Fnn Mvzu Standart Azrbaycan dili Bayramz 2 1
Fənn: Mövzu: Standart: Azərbaycan dili Bayrağımız 2. 1. 1. Rast gəldiyi yeni əşya və hadisələri, habelə onlara bənzər əşya və hadisələri adlandırır, təyinatına görə müqayisə edir. 2. 2. 1. Müvafiq mətnləri müəyyən olunmuş tələblərə uyğun sürətli, düzgün, şüurlu, ifadəli oxuyur. 2. 2. 1. Müvafiq mətnləri müəyyən olunmuş tələblərə uyğun. sürətli, düzgün, şüurlu, ifadeli oxuyur. 2. 2. 4. Mətnin ideyasını müəyyənləşdirir və obrazları sadə şəkildə səciyyələndirir Məqsəd: Rast gəldiyi yeni sözlərlə həyatda gördüyü əşya və hadisələr arasındakı uyğunluğu müəyyən edir. Oxuduğu ve eşitdiyi məlumatları mənimsəyir və nəticə çıxarır. Müxtəlif əsərlər arasındakı ideya və mövzu yaxınlığını müəyyən edir.
Dünyada elə xalqlar var ki , öz himnləri , gerbləri, bayraqları yoxdur, cünki onlar öz müstəqil dövlətlərini qurmamışlar. Dövlət atributları hər bir xalqın dövlət müstəqilliyinin rəmzidir.
Biz azərbaycanlılar xoşbəxt xalqıq ki, öz müstəqil dövlətimiz var. Bu müstəqillik qəhrəman oğul və qızlarımızın qanı bahasına əldə edilib və onu qorumaq hər bir azərbaycanlı vətəndaşının müqəddəs borcudur.
1. Sizcə mətndə təsvir olunan hadisələr hansı illərə təsadüf edir? 2. Həmin illərdə hekayənin müəllifi 4 -cü sinifdə oxuyurdusa, indi onun təxminən neçə yaşı olar? 3. Hansı günlərdə küçə və yollarımızda dövlət bayraqlarımız asılır? 4. Hekayənin qəhrəmanı haqqında nə deyə bilərsiniz? Düşünun və sualları cavablandırmaqda kömək edin
Bayrağımız haqqında nə bilirsiniz? Bilirəm Bayrağımız üç rəngdən ibarətdir: mavi, qırmızı, yaşıl. Üzərində aypara və səkkizgüşəli ulduz təsvir olunub. İstəyirəm bilim Öyrəndim
Dövlətin rəsmi fərqləndirici əlamətlərindən biri dövlət bayrağıdır
Bayraq - bir ölkəni, təşkilatı, quruluşu və ya birliyi işarələyən, əsasən parçadan olan, dövlət rəmzi olub, müharibələr, inqilablar zamanı öndə, insanların başı üzərində aparılan, müxtəlif rəsmi təşkilatların binalarının qarşısında dirəyə asılan və həmin təşkilatı təmsil edən, Vətən uğrunda şəhid olanların qəbirləri üzərinə salınan dövlət atributudur. Bayrağın üzərindəki hər rəng və simvol bir özəl məna daşıyır. Azərbaycan Respublikasının dövlət atributlarından, dövlətçilik rəmzlərindən biri onun Milli Bayrağı – Dövlət bayrağıdır. Azərbaycan Respublikasının Dövlət bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.
Azərbaycan Respubiikasının Dövlət bayrağı 1918 -1920 -ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılan milli dövlət atributlarındandır. 1991 -ci il fevralın 5 -də respublika Ali Sovetinin qərarı ilə üçrəngli və ay-ulduzlu bayraq yenidən Azərbaycanın dövlət bayrağı elan edilib
Azərbaycan prezidenti İlham Əliyevin 2009 -cu il noyabrın 18 -də imzaladığı sərəncamla 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur.
Bayrağın eninin uzunluğuna nisbəti 1: 2 -dir. . Bayraq üç rəngli parçadan (trikolor) ibarətdir: yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir Qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir Bayrağın göy rəngi türkçülüyümüzü qırmızı müasirləşməni, azadlığı yaşıl rəng isə İslamçılığı tərənnüm edir.
Vətənimizin hər bir bölgəsində bayraq meydanı var. Bu meydanda ucalan bayrağımızı uzaqdan da görmək mümkündür.
Bizim doğma Gəncə şəhərimizdə mövcud olan Bayraq meydanı hər birimiz üçün qürür yeridir.
Bizim ən böyük arzumuz budur ki, tezliklə düşmən əsarətində olan torpaqlarımızı yağılardan azad edək və müqəddəs bayrağımızı azad edilmiş torpaqlarda: Şuşada, Laçında, Kəlbəcərdə, Xan kəndində və s. yerlərdə dalğalandıraq. İnanırıq ki, o gün uzaqda deyil.
Bayrağımız haqqında hansı şeirlər bilirsiniz?
Bayrağımız haqqında nə öyrəndiniz? Bilirəm Bayrağımız üç rəngdən ibarətdir: mavi, qırmı zı, yaşıl. Üzərində aypara və səkkizgüşəli ulduz təsvir olunub. İstəyirəm bilim Öyrəndim Bаyrаğımız ilk dəfə 1918 ci il nоyаbrın 9 -dа dövlət rəmzi кimi qəbul еdilib. Mаvi rəng-хаlqımızın türк mənşəyini, qırmızı rəng müаsirli-yi, yаşıl rəng-islаm sivlizаsiyаsınа tərənnüm edir. 9 noyabr tarixi Dövlət Bayrağı Günü kimi qeyd olunur
Uyğunluğu müəyyən edin Bayraq günü 28 may Himnimizin bəstəkarı Üzeyir Hacıbəyli Respublika günü 9 noyabr
Azərbaycanın paytaxtı hansı şəhərdir? Şəki Gəncə Bakı
Bunlardan biri dövlət atributu deyil Bayraq Gerb Xəritə Himn
Ölkəmizdə Silahlı Qüvvələr Günü nə vaxt qeyd olunur? 17 noyabr 26 iyun 31 dekabr
Bayragımızda hansı rəng türkçülüyümüzü ifadə edir? Mavı Qırmızı Yaşıl
Dövlətimizə kim başçılıq edir? Nazir Komandir Prezident
http: //Learning. Apps. org/display? v=p ghjm 6 abn 16 http: //Learning. Apps. org/display? v=poez 9 epik 16
- Slides: 28