stehlaklar stehsallar v Bazarlarn Smrliliyi Copyright 2004 SouthWestern
İstehlakçılar, İstehsalçılar və Bazarların Səmərəliliyi Copyright © 2004 South-Western 7 Dr. Elşən BAĞIRZADƏ “Mikro iqtisad” dərsi Azərbaycan Universiteti
BAZAR TARAZLIĞINA NƏZƏR SALAQ • Bazarda tələb və təklifin tarazlığı alıcıların və satıcıların əldə etdiyi ümumi faydanı maksimumlaşdırır? • Bazar tarazlığı bazarların qıt olan sərvətləri necə bölüşdürməsinə təsir edir. • Bazarda sərvətlərin bölüşdürülməsinin arzuolunan olub olmaması rifah halının təhlili üzrə iqtisadi nəzəriyyələr tərəfindən araşdırılır. Copyright © 2004 South-Western
Rifah Halının Təhlili Üzrə İqtisadi Nəzəriyyələr • Rifah halının təhlili üzrə iqtisadi nəzəriyyələr maddi sərvətlərin bölüşdürülməsinin rifah halına təsirini öyrənir. • Alıcılar və satıcılar bazarda iştirak etməkdən fayda əldə edirlər. • Bazarda tələb və təklifin tarazlığı alıcıların və satıcıların əldə etdiyi ümumi faydanı maksimumlaşdırır. Copyright © 2004 South-Western
Rifah Halının Təhlili Üzrə İqtisadi Nəzəriyyələr • Bazarda tarazlıq maksimum fayda ilə nəticələnir, belə ki, məhsulun istehlakçıları və istehsalçıları üçün maksimal ümumi rifah halı yaranır. Copyright © 2004 South-Western
Rifah Halının Təhlili Üzrə İqtisadi Nəzəriyyələr • İstehlakçının izafi faydası bazar münasibətlərində iştirakdan alıcının əldə etdiyi faydanı ifadə edir. • İstehsalçının izafi faydası bazar münasibətlərində iştirakdan satıcının əldə etdiyi faydanı ifadə edir. Copyright © 2004 South-Western
İSTEHLAKÇININ İZAFİ FAYDASI • Ödəməyə hazır olma alıcının əmtəə üçün ödəməyə hazır olduğu maksimum məbləğdir. • Bu alıcının əmtəəyə və ya xidmətə verdiyi dəyəri ifadə edir. Copyright © 2004 South-Western
İSTEHLAKÇININ İZAFİ FAYDASI • İstehlakçının izafi faydası alıcının ödəməyə hazır olduğu məbləğlə alıcının faktiki olaraq ödədiyi məbləğin fərqidir. Copyright © 2004 South-Western
Təsvir 1 Dörd Mümkün Alıcının Ödəməyə Hazır Olması Alıcı Ödəməyə hazır olduğu qiymət Con $100 Pol 80 Corc 70 Rinqo 50 Copyright© 2004 South-Western
İSTEHLAKÇININ İZAFİ FAYDASI • Bazarda tələb əyrisi alıcıların müxtəlif qiymətlərdə əldə etməyə hazır olduğu müxtəlif miqdarları bildirir. Copyright © 2004 South-Western
Tələb Cədvəli və Tələb Əyrisi Copyright © 2004 South-Western
Təsvir 1 Tələb Cədvəli və Tələb Əyrisi Albomun Qiyməti Conun ödəməyə hazır olduğu məbləğ $100 Polun ödəməyə hazır olduğu məbləğ 80 70 Corcun ödəməyə hazır olduğu məbləğ 50 Rinqonun ödəməyə hazır olduğu məbləğ Tələb 0 1 2 3 4 Albomların Sayı Copyright© 2003 Southwestern/Thomson Learning
Təsvir 2 İstehlakçının İzafi Faydasının Tələb Əyrisi ilə Ölçülməsi (a) Qiymət = $80 Albomun Qiyməti $100 Con üçün istehlakçının izafi faydası ($20) 80 70 50 Tələb 0 1 2 3 4 Albomların Miqdarı Copyright© 2003 Southwestern/Thomson Learning
Təsvir 2 İstehlakçının İzafi Faydasının Tələb Əyrisi ilə Ölçülməsi (b) Qiymət = $70 Albomun Qiyməti $100 Con üçün istehlakçının izafi faydası($30) 80 Pol üçün istehlakçının izafi faydası ($10) 70 50 İstehlakçının məcmu izafi faydası ($40) Tələb 0 1 2 3 4 Albomların Miqdarı Copyright© 2003 Southwestern/Thomson Learning
Tələb Əyrisindən İstifadə Etməklə İstehlakçının İzafi Faydasının Ölçülməsi • Qiymət xəttindən yuxarıda və tələb əyrisindən aşağıda qalan sahə istehlakçının bazarda yaranan izafi faydasına bərabərdir. Copyright © 2004 South-Western
Təsvir 3 Qiymət İstehlakçının İzafi Faydasına Necə Təsir Edir (a) P 1 Qiymətində İstehlakçının İzafi Faydası Qiymət A İstehlakçının izafi faydası P 1 B C Tələb 0 Q 1 Miqdar Copyright© 2003 Southwestern/Thomson Learning
Təsvir 3 Qiymət İstehlakçının İzafi Faydasına Necə Təsir Edir (b) P 2 Qiymətində İstehlakçının İzafi Faydası Qiymət A İlkin istehlakçının izafi faydası P 1 P 2 0 C Yeni istehlakçılar üçün istehlakçının izafi faydası B F D İlkin istehlakçılar üçün əlavə izafi fayda E Tələb Q 1 Q 2 Miqdar Copyright© 2003 Southwestern/Thomson Learning
İstehlakçının İzafi Faydası Nəyi Ölçür? • İstehlakçının İzafi Faydası, yəni alıcıların əmtəə üçün ödəməyə hazır olduqları məbləğlə onların əmtəə üçün faktiki ödədikləri məbləğ arasındakı fərq alıcıların əmtəə istehlakından özlərinin fikrincə əldə etdikləri faydanın ölçüsüdür. Copyright © 2004 South-Western
İSTEHSALÇININ İZAFİ FAYDASI • İstehsalçının izafi faydası satıcıya əmtəə üçün ödənilən məbləğ ilə satıcının məsrəfləri arasındakı fərqdir. • İstehsalçının izafi faydası alıcıların bazarda iştirakdan əldə etdiyi faydanın ölçüsüdür. Copyright © 2004 South-Western
Cədvəl 2 Dörd Mümkün Satıcının Məsrəfləri Copyright© 2004 South-Western
Təklif Əyrisindən İstifadə Etməklə İstehsalçının İzafi Faydasının Ölçülməsi • Necə ki, istehlakçının izafi faydası tələb əyrisi ilə əlaqəlidir, eləcə də istehsalçının izafi faydası təklif əyrisi ilə sıx əlaqəlidir. Copyright © 2004 South-Western
Təklif Qrafiki və Təklif Əyrisi Copyright © 2004 South-Western
Təsvir 4 Təklif Qrafiki və Təklif Əyrisi
Təklif Əyrisindən İstifadə Etməklə İstehsalçının İzafi Faydasının Ölçülməsi • Qiymət xəttindən aşağıda və təklif əyrisindən yuxarıda qalan sahə bazarda istehsalçının izafi faydasına bərabərdir. Copyright © 2004 South-Western
Təsvir 5 İstehsalçının İzafi Faydasının Təklif Əyrisi ilə Ölçülməsi (a) Qiymət = $600 Evin Rənglənməsinin Qiyməti Təklif $900 800 600 500 Qrəndma üçün istehsalçının izafi faydası ($100) 0 1 2 3 4 Rənglənən Evlərin Sayı Copyright© 2003 Southwestern/Thomson Learning
Təsvir 5 İstehsalçının İzafi Faydasının Təklif Əyrisi ilə Ölçülməsi (b) Qiymət = $800 Evin Rənglənməsinin Qiyməti $900 Təklif İstehsalçının məcmu izafi faydası ($500) 800 600 Corciya üçün istehsalçının izafi faydası ($200) 500 Qrəndma üçün istehsalçının izafi faydası ($300) 0 1 2 3 4 Rənglənən Evlərin Sayı Copyright© 2003 Southwestern/Thomson Learning
Təsvir 6 Qiymətin Dəyişməsi İstehsalçının İzafi Faydasına Necə Təsir Edir (a) P 1 Qiymətində İstehsalçının İzafi Faydası Qiymət Təklif P 1 B İstehsalçının izafi faydası C A 0 Q 1 Miqdar Copyright© 2003 Southwestern/Thomson Learning
Təsvir 6 Qiymətin Dəyişməsi İstehsalçının İzafi Faydasına Necə Təsir Edir (b) P 2 Qiymətində İstehsalçının İzafi Faydası Qiymət Təklif İlkin istehsalçı üçün əlavə izafi fayda P 2 P 1 D E F B İlkin istehsalçının izafi faydası C Yeni istehsalçılar üçün istehsalçının Izafi faydası A 0 Q 1 Q 2 Miqdar Copyright© 2003 Southwestern/Thomson Learning
BAZARLARIN SƏMƏRƏLİLİYİ • İstehlakçının izafi faydası və istehsalçının izafi faydası anlayışları əsas iqtisadi suallardan birinə cavab verməkdə bizə kömək edə bilər: • Sərvətlərin azad bazarlar tərəfindən bölüşdürülməsi arzu olunan nəticəyə gətirib çıxarırmı? Copyright © 2004 South-Western
BAZARLARIN SƏMƏRƏLİLİYİ İstehlakçının İzafi Faydası = Alıcıların ödəməyə hazır olduqları məbləğ – Alıcılar tərəfindən ödənilən məbləğ və İstehsalçının İzafi Faydası = Satıcıların aldığı məbləğ – Satıcıların məsrəfləri Copyright © 2004 South-Western
BAZARLARIN SƏMƏRƏLİLİYİ Məcmu izafi fayda = İstehlakçının izafi faydası + İstehsalçının izafi faydası və ya Məcmu izafi fayda = Alıcıların faydası – Satıcıların məsrəfləri Copyright © 2004 South-Western
BAZARLARIN SƏMƏRƏLİLİYİ • Səmərəlilik sərvətlərin bölüşdürülməsinin bütün cəmiyyət üzvlərinin əldə etdiyi məcmu faydanı maksimumlaşdıran xüsusiyyətinə deyilir. Copyright © 2004 South-Western
BAZARLARIN SƏMƏRƏLİLİYİ • İctimai planlaşdırıcı, səmərəlilikdən əlavə həm də ədalətlilik – maddi rifahın müxtəlif alıcılar və satıcılar arasında ədalətli bölüşdürülməsi – haqqında düşünə bilər. Copyright © 2004 South-Western
Təsvir 7 Bazar Tarazlığında İstehlakçı və İstehsalçıların İzafi Faydası Qiymət A D Təklif İstehlakçının izafi faydası Tarazlıq qiyməti E İstehsalçının izafi faydası B Tələb C 0 Tarazlıq miqdarı Miqdar Copyright© 2003 Southwestern/Thomson Learning
BAZARLARIN SƏMƏRƏLİLİYİ • Bazar Fəaliyyətinin Nəticəsi Barədə Üç Məsələ • Azad bazarlar təklif olunan əmtəələrin onlar üçün ən yüksək qiymət verməyə hazır olan alıcılara çatdırılmasını təmin edir. • Azad bazarlar tələb olunan əmtəələrin ən aşağı məsrəflərə malik olan istehsalçılar tərəfindən istehsal olunmasını təmin edir. • Azad bazarlar istehlakçı və istehsalçıların məcmu izafi faydasını maksimumlaşdıran miqdarda əmtəə istehsal edirlər. Copyright © 2004 South-Western
Təsvir 8 Tarazlıq Miqdarının Səmərəliliyi Qiymət Təklif Alıcıların faydası Satıcıların məsrəfləri 0 Alıcıların Tələb faydası Tarazlıq miqdarı Alıcıların faydası satıcıların məsrəflərindən çoxdur. Miqdar Alıcıların faydası satıcıların məsrəflərindən azdır. Copyright© 2003 Southwestern/Thomson Learning
Bazar Tarazlığının Dəyərləndirilməsi • Tarazlıq, sərvətlərin səmərəli bölüşdürülməsinə gətirib çıxardığından, ictimai planlaşdırıcı azad bazar fəaliyyətinin nəticəsini olduğu kimi saxlamalıdır. • İctimai planlaşdırıcının bu xeyirxah hərəkəti hərfi tərcümə olunduqda “imkan ver etsinlər” mənasını verən fransız sözü laissez faire ilə ifadə olunur. Copyright © 2004 South-Western
Bazar Tarazlığının Dəyərləndirilməsi • Bazar Gücü • Əgər bazar sistemi mükəmməl rəqabətli deyilsə, bazar gücü aşağıdakılarla nəticələnə bilər. • Bazar gücü qiymətləri nəzarətdə saxlamaq bacarığıdır. • Bazar gücü, bazarların qeyri-səmərəliliyinə səbəb olmaqla tarazlıq vəziyyətinin yaranmasına imkan vermir. Copyright © 2004 South-Western
Bazar Tarazlığının Dəyərləndirilməsi • Kənar Təsirlər • Alıcıların və satıcıların qərarları bəzən heç ümumiyyətlə bazar münasibətlərində iştirak etməyən adamlara da təsir edir. • Kənar təsirlər bazardakı rifahın alıcıların faydası və satıcıların məsrəflərindən əlavə digər amillərdən də asılı olmasına gətirib çıxarır. • Alıcılar və satıcılar hansı miqdarda əmtəə istehlak və ya istehsal etmək qərarını verərkən belə kənar təsirləri nəzərə almadıqları üçün cəmiyyətin mənafeyi baxımından bazar fəaliyyətinin nəticəsi səmərəsiz də ola bilər. Copyright © 2004 South-Western
Xülasə • İstehlakçının izafi faydası alıcının əmtəə üçün ödəməyə hazır olduğu məbləğlə əmtəə üçün faktiki olaraq ödədiyi qiymət arasındakı fərqə bərabərdir. • İstehlakçının izafi faydası alıcıların bazarda iştirakdan əldə etdiyi faydanın ölçüsüdür. • İstehlakçının izafi faydasını tapmaq üçün tələb əyrisi ilə qiymət xətti arasında qalan sahəni hesablamaq lazımdır. Copyright © 2004 South-Western
Xülasə • İstehsalçının izafi faydası satıcıların əmtəəni satmağa hazır olduğu məbləğlə istehsal məsrəfləri arasındakı fərqə bərabərdir. • İstehsalçının izafi faydası satıcıların bazarda iştirakdan əldə etdiyi faydanın ölçüsüdür. • İstehsalçının izafi faydasını tapmaq üçün təklif əyrisindən yuxarıda və qiymət xəttindən aşağıda olan sahəni hesablamaq lazımdır. Copyright © 2004 South-Western
Xülasə • Sərvətlərin bölüşdürülməsi istehlakçıların və istehsalçıların məcmu izafi faydasını artırırsa, sərvətlərin belə bölüşdürülməsi səmərəli hesab olunur. • Siyasətçilər adətən bazar fəaliyyətinin nəticələrinin həm səmərəliliyi, həm də ədalətliliyinə nail olmağa çalışırlar. Copyright © 2004 South-Western
Xülasə • Tələb və təklifin tarazlığı, istehlakçıların və istehsalçıların izafi faydalarının cəmini maksimumlaşdırır. • Yəni, bazardakı gözəgörünməz əl sərvətlərin alıcılar və satıcılar arasında səmərəli bölüşdürülməsini təmin edir. • Bazarların iflasının mövcud olduğu hallarda, bazarların fəaliyyətinin nəticəsində sərvətlər səmərəli şəkildə bölüşdürülmür. Copyright © 2004 South-Western
- Slides: 42