Fnn Azrbaycan dili Mvzu Nizami Gncvi Atann oluna
Fənn: Azərbaycan dili. Mövzu: Nizami Gəncəvi Atanın oğluna nəsihəti.
1. Şagirdlərdə “Nəzm və nəsr” anlayışını formalaşdırmaq. 2. Şagirdlərdə nitqi və müşahidə etmək bacarığını inkişaf etdirmək. 3. Şagirdlərə biliklərini artırmaq məqsədi ilə mövzuya aid əlavə materialların verilməsi. 4. Şeirin məzmununu həyat haqqında düşüncələri ilə əlaqələndirərək fikir yürütməsi.
Motivasiya. Məhəmməd Peyğəmbərin belə bir kəlamı var: «Heç bir ata övladına gözəl tərbiyədən qiymətli hədiyyə verə Bu kəlamı necə başa bilməz. » düşürsünüz? ?
• İş forması: Böyük və kiçik qruplarla iş. • İş üsulu: Beyin həmləsi. Diskussiya. • Resurslar: dərslik, şəkillər və iş vərəqləri.
• Qruplarla iş. Şeir hissələrə ayrılır, hər hissənin əvvəlinə şeirin ilk iki misrası əlavə edilir və qruplara paylanır. Qruplar təqdim olunmuş misraları ifadəli oxuduqdan sonra onları nəsrə çevirib danışır və öz əlavələrini edir. ? «Sizcə ata oğluna daha nələri məsləhət görər? » I qrup (Sənətkar) II qrup (Zəka) III qrup (Palançı) IV qrup ( Papaqçı)
I qrup (Sənətkar) Oğul, sözlərimə yaxşı qulaq as, Ata nəsihəti faydasız olmaz: Nə hiyləgər, nə də vicdanı dar ol, Hal bilən, hal duyan bir sənətkar ol Sualın cavabı: Heç kimi aldatmaq olmaz, vicdanlı olmaq lazımdır. Elə sənət sahibi ol ki, sənə müraciət edənlərin halını duyasan, vəziyyətindən xəbərdar olasan.
II qrup (Zəka) Oğul, sözlərimə yaxşı qulaq as, Ata nəsihəti faydasız olmaz: Bir elmi öyrənmək istədikdə sən, Çalış ki, hər şeyi kamil biləsən. Sualın cavabı: Elmlə məşğul olmaq, elmə yiyələnmək lazımdır. Bunun üçün çalışmaq lazımdır. Çalışıb hər şeyi tam, mükəmməl öyrənmək gərəkdir.
III qrup (Palançı) Oğul, sözlərimə yaxşı qulaq as, Ata nəsihəti faydasız olmaz: Kamil bir palançı olsada insan, Yaxşıdır yarımçıq papaqçılıqdan. Sualın cavabı: Hər hansı bir sənəti öyrəndikdə, hətta palançı belə olduqda yarımçılıqdan qaçmaz, öz peşəsinin kamil ustası olmaq lazımdır.
IV qrup ( Papaqçı) Oğul, sözlərimə yaxşı qulaq as, Ata nəsihəti faydasız olmaz: Məndən söyləməkdir səndən eşitmək : Bir insan əliboş gəzməsin gərək. Sualın cavabı: Həyatda hər insanın müəyyən bir sənəti, peşəsi olmalıdır. Boş-boş gəzmək olmaz. Bir işin qulpundan yapışmaq lazımdır.
? Mətnin məzmununa uyğun gələn fikir nədir? Cavab: Ata istəyir ki, oğul hansı peşəni seçməsindən asılı olmayaraq, öz işində mahir usta olsun.
• Tapşırıq. Bilməcəni həll edib şeir və onun müəllifi haqqında əlavə məlumat öyrən. Bu şeir Nizaminin oğlunun adı poemasindandır. olmuşdur.
Belə bir atalar sözü söylənir: «Sözü söylə alana. Qulağında qalanı. » Atalar sözünün «Atanın oğluna nəsihəti» şeiri ilə hansı bağlılığı olduğu araşdırılır. Daha sonra şagirdlərə belə bir sualla müraciət edilir: - Siz indiyədək atanızdan hansı nəsihəti eşitmisiniz? Bu nəsihətin həyatınızda necə rolu olub? Şagirdlər öz şəxsi həyatları ilə əlaqələndirərək fikir yürüdürlər. ?
Qiymətləndirmə. Qruplar I qrup III qrup IV qrup Verilən suallar Düzgün cavablar Cəmi
Evə tapşırıq: Dəftərə elə bir cümlə yazın ki, «kamil» sözü yerindən asılı olmayaraq böyük hərflə yazılsın.
SON!!!
- Slides: 15