Gnc hr 37 li tam orta mktbin ibtidai
Gəncə şəhər 37№ li tam orta məktəbin ibtidai sinif müəllimi Nəbiyeva Yaganə Arif qızının Həyat bilgisi fənnindən «Sağlamlığımızı qoruyaq» mövzusunda p l a n l a ş m a s ı.
Standart: 4. 2. 1. Sağlam həyat tərzinə uyğun gəlməyən zərərli vərdişləri sadalayır 4. 2. 1. Məişətdə istifadə olunan qaz və elektrik avadanlıqlarından , habelə alışdırıcı, deşici və kəsici alətlərdən təhlükəsiz istifadə qaydalarını izah edir. 4. 2. 2. Vaxtı ötmüş qida məhsullarından , dərman preparatlarından istifadənin həyat üçün təhlükəli olduğunu izah edir.
Məqsəd: 1. Sağlamlığın qorunması və möhkəmləndirilməsini təmin edən amilləri sadalayır. 2. Sağlam həyat tərzi haqqında bildiklərini izah edir. 3. Sanitariya - gigiyena qaydalarını sadalayır.
İnteqrasiya: Dərsin tipi: İş forması: İş üsulu: Resurslar: Azərbaycan dili Təsviri incəsənət Texnologiya İnduktiv Kiçik qruplar Müzakirə, beyin həmləsi Dərslik, iş vərəqləri, rəngli slayd.
Motivasiya. - Şagirdlər dairə şəklində düzülürlər. Yerə konfet və meyvələr tökürəm. Sual verirəm: - Yerə tökülmüş konfet və meyvələri götürüb yeyərsiniz? - Nə üçün yemirsiniz? Yerə tökülmüş qida məhsullarını yumamış yemək nələrə səbəb ola bilər? Bu gün biz “Sağlamlığımızı qoruyaq” mövzusunu keçəcəyik.
Tədqiqat sualı: - Sağlamlığımızın qorunmasının əsas şərtləri nədir?
Tədqiqatın aparılması. I qrup 1. Sağlam olmaq üçün gündəlik nələrə əməl etmək lazım olduğunu yazın. 2. Sevdiyiniz meyvə və tərəvəzin şəklini çəkin.
II qrup 1. Zədələnməmək üçün məişət avadanlıqları ilə davranış qaydalarını yazın. 2. Kəsici , deşici məişət avadanlıqlarından bir neçəsinin şəklini çəkin.
III qrup 1. Zərərli vərdişlərin insanın orqanizminə vurduğu ziyan haqqında yazın. 2. Tanıdığınız yol nişanlarının şəklini çəkin.
IV qrup 1. Yol hərəkət qaydalarına əməl etməyin sağlamlığı qorumaqla əlaqəsini izah edin. 2. Verilmiş yol nişanlarının mənalarını açıqlayın.
İnformasiya müzakirəsi: Qruplar işlərini təqdim edirlər.
Qiymətləndirmə Qruplar I qrup III qrup IV qrup Sağlamlığın qorunması və möhkəmləndiril məsini təmin edən amilləri sadalayır Sağlam həyat tərzi haqqında bildiklərini izah edir Sanitariya gigiyena qaydalarını sadalayır. Əməkdaşlıq edir Nəticə
Dərsliklə iş aparıram. Dərslik səhifə 22 – 23 – də olan material oxunur, təhlil olunur.
Suallar verirəm. - Elektrik cihazları ilə işləyərkən hansı qaydalara əməl etmək lazımdır? - Gigiyena qaydalarına əməl etməmək nələrə səbəb ola bilər? - Öz sağlamlığına diqqət etməyənlər ətrafdakılara necə ziyan vururlar?
Nəticə və ümumiləşdirmə İnsan sağlam həyat tərzi keçirməlidir. İnsanın sağlam həyat tərzinin əsas şərtləri şəxsi gigiyena qaydalarına əməl etmək, orqanizmin müqavimətini artırmaq, məişətdə təhlükəsiz davranış qaydalarına əməl etməliyik. İnsan öz sağlamlığının qayğısına qalmaqla bərabər , başqalarının da sağlamlığını düşünməlidir.
Tətbiqetmə: Verilmiş şəkillərin sağlamlıqla əlaqəsini izah edin. Ev tapşırığı: “İdmanın sağlamlıq üçün əhəmiyyəti” mövzusunda fikirlərinizi yazın.
- Slides: 16