BRD HR TOFQ SMAYILOV ADINA 1 sayli tam
BƏRDƏ ŞƏHƏR TOFİQ İSMAYILOV ADINA 1 sayli tam orta mƏktƏbin AzƏrbaycan dili vƏ ƏDƏbiyyat MÜƏl. LİMİƏSƏDLİ İRADƏ
Mövzu: Eyniköklü sözlər Standart: 4. 1. 2. Sözün səs tərkibini, semantik xüsusiyyətlərini, tərkibini, yaranma üsullarını və qramatik mənasını (ad, əlamət, hərəkət bildirməsini) izah edir. Məqsəd: Eyniköklü sözləri müəyyən edir. Eyniköklü sözlərlə eyni sözün müxtəlif formalarnı fərqləndirir. İnteqrasiya: həyat bilgisi, ədəbiyyat İş forması: qruplarla iş, fərdi iş İş usulu: açar sözlər, Venn diaqramı Resurslar: dərs vesaiti, Power Point-də hazırlanmış slide-lar.
gül güllük güldan gülçü
otlaq otla ot
Eyniköklü sözlər Söz kökü + leksik şəkilçi Eyni və ya müxtəlif nitq hissələrinə aid ola bilərlər. Bu sözlərə «qohum» sözlər də demək olar.
EYNİKÖKLÜ SÖZLƏR
Bir söz kökünə bir neçə leksik şəkilçi qoşula bilər. Bu zaman müxtəlif mənalı sözlər yaranır. Belə sözlərə eyniköklü sözlər deyilir. dənizçilik
Eyniköklü sözlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid ola bilər. Yazıçılıq isim Ov - isim Ovçu - isim Ovla(maq) - fel
(F ) l e
Daş, daşlar, daşın, daşdan Belə sözlər eyniköklü söz deyil. Çünki -lar, -ın, -dan şəkilçiləri qrammatik şəkilçilərdir. Qrammatik şəkilçilərlə yalnız eyni sözün müxtəlif formalarını yaratmaq olar.
Tədqiqat sualı Eyniköklü sözləri bir-birinə qohum edən qrammatik vasitələr hansılardır?
Tədqiqatın aparılması
TƏHSİL qrupu 1. Çal və ək fellərindən eyniköklü sözlər düzəldin və həmin sözlərin hansı nitq hissələrinə aid olduğunu müəyyən edin 2. Sifətdən düzəlmiş eyniköklü sözlər cərgəsini müəyyənləşdirin. a) boyaq, boyaqsız, boyanmaq b) suçu, sulamaq, susuz c) qırğın, qırıcı, qırılmaq d) yazlıq, yazın, yazda e) düzlük, düzəlmək, düzlənmək
1. Verilmiş mətndə “bil” kökü ilə işlənən sözlərdən hansıların eyniköklü söz olduğunu müəyyən edin. Mən bilirəm ki, heç nə bilmirəm. Başqaları isə elə bilirlər ki, çox biliklidirlər. Lakin onları dindirəndə məlum olur ki, onlar da heç nə bilmirlər. Belə çıxır ki, mən özümün bilmədiyimi bildiyimə görə başqalarından daha çox bilgiyə malikəm. (Sokrat) 2. Eyniköklü sözləri seçin: 1. qırçı 2. qırğın 3. qırıntı 4. qırdan 5. qırılmaq a) b) c) d) e) 1 , 2, 3 3, 4, 5 2, 3, 5 1, 2, 4 1, 4, 5
1. Hansı şəkilçiləri artırsaq eyniköklü sözlər yaranar? lu çu ya su suz la BİLİK QRUPU dan dur 2. Eyni nitq hissəsinə aid olan eyniköklü sözlər cərgəsini göstərin. a) natəmiz, təmizləmək, təmizlik b) duzlu, duzlaq, duzlar c) gülçü, güllər, güldan d) sıxlaşmaq, sıxılmaq, sıxıntı e) çalğı, çalğıçı, çalğçılıq
MƏntiq qrupu 1. ov və bir sözlərindən eyniköklü sözlər düzəldin və həmin sözlərin hansı nitq hissələrinə aid olduğunu müəyyən edin 2. Müxtəlif nitq hissələrinə aid eyniköklü sözləri göstərin. a) bağla, bağça b) yazı, yazlıq c) gülüşmək, güldürmək d) otlaq, otlamaq e) güclü, gücsüz
ZƏKA qrupu 1. Yaşıl və sirr sözlərindən eyniköklü sözlər düzəldin və həmin sözlərin hansı nitq hissələrinə aid olduğunu müəyyən edin 2. Eyniköklü sözlər cərgəsini göstərin. a) bağban, bağlıq, bağlamaq b) yoxlama, yoxuş, yoxluq c) düzmək, düzgün, düzlük d) işçi, işbaz, işləmək e) yazdı, yazmış, yazacaq
İNFORMASİYA MÜBADİLƏSİ. Qruplar öz işlərini təqdim edirlər. Daha sonra kollektivlə iş başlanır.
sulu bağça daşlıq dənizçi uşaqlıq yolçu sular bağımız daşlar dənizin uşaqdan yolda bağımız, dənizçi, bağça, sular, daşlıq, sulu, dənizin, yolçu, uşaqlıq, yolda, uşaqdan
Eyniköklü sözlərin sırasını tamamla. Baş, _______, _______ Əl, _______, _______ Baş, başçı, başlıq, başsız cavablarınızı yoxlayaq. Əl, əlcək, əlsiz Növbəti
Aşağıdakı izahlardan istifadə etməklə müvafiq şəkilçilər əlavə edin. 1. Riyazı cədvəl- vur. . . ma 2. savaş, döyüş- vur. . . uş 3. Sözdəki hecalardan birinin daha qüvvətli deyilişi- vur. . . ğu 4. Sevən, aşiq- vur. . . ğun
EYNİKÖKLÜ SÖZLƏR. . . 1. Quruluşca sadə olur. 2. Söz kökünə leksik şəkilçilərin qoşulması ilə yaranır. 3. Söz kökünə başqa sözlərin qoşulması ilə yaranır. 4. Həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olur. Doğru Yanlış
Hansı söz artıqdır? 1. dağsız 2. dağlı 3. dağlıq 4. dağın
Hansı söz artıqdır? 1. üzümü 2. üzümçü 3. üzümlük 4. üzümlü
Hansı söz artıqdır? 1. yazı 2. yazıçılıq 3. yazıçı 4. yazını
Eyniköklü sözlər haqqında verilmiş fikirlərdən biri səhvdir: a) Eyni kökdən əmələ gələn sözlər eyniköklü sözlər adlanır. b) Kökü omonim olan sözlər bu qrup sözlərə aid olmur. c) Eyniköklü sözlər həmişə eyni nitq hissəsinə aid olur. d) Eyniköklü sözlərin başlanğıc forması düzəltmə sözlərdən ibarətdir. e) Qrammatik şəkilçilərin iştrakı bu sözlər qrupu üçün vacib deyil.
Eyniköklü sözləri seçin: a) susuz, suyun, sular b) canlı, cansız, candan c) otlu, otlaq, otaq d) bağça, bağban, bağlıq e) duzlu, duzdan, duzda
Dördündən biri fərqlidir: A) başçı B) başmaq C) başsız D) başlanğıc
Dördündən biri fərqlidir: A) sağıcı B) sağalmaq C) sağlıq D) sağlam
MƏLUMATLARIN MÜZAKİRƏSİ. Bütün məlumatlar müzakirə olunur və nəticəyə dogru yönəldilir.
Ə C I T Ə N n ə d k ö m k i u n h y o e q r ə ə l n i z k r i i ö s s b k ü e r l l i k b n ö i a r k l i l ə l n u z ş y ö o E s q r u ə a l B r i. ç a l l r i i n l k ə o ə z ş r ə k l dü i t ə t a i s m a v m a n r ə Q d. . e r r i ı d m r t ə l a i r ç a l şəki klü söz y ö k i n ey
EV TAPŞIRIĞI: İstənilən bir mətn götürüb oradakı eyniköklü sözləri seçib yazmaq.
Təhsil Sözlərin mənasını müəyyənləşdirmə Eyniköklü sözləri izah etmə Tapşırığın vaxtında yerinə yetirilməsi Əməkdaşlıq Elm Bilik Məntiq Zəka
- Slides: 36