Masir mktbin mllimi v mllimin cmiyytd rolu lkr
Müasir məktəbin müəllimi və müəllimin cəmiyyətdə rolu Ülkər Bayramova ubayramova@khazar. org bayramova. u@gmail. com
Müəllim
Müəllim kimdir? • Dar mənada "Müəllim" ərəbcədən tərcümədə "dərs keçən, tədris edən", geniş mənada Azərbaycan dilinin izahlı lüğətində məktəbdə hər hansı bir fəndən dərs deyən adam, nəsihət verən, öyüd verən, öyrədən, ağıl verən deməkdir. Müəllim - ilk növbədə insandır, bilikli, savadlı, tərbiyəli, uşaqları və peşəsini sevəndir, uşaqları, gəncləri xalqın, vətənin gələcəyi üçün hazırlayan vətənpərvərdir, vətəndaşdır, ictimai xadimdir. . . • Ü. Hacıbəyov belə yazırdı: "Müəllimlik vəzifəsi çox çətin və ən məsuliyyətli bir vəzifədir. Hər adam onun öhdəsindən gələ bilməz və hər bir adama müəllim deyib, uşaqları ona tapşırmaq böyük xətadır. Yalnız bir təlimdən başqa uşağın tərbiyəsi dəxi müəllimin öhdəsindədir. Uşaq dəxi qabili tərbiyə bir şey olduğuna görə, onu nə tövr tərbiyə etsən, o cür də adam çıxar. Tərbiyə işində cüzi bir səhlənkarlıq uşağın gələcəyini pozub, evini yıxar ".
Müəllimlik peşəsinin səciyyəvi xüsusiyyətləri • Мüəllimlik peşəsi deyə bilərik ki, cəmiyyətimizdə kütləvi pеşədir. Çünki nəsilləri öyrətmək, tərbiyə еtmək çох gərəkdir. Bunа görə də müəllimlik pеşəsinə həmişə еhtiyаc duyulmaqdadır. • Müəllimlik peşəsi nadir peşədir. Bu pеşə kütləvi оlmаqlа bərаbər, həm də nаdir pеşədir. Çünki müəllim çох оlsа dа, yаddа qаlаn bir-iki nəfər оlur. Оnlаr dа həyаtımızdа böyük rоl оynаyırlаr. • Мüəllimlik məsуliyyətli pеşədir. Çünki müəllim insаn üzərin-də işləyir və burаdа səhvə yоl vеrmək оlmаz. Bu işdə burахılmış səhv, nöqsаn öz nəticəsini dərhаl оlmаsа da, bir müddətdən sоnrа hökmən göstərəcəkdir. • Мüəllimlik mürəkkəb bir peşədir. Bu mürəkkəblik оnun yаrаdıcı оlmаsı ilə bаğlıdır. Мüəllim bir аndа müхtəlif rоllаrdа çıхış еtməli оlur. О, müхtəlif intоnаsiyаlаrlа, müхtəlif jеst və hərəkətlərlə işləyir. Hər bir uşаğın «öz dili ilə» dаnışır.
Müəllimin peşə qabiliyyətləri • Akademik qabiliyyət — geniş və dərin biliyə malik olmaqda, elmin son nailiyyətlərini öyrənməkdə və şagirdlərə çatdırmaqda ifadə olunur. • Didaktik qabiliyyət — bilikləri öyrətmə bacarığında, pedaqoji-metodik ustalığa yiyələnməkdə özünü göstərir. • Ünsiyyət (kommunikativ) qabiliyyəti — uşaqlarla, öz həmkarları ilə və valideynlərlə düzgün ünsiyyət yaratmaqda, demokratik ünsiyyət üslubunda, hər bir uşağa fərdi yanaşma bacarığında ifadə olunur. • Konstruktiv qabiliyyət — özünün və uşaqların (kollektivin) fəaliyyətini düzgün planlaşdırmaqda, çətinlikləri əvvəlcədən duyub, onları aradan qaldırmağa hazır olmaqda ifadə olunur. • İradi-emosional qabiliyyət — müəllimin özünü, hisslərini düzgün idarə etməkdə, mülayimlik və ciddiliyi uzlaşdırmaqda, səbirli olmaqda ifadə olunur. • Pedaqoji qabiliyyətlər — insana hazır verilmir; onları gündəlik fəaliyyətdə, gərgin əməklə qazanmaq olar.
Müəllimlik fəaliyyənin funksiyaları • Müəllimlik insanları, öyrənməyi və öyrətməyi sevənlər üçün ideal bir sənətdir. • Müəllimlər bir çox ölkələrdə dövlət qulluqçularıdır. • Müəllimlik bir çox ölkələrdə ən çox seçilən sənətdir • Müəllimlik sahəsi qadınların ən çox seçdiyi sahədir. • Müəllimlik ən çox orta və orta təbəqənin altındakı insanların seçdiyi sahədir. • Müəllimlik sənətinin gəliri azdır. • Müəllimlik sənətinin sosial statusu aşağıdır. • Müəllimlik fəaliyyətinin kariyer pillələri məhdudur. • Müəllimlik sənətini tərk etmə faizi yüksəkdir.
Müasir müəllim
Müasir müəllimin qabiliyyətləri • İnnovativ: Müasir müəllim yenilikləri sınaqdan keçirməyə hazır olmalı, müxtəlif texnika və vasutələrdən, İKT və elektron vasitələrdən istifadə etməklə dərslərini qururlar. Müəllim The modern “erkən tətbiqçi” olmalıdır. • Entuziast texnikaçı: Müasir müəllim yalnız innovativ deyil, həm də entuziast texnikaçı olmalı, yeni texnologiyaları tətbiq etməkdə naraqlı olmalıdır. Sinifdə İKT texnologiyalarından çox böyük həvəslə istifadə etməlidir. • Sosial: Ənənvi təhsilin metodlarındamn biri açıq suallara hazır olmaqdır. Müasir müəllim sinifdən kənarda da, sosial şəbəkələrdə ünsiyyəti davam etdirməyi bacarmalıdır. • Kompyüter mütəxəssisi: Sözün yaxşı mənasında kompyuter mütəxəsssisi. İnternet insanlığın indiyə qədər sahib olduğu ən yaxşı mənbələrdən biridir və müasir müəllim hər fürsətdə bu mənbədən ustalıqla istifadə etməyi bacarmalıdır. İnanın ki, bunu siz etməsəniz şagirdləriniz edəcək!
Dünya ölkələrində müəllim • Amerika Birləşmiş Ştatlarında müəllimlik qadın peşəsi olaraq görülür. Burada müəllimlər ortalama 3 min dollar maaş alırlar. Müəllimlər üçün paltar zəruriliyi yoxdur. Bu ölkədə müəllimlərin ən böyük problemi şagirdlərin intizamsız olmasıdır. 20 il müddətində müəllimlik etmiş şəxs 55 yaşında təqaüdə çıxmaq haqqına sahib olur. • Almaniyada isə müəllimlərin tək məcburiyyəti öz iş yerlərini özlərinin tapmaq məcburiyyətində olmalarıdır. Müəllimlik bu cəmiyyətdə ən çox tətil haqqına sahib olan peşə kimi qiymətləndirilir. Maaşları 2 -3 min dollar arasında dəyişir. 35 illik müəllimlik stajı olan şəxslər 63 yaşında təqaüdə ayrılırlar. • Çində müəllimə hörmət etmək qanunla tənzimlənir. Ümumi olaraq bank işçiləri ilə eyni maaşı alırlar. 10 sentyabr Çində müəllimlər günü olaraq qeyd olunur. • Fransada praktikant müəllim 1100 dollar, 30 illik stajı olan müəllim isə 2 min 500 dollar maaş alır. Müəllimlər üçün müxtəlif karyera qrupları var. Həmçinin onlara öyrədici fəaliyyətlər üçün əlavə vəsait verilir. Pensiya yaşı minimum 60 yaş olaraq qəbul olunub.
Müasir müəllimin xüsusiyyətləri
Bilik cəmiyyəti • İnformasiya: sözlər, şəkillər, səslərin ifadə olunması vasitəsilə faktlar, şərhlər, fikirlər. . . Bunlar dəyişdirilə və saxlanıla bilər. . . • Bilik: Tarixə və məzmuna uyğun olaraq informasiyanın bir insan tərəfindən yenidən işlənməsi və çatdırılmasıdır. Və bütün bu məlumatların necə və nə cür çatdırılması həmin insandan asılıdır • İnformasiya ötürülə bilər, • Bilik isə inşa və əldə edilməlidir
Davamı. . . • İnformasiya cəmiyyəti: Bu elə bir cəmiyyətdir ki, burda informasiya dəyişdirilə, alına, satıla, yerləşdirilə, ötürülə və davam etdirilə bilər. Bu rəqəmsal cəmiyyətdir. • Bilik cəmiyyəti: Bu, biliyin ədalət, həmrəylik, demokratiya və sülh gətirdiyi insan cəmiyyətidir. Bu, biliyin cəmiyyəti dəyişdirmək üçün əsas güc olduğu cəmiyyətdir. Bu, informasiyaya ümumi və bərabərhüquqlu əlçatanlığı təmin edən cəmiyyətdir (UNESCO).
Davamı. . . • Bilik cəmiyyəti qurmaq üçün İKT-ni inteqrasiya etmək: Öyrənərək bilmək İKT və biliklər, bilik əldə etmək Öyrənərək etmək Yeni imkanlar, İKT vasitəsilə həyata keçirmək Öyrənmək birlikdə yaşamağı Yeni ünsiyyət, «e-vətəndaş» Öyrənərək olmaq … bilik cəmiyyətində; şəxsi inkişafda olmaq
Şəbəkəli cəmiyyət Zəncirdən piramidaya və şəbəkəyə 14
MÜƏLLİMİN FUNKSIYALARI 1. 2. 3. 4. 5. 6. 7. 8. 9. Diaqnostlaşdırma Planlaşdırmaq Layihələşdirmə Təşkiletmə İnformasiya vermə Qiymətləndirmə Nəzarətetmə Korreksiya Analitik
Müəllimin funksiyaları 1. Diaqnostlaşdırma və proqnozlaşdırma – (diaqnosis- yunan sözüdür, müəyyənləşdirmə deməkdir), (proqnosis- nəyinsə inkişafını qabaqcadan görmək). Müəllimin öz işinin nəticələrinin qabaqcadan görmək bacarığında özünü göstərir. 2. Planlaşdırmaq- öz fəaliyyətinin strategiyasını müəyyənləşdirmək. 3. Layihələşdirmə- Əlində diaqnozu, planlaşdırması olan müəllim fəaliyyətinin layihəsini hazırlayır. 4. Təşkiletmə-Şagirdləri nəzərdə tutulan işi görməyə ruhlandırmaqla, məqsədə nail olmaq üçün onlarla əməkdaşlıq etməklə bağlıdır. 5. İnformasiya vermə - Müəllim şagirdlər üçün başlıca informasiya mənbəyidir. 6. Qiymətləndirmə-Nəzarəti həyata keçirən zaman, qiymətləndirmə zamanı şagirdlərin həm nailiyyətləri, həm də uğursuzluqlarının səbəbləri müəyyənləşir. 7. Nəzarətetmə 8. Korreksiya 9. Analitik –Müəllim son mərhələdə başa çatan işi təhlil edir, onun səmərəliliyini müəyyənləşdirir.
Müəllimin keyfiyyətləri • Pedaqoji takt • Pedaqoji ustalıq • Müəllim qərarverən kimi • Müəllim öyrənmə işinə istiqamətverən kimi • Müəllim nümunə kimi • İnsani keyfiyyətləri olmalıdır • Natiqlik məharəti Və s.
SUALLAR? TƏŞƏKKÜRLƏR!
- Slides: 18