Gnc hri 3 nmrli tam orta mktbin IX
Gəncə şəhəri 3 nömrəli tam orta məktəbin IX- sinif şagirdi İsayeva Anarənin “ Çevrəmizdəki su mənbələrinin çirklənməsinin qarşısının alınma yolları “ adlı hazırladığı LAYİHƏ
MƏQSƏD � Çevrəmizdəki su mənbələrinin çirklənməsinin minimuma endirməyin yollarının araşdırılması Araşdırılacaq məsələlər: 1. Suyun çirklənməsinə səbəb olan amilləri müəyyənləşdirmək. � 2. Çirklənməyə səbəb olan amillər hansılardır? � 3. Suyun çirklənməsi canlılara necə təsir edir? � 4. Suyun çirklilik dərəcəsini göstərən canlılar varmı? �
� Su mənbələrinin çirklənməsi dedikdə, suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və axıdılması başa düşülür. Su obyektlərinin əsas çirklənmə mənbələrini istilik elektrik stansiyaları, metallurgiya, neft-kimya sənayesi müəssisələri də daxil olmaqla, bütövlükdə sənaye və məişət tullantıları təşkil edir. Su mənbələrinin çirklənməsi suyu əhalinin içməsi və təsərrüfat işlərində istifadəsi üçün yararsız etməklə bərabər, həmin hövzələrdəki biomühitə də olduqca mənfi təsir göstərir. �
� Təbii suların neft və neft məhsulları ilə çirklənməsi daha ağır nəticələr verir. Neft suda yaşayan canlı aləmin hamısı üçün (bəzi bakteriyalardan başqa) kəskin zəhərdir. Suya qarışan neft onda yayılaraq suyun səthində nazik pərdə- neft təbəqəsi yaradır, bu da havadakı oksigenin suya keçməsinə mane olur. Nəticədə canlıların tənəffüzü çətinləşir. � Hələ çox yaxşı bilinməyən bir bakteriya tərəfindən bu az miqdardakı neft zərərsiz hala gətirilə bilər. Əsl problem dəniz qəzalarıdır. Bu qəzaların ən məşhuru 24 Mart 1989 -cu ildə Alyaskada Prince William Soundda meydana gələn “Exxon Valdez” qəzasıdır. Bu qəzada 45 milyon litr (250 min vedrə) xam neft dənizə tökülmüş və bu neft axıntısı 3000 km uzunluğunda bir sahil xəttini dəniz istiqamətində 800 km məsafəyə qədər təsiri altına almışdır. İlk bir neçə ayda 90 müxtəlif cinsə aid 40000 -ə yaxın dəniz quşu, minlərlə dəniz məməlisi və nəsli təhlükədə olan bir qartal cinsinin yüzlərləsi məhv olmuşdur.
� Su resurslarından səmərəli istifadənin əsas istiqaməti əsas su istehlak edən sahələrdə su istehlakının həcminin azaldılmasıdır. Əsasən bu təzə, təmiz suya aiddir. Bunun üçün suqoruyucu texnologiyalar tətbiq olunmalı, və suyun təsərrüfatda istifadəsi azaldılmalıdır. İkinci istiqamət – sudan istifadənin bütün mərhələlərində su itkilərinin qarşısının alınmasıdır. Gəlin təbitımizi, onun sərvətlərini çirkablardan qoruyaq. Su həyatdır, su işıqlı gələcəkdir!
- Slides: 8