FNN DBIYYAT MVZU HIKMT ZIYA QARABADA SINIF VI
FƏNN: ƏDƏBIYYAT MÖVZU: HIKMƏT ZIYA « QARABAĞDA» SINIF: VI MÜƏLLIM: MÜƏLLIM ŞIXƏLIYEVA MƏTANƏT RƏŞID QIZI TARIX: 2016 -CI İL.
Mövzu: Hikmət Ziya « Qarabağda» Standartlar: 1. 1. 2; Şeirin ideya-məzmununa uyğun ifadəli oxuyur. 1. 1. 5; Əsərdə bədii təsvir və ifadə vasitələrini müəyyənləşdirir. 1. 2. 4; Əsərin ideyasını müəyyən edir, fikirlərini əsaslandırır. 2. 2. 1; Müzakirələr zamanı yoldaşlarının fikirlərindən bəhrələnir. Məqsəd: 1. şeirin ideya- məzmununu müəyyən edir və ifadəli oxuyur. 2. Bədii ifadə vasitələrini müəyyən edir. 3. Şagirdlərdə vətənə, torpağa 2. məhəbbət hissini aşılayır, Vətəndaşlıq hissini tərbiyə edir. Dərsin tipi : Induktiv Dərsin forması: Bütün siniflə iş, kiçik qruplarla iş. Üsullar: Beyin həmləsi, təqdimat, müzakirə. Təchizat: Komputer, proyektor, işçi vərəqləri. Proqram təminatı: Microsoft Word, Power. Point. İnteqrasiya: 1. 1. 1; Azərbaycan dili , 2. 1. 1; Azərbaycan tarixi, 1. 1. 2; Coğrafiya, 2. 1. 1; Musiqi, 1. 1. 3; Rəsm
Sinfin təşkili: Sinfə daxil olub şagirdlərlə salamlaşıram Giriş Azərbaycan Respublikasının Dövlət Himni ifa edilir. Davamiyyətin yoxlayıram. Qruplar müəyyən edilir. Uşaqlar 4 qrupa bölünür. Qrup liderləri uşaqlar tərəfindən müəyyən edilir. I qrup Şuşa II qrup Kəlbəcər III qrup Xocalı IV qrup Laçın
-Uşaqların diqqəti monitora yönəldilir. Monitorda Qarabağ mənzərələri təsvir edilmiş « Qarabağ şikəstəsi» səslənir. Sonra sinfə müraciət edirəm. - Uşaqlar, video çaxrı haqqında fikriniz nədir? Burada Azərbaycanın hansı dilbər guşəsi təsvir olunub? - Uşaqlar: Qarabağdan Bəli, uşaqlar, Qarabağdan Bu gün biz Hikmət Ziyanın «Qarabağda» şeiri ilə tanış olacağıq. Hikmət Ziya Azərbaycanın görkəmli yazarlarından biri olmuşdur. O, yüzlərcə şeir toplusunun müəllifidir. Şairin təmsilləri və mənzum nağılları uşaq ədəbiyyatı xəzinəsini zənginləşdirən kamil nümunələrdəndir. Şairin əsərləri dünya dillərinə tərcümə olunmuşdur. Bu gün keçəcəyimiz «Qarabağda» şeiridə onun sənət əsəridir.
Tədqiqat sualı əsasında şagirdlərin fərziyələri dinlənilir. Informasiyaların müzakirələri: Şagirdlərin yürütdükləri bütün fərziyələr müzakirə olunur. Şeir ifadəli şəkildə şagirdlər tərəfindən hissələrlə oxunur. Beləliklə şagirdlər şeirin məzmunu ilə tanış olurlar. Sonra isə qrup işlərinə keçid alınır.
Tapşırıq 1. Kəlbəcər qrupu Bu yerdə Vaqifimin müqəddəs türbəsi var, Natəvanın, Zakirin pozulmayan izi var, Üzeyirin nəfəsi, Bülbülümün səsi var. . . Cabbar, Xan, Rəşid, Səid, Zülfü zənguləsi var, Yetişibdir gör necə incilər Qarabağda, Min ilin yorğunu da dincələr Qarabağda. Verilmiş misralardan hansı məqamlar əsas ideyanı qüvvətləndirir?
Tapşırıq 1. Xocalı qrupu Ulu babalarımın min-min illik oylağı! Doğmalardan doğmadır hər aranı, yaylağı Saflıq çeşmələridir turşsu, isa bulağı. . . Havası qocanı da gənc edər Qarabağda, Min ilin yorğunu da dincələr Qarabağda. Verilmiş misralardan hansı məqamlar əsas ideyanı qüvvətləndirir?
Bütün komandalarının qrup işləri dinlənilir, müzakirəyə olunur. Sonra sinfə müraciət olunur: Uşaqlar, Qarabağ dedikdə hər birimizin ürəyində bir nisgin bir kədər bir hüzn var. torpaqlarımızın 20%-i düşmən tapdağı altındadır. İnanırıq ki, tezliklə torpaqlarımız alınacaq əcdadlarımızın ruhu rahatlıq tapacaq. - Elə bu günki tariximizdə sıradan tarix deyil. Həmin gün xalqımızın say seçmə oğullarının düşmən gülləsinə tuş gəldiyi gündür. 1991 -ci il 20 noyabr Xocavənd rayonunun Qarakəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində erməni həbiləşdirilmiş dəstələri tərəfindən vurulan Azərbaycan hərbi helikopter hadisəsi. Hesablamalara görə, Qarakənd üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N 72 helikopteri 1991 -ci il noyabrın 20 -də saat 14: 42 dəqiqədə vuruldu. 1 dəqiqəlik sükutla 20 noyabr hadisəsində vəfat etmiş igid oğullarımızın və eyni zamanda bütün şəhidlərimizin ruhu yad edilir.
Qiymətləndirmə Dərsin sonunda bütün qruplar qiymətləndirilir. Dərsin ən fəal qrupu elan edilir. Eyni zamanda qrup işləri zamanı əməkdaşlıq və vaxta riayət də qiymətləndirilir. Qrupların passiv şagirdləri qrup liderləri tərəfindən elan edilir.
EV TAPŞIRIQ 1. Qarabağ mövzusunda ESSE 2. Qarabağın təbiətini təsvir edən rəsm çəkir.
- Slides: 19