Xtai rayonu 24 nmrli tam orta mktbin 9
Xətai rayonu 24 nömrəli tam orta məktəbin 9 -cu sinif şagirdi Allahverdi Aysel BIOLOGIYA: QAN-DAMAR SISTEMI
QAN-DAMAR SISTEMI Qan-damar sistemi ürək və damarlardan ibarətdir. Ürəkdamar sisteminin mərkəzi orqanı ürəkdir, periferik hissəsini isə damarlar təşkil edir. Qan damarları vena, arteriya və kapilyarlardan ibarətdir
ÜRƏK Ürək - ürək əzələsi olaraq bilinən xüsusi bir tip cizgili əzələdən meydana gəlmiş özbaşına sıxılma xüsusiyyətinə sahib qüvvətli bir nasosdur. döş qəfəsində yerləşən, təxminən aid olduğu insanın yumruğu böyüklüyündə əzələvi üzv. Ürək qanın damarlarda cərəyanını təmin edir. Onun işi əsasən mexaniki hadisə olub, sorma və itələmə hərəkətlərindən ibarətdir. Qan dövranı sistemində hərəkətverici qüvvə olan ürək daim arteriyalara qan vurmaq funksiyası daşıyır.
QAN DÖVRANI Qan dövranı və ya sirkulyasiya sistemi — orqanizmdə qanın hərəkətidir. Ürəyin yığılması ilə qan ürəkdən damarlara qovulmağa başlayır. Qan dövranı "kiçik qan dövranı" və "böyük qan dövranı" olmaqla iki yerə ayrılır. Ürəyin sağ şöbəsindən başlayaraq ağciyərlərdən keçməklə sol şöbədə bitən qan dövranı "kiçik qan dövranı" adlanır. . Ürəyin sol şöbəsindən başlayaraq üzv və toxumalardan keçməklə sağ şöbədə bitən qan dövranı "böyük qan dövranı" adlanır.
QANIN FORMALI ELEMENTLƏRİ
ERİTROSİT - Qırmızı qan hüceyrələridir. Qandakı hüceyrələrin 99%-dən çoxunu eritrositlər təşkil edir. Eritrositlər hər iki tərəfdən basıq disk şəklindədir, diametri 7 -8 mikrometrə qədərdir. Eritrosit pərdələrində 33% nisbətdə tapılan hemoqlobin, qanda oksigen daşıyan zülaldır. Oksigenin təxminən 99%-i hemoqlobin ilə daşınar, geri qalan 1%-lik qisim isə qan plazmasında həll olmuş şəkildə daşınır. Oksigenlə birləşmiş hemoqlobin al-qırmızı rənglidir.
LEYKOSİTLƏR ağ qan hüceyrələri də deyilir. Ağ qan hüceyrələrinin hüceyrə nüvəsi vardır və immun sisteminin (immun sistemi) verdiyi vəzifələri edər. Leykosit sayı normal olaraq 4000 -6000 mikro litrdir, yəni hər mikro litrdə bu qədər leykosit olur. Leykositlər bədənə girən mikroorganizmlərə qarşı qoruyucu xüsusiyyəti olan hüceyrələrdir.
LEYKOSITLƏRDƏ FAQOSITOZ HADISƏSI Leykositlər yalançı ayaqlar əmələ gətirərək qan damarlarından çıxır və orqanizmlərə düşən yad cisimləri zərərsizləşdirir. Bu proses faqositoz hadisəsi adlanır.
TROMBOSITLƏR Trombositlər (qan lövhəcikləri)-Qanın laxtalanmasını təmin edirlər. Qırmızı sümük iliyində yaranır. Ömürləri 7 -10 gündür.
QAN QRUPLARI Müəyyən edilmişdir ki, insanda 4 qan qrupu vardır. Bu qan qrupları O (I qrup), A (II qrup), B (III qrup) və AB (IV) və olaraq işarə edilir. Qan qrupları ömür boyu dəyişməz olaraq qalır və valideyndən yeni nəslə irsən verilir. Birinci qan qrupu insanlar arasında ən geniş yayılmış, dördüncü qan qrupu isə ən az yayılmış qan qrupudur. Qan qrupları ilə birlikdə qanın rezus (Rh, Rhesus) amilini də bilmək lazımdır. İnsanların 85%-ində rezus-amil müsbət, 15%-ində isə mənfi olur.
HTTPS: //WWW. YOUTUBE. COM/WATCH? V=XQVJD 1 ORLM
- Slides: 11