Gnc hri 7 nmrli tam orta mktbin ibtidai
Gəncə şəhəri 7 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Nazarova Laura Həmid qızı Azərbaycan dili fənni Mövsu: ” - lar çoxluq bildirən hissəcik. ”
Mövzu: -lar çoxluq bildirən hissəcik.
Standart: • 4. 1. 3. Tək və cəm anlayışlarının fərqini anlayır və nümunələrlə izah edir. • 4. 1. 4. –lar hissəciyinin sözdən aslı olaraq müxtəlif cür deyildiyini bilir və nitqində tətbiq edir.
Təlim məqsədi: • Tək və cəm anlayışlarının fərqini anlayır və nümunələrlə izah edir. • -lar şəkilçisinin yazılışını bilir. • -lar hissəciyinin sözdən asılı olaraq müxtəlif cür deyilişini mənimsəyir.
• • İnteqrasiya: T. i-3. 1. 1, inf: 1. 2. 1, Riy. : 1. 1. 1. Dərsin tipi: induktiv İş forması: kiçik qruplarla iş İş üsulu: Beyin həmləsi, problem həlli, söz assosiasiyası • Resurslar: iş vərəqi, səkillər.
Motivasiya: • Q. Hüseynlinin “Cücələrim” mahnısı səsləndirilir.
• Şəkillərdə nə çəkilib? Gül – güllər, maşın – maşınlar • Nə üçün eyni şəkil olsa da, soldakına gül, maşın, sağdakına güllər, maşınlar dediniz? Bu sözləri fərqləndirən hissəni tapın.
Tədqiqat sualı. • Varlıqların tək, yoxsa cəm halda olduğunu necə müəyyənləşdirək?
I qrup • Təkdə verilmiş sözləri cəm halda işlədin. Onlari sxem üzrə qruplaşdırın: Sözlər: ağac, böcək, quş, körpə, armud, sagird, kitab, dəftər, ayı, gül. -lar -lər
II qrup • Verilən mətndən cəmdə işlənən sözləri seçib onlari təkdə işlədin. Səhər günəş doğdu. Bütün buludlar əriyib yox oldu. Otlar, çiçəklər, ağaclar sevinclə günəşə boylandılar. Çaylar, dənizlər, meşələr əvvəlki kimi nəğmə oxudular.
III qrup • Verilmiş sözlərdə səhvləri tapıb düzəldin. Kənddər, quşdar, uşaqlar, səhərrər, kibablar, narrar, almalar, şəkillər, boşqablar.
IV qrup • Sözlərdən hansı cəmdə hansı təkdədir? Qruplaşdırıb cədvəldə yazın. Şagirdlər, şəkil, gilaslar, uşaq, vərəqlər, evlər, söz, heyvanlar, qələmlər, şir, paltar. tək cəm
Məlumat mübadiləsi 1. Hansı sözün deyilişi ilə yazılışı fərqlənir? A) analar B)qadınlar C) oğullar 2. Deyiliş forması verilmiş hansı sözdə -dar hissəciyi çoxluq bildirmir? A) kəntdar B)daşdar C)bayraxdar 3. Hansı sözdə -lar hissəciyi –rar kimi tələffüz olunur? A) qatarlar B)oğlanlar C)otaqlar
Nəticə Ad bildirən sözün sonunda –lar hissəciyi varsa, bu, varlığın bir deyil, çox olduğunu bildirir. ağac(bir dənə) – ağaclar( çoxlu) kitab(bir dənə) – kitablar(çoxlu)
Meyarlar Əşyaların tək və ya cəmdə olduğunu fərqləndirir -lar hissəciyinin tələffüzünü və yazılışını bilir Əməkdaşlıq YEKUN XAL Qiyətlədirmə I qrup III qrup IV qrup
Ev tapşırığı • Beş söz tapıb onları tək və cəmdə yazın. • Sonra onları cümlələrdə işlədin.
- Slides: 21