SOCARn Enerji Smrliliyi Sahsind Hyata Keirdiyi lr 2015

  • Slides: 16
Download presentation
“SOCAR-ın Enerji Səmərəliliyi Sahəsində Həyata Keçirdiyi İşlər”

“SOCAR-ın Enerji Səmərəliliyi Sahəsində Həyata Keçirdiyi İşlər”

2015 -ci ilin İyul ayından etibarən SOCAR və BMT İP-nin Azərbaycan Nümayəndəliyi birgə olaraq

2015 -ci ilin İyul ayından etibarən SOCAR və BMT İP-nin Azərbaycan Nümayəndəliyi birgə olaraq Qlobal Ekoloji Fond (GEF) və BMT-nin İnkişaf Proqramı tərəfindən maliyyələşdirilməklə “Azərbaycanın yanacaq istehlakı sektorunda karbon emissiyalarının azaldılmasını təmin edən Milli Fəaliyyət Planı” (NAMA) layihəsini həyata keçirir. Layihənin spesifik vəzifəsi SOCAR-ın İqlim Dəyişikliyinin Təsirlərinin Azaldılması Strategiyasını dəstəkləməkdir. Layihə sənədinə əsasən ən perspektivli istiqamətlər kimi aşağıdakılar müəyyən edilmişdir: • Binalarda enerji sərfiyyatı / istilik hasilatı (enerjiyə qənaət / yanacaq növünün dəyişdirilməsi): yeni binalarda enerji səmərəli (kompleks) tərtibat, ictimai iaşə və yaşayış binalarında modifikasiya işləri; • SOCAR-ın nəqliyyat sektorunda enerji səmərəli nəqliyyat imkanları, yanacaq səmərəli nəqliyyat vasitələrinin nəzərdən keçirilməsi, karbonsuzlaşdırılmış yanacaqdan istifadə üzrə innovativ texnologiyalar və eko-səmərəli sürücülük praktikası; • SOCAR-ın neft və qaz yataqlarında neft hasilatı zamanı havaya atılan səmt qazının tutulması və yaxınlıqdakı kəndlərə ötürülməsi.

“Azərikimya” İstehsalat Birliyində görülmüş işlər SOCAR-ın “Azərikimya” İB-nin Etilen Polietilen zavodunun Polietilen istehsalatının inzibati

“Azərikimya” İstehsalat Birliyində görülmüş işlər SOCAR-ın “Azərikimya” İB-nin Etilen Polietilen zavodunun Polietilen istehsalatının inzibati binasının, “Yaşıl tikililər proqramı”na salınması məqsədəuyğun hesab edilərək, yenidən qurulması işləri həyate keçirilmişdir. BMT tərəfindən bu işlərə 385000 man və SOCAR tərəfindən 431005 man CƏMİ: 816005 man. sərf edilmişdir.

Üzeyir Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət Sarayı Üzeyir Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət 1986 -cı ildə

Üzeyir Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət Sarayı Üzeyir Hacıbəyov adına “Kimyaçı” Mədəniyyət 1986 -cı ildə şəhər sakinlərinin istifadəsinə verilmişdir. • Burada gücü 23 k. Wt/saat olan günəş panelləri quraşdırılmış • binanın tavanında 1200 m 2 -lik sahəyə istilik-izolyasiya materialı çəkilmişdir. • İnzibati binanın istifadəyə verilməsi nəticəsində 232 kv/saat, • Kimyaçılar sarayının istifadəyə verilməsi nəticəsində 102 Kv/saat elektrik enerjisinə qənaət olunur. “Kimyaçı” mədəniyyət sarayında enerji səmərəliliyini artıracaq layihələr üçün çəkilən xərclər BMT tərəfindən 253000 manat və SOCAR tərəfindən isə 4470252 man. təşkil etmişdir.

Sənaye və məişət tullantı sularının təmizlənməsi qurğusu “Azərikimya” İB-də yeni su təmizləyici qurğu istifadəyə

Sənaye və məişət tullantı sularının təmizlənməsi qurğusu “Azərikimya” İB-də yeni su təmizləyici qurğu istifadəyə verildi. • Qurğununümumi sahəsi 2 ha; • Qurğunun iş həcmi - məişət tullantı suları • Yeni qurğunun ümumi enerji tələbatı 200 Kwt/saat • Qənaət olunan enerji miqdarı əvvəlki ilə müqayisədə 99800 Kwt/saat; • Qurğuda çalışan işçilərin ümumi sayı isə 18 nəfərdir. ~300 m 3/gün, q kimyəvi tullantı suları ~1700 m 3/gün q “SOCAR Polymer” MMC-də formalaşan tullantı sularının da ~500 m 3/gün) q Qurğunun tikintisi üzrə çəkilən xərclər 4245361 manat təşkil etmişdir

SOCAR-ın «Tullantıların İdarə Edilməsi Mərkəzi» Enerji səmərəliyinin artırılması üçün Tullantı Mərkəzinin ərazisində yerləşən Mərkəzin

SOCAR-ın «Tullantıların İdarə Edilməsi Mərkəzi» Enerji səmərəliyinin artırılması üçün Tullantı Mərkəzinin ərazisində yerləşən Mərkəzin inzibati binası və məişət binası təmir edilmişdir. Layihə çərçivəsində binaların üz qatı və tavanı daş yun materialla izolə edilib, binaların üz qatına istiləşdirici panellər yapışdırılıb, binaların pəncərələri kipləşdirilib. Bu layihə çərçivəsində həmçinin Tullantı Mərkəzinin ərazisində ümumi gücü 15. 36 k. W olan 60 ədəd günəş paneli və ümumi gücü 12. 8 k. W olan 7 ədəd külək generatoru quraşdırılmışdır.

Qala Eko Parkı BMT İnkişaf proqramının “NAMA” layihəsi istilik enerjisinə qənaət məqsədilə, Eko Parkın

Qala Eko Parkı BMT İnkişaf proqramının “NAMA” layihəsi istilik enerjisinə qənaət məqsədilə, Eko Parkın İnzibati binasının fasadında üzləməizolasiya işləri aparmışdır. Həmçinin Park ərazisində ümumi gücü 15 KV/saat elektrik enerjisi istehsal edən günəş panelləri quraşdırılmışdır. Bu günəş panellərindən alınan enerjidən Eko Mərkəzin və ərazinin işıqlandırılmasında istifadə edilir.

SOCAR müəssiələrində közərmə lampalarının enerji səmərəli led lampalarla əvəz olunması SOCAR tərəfindən aparılmış təmir

SOCAR müəssiələrində közərmə lampalarının enerji səmərəli led lampalarla əvəz olunması SOCAR tərəfindən aparılmış təmir işləri zamanı həm inzibati binalarda, həm də istehsalat sahələrində müasir tipli qənaətli işıqlandırıcı projektorlar quraşdırılmış, közərmə lampaları enerji effektivli lüminissent lampalarla əvəz olunmuş, "Azərişıq" ASC-nin tələbinə uyğun transformator meydançası və transformator quraşdırılmışdır. Nəticədə bu layihələrə 5 639 185, 16 man vəsait xərclənmiş və 5 890 725 k. Vt/saat elektrik enerjisinin itkisinə qənaət edilmişdir. Bundan başqa, binalarda enerji sərfiyyatinin azadılması, enerji səmərəliliyinin artırılması məqsədilə binaların yenidən qurulmasına 5 555 295 man vəsait xərclənmişdir. Ümumilikdə bu istiqamətdə görülən işlərə 11 194 480, 16 man vəsait xərclənmişdir.

SOCAR müəssiələrində közərmə lampalarının enerji səmərəli led lampalarla əvəz olunması Azneft İB “Günəşli” yatağındakı

SOCAR müəssiələrində közərmə lampalarının enerji səmərəli led lampalarla əvəz olunması Azneft İB “Günəşli” yatağındakı DDÖ-3; 6; 8; 10; 11 və 13 saylı dərin dəniz özüllərinin elektrik təchizatı yenidən qurulmuş, 140 nöqtədə közərmə lampaları lüminsent tipli işıqlandırıcılarla əvəz olunmuşdur. Nəticədə 223024 kvt/saat elektrik enerjisinə qənaət edilmişdir. SOCAR tərəfindən sözügeən işlərə ümumilikdə 303 971, 16 AZN pul vəsaiti xərclənmişdir. Neft kəmərləri idarəsi • Sumqayıt və Suraxanı Neft Nəqletmə Sahələrində 60 ədəd 1000 Vt-lıq və 50 ədəd 400 Vt-lıq müasir tipli qənaətli işıqlandırıcı projektorlar quraşdırılmışdır. • Neft Nəqletmə Sahələrində istismara yararsız vəziyyətdə olan 73 ədəd statik kondensatorlar yeniləri ilə əvəz olunmuşdur. Bu işlərin həyata keçirilməsinə SOCAR tərəfindən 50 030 AZN pul vəsaiti sərf edilmişdir.

“Neftqaztikinti” trestinin yeni inzibatı binasının tikintisi • Binanın ön və arxa divarları tam şüşədən

“Neftqaztikinti” trestinin yeni inzibatı binasının tikintisi • Binanın ön və arxa divarları tam şüşədən hazırlanmışdır • 30 və 60 W-lıq LED tipli çıraqların tədbiqi nəticəsində il ərzində 59400 k. Vt/saat elektrik enerjisinə, başqa sözlə 5346 manat vəsaitə qənaət olunmuşdur Cəmi: 16038 manat. • Sözügedən binanın tikintisinə isə 9 213 658 AZN sərf olunmuşdur.

SOCAR-ın nəqliyyat sektorunda enerji səmərəli nəqliyyat imkanları, yanacaq səmərəli nəqliyyat vasitələrinin nəzərdən keçirilməsi, karbonsuzlaşdırılmış

SOCAR-ın nəqliyyat sektorunda enerji səmərəli nəqliyyat imkanları, yanacaq səmərəli nəqliyyat vasitələrinin nəzərdən keçirilməsi, karbonsuzlaşdırılmış yanacaqdan istifadə üzrə innovativ texnologiyalar və eko-səmərəli sürücülük praktikası SOCAR Nəqliyyat İdarəsinin 1 saylı Texnoloji Nəqliyyat Departamentinin 4 saylı a/dəstəsinin ərazisində “Eko-sürücülük simulyatoru” quraşdırılmışdır. Simulyator təlimlərində SOCAR-ın Nəqliyyat idarəsinin və departamentlərnin ümumilikdə 597 nəfər əməkdaşı təlim keçmişdir. Karbonsuzlaşdırılmış yanacaqdan istifadə üzrə innovativ texnologiyaların tətbiqi ilə bağlı GEF tətərindən alınmış 3 ədəd hibrid mühərrikli avtonəqliyyat vasitələrindən sonra SOCAR da bir ədəd hibrid mühərrikli avtonəqliyyat vasitəsi almışdır.

SOCAR-ın neft və qaz yataqlarında neft hasilatı zamanı havaya atılan səmt qazının tutulması və

SOCAR-ın neft və qaz yataqlarında neft hasilatı zamanı havaya atılan səmt qazının tutulması və yaxınlıqdakı kəndlərə ötürülməsi Ø «Azneft» İB-nin «Siyəzənneft» NQÇİ-nin Zağ-Zeyvə yatağındakı 3 saylı NQÇS-də 63 quyuda instrumental ölçmə işləri həyata keçirilmiş, 20 quyudan nümunələr götürülərək, qaz tərkibinin analizləri aparılmışdır. Ø Məlum olmuşdur ki, boruarxası fəzadan atmosferə atılan səmt qazlarının həcmi ümumilikdə təxminən 19102, 869 m³/ sutka təşkil edir.

SOCAR-ın neft və qaz yataqlarında neft hasilatı zamanı havaya atılan səmt qazının tutulması SOCAR-ın

SOCAR-ın neft və qaz yataqlarında neft hasilatı zamanı havaya atılan səmt qazının tutulması SOCAR-ın atmosfer emissiyalarının azaldılması istiqamətində həyata keçirilmiş mühüm işlərdən biri də şirkətin müvafiq əmri ilə “ 2017 -2022 -ci illər: SOCAR və SOCAR-ın iştirak etdiyi layihələrdə səmt qazı atılmalarının azaldılması Planı”nın və Fəaliyyaət Proqramının təsdiq edilməsidir. 250. 0 Fəaliyyət Tədbirlərinin baza və layihə xətləri, mln. m 3 200. 0 194. 4 176. 0 151. 6 150. 0 130. 7 129. 6 89. 7 100. 0 80. 8 88. 5 90. 3 89. 6 92. 3 68. 4 50. 0 2017 2018 2019 Baza xətti 2020 layihə xətti 2021 2022

SOCAR-ın neft və qaz yataqlarında neft hasilatı zamanı havaya atılan səmt qazının tutulması “

SOCAR-ın neft və qaz yataqlarında neft hasilatı zamanı havaya atılan səmt qazının tutulması “ 2017 -2022 -ci illər: SOCAR və SOCAR-ın iştirak etdiyi layihələrdə səmt qazı atılmalarının azaldılması Planı”nın və Fəaliyyaət Proqramı çərçivəsində Neft Daşlarında aşağı təzyiqli qazın yığılması üçün l meydançalarda 7 ədəd vakuum tipli kompressorların quraşdırılması, l meydançalar arası qaz xəttinin çəkilməsi, l meydançada quyuların aşağı təzyiqli qazının kompressorların qəbuluna yönəldilməsi, l texnoloji blokların quraşdırılması, l 896 km qaz xətlərinin çəkilməsi və təmiri nəticəsində gündəlik 244000 m 3 havaya atılan səmt qazının həcminin azaldılması nəzərədə tutulur; Çilov yatağında görülən təmir və bərpa işləri nəticəsində gündəlik 45000 m 3 havaya atılan səmt qazının həcminin azaldılması nəzərədə tutulur. Abşeronneft NQÇİ-də DDÖ-lər arası xəttin çəkilməsi və 4 saylı Kompressor Stansiyasının giriş xəttinə yönəldilməsi nəticəsində havaya atılan səmt qazının gündəlik olaraq 10500 m 3 həcminin azaldılması nəzərədə tutulur. Bu işlərin ümumi smetası 34 milyon manata yaxındır. Bundan başqa, 2016 -cı ildə SOCAR prezidenti tərəfindən Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin strukturuna daxil olan qurumlarda enerji auditinin (müayinəsinin) aparılması haqqında müvafiq Əmr imzalanmışdır.

SOCAR-ın qaz kəmərlərində sızmaların aradan qaldırılması Azəriqaz İB tərəfindən qaz kəmərlərində olan sızmaların aradan

SOCAR-ın qaz kəmərlərində sızmaların aradan qaldırılması Azəriqaz İB tərəfindən qaz kəmərlərində olan sızmaların aradan qaldrılması və enerji intkilərinin qarşının alınması məqsədilə təmir-bərpa işləri həyata keçirilmiş və bu işlərə SOCAR tərəfindən 13 milyon manata yaxın vəsait sərf edilmişdir.

DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK

DİQQƏTİNİZƏ GÖRƏ TƏŞƏKKÜR EDİRİK