Thsild nformasiya Kommunikasiya Texnologiyalarnn ttbiqi lkr Bayramova ubayramovakhazar
Təhsildə İnformasiya Kommunikasiya Texnologiyalarının tətbiqi Ülkər Bayramova ubayramova@khazar. org bayramova. u@gmail. com
İnformasiya Kommunikasiya Texnologiyaları
Davamı. . . İnformasiya Kommunikasiya Texnologiyaları məlumatların yığılması, sistemləşdirilməsi, düzəldilməsi və ötürülməsi üçün olan texnologiyalara verilən ümumi termindir. İnformasiya Kommunikasiya Texnologiyaları deyəndə təkcə kompyuterləri deyil, daha çox vasitələri nəzərdə tuturuq: firma və kompaniyalarda istifadə olunan texniki avadanlıqlar, kalkulyatorlar, müxtəlif kabellər, elektron lampalar, səsgücləndirici aparatlar, joystiklər, İP telefonlar, audio və video aparatları və bu kimi digər texniki vasitələr
Davamı. . . Təhsildə istifadə olunan texniki vasitələrə baxsaq, onların inkişaf mərhələlərinin aşağıdakı kimi olduğunu görərik: a) Qara lövhə - təbaşir b) Kitab – dəftər, qələm c) Film, rəsm, slayd d) Radio, televiziya, video e) Kompyuterlər f) Avtomatik sistemlər g) Telekommunikasiya
Davamı. . . İnformasiya texnologiyaları Kommunikasiya (İT) elektron avadanlıqların, texnologiyaları (KT) xüsusilə kompyuterlərdə məlumatların göndərilməsi, məlumatların yığılması, alınması və mübadiləsi seçilməsi və göndərilməsinin prosesində istifadə olunur. öyrənilməsi və istifadəsi üçün olan texniki vasitələrdir.
Öyrənmə mənbələri Ənənəvi İKT ilə a) Mühazirələr a) Kompyuterlər b) Kitablar b) Multimedia c) İnternet d) Mühazirələr e) Kitablar
İKT bilikləri Ø 1980 -ci illərdən başlayaraq İKT təhsildə davamlı olaraq istifadə olunmaya başlandı. Ø İKT bilikləri əsasən rəqəmsal texnologiya, kommunikasiya vasitələri və ya onlara bağlanmaq, idarə etmək, əlaqəyə girmək və məlumatlar yaradaraq bilik cəmiyyətini formalaşadırmaq funksiyasını yerinə yetirir.
Təhsildə İKT-in vacibliyi Bilik mənbəyi kimi istifadə olunur. Yəni bəzən (müasir dövrdə daha çox) axtardığımız bilikləri, mənbələri, məlumatları taparaq istifadə edirik. Biliklərin ötürülmə vasitəsi kimi – axtarıb tapdığımız və yaxud da öyrətdiyimiz/öyrəndiyimiz bilikləri digərlərinə ötürmək üçündür. Cəmiyyət, məktəb, müəllimlər və şagirdlər arasındakı əməkdaşlığı İKT-dən istifadə etməklə inkişaf etdirməkdir Təhsilin keyfiyyətini artırmaq üçün təhsil proqramı təminatı, elektron istinadlar, təhsil üçün oyunlardan istifadə etməkdir İKT vasitələrini təhsilin bütün səviyyələrinə inteqrasiya etməkdir
Kompyuter texnologiyalarının atributları Multi-sensor çatdırılma: mətnlər, qrafika, animasiya, səs və video Aktiv öyrənmə: öyrənmə marağının artırılması Kooperativ öyrənmə: pozitiv qrup/sosial qarşılıqlı əlaqə Ünsiyyət bacarıqları: bir-bir, birdən-çoxa, çoxdan-çoxa Çoxmədəniyyətli təhsil: şagirdləri həm ölkədəki və həm də dünyadakı yaşıdları ilə birləşdirmək Motivasiya: şagirdləri daha çox aktivliyə cəlb etmək
İKT-in üstünlükləri Rəqəmsal resursların digərləri ilə bölüşdürülməsi (Google Drive kimi) Çoxlu və geniş xidmətlərdən istifadə etmək (elektron kitabxanalar, internet jurnallar, e-kitablar və s. ) Elastiklik (məs. tapşırıqların anında deyil 2 saat sonra, 1 gün sonra verilməsi) İnam (müəllimin şagirdlərə inamı, yəni şagird istifadə etdiyi materialda plagiatın olmaması) Daha sürətli əlaqə Daha ucuz olması
Davamı. . . Təhsilin səviyyəsini yüksəldən hər bir texnologiya müəllimə az öyrətmək, şagirdə isə çox öyrənmək imkanı verir.
Təhsildə İKT-in şagirdlər üçün üstünlükləri İnteraktiv təhsil təcrübəsi qazanmağa kömək edir Şagirdlərə/tələbələrə öyrənmək üçün stimul və motivasiya verir Rahat təhsil almaq imkanı yaradır Mürəkkəb anlayışları və prosesləri anlamağa kömək edir Müxtəlif öyrənmə üsullarından istifadə edir Şagirdlərə/tələbələrə mükəmməl kompyuter bacarıqları qazanmağa kömək edir Qrup işlərinə və əmakdaşlığa kömək edir
Təhsildə İKT-in müəllimlər üçün üstünlükləri İKT - müəllimlər üçün eyni məfhumların/tapşırıqların müxtəlif yolla izah olunması vasitəsidir İKT – hər bir şagirdin/uşağın öyrənmək üslubuna diqqət verməyə kömək edir İKT – dərsi daha yaxşı planlaşdırmaq və idarə etmək üçün çox gözəl vasitədir İKT – tapşırıqlara daha əhatəli yanaşmağa imkan verir İKT – müəllimlərin bürokratik yükünü azaldır
Mümkün maneələr Müəllimlərin pedaqoji biliklərinin azlığı və təlim metodlarını bilməməsi Öyrətmə resurslarını bilməməsi İKT resurslarına çıxış və onların etibarlılığını bilməməsi Müəllimlərin İKT-in potensialı haqqındakı biliklərinin azlığı Müəllimlərin potensial İKT biliklərinin aşağı səviyyədə olması və ya ümumiyyətlə İKT bacarıqlarının olmaması
İKT-dən istifadənin təkrarlanması və modelləşdirilməsi: məs. yaz maq, dizayn etmək, hesablamaq və s. İKT vasitəsilə öyrənmədə şagirdlər öyrənmə prosesinəözləri nəzarət edirlər Düşünmək bacarılqarı və problem həll etmək strategiyaları Konseptlərin, proseslərin və vizualizasiyanın dərindən analizi Birgə tapşırıqlarda sosial əməkdaşlıq, üz -üzə və onlayn əməkdaşlıq Öyrənmə və öyrətmədə İKT Məktəbdən başqa yerlərdə, müxtəlif şəraitlərdə öyrənmə Yaradıcı inkişaf və media bilikləri; məs. videolar, fotoqrafiya, animasiya, musiqi Bilik, anlama və bacarıqların qazanılması (təkcə müəllimdən deyil) İKT-dən istifadə etməklə məlumatların və biliklərin tapılması, toplanması, sintezi, analızı, dəyişdirilməsi və s.
Dərsdə İKT-dən istifadə vasitələri Kompyuterlər PPT (Power. Point. Presentations) – t’qdimatlar Multimedia – məlumatların yazılması, oxunması, səsləndirilməsi və s. Hiper media vasitələri – məlumat bazalarının axtarılması və lazımi məlumatların toplanması İnteraktiv videolar – şəkillər və müxtəlif qısa videolar və s. Video konfranslar Bloqlar
Kompyuterdən düzgün istifadə
AR Prezidentinin təhsildə İKT ilə bağlı sərəncamları “Azərbaycan Respublikasının inkişafı naminə informasiyakommunikasiya texnologiyaları üzrə milli strategiya” (2003 -2010 -cu illər), 17 fevral 2003 (H. Əliyev) “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramı (2005 -2007 -ci illər)”, 21 avqust 2004 -cü il; “ 2008 -2012 -ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı”, 10 iyun 2008 “Azərbaycan Respublikasında rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2010 -2012 -ci illər üçün Dövlət Proqramı” (Elektron Azərbaycan)”, 11 avqust 2010
Təhsil sisteminin informasiyalaşdırılması sahəsinin başlıca fəaliyyət istiqamətləri Təhsil haqqında”, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının və “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın müvafiq müddəalarına uyğun olaraq aşağıdakı işlər görülür: 1) Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi 2) Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi 3) Təhsil sistemində idarəetmənin informasiyalaşdırılması 4) Kadr potensialının gücləndirilməsi Adıçəkilən fəaliyyət istiqamətləri üzrə öhdəliklərin yerinə yetirilməsi məqsədilə ayrı-ayrı təşkilatlar, şirkətlər, qeyri-hökumət və beynəlxalq qurumlarla əməkdaşlıq edilir.
Təhsil sistemində İKT infrastrukturunun inkişaf etdirilməsi 1) Təhsil müəssisələrinin informasiya-kommunikasiya üzrə maddi-texniki bazasının təkmilləşdirilməsi, kompyuter avadanlığı və digər zəruri rəqəmsal avadanlıqla təminat işinin yaxşılaşdırılması: Təhsil müəssisələrinin İKT avadanlıqları ilə təmin edilməsi məqsədi ilə Respublika üzrə təhsil müəssisələrinə və Təhsil Nazirliyinin tabeçiliyində olan şəhər və rayon təhsil şöbələri üçün 6000 ədəd Monoblok Lenovo stolüstü kompyuter, 3000 ədəd noutbuk, 700 ədəd proyektor və 1377 ədəd interaktiv elektron lövhələr alınmış; Respublika üzrə təhsil müəssisələrində mövcud kompyuterlərin sıradan çıxmış detalları yeniləri ilə (klaviatura, siçan, ana plata, prosessor, sərt disk, qida bloku, batareya və s. ) əvəz olunmağa başlanmışdır.
Davamı. . . 3) İntranet xidmətlərinin işlənilməsi və İnternet şəbəkəsinə çıxışın təmin olunması: Azərbaycan Təhsil Şəbəkəsinə (İntranet və İnternet) əlavə olaraq 200 təhsil müəssisəsinin qoşulmasına başlanmış; Bakı və digər şəhər və rayonlarda yerləşən 1765 təhsil müəssisəsi Fiber-Optik, ADSL və Simsiz rabitə kanalları ilə Təhsil Sisteminin korporativ İntranet və İnternet şəbəkələrinə çıxışla təmin edilmiş; Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilini təşkil etmək üçün ayrılmış 50 ədəd komyuterin ADSL rabitə kanalları ilə Azərbaycan Təhsil Şəbəkəsinə qoşulmasına başlanmışdır.
Elektron təhsil texnologiyalarının tətbiqinin genişləndirilməsi Müxtəlif fənlərə aid (biologiya, riyaziyyat, fizika və kimya) 26 ədəd dərsin hazırlanmasına başlanılmış; Milli tədris fənləri üzrə 30 ədəd elektron tədris resursu hazırlanmış və www. e-resurs. edu. az portalında yerləşdirilmiş; Şagirdlər üçün elektron formatda interaktiv müsabiqələrin təşkili məqsədilə şagird-müsabiqə sistemi təkmilləşdirilmiş və genişləndirilmiş; Təhsil sahəsində elmi tədqiqatlar üzrə qeydiyyat sisteminin yaradılması istiqamətində işlər görülmüş; 106 ədəd multimedia məzmunlu video dərslərin hazırlanmasına başlanmış; 300 ədəd təhsil üzrə simulyasiyaların hazırlanmasına başlanmış; Ümumtəhsil məktəblərinin şagirdləri üçün 28000 -dək elektron test olan bazanın hazırlanmasına başlanılmışdır.
Kadr potensialının gücləndirilməsi 1) Təhsil sisteminin 900 nəfər inzibati idaretmə heyəti üçün İKT üzrə savadlılığın artırılmasına yönəldilmiş treninqlərin keçirilməsinə başlanmışdır. Təlimlər aşağıdakı mövzular üzrə keçirilir: İlkin İKT savadlılığına yiyələnmə; məktəblərdə mövcud olan əsas və İKT avadanlıqdan istifadə etməyi öyrənmə; Microsoft ofis proqram təminatını istifadə edərək, təqdimatlar, dərs bölgüsü planları və inzibati sənədlər hazırlama; İnternet resurslarının tədrisdə tətbiqini təcrübi olaraq anlama; Şəbəkə avadanlığı ilə tanış olma; İKT-nin təhsilə tətbiqi siyasətini anlama və məktəbdə tətbiq etməyi öyrənmə.
Davamı. . . 2) “ 1 şagird : 1 kompyuter” təhsil modelinin orta ümumtəhsil məktəblərində reallaşdırılması üzrə 650 nəfər müəllim üçün treninqlərin keçirilməsinə başlanmışdır. Təlimlər aşağıdakı mövzular üzrə keçirilir: Netbuklar və planşetlərdən düzgün istifadə qaydaları ilə tanış olma, şagirdlərə bu bacarıqları aşılama; Şagirdlərə individual yanaşmaqla elektron-öyrənmə proqramından istifadə etmə; Müasir texnologiyalardan istifadə bacarıqlarını nümayiş etdirmə; Veb 2. 0 alətlərində hazırlanacaq resursların təhlili və sintezini aparma; Şagirdlərə elektron-öyrənmə sistemi üzrə 21 -ci əsr bacarıq və vərdişlərinə yiyələnməyin yollarını öyrətmə.
Davamı. . . 3) Təhsildə İKT, müasir təlim strategiyaları və layihə metodikasının istifadəsi üzrə 700 nəfər müəllim üçün treninqlərin keçirilməsinə başlanmışdır. Təlimlər aşağıdakı mövzular üzrə keçirilir: Yalnız informatika dərsində deyil, başqa fənlərin tədrisində də kompyuter texnologiyalarından effektiv istifadə etmə; Praktik təcrübə toplayaraq, layihə planlaşdırmağı, multimedia təqdimatları, nəşrlər, vebsəhifələr yaratmağı öyrənmə və eləcə də şagirdlərdə yüksək düşüncə formalaşdırmağın metodikası ilə tanış olma.
Davamı. . . 4) Müəllim və inzibati idarəetmə heyətinin İKT-nin tədrisə tətbiqini dəstəkləmək məqsədi ilə 450 nəfər müəllimə mentorluq üzrə treninqlərin keçirilməsinə başlanmışdır. Təlimlər aşağıdakı mövzular üzrə keçirilir: Mentorluq dəstəyi göstəriləcək müəllimləri və inzibati heyəti müəyyən etmə; Pedaqoji heyətin peşəkarlığın inkişafına və təkmilləşdirilməsinə dəstək göstərmək istiqamətində məqsədlər müəyyən etmə; Əyani və distant dəstək göstərməklə pedaqoji heyətin təkmilləşmə prosesini təşkil və müsahibə etmə.
Davamı. . . 5) İbtidai siniflərdə dərs deyəcək müəllim heyəti üçün tədris prosesində interaktiv texnologiyalardan və elektron məzmundan istifadə üzrə 1200 nəfər müəllim üçün treninqlərin keçirilməsinə başlanmışdır. Təlimlər aşağıdakı mövzular üzrə keçirilir: İlkin İKT savadlılığına yiyələnmə; Məktəblərdə mövcud olan əsas və İKT avadanlıqlarından istifadə etmə bacarıqlarına yiyələnmə; Microsoft ofis proqram təminatını istifadə edərək, təqdimatlar, hesabatlar və digər sənədləri hazırlama bacarığına yiyələnmə; İnternet resurslarının tədrisdə tətbiqini təcrübi olaraq öyrənmə.
Davamı. . . 6) Milli Təhsil Məlumat Bazasının istifadəsi üzrə 375 nəfər müəllim üçün treninqlərin keçirilməsinə başlanmışdır. Təlimlər aşağıdakı mövzular üzrə keçirilir: Ümumi interfeysin izah olunması; Məktəbin özünün məlumat toplama mərkəzi kimi çıxış edərək müxtəlif növ məlumatların bazada toplanması və heyəti onlardan istifadə yolları haqqında məlumatlandırma; Heyətə aid bir sıra məlumatların sistemə daxil edilməsi və emal olunması. Bu məlumatlara ünvan, vəzifə, əmək haqqının dərəcəsi, şəxsiyyət vəsiqəsi, şəkil, təhsil, mükafat və bildiyi xarici dillər haqqında məlumatlar aiddir; Şagirdlərin ünvanları, şəkili, təhsil sənədi, məktəbə qəbulu, şəxsiyyəti təsdiq edən sənədi, inzibati tənbehi və mükafatları kimi məlumatların mərkəzdə toplanması; Təhsil müəssisələrinin ünvanı, atributları, şəkili, müəllim heyəti, köməkçi, idarəedici və eyni zamanda qeyripedaqoji heyəti, tədris sinifləri haqqında bütün məlumatların təfərrüatı ilə sistemə daxil olunması və onların geniş istifadəsi; Məktəb xəritəsinin tərtibatı, binaların, kabinet və laboratoriyaların, emalatxanalar barədə məlumatların, fənlərin statistikasının, tədris sinfi növlərinin və tədris strukturu üzrə ayrı-ayrı göstəricilərin sistemə əlavə olunması.
Davamı. . . 7) Xüsusi qayğıya ehtiyacı olan uşaqların distant təhsilinin icrasını təmin etmək məqsədi ilə İKT avadanlıqlarından və texniki vasitələrdən istifadəyə dair 50 nəfər müəllim, 160 nəfər şagird və 160 nəfər valideyn heyətinə təlimlərin keçirilməsi istiqamətində işlərin icrasına başlanmışdır.
SUALLAR? TƏŞƏKKÜRLƏR!
- Slides: 30