Fnn Corafiya Mvzu Yerin z oxu trafnda hrkti

  • Slides: 12
Download presentation
Fənn: Coğrafiya Mövzu: Yerin öz oxu ətrafında hərəkəti Sinif: 7 Müəllim: Əliyeva Səyalı 238№

Fənn: Coğrafiya Mövzu: Yerin öz oxu ətrafında hərəkəti Sinif: 7 Müəllim: Əliyeva Səyalı 238№ li tam orta mək.

Reallaşdırılan standartlar • 1. 2. 2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır Təlim

Reallaşdırılan standartlar • 1. 2. 2. Yerin hərəkətinin nəticələrinə dair sadə hesablamalar aparır Təlim nəticələri • Məntəqələr arasında yaranan vaxt fərqlərinin səbəblərini izah edir • Yerli vaxt fərqinin təyin olunmasına aid sadə hesablamalar aparır

Əsas anlayışlar • Yerli vaxt • Vaxt fərqi • Sutkalı ritmik proseslər Əsas hədəf-sual

Əsas anlayışlar • Yerli vaxt • Vaxt fərqi • Sutkalı ritmik proseslər Əsas hədəf-sual • Müxtəlif ölkələrdə vaxtın fərqli olmasının səbəbi nədir? Öyrənmə modeli • 7 E

Elicit- Yadasalma • Qlobusu fırladaraq üzərinə fənər tutsaq nə baş verər? • Hansı məntəqələr

Elicit- Yadasalma • Qlobusu fırladaraq üzərinə fənər tutsaq nə baş verər? • Hansı məntəqələr vaxt etibari ilə Bakıdan geridədir? • Şagirdlərin cavabları Yerin öz oxu ətrafında hərəkəti nəticəsində vaxt fərqinin yaranması istiqamətində olmaqla dinlənilir.

Engage—Maraq oyadaraq cəlbetmə • Yerin öz oxu ətrafında hərəkəti nəticəsində bir çox hadisələrin baş

Engage—Maraq oyadaraq cəlbetmə • Yerin öz oxu ətrafında hərəkəti nəticəsində bir çox hadisələrin baş verməsi və bu hadisələrin təkrarlanması, yəni sutkalıq ritmlik, qərb və şərq yarımkürələrində bir sutka fərqinin olması haqqında müəyyən vasitələrlə məlumat verilir. Sual: Sizcə Yerdə vaxt fərqinin yaranması necə baş verir?

Explore-- Tədqiqat • Məntəqələrdə vaxtı və vaxt fərqini təyin etmək üçün şagirdlərə bir alqoritm

Explore-- Tədqiqat • Məntəqələrdə vaxtı və vaxt fərqini təyin etmək üçün şagirdlərə bir alqoritm təklif etmək olar. Bunun üçün xəritədə hər hansı bir məntəqə (A) təklif olunur. Sonra həmin məntəqədən şərqdə və qərbdə yerləşən iki (B; C) məntəqə seçilir. • 1. Məntəqələr arasında dərəcə ilə uzunluq fərqini müəyyən etmək • 2. Tapılmış uzunluq fərqinə əsasən vaxt fərqini tapmaq • 3. Nəticədə vaxt dəqiqələrlə alınacaq. • 4. Seçilmiş iki məntəqələrin əsas məntəqədən hansı istiqamətdə yerləşməsini müəyyən etmək.

Explain-İzahat • Bu mərhələdə şagirdlər tədqiqatın nəticələrini verilmiş alqoritm üzrə təqdim edirlər. • 1.

Explain-İzahat • Bu mərhələdə şagirdlər tədqiqatın nəticələrini verilmiş alqoritm üzrə təqdim edirlər. • 1. Məntəqələr arasında dərəcə fərqi: • A-- B: 30+60=90 A--C: 80 - 30=50 • 2. Məntəqələr arasında vaxt fərqi: alınan dərəcə fərqi 4 -ə vurulur. • A—B: 90 x 4=360 dəq. A—C: 50 x 4=200 dəq. • 3. Alınan dəqiqələri saata çevirmək üçün nəticələr 60 -a bölünür: • 360: 60= 6 200: 60= 3 s. 20 dəq. • 4. A-B arasında 6 saat, A-C arasında isə 3 saat 20 dəq. vaxt fərqi var.

Elaborate-Təkmilləşdirmə • Bu mərhələdə şagirdlərə qaranlıq qalan hissələrə aydınlıq gətirilir. Məsələn, əgər məntəqələr eyni

Elaborate-Təkmilləşdirmə • Bu mərhələdə şagirdlərə qaranlıq qalan hissələrə aydınlıq gətirilir. Məsələn, əgər məntəqələr eyni yarımkürədə olarsa, dərəcələr çıxılır, müxtəlif yarımkürədə olarsa, toplanır. Axtarılan məntəqə şərqdə yerləşirsə vaxt etibari ilə irəlidə olur, qərbdədirsə geridə olur. Deməli, C məntəqəsi A-dan 3 s 20 dəq irəli, B isə A-dan Qaranlıq qalan 6 s geridədir.

Bir meridian üzərində şimaldan cənuba vaxt eyni olur.

Bir meridian üzərində şimaldan cənuba vaxt eyni olur.

Şagirdlərin təlimin mərhələlərinə uyğun olaraq nəticələri qiymətləndirilir. Bu zaman onların fəallığı, çevikliyi, özünüqiymətləndirməsi, hesablama

Şagirdlərin təlimin mərhələlərinə uyğun olaraq nəticələri qiymətləndirilir. Bu zaman onların fəallığı, çevikliyi, özünüqiymətləndirməsi, hesablama bacarıqları nəzərə alınır. Evaluate-Dəyərləndirmə

Extend-- Genişləndirmə Bu mövzu üzrə genişləndirməni aşağıdakı suallar əsasında aparmaq olar. 1. Sutkalıq ritmik

Extend-- Genişləndirmə Bu mövzu üzrə genişləndirməni aşağıdakı suallar əsasında aparmaq olar. 1. Sutkalıq ritmik proseslərə hansı hadisələr aiddir? 2. Bütün dünyada vaxt eyni olsaydı nə baş verərdi? 3. Yerli vaxt eyni meridian üzərində olur, yoxsa eyni paralel üzərində? 4. Əgər Yer qərbdən şərqə yox, şərqdən qərbə doğru hərəkət etsəydi, hansı dəyişiklik olardı?