NZAM RAYONU MZAHR RSTMOV ADINA 32 SAYLI TAM

  • Slides: 20
Download presentation
NİZAMİ RAYONU MƏZAHİR RÜSTƏMOV ADINA 32 SAYLI TAM

NİZAMİ RAYONU MƏZAHİR RÜSTƏMOV ADINA 32 SAYLI TAM

Şagird: Bayramova Fidan Sinif: 10 Fənn: İnformatika Mövzu: Kompüterin yaranma tarixi

Şagird: Bayramova Fidan Sinif: 10 Fənn: İnformatika Mövzu: Kompüterin yaranma tarixi

Kompüter — informasiya üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış şəkildə yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal

Kompüter — informasiya üzərində müxtəlif əməliyyatların avtomatlaşdırılmış şəkildə yerinə yetirilməsi üçün nəzərdə tutulmuş universal hesablama maşını. Kompüter informasiyanı emal etmək üçün nəzərdə tutulmuş maşındır. Hazırda beynəlxalq termin kimi işlədilən “kompüter” ingilis sözü olub (“computer”) “hesablayıcı” (maşın dilində) deməkdir. Bu söz dilimizə gəlməzdən əvvəl onun yerinə “rəqəm hesablama maşını” “Elektron Hesablama Maşını — EHM” istifadə olunurdu.

Cəmiyyətin formalaşması minilliklər boyu davam etmiş, müxtəlif ictimai formasiyalar birbirini əvəz edərək eramızın III

Cəmiyyətin formalaşması minilliklər boyu davam etmiş, müxtəlif ictimai formasiyalar birbirini əvəz edərək eramızın III minilliyində şahidi olduğumuz səviyyəyə çatmışdır. Hələlik XX əsr cəmiyyətin ən sürətlə inkişaf etdiyi dövr hesab olunsa da, XXI əsrin ilk illəri bu sürətin daha da artdığını göstərir. Qeyd edək ki, insan cəmiyyətinin formalaşmasında və sürətlə inkişaf etməsində ən mühüm amillərdən biri də informasiya texnologiyalarıdır. Məlumdur ki, insan cəmiyyəti formalaşarkən informasiyanın ötürülməsi prosesləri müxtəlif vasitələrlə həyata keçirilmiş, qəbilələr, tayfalar və digər qruplar arasında rabitə yaradılmışdır. İnsan zəkası inkişaf etdikcə daha mütərəqqi üsullara olan ehtiyac da artır və informasiya texnologiyalarının yaranması üçün labüd şərait yaranırdı. Bəs informasiya texnologiyalarının yaranma tarixi nə vaxtdan başlayır?

Hesabın yaranma tarixi: Hesab rəqəmlərin adlandırılmasından əvvəl yaranmışdır. İnsanlar saymaq üçün eyni tipli əşyalardan

Hesabın yaranma tarixi: Hesab rəqəmlərin adlandırılmasından əvvəl yaranmışdır. İnsanlar saymaq üçün eyni tipli əşyalardan istifadə etmişlər: barmaqlar, daşlar, divarda çəkilən xətlər, düyünlər, taxta və ağaclar üzərində çapıqlar və s. İlk hesablayıcı kimi Romada əlin barmaqlarından istifadə etmişlər. Sonradan bu məqsədlə daşlardan istifadə etməyə başlamışlar. B. e. ə. V – IV əsrlərdə ən qədim hesablama vasitəsi – yunanların “abak” adlandırdığı “salamin lövhəsi” yaradılmışdır. Müxtəlif ölkələrdə bu qurğu müxtəlif cür adlandırılırdı. Məsələn, Çində – suan-pan (VI əsr), Yaponiyada – serobyan (XIV əsr), Rusiyada – şotka (XVI əsr). Kompüter – informasiyanın avtomatik emal olunması üçün elektron qurğular kompleksidir.

Kompüter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı vaxtdan (1946 -cı

Kompüter texnikasının yaranma tarixi proqramla idarə olunan ilk universal kompüterin yaradıldığı vaxtdan (1946 -cı il) başlanır. Bundan xeyli əvvəl isə hesab əməllərinin yerinə yetirilməsi üçün texniki və elektrotexniki qurğular yaradılmışdır. İlk dəfə olaraq məşhur fransız alimi Blez Paskal 1642 -ci ildə cəmləyici maşın hazırlamışdır; 1673 -cü ildə Vilhelm Leybn hesab əməllərini yerinə yetirən mexaniki arifmometr yaratmışdır. XIX əsrdən başlayaraq arifmometrlərdən geniş istifadə olunmağa başlandı. 1830 -cu ildə ingilis riyaziyyatçısı Çarlz Bebbic proqramla işləyən, yəni insanın iştirakı olmadan hesablama aparan hesablama maşını yaratmağa cəhd göstərdi. Maşına perfokartların daxil edilməsi, verilənlərin və nəticələrin isə “anbar”da (yaddaşda)saxlanması nəzərdə tutulurdu. Lakin o vaxtkı texnikanın səviyyəsi bu cür mürəkkəb maşını yaratmağa imkan vermədi. Bebbicin fikirləri sonradan universal kompyuterlərin yaradılmasının əsasını qoydu. Maşının emalı zamanı Bebbicə Ada Lavleys kömək olmuşdur. İlk dəfə olaraq bu qadın proqramlaşdırmanın nəzəri əsaslarını vermişdir və o, tarixə ilk proqramçı kimi düşmüşdür. ” Yaddaşla və proqramla idarə olunan universal kompüterlərin yaradılmasının nəzəri əsasları 1930 cu ildə A. Turinq və E. Post tərəfindən inkişaf etdirildi.

Proqramla idarə olunan ilk kompüterin yaradıcısı alman alimi Konrad Zus hesab olunur. Tələbə ikən

Proqramla idarə olunan ilk kompüterin yaradıcısı alman alimi Konrad Zus hesab olunur. Tələbə ikən Zus Çarlz Bebbicin Analitik maşınına oxşar qurğunun yaradılması işlərinə başladı. Onun Z 1 adlandırdığı maşın verilənlərin daxil edilməsi üçün klaviaturaya malik idi. Hesablamaların nəticəsi kiçik lampalardan qurulmuş paneldə əks olunurdu. Sonradan o, perfolentlə işləyən Z 2 maşınını yaradır. 1941 -ci ildə Zus, ikilik say sistemi ilə işləyən Z 3 kompyuterini yaradır. Təəssüf ki, bu kompyuterlər müharibə şəraitində sıradan çıxmışlar. Rəqəm hesablama maşınlarının yaradılmasının əsas prinsipləri Amerika alimləri Con Fon Neyman, Q. Qoldsteyn və A. Beris tərəfindən verilmişdir. Bu nəzəri əsasların praktiki reallaşdırılması isə ilk dəfə olaraq 1946 -cı ildə ABŞ-da elektron lampalı elementlərdə qurulan ENIAC adlı universal kompüterin yaradılması ilə həyata keçirildi. Quraşdırılmasına təxminən yarım milyon dollar sərf olunan bu kompüterin çəkisi 28 ton idi və 140 k. Vt enerji tələb edirdi. Bu vaxtdan başlayaraq kompüter texnikası yüksək sürətlə inkişaf etməyə başladı. Məhz həmin tarix də müasir kompüter texnikasının yaranma tarixi hesab olunur.

Hesablama texnikasının inkişaf tarixinə uyğun olaraq elektron hesablama maşınlarını (EHM) dörd nəslə bölürlər. Bu

Hesablama texnikasının inkişaf tarixinə uyğun olaraq elektron hesablama maşınlarını (EHM) dörd nəslə bölürlər. Bu nəsillər element bazasına, proqram təminatlarına, texniki və istismar göstəricilərinə görə bir-birindən köklü surətdə fərqlənirlər.

Birinci nəsil EHM-lər elektron lampalar üzərində yaradılmışdır. Bu tip maşınlar böyük ölçüyə, kiçik əməli

Birinci nəsil EHM-lər elektron lampalar üzərində yaradılmışdır. Bu tip maşınlar böyük ölçüyə, kiçik əməli yaddaşa, aşağı hesablama məhsuldarlığına (saniyədə min əməliyyat yerinə yetirirdi) malik olub, etibarlı işləmirdi və tez-tez sıradan çıxırdı. Bu nəsil EHM-lərə misal olaraq: “Ural”, “Strela”, “Minsk -1” maşınlarını göstərə bilərik.

İkinci nəsil EHM-də elektron lampalar yarımkeçirici elementlərlə-tranzistorlarla və diodlarla əvəz olundu. 1948 -ci ildə

İkinci nəsil EHM-də elektron lampalar yarımkeçirici elementlərlə-tranzistorlarla və diodlarla əvəz olundu. 1948 -ci ildə tranzistorun ixtira edilməsi, bir neçə il sonra, təxminən 1955 -ci ildə tranzistorlar üzərində qurulmuş ikinci nəsil elektron hesablama maşınlarının yaranmasına gətirib çıxarmışdır. Bu nəsil EHM-lər daha yüksək hesablama məhsuldarlığına (saniyədə milyon əməliyyat yerinə yetirirdi), əməli yaddaşa malik oldular və onların ölçüləri hiss ediləcək dərəcədə kiçildi. Bu cür EHM-də alqoritmik dillərin tətbiqi geniş vüsət aldı və məsələlərin maşında həlli qaydaları sadələşdi. Bu nəsil EHM-lərə misal olaraq “BESM”, “Minsk -22” və s. misal göstərə bilərik.

Üçüncü nəsil 1964 -cü ildən başlayaraq inteqral sxemlərin əsasında qurulmuş hesablama maşınlarını üçüncü nəslə

Üçüncü nəsil 1964 -cü ildən başlayaraq inteqral sxemlərin əsasında qurulmuş hesablama maşınlarını üçüncü nəslə aid etmək olar (IBM – 370, ЕS EHМ, SМ EHМ və s. ). İnteqral sxemlərin hesablama texnikasında istifadəsi hesablama maşınlarının ölçülərinin kiçilməsinə, etibarlığının artmasına, tələb etdiyi enerjinin azalmasına və s. texniki göstəricilərinin yaxşılaşdırılmasına səbəb oldu. Üçüncü nəsil EHM-in əsasında tele-emal sistemlərinin yaradılmasını həyata keçirdilər. Bu isə uzaqda yerləşən istifadəçilərin terminallar vasitəsi ilə EHM-lərə daxil olub, onlardan lazım olan məlumatların oxunmasına imkan yaratdı. 1971 -ci ildə ABŞ-da və digər inkişaf etmiş kapitalist ölkələrində yeni inteqral sxemlərdən istifadə etməklə EHM-lər ixtira olunur Belə inteqral sxemlərin daxilində onlarla, yüzlərlə, hətta minlərlə tranzistor elementi yerləşdirmək mümkün olur. Onlara texnikada böyük inteqral sxemlər(BİS) deyirlər

BİS-in yaranması yeni nəsil — dördüncü nəsil hesablama maşınlarının, mikro. EHM(mikrokompüterlərin) yaranmasına səbəb oldu.

BİS-in yaranması yeni nəsil — dördüncü nəsil hesablama maşınlarının, mikro. EHM(mikrokompüterlərin) yaranmasına səbəb oldu. Bu cür inteqral sxemlərdə bir yarımkeçirici kristalda 1000ə qədər sxem yerləşdirmək mümkün olur. Yəni bir BİS onlarla və yüzlərlə adi sxemlərin yerinə yetirdikləri funksiyaları yerinə yetirə bilir. Əvvəlki nəsil kompüterlərdə əməli yaddaş əsasən maqnit nüvələrində qurulduğu halda, IV nəsil kompüterlərdə ƏY (statik və dinamik yaddaş) inteqral sxemlərində qurulur. Odur ki, ƏY-nin işləmə sürəti və tutumu xeyli artır. BİS-lərdən istifadə maşınların proqram təminatlarının yaxşılaşmasına böyük təkan verdi.

IV nəsil kompüterləri arasında mini və mikrokompüterlər xüsusi yer tutur. 1981 -ci ildən mikroprosessorların

IV nəsil kompüterləri arasında mini və mikrokompüterlər xüsusi yer tutur. 1981 -ci ildən mikroprosessorların yaradılması dördüncü nəsil maşınların yeni növünün – fərdi kompüterlərin yaranmasına imkan yaratdı. Fərdi kompüterlər IV nəsil kompüterlərin ayrıca sinfini təşkil edirlər. Fərdi kompüterlərin yaradılması, geniş istehsalı və tətbiqi kompüter texnikasında inqilabi nailiyyət hesab olunur. Bunun bir neçə səbəbi var: - FK ölçülərinə görə xeyli kiçik (hazırda onların stolüstü portativ və cib variantları var) və qiymətcə çox ucuzdur; Texniki göstəricilərinə və imkanlarına görə III nəsil orta və kiçik kompüterlərdən geri qalmır. Köhnə kompüterlərlə əsasən bu sahənin mütəxəssisləri işləyə bildiyi halda, fərdi kompüterdən kütləvi alət kimi hamı istifadə edə bilər. Fərdi kompüterlər çox etibarlıdır və onunla ünsiyyət dialoq formasında aparıldığından, çox rahatdır. Bunlara nümunə: IBM PC 286, IBM PC 386, IBM PC 486, IBM PC 586 və s. Bu hesablama maşınları saniyədə təxminən bir neçə 100 milyon əməliyyat yerinə yetirir.

EHM-lərin V nəsli dedikdə, bu günün və gələcəyin kompüterləri başa düşülür. V nəsil –

EHM-lərin V nəsli dedikdə, bu günün və gələcəyin kompüterləri başa düşülür. V nəsil – kompüter sənayesinin və süni intellektin inkişafını nəzərdə tutan, 80 -ci illərdə Yaponiyada qəbul edilmiş genişmiqyaslı dövlət proqramıdır. Beşinci nəslin başlanması, süni intellektin yaradılmasına əsaslanan yeni texnologiyalara keçidi nəzərdə tuturdu. Bu nəslin kompüterlərinə qoyulan əsas tələblər bunlardır: təkmilləşdirilmiş insan-maşın interfeysinin yaradılması (nitqin, səsin, obrazların tanınması); Biliklər bazasının və süni intellekt sistemlərinin yaradılması üçün məntiqi proqramlaşdırmanın inkişaf etdirilməsi; Hesablama texnikasının istehsalında yeni texnologiyaların yaradılması; Kompüterlərin və hesablama komplekslərinin yeni arxitekturalarının yaradılması. Bu dillərin strukturu ənənəvi Fon-Neyman arxitekturasından, süni intellektin yaradılması məsələlərinin tələblərini nəzərə alan yeni arxitekturaya keçidi tələb edir.

Altıncı nəsil hesablama maşınları öptık-elektron elementləri bazası üzərində qurulacaq və onların işləmə sürəti çox

Altıncı nəsil hesablama maşınları öptık-elektron elementləri bazası üzərində qurulacaq və onların işləmə sürəti çox böyük olacaqdır. Onların işləməsi üçün lazım olan enerjini elektronlardan daha sürətli olan fotonlar həyata keçirəcəkdir. Altıncı nəsil kompüterlər təbii dili başa düşməlidir. Bunun üçün onların "çox şeyi bilmələri və bacarmaları" lazımdır. Mütəxəssislər tərəfindən təxmini hesablanmışdır ki, yerinə yetirəcək bütün işləri dəqiq həyata keçirməkdən ötrü onlar bir saniyədə trilyonlarla əməliyyatı aparmalıdırlar. Kompüterlərin şüurunu insanın şüurundan fərqləndirməkdən ötrü onu süni intellekt adlandırmaq qəbul olunmuşdur. Altıncı nəsil kompüterlərdə informasiyanın işlənməsinin insan beynində olduğu kimi həyata keçirilməsi məsələsi tədqiqatçılar arasında böyük marağa səbəb olmuşdur. Nəticədə çox mikroprosessorun ( «neyron» un) birgə işləyəcəyi kompüterlərin yaradılması nəzərdə tutulur. Optik kompüterlər bir saniyə ərzində yüzlərlə trilyon əməliyyat yerinə yetirə biləcəklər. Belə kompüterlərdə ən mürəkkəb məsələləri həll etmək mümkün olacaqdır. Belə kompüterlərin tərkibində molekulyar və molekul qruplarından istifadə etmək nəzərdə tutulmuşdur.

Müasir hesablama sistemlərini əsasən üç böyük sinfə bölmək olar: ►Superkompüterlər ►Meynfreymlər ►Mini – EHM-lər

Müasir hesablama sistemlərini əsasən üç böyük sinfə bölmək olar: ►Superkompüterlər ►Meynfreymlər ►Mini – EHM-lər

Superkompüter – çox prosessorlu hesablama sistemidır Kompüterlərin məhsuldarlığı ədədlər (sürüşkən vergüllü) üzərində bir saniyədə

Superkompüter – çox prosessorlu hesablama sistemidır Kompüterlərin məhsuldarlığı ədədlər (sürüşkən vergüllü) üzərində bir saniyədə aparılan hesab əməliyyatlarının sayı ilə ölçülür. Superkompüterlərin məhsuldarlığı sürüşkən vergüllü ədədlər üzərində saniyədə yerinə yetirilən trilyon əməliyyatlarla ölçülür. Superkompüterlərdən aerodinamika, seysmologiya, nüvə fizikasında və digər elm sahələrində meydana çıxan mürəkkəb məsələlərin həllində geniş istifadə olunur. Superkompüterlərdə çoxsaylı mikroprosessorların paralel işləməsi nəticəsində yüksək məhsuldarlığı əldə etmək olur. Superkompüterlərin qiyməti təqribən 10 milyon dollarlarla ölçülür.

Meynfreym – ümumi məqsədli universal elektron- hesablama maşınıdır. 70 -ci illərdə dünya kompüter parkının

Meynfreym – ümumi məqsədli universal elektron- hesablama maşınıdır. 70 -ci illərdə dünya kompüter parkının böyük hissəsini meynfreym kompüterləri təşkil edirdi. Fərdi kompüterin inkişafı ilə əlaqədar olaraq meynfreymlərin tətbiq sahələri azalmağa başladı. Meynfreym kompüterləri böyük, mürəkkəb hesablamalar aparmaqla yanaşı özünə çoxlu sayda terminal birləşdirir. Təyyarə və qatarlara sərnişin biletlərinin satışını mərkəzləşdirilmiş qaydada həyata keçirən hesablama sistemlərində meynfreymlərdən istifadə olunur. Meynfreym kompüterləri əsasən İBM firmasında istehsal olunur. Bu cür kompüterlərin qiyməti 1 milyon dollar dəyərində olur. Hal-hazırda istifadə olunan 16 -32 mikroprosessorlu server kompüterlər meynfreym kompüterlərin sələfləri sayılır.

Mini–EHM – ölçüləri və hesablama məhsuldarlığı meynfrem kompüterlərə nəzərən kiçik olan kompüterlər 19651980 -ci

Mini–EHM – ölçüləri və hesablama məhsuldarlığı meynfrem kompüterlərə nəzərən kiçik olan kompüterlər 19651980 -ci illərdə mini-EHM adlanırdı. Halhazıda mini-EHM dedikdə fərdi kompüterlər nəzərdə tutulur. Fərdi kompüterlərin kütləvi istehsalına 1981 ci ildən başlanmışdır.

Resurs mənbələr: informatika dərsliyi

Resurs mənbələr: informatika dərsliyi