Bak hri liyev adna 204 nmrli tam mktbin
Bakı şəhəri Ə. Əliyev adına 204 nömrəli tam məktəbin 6 a sinif şagirdi Fərruxlu Fatimə
Dünya şöhrətli azərbaycanlı alim.
�Lütfi Zadə - Lütfi Rəhim oğlu Ələsgərzadə idi. Artıq xeyli vaxtdır ki, bu dahi şəxsiyyətin adı dünya elminin nəhəngləri - İsaak Nyuton, Albert Eynşteyn, Ernest Rezerford, Blez Paskal və başqaları ilə bir sırada çəkilir. Professor Lütfi Ələsgərzadə 4 Fevral 1921 -ci ildə Bakıda, Rəhim Ələsgərzadənin ailəsində anadan olmuşdur. O, dünyaya göz açan dövrlər çox təzadlı və ziddiyyətli idi. Öz intibahına qədəm qoymuş, Azərbaycanda köhnəliklə yeniliyin səngiməyən mübarizəsi gedirdi. Onun atası Rəhim Ələsgərzadə Cənubi Azərbaycanın Ərdəbil şəhərində ziyalı ailəsində dünyaya göz açmışdır. Onun valideynləri oxumuş insanlar olduğundan övladlarının sərbəst böyüməsinə mane olmur, onun öz həyat yolunun özü seçməli olduğuna inanırdılar.
Lütfi Zadə Avrasiya Akademiyasının qurucu üzvlərinin biridir.
Həyatı. . . Lütfinin uşaqlığı da həmyaşıdlarından olduqca fərqlənirdi. Fanni xanım onunla bağlı verdiyi müsahibələrin birində deyirdi: Lütfinin 5 yaşı tamam olan günü qohuməqrəbalarımız gələrək onu təbrik etmək istəyirdi. Lakin O, bütün qonaqların ona görə gəlməsini sanki görmür, küncə çəkilərək kitab oxumaqda davam edirdi. Onun otağında iki mindən çox kitab var idi ki, onların da əksəriyyəti rus dilində idi. Lütfinin 12 yaşı olanda isə otağı üzərində "TƏK”(bu onu oxuyan zaman narahat edilməməyi üçün idi) yazılmışdı. L. Zadə Tehran Universitetini böyük uğurla başa vurduqdan sonra Amerika Birləşmiş Ştatları-na gəlir və təhsilini Massaçusets Texnologiya İnstitutunda davam etdirir. 1947 ci ildə valideynlərini də öz yanına gətirən alim artıq bu vaxt Kolumbiya Universitetində çalışırdı.
Məşhur alim, Kaliforniya Berkli Universitetinin professoru Lütfi Zadə
- Sizi bəzən Eynşteynlə, Aristotellə bir sıraya qoyurlar, razılaşırsınızmı bu fikirlə? - Xeyr, qətiyyən razı deyiləm. Heç vaxt özümü bu səviyyəyə qaldırmaram. Ümumiyyətlə, xoşuma gəlmir məni kiminləsə müqayisə edəndə. Mən sadə adamam.
FƏALI ƏTI Bu gün dünya elminə Lütfi Zadənin 6 mühüm nəzəriyyəsi məlumdur. Hazırda onlar elm və istehsalatda geniş şəkildə tətbiq olunur. Ona dünya şöhrəti qazandıran, onun dünya elmində inqilab hesab olunan qeyri-səlis məntiq nəzəriyyəsidir. Bu nəzəriyyə riyaziyyatın əsası olan ikili çoxluq anlayışına yeni ifadə vermişdir: qeyri-səlis çoxluq. Lütfi Zadə nəzəriyyəsinin tətbiqi gündoğan ölkəyə milyardlar qazandırmışdır. Bu gün Yaponiyanın "Mitsubishi", "Toshiba", "Sony", "Canon", "Sanyo", "Nissan", "Honda" və digər nüfuzlu şirkətləri qeyrisəlis məntiq nəzəriyyəsinə əsaslanan foto və videokameralar, paltaryuyan maşınlar, vakum kimyəvi təmizləyiciləri istehsalında, avtomobillərin, qatarların, sənaye proseslərinin idarə olunmasında geniş istifadə edirlər. Lütfi Zadə 1989 -cu ildə qeyrisəlis məntiq nəzəriyyəsinin sənayedəki uğurlarına Yaponiyanın elm adamlarına verdiyi ən yüksək mükafat – "Honda" mükafatı ilə təltif olunub.
Qeyri-səlis məntiqin banisi.
Fəaliyyəti. L. Zadə eyni zamanda "Təəssüratlar nəzəriyyəsi”, "Sistemlər nəzəriyyəsi”, "Sözlə işləyən kompüter nəzəriyyəsi”, "Optimal süzgəclər nəzəriyyəsi” kimi dünya elminin inkişafında, onun yeni əsaslar üzərində qurulmasında mühüm rol oynamış elmi kəşflərin müəllifidir. Bu yaxınlarda L. Zadə ilə bağlı daha bir sevindirici xəbər eşitdik. O, Amerikadakı Azərbaycan diaspor təşkilatlarının fəxri sədri olmağa razılıq verib. Mənə elə gəlir ki, bu faktın özü də onun Vətənə olan məhəbbətinin təsdiqi üçün yetərli sayıla bilər. Bu gün L. Zadə nəzəriyyələri nəticəsində milyardlar qazanan şirkətlər, böyük dövlətlər onu müxtəlif mükafatlar və fəxri adlarla təltif ediblər. Bu adların içərisində bütün soydaşlarımızın, türk Dünyasının qəlbini qurur hissi ilə dolduran bir ad da var - AZƏRBAYCANLI. Heç şübhə yoxdur ki, Lütfi Zadənin özü üçün də bu ad aldığı bütün mükafat və adlardan daha şərəfli və daha əzizdir.
Hazırda Yaponiyanın "Umtaçi", "Mitsubisi", "Toşiba", "Soni", "Orison", "Konon", "Riqo", "Sanyu" kimi tanınmış şirkətləri professor Lütfi Zadənin qeyri-səlis məntiq nəzəriyyəsindən istifadə edib böyük iqtisadi gəlir götürürlər; məsələn: Yaponiyada "Panasonik" və "Kvassar" adı altında mallar istehsal edən "Mitçusita" şirkəti qeyri-səlis texnologiyanın tətbiqindən sonra milyard dollarla gəlir götürmüşdür. Hazırda bu nəzəriyyədən iqtisadiyyatda, psixologiyada, linqvistikada, siyasətdə, fəlsəfədə, sosiologiyada, dini məsələlərdə, münaqişə problemlərində də istifadə
Rafiq Əliyev: “Lütfüzadə həyatda olan dahidir”
Müsahibələrindən birində Lütfü Zadə deyir ki, o, millətçilikdən uzaqdır, həyatda bundan da dərin məsələlər var: «Məsələ bu deyil ki, mən amerikalıyam, rusiyalıyam, azərbaycanlı, iranlı, ya da başqa xalqdanam. Mən bu xalqlardan formalaşmışam və özümü onların hər birinin arasında rahat hiss edirəm. İstədiyinə doğru inadla getmək. Çətinlikdən qorxmamaq. Bu, daha çox Türk ənənəsidir. Bu, mənim xarakterimin tərkib hissəsidir. Mən çox inadkar ola bilirəm. Bu, yəqin ki, «Qeyri–səlis məntiq nəzəriyyəsi» ni inkişaf etdirmək üçün mənə faydalı oldu» .
Qeyri-səlis məntiq nəzəriyyəsindən əlavə Lütfi Zadə 5 fundamental elmi nəzəriyyə təklif etmişdir: "təəssüratlar nəzəriyyəsi“, "sistemlər nəzəriyyəsi", "sözlə işləyən kompyuter nəzəriyyəsi“, "optimal süzgəclər nəzəriyyəsi" və "soft kompyutinq".
2008 - ci ildə Bakıda olarkən Lütfüzadənin Prezident İlham Əliyevlə görüşü.
Lütfi Zadə elmi irsini Rafiq Əliyevə vəsiyyət edib. �Planetimizin ən böyük elmi dühalarından olan, professor Lütfi Zadə elmi irsini professor Rafiq Əliyevə vəsiyyət edib. Rafiq Əliyevin yalnız Azərbaycanda deyil, bütün dünyada tanınmış bir alim olduğunu vurğulayan Lütfi Zadə bildirib ki, Rafiq Əliyev qeyri-səlis çoxluqlar nəzəriyyəsinə, qeyri-səlis məntiqə samballı töhfələr verib. Görkəmli alim Lütfi Zadə professor Rafiq Əliyevlə uzun illərdir ki, birgə araşdırmalar aparır. Hər iki görkəmli alim bir neçə kitabın həmmüəllifləridir.
2016 -cı ildə Lütfi Zadənin nəzəriyyəsi əsasında yapon alimləri tərəfindən ilk dəfə olaraq süni -intellektə malik robot hazırlanıb. Alter adlı robot Tokiodakı Beynəlxalq Elm Muzeyində sərgilənib. Xeberler. az xarici mediaya istinadən məlumat verir ki, Alter adlı robot onun beyninin fəallığını imitasiya edən neyron şəbəkəsinə malikdir. Robotun bədəninə insan beyninin neyron şəbəkəsini təqlid edən elektron sensorlar quraşdırılıb. Məhz həmin sensorlar əl hərəkətləri və mimikalara nəzarət edir ki, bunun sayəsində robot tamamilə insana bənzəyir.
Bu gün biz dünya şöhrətli Azərbaycanlı alim Lütfü Ələsgərzadə ilə fəxr edirik!!!
- Slides: 25