Thsild xsiyytin inkiaf lkr Bayramova ubayramovakhazar org bayramova
Təhsildə şəxsiyyətin inkişafı Ülkər Bayramova ubayramova@khazar. org bayramova. u@gmail. com
THİNK DİFFERENT
Şəxsiyyətin inkişaf prosesi və şərtləri �İnsan-fərd bir varlıq kimi inkişaf edərək formalaşır və bu proses müəyyən qanunauyğunluqlar əsasında baş verir. �Tərbiyə (inkişaf) pedaqogikanın ən mühüm problemlərindən biridir. İnsanın inkişafı çox mürəkkəb və uzunmüddətli prosesdir. İnsanın inkişafı bir-birilə sıx bağlı olan üç əlaməti özündə əks etdirir: fiziki, anatomik-fizioloji və sosial-psixi �Fiziki inkişaf deyərkən sümük-əzələ sisteminin, daxili orqanlarının və əsəb sisteminin inkişafı nəzərdə tutulur. �Psixoloji dəyişikliklər ən çox əqli inkişafla, şəxsiyyətin psixoloji əlamətlərinin formalaşması ilə səciyyələnir. İnsanın inkişafı xarici və daxili təsirlərin nəticəsində baş verir.
Davamı. . . �İnsanın sosial inkişafı onun cəmiyyətə daxil olması ilə başlayır. İnsan cəmiyyətdə iştirak edir, konkret adamlarla, kollektivin üzvləri ilə münasibətdə olur, ətraf aləmdə hadisələrin necə cərəyan etdiyinin mülşahidəçisinə çevrilir. Bioloji fərd sosial inkişaf prosesində formalaşır. İnkişafın nəticəsi insanın bioloji növ, sosial varlıq kimi formalaşmasıdır. İnsan şəxsiyyət kimi doğulmur, o, inkişaf prosesində şəxsiyyət kimi formalaşır. �N. Tusi “Əxlaqi-Nasiri” əsərində yazırdı ki, insanların eyniliyi onların məhvidir. İlahi hikmət müxtəlif maraq, fərqli qabiliyyətlər yaratdı ki, hər bir peşəyə meyl göstərsin, bir-birinə kömək etsin.
Davamı. . . �Fiziki cəhətdən normal olub fərdi psixoloji xassələri (temperament, xarakter, təfəkkür və s. ) olan və ictimai vəzifələri (real varlığa, adamlara, cəmiyyətə, əməyə münasibəti, ictimai fəaliyyəti və s. ) yerinə yetirən, müəyyən ictimai-tarixi dövrdə (zaman kəsiyində) yaşayan konkret insana şəxsiyyət deyilir. �Azərbaycan məktəb və pedaqoji fikri tarixində şəxsiyyətin inkişafı problemi, əsasən uşaqların tərbiyəsi kimi başa düşülmüşdür. Azərbaycan maarifpərvərləri şəxsiyyətin ən müsbət cəhətlərini onun cəmiyyətdəki münasibət və fəaliyyətində axtarmışlar.
Şəxsiyyətin növləri
Şəxsiyyətin inkişafında irsiyyətin rolu �İrsiyyət deyərkən valideynlərdən uşaqlara keçən keyfiyyət və xüsususiyyətlər nəzərdə tutulur. İrsiyyətin daşıyıcıları genlərdir. “Gen” yunan sözü olub “döğulan” deməkdir. �Övladların zahiri əlamətlərinə, səsinə, yerişinə, davranışına görə valideynlərinə oxşaması əsrlər boyu filosofları, psixoloqları və pedaqoqları düşündürmüşdür. Hər şeyin anadangəlmə olduğu ideyası min illər ərzində hakim təbəqənin əlində məhkum sinfi istismar etmək vasitəsinə çevirmişdir. O zamanlarda insanlar alın yazısına, qismətə daha çox inanırdılar. �Bir çox yunan şairlərinin, dramaturqlarının əsərlərində taleh, qismət mühüm yer tutur (Homerin “İliada”, “Odissey”, Sofoklun “Antiqona” və s. )
Davamı. . . �Azərbaycan atalar sözlərində də isrsiyyət haqqında fikirlər mövcuddur: Ot öz kökü üstə bitər, Quyuya su tökməklə sulu olmaz, su gərək onun özündə olsun, Nə əkərsən, onu da biçərsən. �Ə. Firdovsi “Şahnamə” əsərində deyirdi ki, alçaq və tərbiyəsiz ailədən doğulan qızı nəcib və kübar ailədə bəsləmiş və tərbiyə etmiş olsan da, yenə o özünü bir qadın kimi hiss etdiyi zaman öz anasının getdiyi yolu davam etdirəcəkdir. �N. Gəncəvi də irsiyyəti qəbul edir və deyirdi ki: Zatı pis olana üz göstərmə sən Qurdu bəsləməkdən ziyan çəkərsən.
PROFESSIONAL Fiziki Şəxsiyyətin aspektləri Əqli 10 Mənəvi
İnsanın inkişafında mühitin rolu �Mühitin tərbiyəedici təsiri haqqında müxtəlif nəzəriyyələr mövcuddur. Bunların bəziləri mühitin tərbiyəetmə imkanını həddindən artıq şişirdir, bəziləri heçə endirir, bəziləri isə kortəbii hesab edirlər. Bunların heç biri ilə tam razılaşmaq olmaz. Yalnız irsiyyətlə vəhdətdə mühit və tərbiyə şəxsiyyət yetişdirə bilər. �İnsan şəxsiyyətinin formalaşmasında ictimai mühitin təsirinə dair elmə məlum olan 40 -dan çox «homo feruz» (vəhşi insan) faktlarını və 450 il bundan əvvəl hind şahzadəsi Əkbərin eksperimentini xatırlamaq lazım gəlir. �Bu kimi faktları araşdıran N. P. Dubinin belə bir nəticəyə gəlir ki, insana mənəvi keyfiyyətlər irsən verilmir, bunlar ictimai mühitin və tərbiyənin nəticəsidir.
Davamı. . . � Elmə bu da məlumdur ki, iqtisadi və mədəni şəraitə, normal mühitə düşüb təlim-tərbiyə aldıqda, onlarda qabiliyyətlər yüksək səviyyədə inkişaf edir. (A. N. Leontyev “Psixikanın inkişafı problemləri” əsərində Paraqvayda quayakilər qəbiləsindən olan qız) � XVI əsrdə yaşamış C. Lokk ictimai mühitin rolunu yüksək qiymətləndirmiş, “ağ lövhə” nəzəriyyəsi ilə irsiyyətin rolunu inkar etmişdir. � İnsan şəxsiyyət olmaq imkanı ilə doğulur. İnsanın fərdi inkişafı, onun şəxsiyyət kimi formalaşması son mərhələdə ictimai həyat şəraitindən, ictimai münasibətlər sistemindən, istehsal müəssisələrindən asılı olur. İnsan şəxsiyyətinin formalaşmasında ictimai mühit və şəraitin böyük əhəmiyyəti vardır.
Şəxsiyyətin formalaşmasında tərbiyənin rolu �İnsan dünyaya zəif bir varlıq kimi gəlir və qorunub bəslənməsə məhv olar. İkinci, uşaq dünyaya müəyyən genetik imkanlarla gəlir və tərbiyə etmək mövcud irsi imkanları inkişaf etdirməkdir. Tərbiyəetmə isə öz növbəsində təlim vasitəsilə həyata keçirilir. Üçüncüsü, tərbiyəetmə müəyyən dövrə qədər, yəni körpəlikdən yeniyetməliyə qədər, ikitərəfli xarakter daşıyır (tərbiyə verən və tərbiyə olunan). Yeniyetməlikdən sonra isə bu həmişə ikitərəfli olmur. �Kant deyirdi ki, insan yalnız tərbiyə vasitəsilə insan ola bilər. C. Lokk isə insan xarakterini axar çaya, tərbiyəni isə bəndlərə bənzədirdi. K. A. Helvetsi tərbiyəni hər şey, D. Didro isə çox şey hesab edirdi.
Davamı. . . M. Füzuli insanın şəxsiyyət kimi formalaşmasında tərbiyənin roluna yüksək əhəmiyyət vermişdir. Füzuli şəxsiyyətin mənəvi inkişafını yalnız irsiyyətdən tam asılı olmasını yox, düzgün təşkil olunmuş tərbiyədə görür.
Şəxsiyyətin sosiallaşması �İnsanın sosiallaşması, onun insanlıq aləminə daxil olması ailədən başlayır. Ailə insan üçün mədəni-məişət şəraiti yaradır, emosional həyat sahəsinə təsir edir, ilk sosial və mənəvi təsəvvürlərin formalaşmasında , xarakterlərin təşəkkülündə vasitə rolunu oynayır. �Sosiallaşma nəticəsində fərd özünün daxil olduğu sosial qrupda olan davranış normalarını mənimsəyir, o fərddən özünə “mən” deyə bilən bir şəxsiyyətə çevrilir. �Şəxsiyyətin sosiallaşmasında şəxsi nümunələr, normal həyat şəraiti, normal məişət, xoş ailə münasibətləri, yaxşı yoldaşlar, bilikli müəllimlər, onu əhatə edən insanların ona qayğısı və s. müsbət rol oynayır.
Davamı. . . �Şəxsiyyətin sosiallaşması obyektiv hadisə olub hər bir insanın həyatında müşahidə olunur. Şəxsiyyətin sosiallaşması çoxtərəfli hadisədir və sosiologiya, kulturologiya, etnoqrafiya, psixologiya, pedaqogika və b. elmlər tərəfindən öyrənilir. �İnsanın sosiallaşmasını üç əsas amil təmin edir: 1) makroamillər – kosmos, planet, dünya, ölkə, cəmiyyət, dövlət; 2) mezoamillər – orta deməkdir; 3) mikroamillər – məktəb, ali məktıb, ailə və s.
Şəxsiyyətin inkişafının yaş və fərdi xüsusiyyətləri �Yaş dövrlərinin müəyyən edilməsi uşaqların bilik səviyyələri ilə əlaqədar meydana gəlmişdir. Həm xalq pedaqogikasında, həm də görkəmli filosoflar, pedaqoqlar uşaqların yaş və fərdi xüsusiyyətlərinin nəzərə alınmasını vacib hesab etmişlər. Çünki hər bir yaş dövrü üçün uşaqların fiziki, psixoloji və sosial inkişafının özünəməxsus səviyyəsi vardır. �Qədim yunan filosofu Platon 30 yaşa qədər olan dövrləri səciyyələndirmişdir: 3 -6 yaşlı uşaqlar (oynamalı), 7 -12 yaşlı (dövlət məktəbinə getməli), 12 -16 yaşlı palestra (güləşmə) davam etməli, 16 -18 yaşlı hesab, həndəsə, astronomiya öyrənməli, 18 -21 yaşlı hərbi və mülki təcrübə keçməli, mücərrəd zehni fəaliyyətə həvəs göstərənlər 30 yaşa qədər oxumalı idilər.
Davamı. . . Platonun şagirdi Aristotel pedaqogika tarixində ilk dəfə uşaqların yaş dövrlərini müəyyənləşdirməyə çalışmışdır. O, böyüməkdə olan insanın həyatını yeddi-yeddi olmaq şərtilə üç dövrə bölmüşdür. Ruhun növləri Yaş Dövrün adı Tərbiyənin növləri Bitki ruhu. Qidalanma və artım 0 -7 Bitki Fiziki tərbiyə Heyvani ruh. Bitkilərdən fərqli olaraq hiss və arzusunun olması 7 -14 Heyvani Əxlaq tərbiyəsi İdraki ruh. Təfəkkür və biliklə səciyyələnir 14 -21 İnsani Əqli tərbiyə
Davamı. . . Çex pedaqoqu Y. A. Komenskini n də maraqlı fikirləri olmuşdur. O, uşaqların inkişaf xüsusiyyətlərini altı-altı olmaqla dörd dövrə bölmüşdür. Yaş Dövrün adı Məktəbin adı 0 -5 Uşaqlıq Ana qucağı məktəbi 6 -12 Yeniyetməlik Xalq məktəbi, ana dili 12 -18 Gənclik Latın dili, gimnaziyalar 18 -24 Yetkinlik İnstitutlar, akademiyalar, səyahətlər
Şəxsiyyət nəzəriyyələri �Yaradılış (xislət) nəzəriyyəsi – insanlarda müşahidə olunan xüsusiyyətlərə görə onları anlamaq �Psixodinamik nəzəriyyə - davranışın refleksiv amillərini vurğulayır �Humanist nəzəriyyə - fərdin inkişafını və təkmilləşməsini vurğulayır �İnteqrativ yanaşma – şəxsiyyəti fərdin mürəkkəb psixoloji proseslərini tısvir edir
Şəxsiyyətin beş böyük xüsusiyyətləri Ekstravert Razılıq Vicdanlılıq Emosional sabitlik Təcrübəyə açıq olmaq Ünsiyyətcil, iddialı və sosial Kooperativ, mülayim, razılaşan Çalışqan, planlı, etibarlı Sakit, özünə güvənən, soyuqqanlı Yaradıcı, hər şeylə maraqlanan, təhsilli
Şəxsiyyətin atributları
Akselerasiya nədir? �“Akselerasiya” latın sözü olub “sürətlənmə” deməkdir və akselerasiya uşaq və yeniyetmə yaş dövrlərində fiziki və psixi inkişafın sürətlə baş verməsini ifadə edir. Bu hadisənin mahiyyəti insanın fiziki (bununla bir vaxtda cinsi) inkişafının sürətlənməsindən ibarətdir. �Çoxlu faktlarla sübut etmişdir ki, sonuncu onilliklərdə dünyanın bütün ölkələrində fiziki və cinsi inkişaf 1, 5 -2 il sürətlənmişdir. Akselerasiya nəticəsində şagirdlərin bioloji inkişafı mənəvi inkişafı 5 -6 il qabaqlayır. Yəni məktəblinin orqanizmində daxili sekresiya vəziləri sürətlə inkişaf etdiyi halda, mənəvi inkişaf ləng gedir. �Y. V. Çəmənzəminli deyirdi ki, təbiət anaya fədakarlıq kimi ən qiymətli hədiyyə bəxş etmişdir.
SUALLAR? TƏŞƏKKÜRLƏR!
- Slides: 25