Zaur Mmmdov adina 171 sayli tam orta mktbin
Zaur Məmmədov adina 171 sayli tam orta məktəbin 8 a sinif şagirdləri Misirxanov Kərəm və Həsənov Əli. İnformatika Müəllimi: İsmayılov Kənan. Mövzu: movqeyli say sistemləri Mövqeli say sistemi – bu sistem bizim eradan əvvəl təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir.
Say sistemləri Mövqeli say sistemi – bu sistem bizim eradan əvvəl təxminən 40 əsr əvvəl qədim Babilistanda mövqeyə görə nömrələmə əsasında yaranmışdır. Yəni eyni bir rəqəmin tutduğu yerdən asılı olaraq həmin rəqəm müxtəlif ədədləri ifadə edir. Bizim onluq say sistemində nömrələmədə mövqeyə görə nömrələməlidir. Məsələn 32 ədədində 3 rəqəmi otuzu , yəni 3 x 10 -u ifadə etdiyi halda, 325 ədədində həmin rəqəm 3 yüzü, yəni 3 x 10 -u ifadə edir. Onluq say sistemində 10 ədədinin oynadığı rolu Babilistanda mövqeyə görə nömrələmədə 60 ədədi oynayırdı; ona görə də bu nömrələməni 60 -lıq nömrələmə adlandırırdılar. Altmışlıq nömrələmədən müasir dövrdə vaxt hesablamalarında istifadə olunur. Məsələn, 60 saat, 60 dəqiqə və s.
�Mövqeyə görə say sisteminin təkmilləşdirilmiş sonrakı inkişafı hindlilərə məxsusdur. Bu sistem onlarda təxminən 150 il əvvəl meydana gəlmişdir. Buradan birinci dəfə ərəblər istifadə etmiş və onlardan da Avropaya keçmişdir. Avropada böyük tarixi səhvə yol verilmiş və hindlilərin mövqeli say sistemində işlətdiyi rəqəmlər "ərəb rəqəmləri" adı altında işlədilmişdir. Əslində isə "Hind rəqəmləri" olmalıdır. Mövqeli say sistemi bizim ölkədə XVII əsrdən işlənməyə başlamışdır. Ona kimi ən çox Roma rəqəmlərindən istifadə olunmuşdur.
� Hind pozision sistemində (latınca positio – mövqe, yer, vəziyyət deməkdir) hər bir natural ədəd on rəqəmin (0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9) vasitəsi ilə ifadə edildiyi halda, Babilistan sistemində 60 rəqəmin vasitəsilə edilir. Bu cəhətdəndə onluq say sistemi ondan üstün hesab edilir. Con Vallis (1616 -1703) "Universal arfimetika" kitabında birinci dəfə müxtəlif əsaslı say sistemlərini araşdırmış və ədədlərin üçlük, dördlük və s. mövqeli sistemlərdə göstərilməsinə baxmışdır. O da bu prosesdə onluq mövqeli say sisteminin üstünlüyünü əsaslandırmışdır. Bunun kimi ikilik say sistemi də maraqlı idi. Onun əlamətləri və yazılı göstərilməsi ilə bir çox riyaziyyatçılar, o cümlədən fransız alimi B. Paskal (1623 -1662), alman riyaziyyatçısı Q. F. Leybnis və İsveçrə riyaziyyatçısı İohan Bernulli (1667 -1748) məşğul olmuşlar. Mövqesiz say sistemi – Bütün say sistemləri mövqeli və mövqesiz olmaqla iki yerə ayrılır. Hər hansı sistemdə rəqəmlərin yazıldığı işarənin qiyməti onun mövqeyindən, yəni durduğu yerdən asılı olaraq dəyişməzsə, onda həmin sistem mövqesiz say sistemi adlanır. Məsələn, Roma say sistemi mövqesiz say sistemidir. Burada hər bir rəqəm, yazılışda durduğu yerdən asılı olmayaraq eyni bir ədədi ifadə edir. Belə ki, III ədədində 1 rəqəmi birinci yerdə bir ədədini göstərdiyi kimi, ikinci və üçüncü yerlərdə də bir ədədini göstərir. Lakin onluq say sistemində biri təkliyi, digəri onluğu, üçüncüsü isə yüzlüyü göstərir. [Mənbə göstərin]
� Ədədin rəqəm adlanan simvollar vasitəsilə ifadə olunmasına say sistemləri deyilir. Nə deməkdir bu? Məsələn 15(on beş) ədədi 1 və 5 rəqəmləri ilə düzəlib. Yəni 15 ədədi rəqm adlanan 1 və 5 simvolları ilə ifadə olunub. Danışdığımız bu say sistemi bizim istifadə etdiyimiz say sistemidir. ((hələ məktəbə getməmişdən saymağı zülümlə öyrətdikləri bir sistem)). Bu sistemin informatikada adı Onluq say sistemidir. (Niyə onluq? Bu haqda bir qədər sonra). XV bu da bayaqki on beşdir. Ancaq bu dəfə başqa say sistemində. Bu say sisteminin adı isə Roma rəqəmləridir.
�İkilik say sistemi: ikicədənə rəqəmi olduğuna görə bu say sisteminə ikilik say sistemi deyilir. Rəqəmləri 0 və 1. Kompyuterdə informasiyanı kodlaşdırmaq üçün bu say sistemindən istifadə olunur. Say sisteminin rəqəmlərinə onun baza elementləri də deyilir. Səkkizlik say sistemi: rəqəmləri: 0, 1, 2, 3, 4, 5, 6, 7 səkkiz rəqəmi olduğuna görə səkkizlik say sitemi adlanır. Onluq say sistemi: rəqəmləri: 0, 1, 2, 3, 4, 5, 6, 7, 8, 9 on rəqəmi olduğuna görə onluq say sitemi adlanır.
- Slides: 7