3 c maddnin mxtlif kontekstlrd ttbiqi Lilian Apostol
3 -cü maddənin müxtəlif kontekstlərdə tətbiqi Lilian Apostol 2017
Ümumi ilkin mülahizələr • KONTEKSLƏRƏ və / və ya VƏZİYYƏTLƏRƏ keçməzdən əvvəl, deyilənlərə əlavə olaraq TƏTBİQETMƏNİN bəzi mühüm PRİNSİPLƏRİ nəzərdən keçirilməlidir: • • • MƏHDUDLAŞDIRICI üsula qarşı GENİŞ tətbiqetmə ÜFÜQİ üsula qarşı ŞAQULİ tətbiqetmə NİYYƏTSİZLİYƏ qarşı NİYYƏTLİLİK NƏTİCƏLİ üsula qarşı ŞƏRTSİZ tətbiqetmə PROSEDURA qarşı MAHİYYƏT üzrə tətbiqetmə
MƏHDUDLAŞDIRICI üsula qarşı GENİŞ tətbiqetmə • GENİŞ sözünü təfsir etdikdə qayda nəzərdə tutulur • məsələn, “Bundan əlavə, Konvensiyanın 3 -cü maddəsinin məhdudlaşdırıcı şəkildə təfsir edilib-edilməməli olmasına dair ümumi sualla əlaqədar, Komissiya vurğulayır ki, İnsan Hüquqları haqqında Avropa Konvensiyası ilə zəmanət verilən fərdi hüquq və azadlıqların məhdudlaşdırıcı şəkildə təfsiri bu müqavilənin vəzifə və məqsədinə zidd olacaqdır. . » . (Şərqi Afrikalı Asiyalılar Birləşmiş Krallığa qarşı, Komissiyanın 14/12/1973 -cü il tarixli hesabatı, § 192) • MƏHDUDLAŞDIRICI üsul, belə rəftarlardan çəkinməklə bağlı dövlət öhdəliyini təfsir etmə halları istisna olmaqla, 3 -cü maddə kontekstində tətbiq edilmir (NEQATİV ÖHDƏLİK).
MƏHDUDLAŞDIRICI üsula qarşı GENİŞ tətbiqetmə • Yekunda, 3 -cü maddənin geniş tətbiqi, aşağıdakı kimi, öz tətbiq dairəsinə bir sıra əvvəlcədən bəlli olmayan vəziyyətləri daxil etməyə imkan verir: • məsələn, SAXLAMA ŞƏRTLƏRİ, «Əvvəlki işlərdə, Məhkəmə və keçmiş Komissiya, saxlama şərtlərinin 3 -cü maddəyə zidd olduğuna dair qərar verməyə meylsiz olurdular. Hətta saxlama üzrə beynəlxalq standartların pozulması hallarının təsdiq edildiyi, lakin heç bir pozuntunun aşkar edilmədiyi hallar da olmuşdur, məsələn Kroçer və Moller İsveçrəyə qarşı, Komissiyanın 16 dekabr 1982 -ci il tarixli hesabatı, DR 34
Saxlama şərtləri. Minimumdan genişə doğru. Təkyerli kamerada saxlama. • Məsələn, Ensslin, Baader və Raspenin AFR-ə qarşı olduğu işdə (1978) təkyerli kamerada saxlama 3 -cü maddənin tətbiq dairəsinə düşməmişdir. Sonralar, Kroçer və Mollerin İsveçrəyə qarşı olduğu işdə (1982, DR 34) Komissiya təkyerli kamerada saxlama hallarını da onun tətbiq dairəsinə aid etmişdir. • Məhbusu həbsxanadakı digər insanlardan təcrid etmə özlüyündə qeyri-insani rəftar forması deyildir (Müraciətlər üzrə qərarlar. . . , Ensslin, Baader və Raspe AFR-ə qarşı, D. R. 14, səh 64 və 84). Komissiya, fərqli müddətlər və intensivlik dərəcələri ilə həbsxanada təcrid etmə müddətlərinə dair bir sıra işlərlə üzləşmişdir ( … Mk. Fili və digərləri Birləşmiş Krallığa qarşı, D. R. 20, səh. 44). Bir işdə o, bəyan etmişdir ki, təkyerli kamerada saxlama müddətinin uzadılması, xüsusən də işə baxılma təxirə salındığı üçün məhbus həbsdə qaldığı hallarda çox da arzuolunan deyildir (bax, Müraciət N° 6038/73 v. Almaniya Federativ Respublikasına qarşı, Coll. 44, səh. 115) Lakin, müvafiq halda belə bir tədbirin Konvensiyanın 3 -cü maddəsinin tətbiq dairəsinə düşüb-düşməsini müəyyən etmək üçün ayrıca şərait, tədbirin ciddiliyi, onun müddəti, qarşıya qoyulan məqsəd və müvafoq şəxsə təsirləri nəzərdən keçirilməlidir (yuxarıda göstərilən Ensslin, Baader və Raspenin müraciəti ilə bağlı qərarlar).
MƏHDUDLAŞDIRICI üsula qarşı GENİŞ tətbiqetmə • 3 -cü maddənin geniş tətbiqinə digər bir nümunə «MƏİŞƏT ZORAKILIĞIDIR» . Opuzun Türkiyəyə qarşı olduğu işə qədər, Məhkəmə 3 -cü maddəni bu cür ciddi özəl kontekstdə tətbiq etməmişdi: • 163. … Məhkəmə Konvensiyanın I Hissəsində müəyyən edilmiş hüquqların və azadlıqların yekun rəsmi təfsirini verir, Məhkəmə, hətta onlar başqa dövlətlərə aid olduğu halda belə, oxşar məsələlər üzrə öz qərarlarından irəli gələn prinsiplərin milli orqanlar tərəfindən kifayət qədər nəzərə alınıb-alınmadığını nəzərdən keçirəcəkdir. • 164. Bundan başqa, Konvensiyanın müddəalarını və xüsusi işlərdə (. . . ) dövlətin vəzifələrinin əhatə dairəsini təfsir edərkən, Məhkəmə, Avropa dövlətlərinin təcrübəsindən və CEDAW kimi xüsusi beynəlxalq sənədlərdən yaranan hər hansı konsensus və ümumi dəyərləri axtaracaq, habelə gender zəminində zorakılıq hallarının aradan qaldırılması ilə bağlı dövlətlərin ayrıca öhdəliklərini müəyyən edən Belém do Pará Konvensiyası kimi digər işləmələr yolu ilə beynəlxalq hüquqda normaların və prinsiplərin tədricən təşəkkül tapmasına diqqət yetirəcəkdir.
ÜFÜQİ üsula qarşı ŞAQULİ / QEYRİ-SƏCİYYƏVİYƏ qarşı SƏCİYYƏVİ • ŞAQULİ TƏTBİQETMƏ səciyyəvi vəziyyətlər • BİRBAŞA DÖVLƏT cavabdehliyi / güclü, lakin təkzib oluna bilən prezumpsiya ilə • Qeyri-düzgün rəftarın aktiv subyektləri - DÖVLƏT ORQANLARI və / və ya DÖVLƏT TƏŞKİLATLARI, onlara tabe olan təşkilatlar • Cavabdehlik həm FƏRDİ və ümumi İNSTİTUTSİONAL xarakter daşıyır. Biri digərini istisna edə bilməz. • ÜFÜQİ TƏTBİQETMƏ Dolayı təsir qeyri-səciyyəvi hallar • BİLVASİTƏ DÖVLƏT cavabdehliyi / cəlb etmə ilə • Qeyri-düzgün rəftarın aktiv subyektləri - ÜÇÜNCÜ TƏRƏFLƏR və ÖZƏL təşkilatlar • Cavabdehlik qarşılıqlı eksklüziv xarakter daşıyır. FƏRDİ cavabdehlik DÖVLƏTİN İNSTİTUTSİONAL cavabdehliyini istisna edə bilər və ya bunun əksi ola bilər.
ÜFÜQİ üsula qarşı ŞAQULİ / QEYRİ-SƏCİYYƏVİYƏ qarşı SƏCİYYƏVİ • ŞAQULİ TƏTBİQETMƏ Səciyyəvi vəziyyətlər • Dövlətin cavabdehliyi VASİTƏLƏR və NƏTİCƏLƏRDİR (cəzasızlıqla mübarizə, qabaqlama) • NİYYƏTLİ rəftarlar fərdin cinayət məsuliyyətini və institutsional mülki cavabdehliyi ehtiva edən hüquq müdafiə vasitəsi kimi effektiv CİNAYƏT MÜHAKİMƏ sistemi tələb edir. • NİYYƏTSİZ rəftarlar üçün isə həm qabaqlayıcı, həm də qarşılığın ödənilməsi təbiətində olan güclü effektiv məhkəmə və inzibati hüquq müdafiə vasitələri tələb olunur (saxlama şərtləri üzrə hüquq müdafiə vasitəsi - Ananyev və digərləri Rusiyaya qarşı , Torreggiani və digərləri İtaliyaya qarşı, Stella və digərləri İtaliyaya qarşı (dec. ) və s. ). • ÜFÜQİ TƏTBİQETMƏ Qeyri-səciyyəvi vəziyyətlər • Dövlət cavabdehliyi adətən POZİTİV VASİTƏLƏRDİR, lakin NƏTİCƏLƏR deyildir (pozitiv öhdəliklərin güclü nəzəriyyəsi) • NİYYƏTLİ rəftarlarda, dövlət, həm fərdlər, həm də özəl təşkilatlar üçün (hüquqi şəxslərin cinayət məsuliyyəti) ya POZUNTU ya CİNAYƏT MÜHAKİMƏ SİSTEMİ yaratmaq imkanına malikdir. • NİYYƏTSİZ rəftarlar üçün mülki hüquq müdafiə vasitələri kifayət edir (Calvelli və Ciglio italiyaya qarşı baxılmalıdır; Lopes de Sousa Fernandes Portuqaliyaya qaşrı, GC gözlənilir)
NİYYƏTLİ Vəziyyətlər (tükənməyən) • • • SƏCİYYƏVİ NİYYƏTLİ Cinayət araşdırmaları zamanı etiraflara nail olma məqsədilə məcburetmə münasib olmayan davranışa və ya qaydaların pozulmasına görə cəza qismində həbsdə olarkən və ya saxlanılarkən pis rəftar polisin gücündən həddən artıq istifadə alçatma, nüfuzdan salma, ləkələmə və ya ayrı-seçkilik etmə kimi digər məqsədlər üçün dövlət orqanlarının əlində olarkən pis rəftar • • • QEYRİ-SƏCİYYƏVİ NİYYƏTLİ zorakı mübarizələr və kütləvi qarşıdurmalar zamanı özəl iştirakçılar tərəfindən pis rəftar həbsdə olarkən və ya saxlanılarkən digər məhbuslar tərəfindən pis rəftar Maarifləndirmə cəzaları (Tyrer Birləşmiş Krallığa qarşı) Qanunsuz saxlanılma halında məcburi əqli tibbi müalicə (Gorobeț Moldovaya qarşı)
NİYYƏTSİZ Vəziyyətlər (tükənməyən) • • • SƏCİYYƏVİ Nəzarət altına aldıqdan sonra yoxa çıxma Məcburi-repatriasiyadan imtina prinsipinə zidd olaraq ekstradisiya və ya deportasiya halları Saxlama hallarında qeyri-insani şərait Həbsdə olarkən lazımi tibbi yardımın göstərilməməsi Həbsdə olarkən tibbi əsas olmadan qidalanmaya məcbur etmə (Nevmerzhitsky Ukraynaya qarşı) Araşdırma tədbirləri zamanı müdaxilə tərzində fiziki şəkildə dəlillərin alınması və ya hədsiz tədbirlər (Jalloh Almaniyaya qarşı) QEYRİ-SƏCİYYƏVİ • məişət zorakılığı • müxtəlif əmək və avtomobil qəzaları • tibbi səhlənkarlıq
NİYYƏTSİZLİK NİYYƏTLİLİYƏ çevrilir • Bəzi hallarda nəticələrdən asılı olaraq (aşağıda bax, «nəticəli qiymətləndirmə» ), dövlət orqanlarının hərəkətləri və ya dövlətin adından edilən hərəkətlər həqiqətən NİYYƏTLİ edilən hərəkətə keçə bilər. • Məs. • Terrorçuluğa qarşı mübarizədə beynəlxalq əməkdaşlığın bir ünsürü kimi məcburi repatriasiyadan imtina prinsipinə ziddi olaraq həyata keçirilən ekstradisiya və deportasiya halları - El-Masri və Polşa ilə bağlı işlər • Aydın tibbi göstərişlərin olmasına baxmayaraq, həbsdə olarkən lazımi tibbi yardımın göstərilməməsi, bax, məs. Boicenco Moldovaya qarşı • Dindirmə zamanı polis zabitinin cinayət əməli törətmiş uşağa qarşı emosiyalara qapılaraq güc tətbiq etməsi Buyid Belçikaya qarşı
NİYYƏTSİZLİK 3 -cü maddəni istisna edə bilməz • Hümmətov Azərbaycana qarşı – ömürlük azadlıqdan məhrum edilmə cəzasına məhkum edilmiş məhbusa lazımi tibbi qayğının göstərilməməsi • 120. Məhkəmə belə hesab edir ki, bu işdə, müraciət edən tərəfi alçatmaq və ya aşağılamaq üçün hər hansı bir niyyətin olduğunu göstərən dəlil yoxdur. Lakin, bu cür hər hansı bir məqsədin olmaması nəticə etibarilə Konvensiyanın 3 -cü maddəsinin pozulması halının aşkar olunmayacağını istisna etmir. (Bax V. Birləşmiş Krallığa qarşı [GC], no. 24888/94, § 71, ECHR 1999 -IX, və Peers Yunanıstana qarşı, no. 28524/95, § 74, ECHR 2001 -III).
NƏTİCƏLİ üsula qarşı ŞƏRTSİZ Vəziyyətlərin 3 -cü maddənin tətbiq dairəsinə aid edilməsində tətbiq oluna bilən iki növ MƏNƏVİ əsaslandırma mövcuddur. • NƏTİCƏLİ əsaslandırmada hərəkətin NƏTİCƏLƏRİNƏ istinad olunur, yəni hərəkətin nəticələrində mənəvi baxımdan düzgünlük müəyyən edilir (məsələn, utilitarizm) • ŞƏRTSİZ əsaslandırmada isə HƏRƏKƏTİN özünün düzgünlüyünə və ya yanlışlığına istinad olunur, yəni nəticələrdən asılı olmayaraq, müəyyən vəzifələrdə və hüquqlarda mənəvi baxımdan düzgünlük müəyyən edilir (məs. İmmanuel Kant)
NƏTİCƏLİ üsula qarşı ŞƏRTSİZ Bu əsaslandırma NECƏ 3 -cü maddəyə tətbiq edilir? • NƏTİCƏLİ əsaslandırma tətbiq edilməni genişləndirməyə imkan verir və fərdə vurulan ziyan nəzərdən keçirilir. Məs. Gafgen Almaniyaya qarşı, itkin düşmüş uşağın yerinin müəyyən olunması üçün polis tərəfindən fiziki güc tətbiq etmək hədələri. 108. Müraicət edən tərəfin məruz qaldığı rəftarı səciyyələndirmək üçün müvafiq amilləri nəzərdən keçirdikdən sonra, Məhkəmə onunla kifayətlənmişdir ki, müraciət edən tərəfə qarşı informasiya almaq məqsədilə edilən real və birbaşa hədələrdə təkzib edilən davranışın 3 -cü maddənin tətbiq dairəsinə aid edilməsi üçün minimum dərəcədə sərtlik olmuşdur. . işgəncə verməklə hədələmə işgəncəyə bərabərdir, çünki işgəncə öz təbiətinə görə həm fiziki ağrını, həm də əqli iztiraba məruz qalmanı əhatə edir. Xüsusilə, fiziki işgəncə qorxusu özü əqli işgəncə hesab edilə bilər. Lakin, bu fiziki işgəncə hədəsinin psixoloji işgəncə və ya qeyri-insani və ya ləyaqəti alçaldan rəftar hesab edilməsi bu işdəki digər hallardan asılıdır, o cümlədən xüsusən də göstərilən təzyiqin sərtliyi və əqli iztiraba məruz qoyma intensivliyi. . . şəxsi (müraciət edən tərəfi) dindirmə üsulu. . . hərəkətin 3 -cü maddə ilə qadağan olunmuş qeyri-insani rəftar hesab edilməsi üçün kifayət qədər ciddi olmuşdur, lakin işgəncə kimi qəbul edilməsi üçün tələb olunan qəddarlıq səviyyəsinə çatmamışdır.
NƏTİCƏLİ üsula qarşı ŞƏRTSİZ Bu əsaslandırma NECƏ şəkildə 3 -cü maddəyə tətbiq edilir? • ŞƏRTSİZ əsaslandırma hər hansı bir səbəbdən hər hansı bir rəftarı qadağan edir və hansı səbəbin olmasına baxmayaraq hər hansı bir əsaslandırmanı rədd edir. • Məs. “Konvensiyadakı əksər maddi normalardan fərqli olaraq, 3 -cü maddədə hər hansı istisnalar və əhalinin həyatını təhlükə altına alan fövqəladə halda 15 -ci maddənin 2 -ci paraqrafına əsasən yol verilə bilən hallardan kənara çıxma nəzərdə tutulmur. (bax, Selmouni Fransaya qarşı [GC], no. 25803/94, § 95…). Məhkəmə təsdiq etmişdir ki, hətta terrorçuluq və mütəşəkkil cinayətkarlığa qarşı mübarizə kimi ən çətin hallarda belə, Konvensiya, müvafiq şəxsin davranışından asılı olmayaraq, mütləq mənada işgəncəni və qeyri-insani və ya ləyaqəti alçaldan rəftarı və ya cəzanı qadağan edir (bax, Chahal Birləşmiş Krallığa qarşı, 15 noyabr 1996 -cı il, § 79, …).
PROSEDURA qarşı MAHİYYƏT • MAHİYYƏT – NƏYİN BAŞ VERDİYİNİ müəyyən etmək üçün nəticələrə, fəsadlara və məhdudiyyətlərə istinad olunur • «hər hansı bir əsaslı şübhədən kənar» olaraq müəyyən edilməlidir (İrlandiya Böyük Britaniyaya qarşı) • PROSEDUR – NƏYİN BAŞ VERDİYİ NECƏ müəyyən edilmişdir • kifayət qədər etibarlı dəlillərə və ya sübuta yetirilə bilən iddialara əsaslanmalıdır (mahiyyət üzrə araşdırmanı müəyyən edən iddialar - Mehdiyev Azərbaycana qarşı)
Vəziyyətlər / Kontekstlər • Məcburetmə və etiraflara nail olma • Həbsdə olarkən • Həbs və polisin gücündən hədsiz istifadə, o cümlədən araşdırma aparılan zaman məhdudlaşdırıcı tədbirlər • Saxlama şəraiti • Həbsdə olarkən lazımi tibbi yardım • Esktradisiya və deportasiyalar (məcburi repatriasiyadan imtina) • Kütləvi iğtişaşlar • Cəzasızlıq
Vəziyyətlər / Kontekstlər • İtkin düşmələr • Ayrı-seçkilik • Məişət zorakılığı • Terroçuluqla mübarizə və “tıqqıldayan saatlı bomba» ssenarisi • Dəlillərdən və «zəhərli meyvə» qaydasından istifadə • Ərazidən kənarda tətbiqetmə
Məcburetmə və etiraflara nail olma • • • Niyyətli. Şərtsiz. Mahiyyət və prosedur. Fərdi və institutsional məsuliyyət. Cinayət araşdırması kontekstində məlumat əldə etmə və ya etirafa nail olma məqsədilə. «Zərərin qeyri-zorakı təbiətinin «əsaslı izahını» vermək üçün sübutetmə yükü (onus probandi) hakimiyyət orqanlarının üzərinə düşür. Həbsdə olarkən xəsarətlər olduğu halda «ciddi ehtimallar» . “Hər hansı əsaslı şübhədən kənar» sınaq standartı. Adətən işgəncəyə bərabər tutulan xüsusilə ağır rəftar hesab edilir. Cinayət mühakiməsinə təsir edir. Bütövlükdə dəlilləri və prosesi «korlamaqla» ədalətli mühakimənin mühüm pozuntusu kimi götürülür (6 -cı Maddə) (aşağıda bax)
Məcburetmə və etiraflara nail olma. Nümunələr • Aksoy Türkiyəyə qarşı - hər iki qolun iflic olmasına səbəb olmaqla qollar vasitəsilə «Fələstinlinin asılmasının» qarşısını alma • Salman Türkiyəyə qarşı və Yunanıstanla bağlı iş – ayaqların altına vurmaqla fələkə üsulunun tətbiqi • Akkoç Türkiyəyə qarşı – elektroşok • Selmouni Fransaya qarşı – Hədsiz alçatma, sıxıcı və aşağılayan rəftar • Gafgen Almaniyaya qarşı – itkin düşmüş uşağın yerini müəyyən etmək üçün fiziki zorakılıq olmadan fiziki zərər yetirməklə hədələmələr
Həbsdə olarkən pis rəftar. Polis qəddarlığı Niyyətli. Şərtsiz. Mahiyyə və prosedur. Fərdi və institutsional məsuliyyət • «məcburetmə və nail olma» nın əhatə dairəsinə aid olmayan digər alçaldıcı və aşağılayan rəftar halları • Nəticələrdən asılı olaraq pis rəftardan işgəncəyə qədər dəyişə bilər (bax Bouyid Belçikaya qarşı) • Ayrı-seçkiliyə yol verilən rəftarla müşayiət oluna bilər (bax, aşağıda) • Ağırlıq dərəcəsi həm nəticələrə, həm də rəftarın xüsusiyyətlərinə görə dəyərləndirilir.
Həbsdə olarkən pis rəftar. Polis qəddarlığı. Nümunələr • Aydın Türkiyəyə qarşı - saxlanılan qadının zorlanması və onunla pis rəftar iddiası və onun bu cür işgəncəyə məruz qalmasına dair şikayəti ilə əlaqədar hakimiyyət orqanları tərəfindən effektiv araşdırmanın aparılmaması • Davıdov və digərləri Ukraynaya qarşı - təlim tapşırıqları zamanı xüsusi hərbi qüvvələrin məhbuslarla pis davranması • Bouyid Belçikaya qarşı - dindirmə zamanı polis zabitlərinin güc tətbiq etməsi ilə bağlı iddia
Həbs və polisin gücündən hədsiz istifadə Niyyətsiz (yaranmaya bilər). Şərtsiz və nəticələri dəyərləndirmə. Mahiyyət və prosedur. Fərdi və institutsional məsuliyyət. • Qurban qanunsuz, zorakı, təhlükəli davrandığı halda belə mütləq şəkildə qadağan edilmə üstünlüyə malik olur. • Polis tərəfindən həyata keçirilən tədbirlərin və müraciət edən tərəfin müqavimətinin «uyğunluğunun» dəyərləndirilməsi aparılır, LAKİN, bu, ƏSASLANDIRMA KİMİ aparılmır. • 2 -ci maddədə olduğu kimi gücün «çox zəruri» və «uyğun» olub-olmaması araşdırılır. • Müəyyən dərəcədə məcburetməyə icazə verildiyi bütün hallarda tətbiq edilir • Polis araşdırmaları - Rehbok Sloveniyaya qarşı - həbs olunarkən hədsiz və əsas olmadan gücdən istifadə nəticəsində üzdəki xəsarətlər; həbs planlaşdırılmışdır və buna görə də risklər dəyərləndirilmişdir, polisin sayı şübhəli şəxslərin sayından xeyli çox olmuşdur və qurban polisə qarşı silah çıxarmamışdır. • Şəxs saxlanılarkən həbsxana heyəti tərəfindən məhdudlaşdırıcı tədbirlərin tətbiqi - İpate Moldovaya qarşı – şəxs başqa bir kameraya keçməkdən imtina etdiyi halda ona qarşı güc tətbiq etmə.
Həbs və polisin gücündən hədsiz istifadə. Nümunələr. • Polis araşdırmaları - Rehbok Sloveniyaya qarşı - həbs olunarkən hədsiz və əsas olmadan gücdən istifadə nəticəsində üzdəki xəsarətlər; həbs planlaşdırılmışdır və buna görə də risklər dəyərləndirilmişdir, polisin sayı şübhəli şəxslərin sayından xeyli çox olmuşdur və qurban polisə qarşı silah çıxarmamışdır. • Həbsxanalar. İntizam tədbirləri - İpate Moldovaya qarşı – şəxs başqa bir kameraya keçməkdən imtina etdiyi halda ona qarşı güc tətbiq etmə.
Saxlama şərtləri Niyyətsiz. Nəticələri dəyərləndirmə. Əsaslı. İnstitutsional məsuliyyət. • Ümumi və vahid dəyərləndirmə və hər bir işin ayrılıqda dəyərləndirilməsi. • Müvafiq amillər qurbanın zəifliyi, saxlama müddəti, maddi şərtlər, yerin həddən artıq dolu olması, sanitar şərait və s. • Sübutetmə yükü orqanların üzərinə düşür. • Saxlama müddəti özü normal halda qeyri-insani rəftarla bağlı ehtimallar yaratmır. • Azadlığın hər hansı bir şəkildə məhdudlaşdırılmasında çox vaxtı əziyyətə və aşağılanmaya məruz qalma ünsürü olur (minimum həddə) • Saxlama özü bütövlükdə şəxs saxlanılarkən əziyyətə məruz qalmanın qaçılmaz səviyyəsini minimum dərəcədə keçməlidir. • Sistematik FƏALİYYƏTSİZLİK və kütləvi pozuntularla eyni qiymətləndirilə bilər.
Saxlama şərtləri. Nümunələr • Duqoz Yunanıstana qarşı , Kalaşnikov Rusiyaya qarşı – qeyri-insani şərtlərin ümumi təsiri • Kudla Polşaya qarşı –saxlanılan şəxsə lazımi tibbi qayğı göstərmədən həddən artıq çox saxlama • Peers Yunanıstana qarşı , Xudoyorov Rusiyaya qarşı - saxlanılanlar üçün kifayət qədər yerin olmaması • Ananyev və digərləri Rusiyaya qarşı – Sistematik şəkildə ümumi fəaliyyətsizlik – Rusiyada təkrarlanan strukturla bağlı problem kimi saxlama üçün lazımi şəraitin olmaması. • Torreggiani və digərləri İtaliyaya qarşı, Stella və digərləri İtaliyaya qarşı Sistematik şəkildə həddən artıq dolu olma halları
Lazımi tibbi yardım • Niyyətsiz. Nəticələri dəyərləndirmə. Əsaslı. İnstitutsional məsuliyyət. • Yalnız saxlanılanlara istinad olunur (per a contrario Pentiakova və digərləri Moldovaya qarşı) - tibbi müalicənin lazımi qədər dövlət tərəfindən maliyyələşdirilməməsi, pasiyentlərin həyatını risk altında qoyma və onları əziyyətə məruz qoyma • Saxlanılan şəxsin sağlamlıqla bağlı əsaslarla azad edilməsinə dair ümumi öhdəliyin olmaması • Şəxsin mülki xəstəxanaya yerləşdirilməsi və ya ona xüsusi tibbi müalicə almaq imkanının verilməsinə dair heç bir öhdəliyin olmaması • Yalnız mövcud olan sağlamlığı qorumaq
Lazımi tibbi yardım. Nümunələr • Aleksanyan Rusiyaya qarşı - Saxlanılan şəxsdə HİV aşkarlandığı halda tibbi yardımın olmaması. Azadlıqdan məhrumetmə ilə bağlı praktiki tələblar • Matyu Niderlanda qarşı, və Timoşenko Ukraynaya qarşı –Tibbi müalicə ilə bağlı məhbusun hər bir arzusunu və istəyini yerinə yetirmək üçün şəraitin olmaması • Goqinaşvili Gürcüstana qarşı- Dövlətin həbsxanada tələb olunan keyfiyyətdə müalicəni təmin etmək imkanı • Holomiov Moldovaya qarşı və Hümmətov Azərbaycana qarşı –təyin olunan tibbi müalicəni keçmək üçün zəruri şərait
Deportasiya / Ölkədən çıxarma / Məcburi repatriasiyadan imtina • Deportasiya olunan şəxsin onu qəbul edəcək ölkədə işgəncə və ya qeyri-insani yaxud ləyaqəti alçaldan rəftara və ya cəzaya məruz qalacağına dair real riskin olması. • Diplomatik zəmanətlər bu riski yüngülləşdirmə bilər. • Qadağanın digər təsirləri ola bilər – məsələn, sıradan çıxmış dəlillərdən istifadə • «ölüm hökmünün icrası gözləmək» və ya ölüm cəzası ilə bağlı ittihamlar və hökmlər/ jus cogens
Deportasiya / Ölkədən çıxarma / Məcburi repatriasiyadan imtina. Nümunələr. • Soerinq Birləşmiş Krallığa qarşı – Müraciət edən tərəfin qəsdən adam öldürmə ittihamı ilə ölüm cəzasına məhkum ediləcəyindən və «ölüm hökmünün icrasını gözləməyə» məruz qalacağından ehtiyat etdiyi halda onun Amerika Birləşmiş Ştatlarına ekstradisiya olunması həyata keçirildiyi təqdirdə 3 -cü maddənin pozulması olacaqdır. • Milli təhlükəsizliklə bağlı səbəblərdən Sıx separatçısının Hindistana deportasiya olunmasına dair göstəriş vermə pozuntu hesab ediləcəkdir. - Cahal Birləşmiş Krallığa qarşı • Otman (Abu Qatada) Birləşmiş Krallığa qarşı - • 3 -cü maddə - Qəbul edən dövlətdən bu İslamçı hərəkatın tanınmış üzvünün İordaniyaya qayıtdığı təqdirdə heç bir pis rəftara məruz qalmayacağına dair təfsilatlı şəkildə verilən zəmanətlər • 6 -cı maddə - Müraciət edən tərəfin təkrar mühakiməsində iştirak etməyə icazə verilən üçüncü tərəflərin işgəncəsi ilə həqiqi dəlil əldə etmə riski
Kütləvi iğtişaşlar və xüsusi tədbirlərin görülməsi • Geniş şəkildə müsbət öhdəliklər nəzəriyyəsinin tətbiq olunması • Tək Dövlətin münasibəti deyil, eyni zamanda qabaqlayıcı tədbirlər qiymətləndirilir • MÜNASİBƏT - Taraburka Moldovaya qarşı –Kütləvi iğtişaşlardan sonra nisbətən qısa müddətdə saxlanılan şəxslərin polis tərəfindən sistematik və geniş şəkildə pis rəftara məruz qalmaları fonunda pis rəftar • QABAQLAYICI - Davıdov və digərləri Ukraynaya qarşı – təlim tapşırıqları zamanı məhbusların xüsusi qüvvələr tərəfindən pis rəftara məruz qalmaları və ya mutatis mutandis Guleç Türkiyəyə qarşı – silahlı kütləvi toqquşmaların yayılması, Giuliani və Gaggio İtaliyaya qarşı – G 8 etirazları və ehtiyatsızlıqdan ölüm
Kütləvi iğtişaşlar və xüsusi tədbirlərin tətbiq olunması • Bura, adətən, saxlama şəraiti (Navalnı və Yaşin Rusiyaya qarşı ) və ya mühakimə zamanı kabinədə saxlama (Yaroslav Belusov Rusiyaya qarşı) kimi digər ikinci dərəcəli aspektlər aid edilə bilər. • Saxlama, söz, toplaşmaq və dinc şəkildə etiraz etmə azadlıqlarının pozulması kimi bir sıra əlaqəli məsələlərə görə mürəkkəb ola bilər – son vaxtlarda - Emin Hüseynov Azərbaycana qarşı və Tahirova Azərbaycana qarşı
Cəzasızlıq • • Bütün araşdırma, təqib, mühakimə və icra mərhələlərinə aid edilir. Cinayət məsələlərində ümumi Dövlət siyasətləri nəzərə alınır. Bura qabaqlayıcı təsir, kifayət qədər ciddi cəza aid edilməlidir. Adətən, aşağıdakılar kimi, qanunvericilikdəki uyğunsuzluqlardan yaranır. • iddia (məsliyyətə cəlb etmə) müddətləri • cinayət qanunvericiliyində müvafiq müddəaların olmaması • yüngülləşdirilmiş cinayət cəzaları • Aşağıdakılar da daxil olmaqla, əməli törətmiş şəxsin təqsirini sübuta yetirməni faktiki mümkünsuz etmə kimi prosedur boşluqlardan yarana bilər. • İkili risk / non bis in idem • sərbəstliyin olmaması və təcililik
Cəzasızlıq. Nümunələr. • Bati və digərləri Türkiyəyə qarşı - İddia (məsuliyyətə cəlb etmə) müddəti səbəbindən faktiki cəzasız qalan cinayətkarlara qarşı danılmaz sübutların olmasına baxmayaraq, kifayət qədər sürətli və əsaslı səylərlə təqib etməmə • Okkali Türkiyəyə qarşı – Qabaqlayıcı təsir. Azyaşlı ilə pis rəftar etməkdə təqsirli bilinən şəxslərə təyin edilən və təxirə salınan minimum cəzalar. • Valeriu və Nikolae Roska və Paduret Moldovaya qarşı – işgəncə cinayətlərinə görə iddia (məsuliyyətə cəlb etmə) müddətinin vəziyyəti
İtkin düşmə halları • 3 -cü maddə həm itkin düşənlərə və yaxınlara şamil edilir • Şəxsin müvafiq orqanlar tərəfindən saxlanıldıqdan sonra yoxa çıxdığına dair kifayət qədər dəlillər olmalıdır (adətər 5 -ci maddədə nəzərdə tutulan məsələlər ola bilər). • İtkin düşənlərə və / və ya yaxınlara müstəqil şəkildə tətbiqetmə; Əlaqənin olması mütləq deyildir, lakin qurbanla qanunsuz rəftar onun yaxınlarının əziyyətini artırır. • Hər bir işə ayrılıqda baxılması. Davamlı qeyri-müəyyənlik və hakimiyyət orqanlarının bunu araşdırmamasına görə əziyyətə məruz qalma səviyyəsi.
İtkin düşmə halları • Tətbiq edilə bilinmə üçün müvafiq meyarlar: • • ailə əlaqəsinin yaxınlığına görə ailə üzvünün müvafiq hadisələrə nə dərəcədə şahid olması / emosional təsirin ölçüsü ailə üzvünün həmin şəxs barəsində məlumat əldə etmək üçün cəhd göstərməsi the way in which the authorities responded to those enquiries. • Bu kontekstə kütləvi iğtişaşlar və / və ya terrorçuluqla mübarizədə xüsusi təhlükəsizlik tədbirləri aid edilə bilər. • Kurt Türkiyəyə qarşı - Sonuncu dəfə təhlükəsizlik qüvvələrinin əməkdaşlarının ətrafında görünmüş ərizəçinin oğlunun yerinə və taleyinə hakimiyyət orqanları tərəfindən aydınlıq gətirilməməsi. • Timurtas və Çicek Türkiyəyə qarşı hakimiyyət orqanlarının etinasızlığı və rəhmsizliyi.
Ayrı-seçkilik Niyyətli və niyyətsiz. Üfüqi və şaquli. Nəticəli. Mahiyyət və prosedur • Bu, hər hansı pis rəftarın ağırlığını və fəsadlarını artıran müvafiq amildir. • Bura aşağıdakılar tərəfindən rəftar aiddir: • Dövlət məmurları – Kobzaru Rumıniyaya qarşı - Hüquq-mühafizə orqanları, araşdırma zamanı onların münasibəti ilə yanaşı, polis məntəqəsində qaraçı ilə pis rəftarın arxasında duran mümkün irqi motivləri araşdırmırlar. • Özəl şəxslər – Šečić Xorvatiyaya qarşı - Qaraçı icmasının üzvünə qarşı irqi zəmində hucumun effektiv şəkildə araşdırılmasını aparmama • Dövlət orqanlarının ayrı-seçkilik zəminində qəddarlıqlarını sübuta yetirmək üçün inandırıcı dəlillər olmalıdır - Stoica Rumıniyaya qarşı – Məmurlar və qaraçı arasında baş verən insident zamanı polis zabitinin qaraçı azyaşlı ilə irqi zəmində pis rəftar etməsi və effektiv araşdırmanın olmaması • Ayrı-seçkilik adətən araşdırmanın aparılmaması nəticəsində meydana çıxır - Bekos və Koutropoulos Yunanıstana qarşı – Polis tərəfindən saxlanılarkən iki qaraçı ilə fiziki baxımdan pis davranma və təhqir etmə bunun irqi motivli olduğuna və araşdırmanın effektiv aparılmamasına işarə edir.
Ayrı-seçkilik • Bəzi sübuta yetirilə bilinməyən əsaslar (irq, gender, din, cinsi mənsubiyyət və s. ) qərəzli və ya ayrı-seçkilik zəminində hücumları - Milanović Serbiyaya qarşı - Hare Krişna üzvünə qarşı fərdlərin dini zəmində hücumları ilə bağlı ciddi ehtimallar yaradır. • Ayrı-seçkiliyə yol verilən rəftarın niyyətsiz şəkildə edilməsi – X. Türkiyəyə qarşı homoseksual məhbusu digər məhbuslardan qorumaq üçün onun 8 aydan çox tam təcrid olunmuş şəraitdə saxlanılması yaxud Laduna Slovakiyaya qarşı (yalnız 8 -ci maddə) – həbsdə olarkən ailə üzvlərinin ziyarətinə qoyulan məhdudiyyət. • Hakimiyyət orqanlarının ayrı-seçkilik əleyhinə çərçivəni effektiv şəkildə yerinə yetirməmələri ilə sıx bağlı ola bilər – Eremia və digərləri Moldovaya qarşı – qadınlara qarşı dövlətin gender baxımından qərəzli münasibəti səbəbindən qanunvericiliyin effektiv şəkildə yerinə yetirilməməsi. Məişət zorakılığı. • Ümumiyyətlə, cəmiyyətdə ümumi münasibətin tam dəyərləndirilməsi aparılmalıdır və mürəkkəb işlər ola bilər- Identoba və digərləri Gürcüstana qarşı – Dövlətin nümayişçiləri homofobik zorakılıqdan qorumaması və effektiv araşdırmalara başlamaması.
Məişət zorakılığı Üfüqi. Niyyətli. Nəticəli. Mahiyyət və prosedur • Toxunulmazlığın məişət zorakılığı ilə mübarizə məqsədləri üçün heç aiddiyyəti yoxdur. • Qurbanın münasibəti və ya geriyə çəkilməsi də rol oynamır. • Əsas meyarlar bunun təmin olunması üçün, şəxsiyyəti bəlli olmayan fərdə və ya fərdlərə qarşı üçüncü tərəfin cinayətkar hərəkətlərindən törəyən həqiqi və bilavasitə risk mövcud olduğu vaxt hakimiyyət orqanlarının bu barədə məlumatlı olduğunu və ya bunu bilməli olduqlarını və onların öz səlahiyyətləri çərçivəsində bu riskdən yayınmaq üçün gözlənilən tədbirləri görmədiklərini müəyyən etmək lazımdır. • Əsasən pozitiv öhdəliklərlə məşğuldur • Qarşısını almaq və saxlamaq vəzifəsi • Ayrı-seçkilik halları ilə yanaşı
Məişət zorakılığı • Talpis İtaliyaya qarşı – onu istismar edənə qarşı müvafiq cəza tələb edən qurbanın sorğularını cavablandırmaqda yubanma • T. M. və C. M. Moldovaya qarşı –məişət zorakılığının psixoloji və ya iqtisadi istismar kimi geniş yayılmış növu. • Eremia və digərləri Moldovaya qarşı – Qadınlara qarşı dövlətin gender zəminində qərəzli münasibətinə görə qanunvericiliyin effektiv şəkildə yerinə yetirilməməsi • Mudrik Moldovaya qarşı – eyni məhkəmə binasında olan əqli cəhətdən pozğunluğu olan ər tərəfindən məişət zorakılığı • Hajduovà Slovakiyaya qarşı - qadını stasionar psixiatrik müalivə keçən zorakı ərdən kifayət qədər qorumama
Terrorçuluqla mübarizə və «saatlı bomba» ssenarisi • «Saatlı bomba» arqumenti nədir “… şübhəli şəxs. . . quraşdırılmış və partlayacaq bombanın yeri barədə məlumata malikdir. Bu məlumat olmadan bombanı zərərsizləşdirmək olmayacaq. Lakin, bu məlumat əldə olunarsa, bomba zərərsizləşdirilə bilər. Bomba zərərsizləşdirilməsə, insanlar həlak olacaqdır və xəsarət alacaqdır» (İsraildə İşgəncələr əleyhinə Dövlət Komitəsi İsrail Dövlətinə qarşı)
Terroçuluqla mübarizə və «saatlı bömba» ssenarisi • • Şərtsiz yanaşma Yaxınlaşan təhlükədən asılı olmayaraq işgəncənin mütləq şəkildə qadağan olunması Tomasi Fransaya qarşı - Cinayətkarlıqla mübarizədə, xüsusilə də terrorçuluqla bağlı araşdırma aparmaq tələbi və bir sıra danılmaz çətinliklər fərdlərin fiziki toxunulmazlığının qorunmasını məhdudlaşdıra bilməz. Chahal Birləşmiş Krallığa qarşı- Məhkəmə müasir dövrdə dövlətlərin öz cəmiyyətlərini terror hücumundan qorumaq üçün hansı çətinliklərlə üzləşdiklərini yaxşı bilir. Lakin, hətta bu hallarda belə, Konvensiya, qurbanın davranışından asılı olmayaraq mütləq mənada işgəncəni və ya qeyri-insani vəya ləyaqəti alçaldan rəftar və ya cəzanı qadağan edir. Gafgen Almaniyaya qarşı - itkin düşmüş uşağın yerini müəyyən etmək üçün fiziki zorakılıq olmadan fiziki xələl yetirməklə hədələmə halları
Dəlillərdən və «zəhərli meyvə» qaydasından istifadə • Bu maddələri pozaraq dəlillərdən istifadə ilə müqayisə apadıqda, 3 -cü maddəyə zidd olaraq əldə edilmiş dəlillər bütün mühakimə prosesinin ədalətsiz olmasına şərait yaradır. • Dəlil qəti və ya fundamental ola bilməz. Bu faktın özü və onun məcburetmə nəticəsində alınmasının mümkünlüyünə dair əsaslı şübhə kifayətdir. • «Zəhərli ağacın meyvəsi» adlandırılan doktrina dövlət məmurlarının qanunsuz hərəkətləri nəticəsində öyrənilmiş faktlardan əldə olunan məlumatdan təqsirləndirilən şəxsin zərərinə olanhər hansı bir şəkildə istifadəni qadağan edir.
Dəlillərdən və «zəhərli meyvə» qaydasından istifadə • • DƏLİLLƏRDƏN İSTİFADƏ Işgəncə nəticəsində əldə olunmuş məlumatları təsdiq etmə kimi etiraflar Örs və digərləri Türkiyəyə qarşı, Harutyunyan Ermənistana qarşı, Levinţa Moldovaya qarşı 3 -cü maddəni pozmaqla digər pis rəftar - Söylemez Türkiyəyə qarşı “ZƏHƏRLİ MEYVƏ” Jalloh Almaniyaya qarşı - qusdurucu vasitələrlə məcburetmə yolu ilə əldə olunan və içərisində narkotik maddə olan plastik qabdan dəlil qismində istifadə Gafgen Almaniyaya qarşı – Yerli məhkəmələr, ərizəçinin məhkum olunmasını, onun təqsirinə dair zəruri sübut kimi mübahisəli həqiqi dəlilin əldə edilməsi üçün hər hansı köməkçi vasitəyə malik olmadan, ərizəçinin məhkəmədə ikinci etirafı ilə əsaslandırmışdır. POZUNTU YOXDUR.
Ərazidən kənarda tətbiqetmə • Məsuliyyəti müəyyən etməzdən əvvəl, yurisdiksiya məsələsində aşağıdakılara diqqət yetirilməlidir. • Ərazidən kənar yurisdiksiya istisna haldır. Vəziyyətlər • Hərbi iştirak və siyasi dəstək. Ümumi effektiv nəzarət. Loizidou Türkiyəyə qarşı, Kipr Türkiyəyə qarşı, Çiraqov və digərləri Ermənistana qarşı • Hərbi, siyasi və iqtisadi təsir - Ilasku və digərləri Moldova və Rusiyaya qarşı, Catan və digərləri Moldova və Rusiyaya qarşı • Xaricdə fəaliyyət göstərən dövlət təhlükəsizlik qüvvələri - Sançez Ramirez Fransaya qarşı, Öcalan Türkiyəyə qarşı • Effektiv nəzarəti həyata keçirən hərbi müdaxilələr - Markovic və digərləri İtaliyaya qarşı • Hərbi iştirak - Al-Skeini və digərləri Birləşmiş Krallığa qarşı, • Pis rəftara üçüncü tərəflər yol versə də, ümumi effektiv nəzarət dövlətin üzərinə düşür – Ilasku və digərləri Moldova və Rusiyaya qarşı • Ərazi iddiaları olan dövlət hələ də mütləq qadağalar sahəsində daha ağır olan pozitiv öhdəliklər daşıyır - Ilascu və digərləri Moldova və Rusiyaya qarşı
Bəzi xüsusi vəziyyətlər / kontekstlər • Müalicə olunmayan xəstəliyə tutulduqda və ya ciddi şəkildə fəaliyyət qabiliyyətsiz olduqda azadlığa buraxılma mümkünlüyü ilə ömürlük həbs (Vinter və digərləri Birləşmiş Krallığa qarşı) • Qanunvericiliyə dəyişiklikdən sonra yaxşı davranışa görə azadlığa buraxılma perspektivi olmadan ömürlük həbs cəzası. POZUNTU YOXDUR (Kafkaris Kiprə qarşı) • Məhkəmələrdə metal qəfəslərdə saxlanılma (Svinarenko və Slyadnev Rusiyaya qarşı) • 4 yaşında uşağı zorlamaqda və öldürməkdə təqsirləndirilən 11 yaşında azyaşlıların vasitəçilərlə aparılan məhkəmədə açıq şəkildə ifşa edilməsi: 3 -cü maddə tətbiq edilə bilməz ( T. və V. Birləşmiş Krallığa qaşrı) • Ögey ata tərəfindən uşağın döyülməsinə görə dövlətin cavabdehliyi. Pozitiv öhdəliklər(A. Birləşmiş Krallığa qarşı)
Bəzi xüsusi vəziyyətlər / kontekstlər • Müəyyən edilən təcrübə kimi məktəblərdə cismani cəzalar(Tyrer Birləşmiş Krallığa qarşı) • Müstəqil məktəbdə cismani cəza, bu işdə Dövlətin də məsuliyyəti var, lakin işdəki bəzi hallar tələb olunan ciddilik həddinə çatmamışdır (Kostello. Roberts Birləşmiş Krallığa qarşı) • Qurban tərəfindən fiziki müqavimət olmadığı halda belə zorlama və cinsi istismarın bütün formalarını cəzalandıran cinayət hüququ sistemini effektiv şəkildə tətbiq etməmə. Pozitiv öhdəliklər ((M. C. Bolqarıstana qarşı) • İddia edilən işgəncə faktı ilə bağlı xarici hökumətə qarşı prosesdə dövlət toxunulmazlığının verilməsi: POZUNTU YOXDUR Al-Adsani Birləşmiş Krallığa qarşı • Qaraçı qadınların məcburi şəkildə sterilizasiyası – V. C. və N. B. Slovakiyaya qarşı
Nə gözləməli ? Gələcək inkişaflar • Məsələn – həbsxana mədəniyyəti və ya qeyri-formal məhbus iyerarxiyası • Məlumat verilən iş A. M. Rusiyaya qarşı və 1 başqa müraciət • …. Həbsxanada olarkən ərizəçilər qeyri-formal məhbus iyerarxiyasında ən aşağı qrupa ( «alçaldılan» ) və ya ( «xoruzlar» ) daxil edilmişlər. Ərizəçilərdən biri «alçaldılmış» elan edilmiş və həbsxanada olan müddətdə cinsi xidmətlər göstərməyə məcbur edilmişdir. . . • Müəssisənin rəhbərliyi məhbuslar arasında qeyri-formal iyerarxiyaya göz yummuşdur. • Sual: Qeyri-formal məhbus iyerarxiyasında ərizəçilərin statusu ilə bağlı məhdudiyyətlər Konvensiyanın 3 -cü maddəsini pozmaqla qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza hesab edilə bilərmi?
Azərbaycanla bağlı əsas işlər • Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı – Müxalifətdən olan liderin işgəncəyə məruz qalması və effektiv araşdırmanın aparılmaması. • Polis nəzarətində işgəncə • Mahiyyətlə bağlı tərəf – polis tərəfindən saxlanılarkən pis rəftarla bağlı müzakirə edilməyən güclü ehtimallar • bu hadisədə iştirak etmədiyinə görə nümayiş zamanı davamlı xəsarətləri ola bilməz. • ərizəçinin bədənində xəsarət yerləri aşkar edilməmişdir və onun sonrakı xəsarətlərinin mənbəyi ilə bağlı başqa həqiqətə uyğun izahat verilməmişdir. • fələkənin tətbiqinə uyğun olan xəsarətlər və çox güman ki onlar təsadüfən yaxud küçə iğtişaşlarında polislə qarşıdurma zamanı yetirilməmişdir. • Prosedurla bağlı tərəf – effektiv araşdırma aparılmamışdır • çox dar və formal araşdırma
Azərbaycanla bağlı əsas işlər • Hümmətov Azərbaycana qarşı - Ərizəçi həbsxanada vərəm və digər ciddi xəstəliklərə yoluxmuşdur. Ona göstərilən tibbi xidmət lazımi qədər olmamışdır. • tibbi yardımın olmaması • ratione temporis - Davamlı olan bir vəziyyət, yəni illər boyu lazımi tibbi müalicənin olmaması. . .
Azərbaycanla bağlı əsas işlər • Nəcəfli Azərbaycana qarşı - Ictimai maraq doğuran məsələ ilə bağlı məlumat vermək istəyən jurnalistə qarşı polis tərəfindən pis rəftar və lazımi araşdırmanın aparılmaması. • kütləvi iğtişaşlar, polisin gücündən sui-istifadə kontekstində pis rəftar • Mahiyyətlə bağlı tərəf –güclü təkzib oluna bilməz ehtimal, «qeyd olunmuşdur ki, ərizəçiyə qarşı fiziki güc tətbiq etmə onun öz davranışına görə çox zəruri olmuşdur: o, polisə qarşı zorakılıq etməmişdir və ya onları təhlükə altında qoymamışdır və gücün tətbiqinə bəraət qazandıran başqa heç bir səbəb göstərilməmişdir. Ona görə də, bu, lazımsız, hədsiz və qəbul edilməzdi. • Prosedurla bağlı tərəf – araşdırmanın müstəqilliyi və qərəzsizliyi: ərizəçinin döyülməsinə görə məsuliyyət daşıyanların müəyyənləşdirilməsi bu əməli törədən eyni orqanın əməkdaşlarına həvalə edilmişdir.
Azərbaycanla bağlı əsas işlər • Mehdiyev Azərbaycana qarşı - Jurnalistə qarşı pis rəftarla bağlı şikayətlərə cavab olaraq heç bir tədbirin görülməməsi. • kontekstdən asılı olmayaraq prosedurların həyata keçirilməməsi • Mahiyyətlə bağlı tərəf – Ərizəçinin polis tərəfindən döyülməsinə dair «hər hansı əsaslı şübhədən kənar» məqamları müəyyən etmək üçün dəlillərin kifayət qədər olmaması. POZUNTU YOXDUR. • Prosedurla bağlı tərəf – Ərizəçinin hakimiyyət orqanlarından onun irəli sürdüyü iddialarla bağlı effektiv araşdırma aparılmasını tələb edən müraciəti olsa da, hər hansı bir cinayət araşdırması aparılmamışdır.
- Slides: 52