Proqram tminatnn nvlri Hazrlayan 39 sayl tam orta



















- Slides: 19
Proqram təminatının növləri. Hazırlayan: 39 saylı tam orta məktəbin 7 c sinif şagirdi İskəndərov Saleh
PROQRAM TƏMINATıNıN 3 NÖVÜ VAR.
SISTEM PROQRAMLARı ÖZÜ 2 HISSƏYƏ BÖLÜNÜR
ƏMƏLIYYAT SISTEMI Hesablama prosesini həyata keçirən texniki vasitələlərin idarə olunmasını təmin edən proqramlar toplusundan ibarətdir. kompüter işə salındıqda əməliyyat sistemi başqa proqramlara nəzərən ilkin olaraq əməli yaddaş qurğusuna yüklənir və o digər proqramların işləməsi üçün mühit yaradır. Əməliyyat sistemi eyni zamanda kompüterlərdə çoxməsələli iş rejiminin təşkilini təmin edir. Əməliyyat sistemi kompüterin avadanlığının istifadəsini (avadanlığların idarə etməsini, informasiyanın daxil edilməsini və çıxardılmasını, sənədlərin redaktəsini, başqa proqramların istifadəsini/idarə edilməsini və s. ) mümkün edən proqramdır. Əməliyyat sistemi ən öncə kompüterin sabityaddaşından əməli yaddaşa köçürülür və bütün başqa proqramlar həmin əməliyyat sistemi altında çalışır.
TANıNMıŞ ƏMƏLIYYAT SISTEMLƏRI
i. OS— amerika şirkəti olan Apple tərəfindən hazırlanan mobil əməliyyat sistemidir. 2007 -ci ildən buraxılır; ilk buraxılış — i. Phone və i. Pod touch üçün, sonrakı buraxılışlar — i. Pad və Apple TV və bu tip qurğular üçün istifadəyə verilmişdir. Windows Phone-dən və Google Android-dən fərqli olaraq, yalnız Apple firması tərəfinfən istehsal edilən qurğular tərəfindən dəstəklənir. i. OS istifadəçi interfeysi multitaç jestlərindən istifadə edərək düz manipulyasiya konsepsiyasına əsaslanmışdır. Android - smartfonlar, planşetlər, kompüterlər, Elektron kitablar, Televizorlar, Google Glass [2]və digər cihazlar üçün nəzərdə tutulmuş, Linux nüvəli [3] açıq qaynaq kodlu əməliyyat sistemidir. Gələcəkdə avtomobillərin[4] də dəstəklənməsi planlaşırılır. Əvvəcə Android İnc. Şirkəti tərəfindən inkişaf etdirilib, daha sonralar Google tərəfindən alınmışdır. Google-un bu təşəbbüsü Open Handset Alliance-nın yaranmasına səbəb olmuşdur, hansı ki hal-hazırda platformanın sonrakı inkişafıyla məşğuldur.
MICROSOFT VƏ LINUX ARASıNDA DA MÜBARIZƏ VARDıR
MICRASOFT Microsoft dünyada ən böyük iki transmilli şirkətlərdən biri. Müxtəlif hesablama sistemləri üçün proqram təminatlarının istehsalı ilə məşğul olur. Microsoft Şirkətinin sahibi Bill Geytsdir, o həm də dünyanın ən zəngin şəxsidir. Hazırda Microsoft şirkəti Windows əməliyyat sistemlərini istehsal edir. Microsoft şirkətinin məhsulları 45 dilə çevrilərək, 80 ölkədə satılır. 2010 -cu ildən etibarən Microsoft korporasiyasının maliyyə direktoru vəzifəsində, hazırda əməliyyat direktoru olan Kevin Törner çalışır. Microsoftdan qabaq 47 yaşlı K. Törner Wal. Mart pərakəndə satış şəbəkəsinin top-menecerlərindən biri olub.
MICROSOFTUN YARATDıĞı VƏ TƏKMILLƏŞDIRDIYI ƏMƏLIYYAT SISTEMLƏRI GENIŞ ISTIFADƏ EDILIR. Windows 95 Windows 98 Second Edition Windows ME Windows 2000 Windows Server 2003 Windows XP Windows Vista Windows Server 2008 Windows 7 Microsoft Dynamics Windows 8. 1 Windows 10
LINUX Linux superkompüterlərdə, masaüstü kompüterlərdə, dizüstü kompüterlərdə, ağıllı telefonlarda, planşetlərdə, yeni nəsil televizorlarda və s. kimi bütün platformalarda işləyir. Dünayanın 10 ən sürətli superkompüterində Linux istifadə olunur[2]. Linux nüvəsinin yaradıcısı, Linus Torvalds, 28 dekabr 1969 cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babasına bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əldə etmişdir. Helsinki Universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.
1991 -ci ildə "C" və Unix dərsləri aldığı vaxt özünə personal kompüter aldı. Kompüterlə bərabər gələn əməliyyat sistemini bəyənmədiyi üçün öz əməliyyat sistemini yazmağa qərar verən Linus, o vaxt bir hollandiyalı professor tərəfindən yazılan və mənbələri açıq olan Minix əməliyyat sistemi ilə maraqlanmağa başladı. Beləliklə Linux MINIX-dən daha yüksək standartlara cavab verə bilən və Linusun Minix-i kəlmələrindən yaranan Linux ortaya çıxdı. Linus Torvalds öz əməliyyat sistemində GNU yaradıcısı olan Riçard Stallmnın da əməyinin keçdiyini söyləyir. Ona görə ki, Linux-un yaradılmasında GNU layihəsi tərəfindən yazılan proqramcıqlar istifadə edilmişdi. Linux ictimaiyyətə açıqdır və istəyən hər kəs onu bir şərtlə işlədə bilər, o şərt, əlavə olunan bütün inkişafın gizli, ya da müəllif hüquqlu olmaması və mütləq sürətdə sərbəstliklə bölüşülməsidir. Linux-un günümüzdəki yeri bu fəlsəfənin b meyvəsidir. Hazırda Linux dedikdə onun nüvəsi nəzərdə tutulur. Bu nüvə sistemin əsas özəyidir və mütəmadi olaraq Linus Torvalds və onun tələbələri tərəfindən təkmilləşdirilir. Bu nüvənin əsasında distributivlər yığılır və bizim istifadə etdiyimiz əməliyyat sistemləri də bu distributivlərdəndir.
UTILITLƏR Disk və fayl sisteminə xidmətə əsaslanaraq, verilənlərin emalının köməkçi əməliyyatlarını yerinə yetirən kompüterə xidmət proqramlarıdır. Onlar istifadəçilərə əlavə imkanlar verirlər. Utilitlər aşağıdakı funksiyaları yerinə yetirir: -maqnit disk sahəsinin keyfiyyətinin yoxlanılması, diskin sıxılması, disklərin surətinin yaradılması, disklərin formatlaşdırılması və defraqmentasiyasının yerinə yetirilməsi; -informasiya mühəfizəsinin təmini, nasazlıq hallarında bərpanın mümkünlüyü və s. ; -arxivlərin yaradılması və yeniləndirilməsi; -müxtəlif rejim və formatlarda mətn və digər faylların çapı; -şəbəkəyə xidmət.
TƏTBIQI PROQRAMLAR Tətbiqi proqramlar istifadəçinin aşağıda göstərilən işlərini yerinə yetirir: Mətinlərin emalı (Lexicon, Chi. Writer, Microsoft Word və s. ) Elektron cədvəllərin emalı (Microsoft Excel, Lotus və s. ) Verilənlər bazasının idarəsi (Fox. Pro, Paradox, Microsoft Access və s. ) Kommunikasiya (Internet Explorer, Netscape Communicator) İdarəetmənin avtomatlaşdırılması-Avtomatlaşdırılmış idarəetmə sistemləri (Market Manager və b. ) Multimedia (Windows Media Player və b. ) Simulyasiya (modelləşdrmə) Treyninq Texniki servis Tərcümə (Dilmanc) Diaqnostika
MƏTN REDAKTORU Mətn redaktoru — mətnlər yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Mətnlərin yalnız daxil edilməsi və redaktəsini nəzərdə tutur. Əlavə olaraq mətnlərin formatlaşdırılması üçün istifadə olunan proqramlar isə mətn prosessorları adlanır. Windows ƏS-na standart Notepad (Bloknot), Write mətn redaktoru daxildir. Windows sistemində formatlaşdırılmamış mətn faylının yəni Notepad (Bloknot)-ın genişlənməsi
MƏTN PROQRAMLARı Mətn proqramları mətnlər yaradılması və redaktəsi üçün nəzərdə tutulmuşdur. Mətnlərin yalnız daxil edilməsi və redaktəsi üçün istifadə edilən proqramlar mətn redaktorları, əlavə olaraq mətnlərin formatlaşdırılması üçün istifadə olunan proqramlar isə mətn prosessorları adlanır. Windows ƏS-nə standart Notepad (Блокнот), Write mətn redaktoru və sadə Wordpad mətn prosessoru daxildir. Windows sistemində formatlaşdırılmamış mətn faylının genişlənməsi. txt, Wordpad-ın genişlənməsi isə. rtf-dir. Daha geniş istifadə olunan mətn prosessorlarına Word 6. 0, 7. 0, 97, 2000, 2003, 2007, Leksikon 9. 0, Ami. Pro 3. 1 və s. misal göstərmək olar. Bir çox mətn prosessorları üçün ümumi olan anlayışlara baxaq: Simvol – sənəd mətnin minimal elementidir. Abzas – Word proqramında abzas dedikdə, abzasın sonu işarəsi (¶) ilə qurtaran mət fraqmenti başa düşülür. Abzasın sonu Enter düyməsinin basılması ilə daxil edilir.
Kolontitul – bütün səhifələrdə təkrar olunan səhifə sərlövhələridir. Səhifə sərlövhələri səhifənin yuxarısında və aşağısında ola bilər. Şərh (Qeyd) – əsas mətndən xaricdə yerləşən və mətnin hər hansı sözünə və ya cümləsinə verilən izahatdır. Bölmə – sənədin ayrıca bir hissəsidir ki, buradakı səhifələrin öz parametrlərinin və kolontitullarını təyin etmək mümkündür. Bölmələrin sərhədləri ayırıcılarla qeyd olunur. WYSIWYG (What You See Is What You Get – nə görürsənsə, o da çap olunur) rejimi onu göstərir ki, redaktə olunmuş sənəd ekranda necə görünürsə, o cür də çap olunur. Microsoft Word – güclü mətn redaktoru olub istənilən mürəkkəb sənəd yaratmaq üçün nəzərdə tutulmuşdur. Hazırda dünyada ən populyar proqram hesab olunur. Word sürətli əmrlər yığımı və yazının qramatikasını yoxlayan proqramlar, sinonimlər lüğəti kimi müasir alətlərlə təchiz olunmuşdur ki, onların köməyi ilə sənədi savadlı tərtib etmək, çox asanlıqla və vaxt itirmədən məktubları, hesabatları, qeydləri və təsvirləri birləşdirmək mümkündür. Microsoft Word proqramı mətn yaratmaq üçün istifadə edildiyinə görə bu cür proqramlara mətn redaktorları deyilir (Notepad (Блокнот), Word. Pad).
PROQRAMLAŞDıRMA ALƏTLƏRI



















