekulyar quruluş əsasında) konveksiya hadisəsi də baş vermir.
Qazlarda konveksiya • Qızdırıcı cihaza yaxın durduqda ondan isti havanın yayıldığını, yəqin ki, hiss etmisiniz. Belə istilikvermə prosesini əlinizi yanan lampaya yaxınlaşdıranda da duyursunuz. Bütün bu hadisələrdə qızdırıcı, yaxud lampa yaxınlığındakı havanın qızma prosesi baş verir. Nəticədə qızmış hava genişlənir və onun sıxlığı ətrafdakı soyuq hava kütləsinin sıxlığına nəzərən azalır. Soyuq hava kütləsi qızmış hava kütləsinə Arximed qüvvəsi ilə təsir edərək onu yuxarı itələyir. İsti hava kütləsinin yerinə isə soyuq hava axır - qaz axını baş verir (c). Qızdırıcı ətrafa isti hava yayaraq isti hava axını yaradır.
Mayelərdə konveksiya • Mayedə də istilikvermə maddə daşınması vasitəsilə həyata keçirilir. Bu belə baş verir: mayenin qızdırılan təbəqəsinin molekulları istilik hərəkətləri nəticəsində müxtəlif istiqamətlərə yayılaraq həmin hissəni genişləndirir. Nəticədə bu təbəqənin sıxlığı azalır və mayenin həmin təbəqəsinə təsir edən ağırlıq qüvvəsi onu əhatə edən mayenin digər təbəqələri tərəfindən təsir edən qaldırıcı Arximed qüvvəsindən kiçik olur.
Şüalanma nədir? • Şüalanma — enerjinin bir cisimdən digərinə şüalar (görünən və görünməyən) vasitəsilə verilməsidir. • Şüalanma istilikvermənin digər növlərindən bir neçə xassəsi ilə fərqlənir: - vakuumda (heç bir maddə olmayan mühit) yayıla bilir; - böyük məsafələrə yayıla bilir; - çox yüksək sürətlə (≈ 3 · 105 km san) yayıla bilir; - bütün istiqamətlərə yayıla bilir.
Şüalanmanın növləri • Şüalanma mənbəyi təbii(a) və süni(b) (insanla rın yaratdığı) ola bilər. Yer üçün ən böyük təbii şüalanma mənbəyi olan Günəş həm işıq, həm də istilik şüalandırır. Qaranlıqda işıqsaçma xüsusiyyətinə malik işıldayan böcəklər, suda yaşayan bəzi canlılar və s. təbii şüaİnsanların düzəltdikləri elektrik közərmə lampası, kerosin çırağı və s. isə süni işıq və istilik mənbəyidir. lanma mənbələridir. (a) (b)
Şüanın əksedilməsi və udulması • Cisimdən şüalanan enerji digər cisimlərin səthinə çatdıqda onun bir hissəsi həmin səth tərəfindən udulur, digər hissəsi isə əks olunur. Cisim şüalanan enerjini udduqda onun daxili enerjisi artır və o qızır. Tünd və açıqrəngli səthlər müxtəlif şüaudma qabiliyyətinə malikdir. Belə ki, tünd (qara)(b) rəngli səthlər enerji şüalarını daha yaxşı udur, açıqrəngli səthlər(c) isə, əksinə, şüaları daha yaxşı əks etdirir
Bunu bilmək maraqlıdır! • Bütün cisimlər temperaturundan asılı olmayaraq enerji şüalandırır. Lakin cismin temperaturu aşağı olduqda o, gözəgörünməz şüalar buraxır. Temperatur yüksəldikcə cisim işıqlanmağa başlayır və görünən şüalanma yaradır: əvvəlcə qırmızı, sonra narıncı, sarı və s. rəngdə işıqlanır. Təcrübədən müəyyən edilmişdir ki, cismin temperaturu 5800°C olduqda o ən çox sarı rəngli şüalar buraxır. Bu əlamətə əsasən, Günəşin səthindəki temperatur təyin olunmuşdur.
İzlədiyiniz üçün təşəkkürlər!
- Slides: 13