Molla Pnah Vaqif adna 8 sayl tam orta

  • Slides: 11
Download presentation
Molla Pənah Vaqif adına 8 saylı tam orta məktəbin 71 sinif şagirdi İsmayıllı Sürəyyanın

Molla Pənah Vaqif adına 8 saylı tam orta məktəbin 71 sinif şagirdi İsmayıllı Sürəyyanın Molla Pənah Vaqif haqqında hazırladığı təqdimat

MOLLA PƏNAH VAQİF M. P. Vaqif 1717 -ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan

MOLLA PƏNAH VAQİF M. P. Vaqif 1717 -ci ildə Qazax yaxınlığındakı Salahlı kəndində anadan olmuşdur. Pənah yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazaxda tanınmış alim və pedaqoq Şəfi əfəndinin yanında oxumuşdu. Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs demiş və elə burada Molla Pənah Vaqif adını almışdır. Bu zaman onun alimliyi haqqında xəbərlər Molla Pənahın vətəninin hüdudlarından çoxçox uzaqlara yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: Hər oxuyan Molla Pənah olmaz.

MOLLA PƏNAH VAQİF Qarabağa gəldikdən sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair

MOLLA PƏNAH VAQİF Qarabağa gəldikdən sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm gözəl şair, həm də gözəkl müəllim kimi tanındı. Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edir. XVIII əsrdə gürcüstan sərhəddində baş vermiş gərginlik bir çox ailəni Qazaxdan Gəncəyə köçməyə məcbur etdi. Bunların arasında Vaqifin ailəsi də var idi.

PƏRİ Boyun sürahıdır, bədənin büllur, Gərdənin çəkilmiş minadan Pəri. Sən ha bir sonasan cüda

PƏRİ Boyun sürahıdır, bədənin büllur, Gərdənin çəkilmiş minadan Pəri. Sən ha bir sonasan cüda düşübsən, Bir bölük yaşılbaş sonadan Pəri İxtilatın şirin, sözün məzəli, Şəkər gülüşündən canlar təzəli Ellər yaraşığı, ölkə gözəli Nə gözəl doğubsan anadan Pəri. Üz yanında tökülubdür tel nazik, Sinə meydan, zülf pərişan, bel nazik Ağız nazik, dodaq nazik, dil nazik, Ağ əllərin əlvan hənadan Pəri.

DURNALAR Bir zaman havada qanad saхlayın, Sözüm vardır mәnim sizә, durnalar Qatarlaşıb nә diyardan

DURNALAR Bir zaman havada qanad saхlayın, Sözüm vardır mәnim sizә, durnalar Qatarlaşıb nә diyardan gәlirsiz, Bir хәbәr vеrsәniz bizә, durnalar! Sizә müştaq durur Bağdad еllәri, Gözlәyә-gözlәyә qalıb yоlları, Asta qanad çalın, qafil tеllәri, Hеyifdir salarsız düzә, durnalar Хеyli vaхtdır yarın fәrağındayam, Pәrvanә tәk hüsnün çırağındayam, Bir ala gözlünün sоrağındayam, Görünürmü görün gözә, durnalar

HAYIF Kİ, YOXDUR Kür qırağının әcәb seyrәngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur! Ucu

HAYIF Kİ, YOXDUR Kür qırağının әcәb seyrәngahı var, Yaşılbaş sonası, hayıf ki, yoxdur! Ucu tәr cığalı siyah tellәrin Hәrdәn tamaşası, hayıf ki, yoxdur! Qış günü qışlağı Qıraqbasanın, Gözüdür Aranın, cümlә-cahanın, Belә gözәl yerin, gözәl mәkanın Bir gözәl obası, hayıf ki, yoxdur Çoxdur ağ bәdәnli, büllur buxaqlı, Lalә zәnәxdanlı, qönçә dodaqlı. Amma şirin dilli, açıq qabaqlı, Könül aşinası, hayıf ki, yoxdur! Havasından torpağının, yeninin, Dadızmaz dәhanın, lәbi-şirinin, Pәri çoxdur, nә fayda heç birinin Adamlıq әdası, hayıf ki, yoxdur!

MOLLA VƏLİ VİDADİ HAQQINDA MƏLUMAT

MOLLA VƏLİ VİDADİ HAQQINDA MƏLUMAT

MOLLA PƏNAH VAQİF İLƏ MOLLA VİDADİNİN DEYİŞMƏSİ Vaqif Ey Vidadi, sәnin bu puç dünyada

MOLLA PƏNAH VAQİF İLƏ MOLLA VİDADİNİN DEYİŞMƏSİ Vaqif Ey Vidadi, sәnin bu puç dünyada Nә dәrdin var ki, zar-zar ağlarsan? Ağlamalı günün axirәtdәdir, Hәlindict sәndә nә var, ağlarsan? Vidadi Vaqif, nә çox yan baş-ayaq atarsan, Mәnә dersәn: nә bu qәdәr ağlarsan Sәnin dә başında mәhәbbәt beyniӘgәr olsa, eylәr әsәr, ağlarsan! Vaqif Ta cәsәdin cüda olmayıb candan, Bil özünü artıq sultandan, xandan, Habelә ayrılıq nәdir ki, ondan Bu qәdәr çәkibsәn azar, ağlarsan? Vidadi Ağlamaq ki, vardır, mәhәbbәtdir, Şikәstәxatirlik mәrhәmәtdәndir, Әsil bunlar cümlә mürüvvәtdәndir, Olsa ürәyindә, betәr ağlarsan!

 • Molla Vәli Vidadi 1709 -cu ildә Şәmkirdә • • anadan olmuşdur. Şairin

• Molla Vәli Vidadi 1709 -cu ildә Şәmkirdә • • anadan olmuşdur. Şairin uşaqlığı vә ilk gәncliyi dә orda keçmişdir. Atası Mәhәmmәd ağa zәmanәsinin qabaqcıl vә savadlı adamlarından biri idi. Mәhәmmәd ağa Sәfәvilәr dövründә İranda yaşayan Hәmzә sultanın nәslindәndir. Belә bir ailәdә böyüyәn Vidadi dә uşaqlıqdan mükәmmәl tәlim-tәrbiyә almışdır. Atasının ölümündәn sonra Şәmkiri tәrk edib, Qazağa köçmüşdür. O, ilk tәhsilini Şәmkirdә almış, oxumağı davam etdirmәk üçün Poyluya gәlmişdir. O, әrәb, fars dillәrini mükәmmәl öyrәnmişdir. Şair Poyludan vәtәninә qayıtmayıb Şıxlı kәndinә gәlmiş, burada Әhmәdağanın yanında mirzәlik, katiblik vә mәktәbdarlıqla mәşğul olmuşdur. Mәhz buna görә dә o, Mola Vәli adı ilә tanınmışdır. Qıraq Salahlıda yaşayan Molla Cәbrayıl adlı bir nәfәrin qızı ilә evlәnәrәk, Şıxlı kәndindә mәskәn salmışdır.

MOLLA VƏLİ VİDADİ İLƏ MOLLA PƏNAH VAQİF

MOLLA VƏLİ VİDADİ İLƏ MOLLA PƏNAH VAQİF

Təqdimatıma baxdığınız üçün TƏŞƏKKÜRLƏR

Təqdimatıma baxdığınız üçün TƏŞƏKKÜRLƏR