Gnc hr 46 nmrli tam orta mktbin III
Gəncə şəhər 46 nömrəli tam orta məktəbin III sinfində Azərbaycan dili fənni üzrə keçiriləcək AÇIQ DƏRSİN İCMALI
Fənn müəllimi: Zülfiyyə Cabbarova Dərsin mövzusu: “YAŞIL KARANDAŞ”
Mövzu: Yaşıl karandaş Standartlar: 1. 2. 1. Müşahidə etdiklərini , eşitdiklərini və oxuduqlarını müqayisə etməklə nəql edir. 1. 2. 4. Ədəbi –bədii nümunələri ifadə edərkən müvafiq situasiyaya uyğun jest və mimikalardan istifadə edir. 2. 1. 1. Rast gəldiyi yeni əşya və hadisələri , onların xarakterik əlamətlərini adlandırır. 2. 1. 1. Müvafiq mətnləri müəyyən olunmuş tələblərə uyğun surətli, düzgün , şüurlu ifadəli oxuyur. 2. 2. 5. Mətnin əsas hissələrini seçib nəql edir. 4. 1. 1. Sait və samit səsləri növlərinə görə izah edir.
Məqsəd: 1) Öz fikirlərini bildirir və onu əsəslandırır. 2) Jest və təbii mimikalardan təbii şəkildə , nitqinin emosionallığını artırmaq üçün istifadə edir. 3) Əsərin qəhrəmanının xarakterik əlamətlərini müəyyən edir. 4) Mətni ifadəli və şüurlu oxuyur. 5) Heykayənin bir hissəsinə əsasən bütöv mətni təxmin edir. 6) Kar və cingiltili samitləri fərqləndirir.
İnteqrasiya: Həyat bilgisi 1. 3. 2, 2. 4. 1, 2. 4. 2 İş üsulları : Beyin həmləsi , şaxələndirmə, klaster İş forması : Qruplarla iş Resuslar : Dərslik, iş vərəqləri, qələm, rəngli karandaşlar, şəkillər.
Motivasiya: Belə insanlar bir sözlə necə adlanır? Şagird - Belə insanlara paxıl və xəsis deyirlər.
Tədqiqat sualı: Əgər yoldaşınız kitabını və ya qələmini evdə qoyub məktəbə gəlmişsə siz ona necə yardım edərsiniz? Şagirdlər müxtəlif fikirlər söyləyirlər. Dərslik səhifə 31 –də “Dərsdə müəllim soruşdu” sətrindən başlayaraq bir neçə şagird mövzunun sonluğunu səsli oxuyur.
Tədqiqatın aparılması: Lətifə və Aygül arasında nə baş vermişdi? Aygül niyə qızarmışdı? Lətifə niyə ondan karandaşı götürməmişdi? Uşaqların fərziyyələri dinlənilir. Bundan sonra şagirdlər hekayəni səssiz oxuyurlar və fərziyyələrlə mətn müqayisə olunur. Qruplarla iş : Şagirdlər üç qrupa bölünürlər.
I qrup “VƏTƏN” 1. Mətndən tərkibində yalnız qalın saitlət işlənmiş sözləri seçib yazın. 2. Əksmənalı sözlər yazın.
II qrup “DOSTLUQ” 1. Aygülün xarakterinə uyğun sözlər seçib yazın. 2. İncə saitlərin işləndiyi beş söz yazın.
III qrup “TORPAQ” 1. Hansı sırada dodaqlanan sait yoxdur? A) a, u, ı B) o, e, ü C) ə, i, ı 2. Lətifə rəfiqəsindən nə üçün incidi?
İnformasiya mübadiləsi: Tədqiqat üçün ayrılmış vaxt bitdikdən sonra şagirdlər iş vərəqinin təqdimatına başlayır. Hər bir qrupun lideri iş vərəqini lövhədən asır və məlumat verir. Hər bir qrupun işi diqqətlə dinlənilir. İnformasiyanın müzakirəsi və təşkili: Şagirdlər əldə etdikləri yeni infornasiyaları digər iştirakçılarla bölüşürlər və öz fikirlərini söyləyərkən təqdimat edirlər.
Nəticə və ümumiləşdirmə: “Yaşıl karandaş ” heykayəsinin qəhrəmanı Aygül karandaşını rəfiqəsindən əsirgəməklə heç bir şey qazanmadı. Xəsis insan həyatda heç bir şey əldə edə bilməz. Dost qazanmaq əvəzinə dostlarını bir-bir itirə bilər. Siz də bu hekayədən nəticə çıxararaq genişürəkli insan olmağa nail olun. Ev tapşırığı: Həyatda hansı yaxşılıqları etmisiniz? Görüb və eşitdiyiniz yaxşılıqlar barədə kiçik Esse yazın.
Qiymətləndirmə:
DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRƏM!
- Slides: 16