Mxtlif lklr Yeni ili nec keirir Salam Mnim

  • Slides: 19
Download presentation
Müxtəlif ölkələr Yeni ili necə keçirir?

Müxtəlif ölkələr Yeni ili necə keçirir?

Salam! Mənim adım Alimok! Sizi müxtəlif ölkələrdə yeni il adətləri ilə tanış olmağa dəvət

Salam! Mənim adım Alimok! Sizi müxtəlif ölkələrdə yeni il adətləri ilə tanış olmağa dəvət edirəm.

Аvstriy a Qədim zamanlarda Avstriyada Yeni il qabağı baca təmizləyənlə qarşılaşmaq və hətta üst-başını

Аvstriy a Qədim zamanlarda Avstriyada Yeni il qabağı baca təmizləyənlə qarşılaşmaq və hətta üst-başını küllə çirkləndirmək yaxşı əlamət sayılırdı. Amma müasir dövrdə baca təmizləyənə rast gəlmək çətin olduğu üçün avstriyalılar bu adəti başqa biri ilə əvəz etdilər. 18 -ci əsrdən başlayaraq bu ölkədə fiqurlar hədiyyə etmək və hər bir tərəfi üzərində xoşbəxtlik simvolu hesab olunan dörd yarpaqlı yonca təsviri olan açıqcalar göndərmək adəti formalaşdı.

Аrgentina Argentinada qeyri – adi Yeni il ənənəsi mövduddur. Belə ki, Yeni ildə argentinalılar

Аrgentina Argentinada qeyri – adi Yeni il ənənəsi mövduddur. Belə ki, Yeni ildə argentinalılar küçəyə kağız tullayırlar. Artıq günün ortasında, Argentina şəhərlərinin mərkəzləri lazımsız kağız parçaları ilə örtülmüş olur. Bu ölkədə bayram günü mənzildə olan bütün lazımsız kağızlar, qəzetjurnallar, ötən ilin təqvimləri pəncərədən çölə atılır. Yerli sakinlər bu adətlə həm də stress atmağın yolunu görürlər.

Vyetnamda Yeni il erkən yazda, yəni, 21 yanvar və 19 fevral aralığında qeyd olunur.

Vyetnamda Yeni il erkən yazda, yəni, 21 yanvar və 19 fevral aralığında qeyd olunur. Yeni il ərəfəsində Vyetnamda əzizlərinətumurcuqlanan şaftalı ağacının budaqlarını vermək adətdir. Vyetnamlılar hər evdə sehirli qüvvənin yaşadığına inanırlar. Yeni il ərəfəsində isə bu qüvvə, sazan balığının üzərində göylərə qalxaraq, hər bir ailə üzvünün ötən ili necə keçirdiyini xəbər verir.

m a n Vyetnamda arzu etmək çox sadədir. Belə ki, bu ölkədə Yeni il

m a n Vyetnamda arzu etmək çox sadədir. Belə ki, bu ölkədə Yeni il ərəfəsində canlı sazanı ən yaxın su hövzəsinə buraxırlar. Buraxmamışdan öncə isə, ürəyində tutduğun arzunu astaca sazan balığına pıçıldamaq lazımdır. Sərbəst buraxılan balıq, sonunda ona edilən istəkləri göylərə çatdıracaqdır.

Yunanıstanda bayram süfrəsinin əsas şirniyyatı, giləmeyvə və qoz-fındıqdan hazırlanmış, vasilopita adlanan şirniyyatdır. Şirniyyatlardan birinin

Yunanıstanda bayram süfrəsinin əsas şirniyyatı, giləmeyvə və qoz-fındıqdan hazırlanmış, vasilopita adlanan şirniyyatdır. Şirniyyatlardan birinin içərisinə isə xoşbəxtlik qəpiyi əlavə edirlər. Qəpik kimin şirniyyatından çıxarsa, həmin şəxs yeni ili daha xoşbəxt keçirəcək. Yeni il ərəfəsində həmçinin Yunanıstan sakinləri bir-birlərini hədiyyələrlə ziyarətə gedirlər. Ancaq hədiyyələrə əlavə olaraq ev sahibinə daş aparırlar. Daş nə qədər ağır olarsa, həmin ailənin növbəti ildə var-dövləti də həmin ağırlıqda olar.

Yunanıstan Yunanların başqa bir ənənəsinə görə bayram ziyafəti başa çatdıqdan sonra ailənin başçısı bir

Yunanıstan Yunanların başqa bir ənənəsinə görə bayram ziyafəti başa çatdıqdan sonra ailənin başçısı bir ədəd narı həyətdə yerə çırpır. Narın dənələri nə qədər çox səpələnərsə, yeni il də bir o qədər uğurlu olar.

Danimarkada Yeni ili tullanmaqla qarşılayırlar. Belə ki, gecə saat 12 -də hamı stulun üstünə

Danimarkada Yeni ili tullanmaqla qarşılayırlar. Belə ki, gecə saat 12 -də hamı stulun üstünə çıxır və tullanır. Beləliklə, onlar köhnə ildən təzə ilə bu üsulla keçirlər. Bu ölkədə daha bir bayram ənənəsi yaxın dostların və qonşuların qapılarında boşqab çırpmaqdır. Kimin qapısının kandarında daha çox qab-qacaq qırıntıları varsa, gələn il onun üçün düşərli və uğurlu olur.

a y i l İtaliyada yeni il şənlikləri köhnə əşyaların atılması ilə başlanır. Buna

a y i l İtaliyada yeni il şənlikləri köhnə əşyaların atılması ilə başlanır. Buna görə küçədə olan adamlar yoldan keçərkən ehtiyatlı olmalıdırlar. İtalyanlar bu ənənəni çox sevirlər. Çünki köhnə ildə atılmış əşyalar yeniləri ilə təzələnir. İtalyanlar bayram süfrəsinə qoz, mərci və üzüm qoymağı mütləq sayırlar və bu qida məhsullarını uzunömürlülük, sağlamlıq rəmzi kimi qəbul edirlər.

İtaliya Rəvayətə görə, İtaliyada xanım Befana adlı pəri uşaqlara və böyüklərə hədiyyələr gətirir. Sehirli

İtaliya Rəvayətə görə, İtaliyada xanım Befana adlı pəri uşaqlara və böyüklərə hədiyyələr gətirir. Sehirli süpürgə üzərində uçan və qapını qızıl açarla açan bu pəri hədiyyələri sobadan asılmış Yeni il corablarına doldurur. İtaətkar uşaqlar üçün hədiyyələr gətirir, yaramaz uşaqlara isə kül hədiyyə edir. İtaliyada Yeni il ənənələrindən biri də, bayram münasibətilə yaxın və doğma insanlara su doldurulmuş qabın içərisinə zeytun budağı qoyub hədiyyə etməkdir. Belə qəbul olunub ki, bu hədiyyə insanlara xoşbəxtlik gətirir.

İspani y a İspaniyada da bayram şənlikləri böyük təntənə ilə keçirilir. İspanların ən əsas

İspani y a İspaniyada da bayram şənlikləri böyük təntənə ilə keçirilir. İspanların ən əsas Yeni il ənənəsi on iki üzüm giləsi ilə bağlıdır. Bu ölkənin sakinləri Yeni il gecəsi yaşadıqları şəhərin mərkəzinə çıxır, yeni ilə 12 saniyə qalmış niyyət tuturlar. Hər saniyə ərzində bir gilə üzüm yeyib tumlarını atırlar. Əsas məsələ saniyə ərzində bu prosesi vaxtında həyata keçirməkdir. Kim bunu bacarırsa, növbəti ildə onu uğurlar gözləyir. İspanlar üçün üzüm uğur, bolluq, xoşbəxtlik rəmzi sayılır.

Tayland Yeni ili 13 apreldə qeyd edir. Yeni il taylandlılar üçün ilin dəyişməsini və

Tayland Yeni ili 13 apreldə qeyd edir. Yeni il taylandlılar üçün ilin dəyişməsini və yağışlı mövsümün başlanmasını bildirir. Bu münasibətlə Yeni il günü Taylandda quru qalmaq çətindir. Belə ki, əhali su tapançalarından, hövzələrdən və şlanqlardan bir -birini, hətta yoldan keçən hər kəsi sulayırlar. Bu adət - il ərzində toplanmış mənfi enerjinin təmizlənməsini və insan bədəninin yenilənməsini simvolizə edir.

Şotlandiyada yeni il əsl alov karnavalı adlanır. Şotlandlar Yeni il ərəfəsində çəlləkdə qətran yandırır

Şotlandiyada yeni il əsl alov karnavalı adlanır. Şotlandlar Yeni il ərəfəsində çəlləkdə qətran yandırır və çəlləyi bütün küçə boyu diyirlər. Şotlandlar üçün bu, köhnə ilin yandırılmasıdır. Bundan sonra Yeni ilə yol açıqdır. Bu ölkədə hesab edirlər ki, Yeni ilin gəlişindən sonra evə girən ilk adam xoşbəxtlik gətirir. Əgər evə hədiyyə ilə tündsaçlı kişi daxil olarsa, bu xoşbəxtlik əlamətidir.

Yap oniy Gündoğan ölkədə Yeni il simvolu Kadomaçu ağacı hesab olunur. Küknar və bambuk

Yap oniy Gündoğan ölkədə Yeni il simvolu Kadomaçu ağacı hesab olunur. Küknar və bambuk ağacının calağından bitən bu ağac Yeni ili salamlayan simvol kimi görülür. a

Yaponiyada təzə il daxil olan zaman məbədlərdə 108 dəfə zəng çalınır. Yaponlar inanır ki,

Yaponiyada təzə il daxil olan zaman məbədlərdə 108 dəfə zəng çalınır. Yaponlar inanır ki, həmin zəng zərbələrinin hər biri insandakı mənfi enerjini yox edir. Evlərinə xoşbəxtlik gəlməsi üçün onlar mənzillərinin qapısına bambuk, küknar və şam ağacının budaqlarını bağlayırlar.

Yaponiyada Yeni ildə ən çox verilən hədiyyə avar olur. Onlar inanırlar ki, avar çəkməklə

Yaponiyada Yeni ildə ən çox verilən hədiyyə avar olur. Onlar inanırlar ki, avar çəkməklə evlərə xoşbəxtlik daxil olacaq. Digər bir adət isə bununla bağlıdır ki, hansı ixtisasa sahib olmaq istəyirlərsə, onun şəklini çəkib öz yastıqlarının altına qoymalıdırlar. Yeni ildə həmin istəklər reallığa çevriləcək.

Azərbay can Azərbaycanda Yeni il axşamının özəlliyi ondan ibarətdir ki, bu gün Dünya Azərbaycanlılarının

Azərbay can Azərbaycanda Yeni il axşamının özəlliyi ondan ibarətdir ki, bu gün Dünya Azərbaycanlılarının Həmrəylik Gününə təsadüf edir. Doğrudur, Yeni ilin gəlişini biz adətən Novruz bayramında qeyd edirik. Amma bu bayram da ölkəmizdə xüsusi təntənə ilə qeyd edilir. Hər evdə yeni ilin simvolu olan şam ağacı bəzədilir. Şəhərdə yeni il festivalları keçirilir. Süfrələrə milli mətbəximizin gözəl təamları da qoyulur.

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!

Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək!