BAKI HR XTA RAYONU LYEV ADINA 204 SAYLI

BAKI ŞƏHƏRİ, XƏTAİ RAYONU Ə. ƏLİYEV ADINA 204 -SAYLI TAM ORTA MƏKTƏBİN 8 a SİNİF ŞAGİRDİ İSMAYILZADƏ GÜLNAR Tərəfindən

QACARLAR İMPERİYASI
![MƏLUMAT • İranda 1796 və 1925 -ci illər arasında hakimiyyətdə olmuş Azərbaycan- türk sülaləsidir[6][7]. MƏLUMAT • İranda 1796 və 1925 -ci illər arasında hakimiyyətdə olmuş Azərbaycan- türk sülaləsidir[6][7].](http://slidetodoc.com/presentation_image_h2/82b4371cafb15302a34c90bd1e129fdb/image-3.jpg)
MƏLUMAT • İranda 1796 və 1925 -ci illər arasında hakimiyyətdə olmuş Azərbaycan- türk sülaləsidir[6][7]. Qovanlı Türk tayfasından olan Qacarlar, Monqol işğalı zamanlarında İrəvan ətrafında kök salmışlar və Səfəvi sülaləsini. Azərbaycanda və İranda hakimiyyətə gətirən yeddi Qızılbaş-türk tayfalarından biri olmuşlar [8]. • XVI əsrin əvvələrində Azərbaycanda və İranda hakimiyyəti ələ keçirən Səfəvilər indiki Azərbaycan Respublikasının ərazisini yerli türk xanlarına buraxmışlardır [9] və 1554 -cü ildə Gəncə şəhərinin Şahverdi Soltan Ziyadoğlu Qacar tərəfindən idarə edildiyi haqda tarixi məlumatlar mövcuddur [10]. Ziyadoğulları ailəsi sonralar Qarabağa da hökmdarlıq etmişdir.

• 16 -17 -ci əsrlərdə Qacarlar Səfəvi dövlətində bir sıra rəsmi vəzifələr tutmuşlar. I Şah Abbas Səfəvi dövründə Şahsevən türk tayfaları kimi tanınan Qacarları İranın müxtəlif bölgələrinə yerləşdirmişdir və bunların bir çoxu Astarabad (hal-hazırda Qorqan) ərazisində yerləşmişlər. • Qacar sülaləsinin əsası 1781 -ci ildə Ağa Məhəmməd xan Qacar tərəfindən qoyulmuşdur. 1796 -cı ildə Zənd sülaləsinin sonuncu hökmdarını məğlub etdikdən sonra Ağa Məhəmməd xan Azərbaycanı və İranı Qacar hakimiyyəti altında birləşdirmişdir


MƏHƏMMƏD ŞAH QACAR • Kovanlu qacarlarının yeni yüksəlişi Fəthəli xanın oğlu Məhəmməd Həsən xanın dövründə baş verir. O, Astrabadda hakimiyyəti ələ keçirir və oradan Nadir şahın nümayəndələrini qovlayır. Cavabında Nadir şah oraya qoşun yeridir və Məhəmməd Həsən xan türkmənlərin yanına qaçmağa məcbur olur. O, Astrabada yalnız Nadir şahın ölümündən sonra gəlir. • Onun oğlu Ağa Məhəmməd Qacar İranda Qacarlar sülaləsinin banisi sayılır. O, 1741 -ci ilin 26 oktyabrında doğulub. Ağa Məhəmməd xanın anası Ceyran xanım qacarların o biri boyundan çıxmış ən görkəmli şəxsiyyətlərdən olan Məhəmməd xan Dovalunun bacısı idi. Ceyran xanım gözəl, cəsur və ağıllı bir qadın olub

O özü yaxşı təhsil almışdı və Ağa Məhəmməddə kitablara, ümumən savada, biliyə, elmə sevgi hissi aşılamağa çalışırdı. Ceyran xanım Astrabadın idarə olunmasında ərinə kömək edir və yaxşı bir süvari olduğundan məsul döyüş sınaqlarında ərini tək buraxmamağa çalışır. Bir çox tarixçilərin fikrincə, əgər Ceyran xanım olmasaydı, Məhəmməd Həsən xan qazandığı yüksək mövqeyə çata bilməz, Ağa Məhəmməd isə şah ola bilməzdi. Yürüşlərin birində on üç yaşlı oğlu Ağa Məhəmməd xanı da özü ilə götürür. Ona qabaqda gedən dəstənin rəhbərliyini tapşırır. Bundan sonra gənc Ağa Məhəmməd atası ilə bütün yürüşlərə getməyə başlayır. Məhəmməd Həsən xan hətta bəzi vaxtlarda Azərbaycan və Astrabad idarəçiliyini də oğluna tapşırır. 1759 -cu ildə Məhəmməd Həsən xan zəndlərlə döyüşlərin birində həlak olur və İran hakimiyyəti uğrunda mübarizə estafeti istər-istəməz onun böyük oğlu Ağa Məhəmməd Qacara keçir.

• Yuxarıda dediklərimizdən də aydın olduğu kimi, Ağa Məhəmməd Qacar taxt-tac uğrunda mübarizəyə boş əllə başlamırdı. Onun atasının nüfuzu olduqca yüksək idi, çıxışlar etmək üçün münbit şərait yaranmışdı və taxt-tac üçün Ağa Məhəmməddən yalnız yüksək şəxsi keyfiyyətlər tələb olunurdu.

MƏHƏMMƏD ŞAH QACARIN HAKİMİYYƏTİ • Qacarlarla zəndlər arasında son qanlı döyüş – 1794 -cü ilin yayında Girman yaxınlığında baş verir və Ağa Məhəmmədin tam qələbəsi ilə nəticələnir. Bununla da Zəndlər nəslinin adı İran taxt-tacı tarixindən biryolluq silinir. Burada Ağa Məhəmməd şah gürcü çarı II İraklinin və Qarabağ xanı İbrahim Xəlilin Rusiya himayəsinə keçmək niyyətində olduqlarını eşidir. İbrahim Xəlilin sözsüz razılığı ilə İrakli Qacarların dədəbaba torpaqlarını – Qarabağ, İrəvan xanlıqlarını və Gəncəni rus çarına vermək istəyirdi. Gürcüstan çarının bu niyyətini Qacar İranın tabeçiliyində olan bir şəxsin xəyanəti və Azərbaycan xanlıqlarının daxili işinə qarışmaq kimi qəbul edirdi. Üstəlik Qacar buna əsaslanırdı ki, bir neçə əsr qabaq onun tayfasından olan çox sayda adam bu yerlərə köçürülmüş və həmin torpaqların idarəçiliyində fəal iştirak etmişdi.

• 1795 -ci ildə Ağa Məhəmməd şah Qacar özünün 60 minlik qoşununu Qafqaza yeridir. Qoşun üç yerə bölünür: kiçik bir hissəsi Dağıstan üzərinə keçmək üçün Muğana, əksər hissəsi Ağa Məhəmməd şahın öz başçılığı altında Şuşanı almaq məqsədilə Qarabağa, üçüncü dəstəsi isə şahın qardaşlarının rəhbərliyi altında İrəvan xanlığına doğru yollanır. Keçilməz Şuşa qalasını xüsusi hazırlıq olmadan tutmaq mümkün deyil və bunu anlayan Ağa Məhəmməd şah qoşunun ağzını Tiflisə tərəf döndərir. Onun dəstəsi güclü müqavimət görmədən İraklinin yaraqlılarını darmadağın edərək, Tiflisə girir. İrakli qaçıb dağlara çəkilir. 22 min dinc sakin qul və kəniz kimi satılır. Tiflis yağmalanıb, dağıdılır.

• Ağa Məhəmməd şah Nadir şah Əfşarın nəvəsi Şahruxun hökmranlıq etdiyi Xorasanı fəth edir. Xorasana gedərkən Ağa Məhəmməd yenə nəzarətdən çıxmış Astrabad türkmənlərini yatırır. O, 1796 -cı ildə Məşhəd darvazalarına çatanda Şahrux özü təslimçilik nişanları ilə onun qarşısına çıxır. Lakin Ağa Məhəmməd bununla kifayətlənmir. O, Nadir şahın məşhur xəzinəsini almaq tələbi qoyur. Şahrux əvvəl buna razılaşmır, lakin dəhşətli işkəncələrdən, bu qocanın başına əridilmiş qurğuşun tökəndən sonra o, Nadir şahın xəzinəsinin yerini nişan verir. Məlumdur ki, bütün müsəlman aləmində müqəddəs yer sayılan İmam Rza məscidinin sərvəti də həmin xəzinədə saxlanırdı. Üstündən çox keçməmiş Qacarın ağır işkəncələrə məruz qalmış bu sonuncu rəqibi də həyatla vidalaşır.

QACARLARIN ORDUSU DÖYÜŞDƏ

MƏNBƏLƏR Saytlar : https: //az. wikipedia. org/ http: //zeka. az/ https: //www. google. az/ Kitablar: Tarix 8 -ci sinif ( 3. Qacarlar İmperiyasının yaranması)

- Slides: 14