Ouz rayonu 3 sayl mktblisey Fnn Corafiya Sinif

Oğuz rayonu 3 saylı məktəb-lisey Fənn: Coğrafiya Sinif: VII sinif Müəllim: Mehriban Abbasova

Standart: 1. 1. 1 Kəşf və tədqiqatlar nəticəsində xəritədə baş verən dəyişiklikləri müqayisə edir. �Mövzu: �Yeni dünyanın kəşfi


Təlim məqsədi: �Yeni dünyanın kəşf edilməsi nəticəsində xəritədə təsvir edilən yeni coğrafi obyektləri adlandırır, kəşf edilmiş yeni əraziləri xəritədə göstərir

İnteqrasiya: Üm. t. -1. 1. 1 �İş forması: Kollektivlə iş, qruplarla iş �İş üsulu: Beyin həmləsi, Cədvəllə iş, Müzakirə �Resurslar: Dərslik, İş vərəqləri, Proyektor, Videomaterial, Dünyanın fiziki xəritəsi, Kontur xəritə

DƏRSİN GEDİŞİ

MOTİVASİYA � 1. Təqdim edilən xəritələrdəki fərqlər nədən ibarətdir?

Gördüyünüz şəkillərdəki səyyahlar haqqında nə deyə bilərsiniz?

Tədqiqat sualı: �Böyük coğrafi kəşflər nəticəsində xəritədə hansı dəyişikliklər baş verdi ?

QRUPLAR: �I. KOLUMB �III. MAGELLAN VASKO DA QAMA

Qrup 1. Təsvir olunan marşrutlar üzrə səyahət etmiş səyyahları və onların etdiyi kəşfləri müəyyən edin.

Qrup 2: Sadalananlardan Böyük Coğrafi Kəşflərin səbəblərini və nəticələrini müvafiq cədvələ uyğun qruplaşdırın: Əmtəə istehsalının artması, ticarətin genişlənməsi və Avropa və Şərq arasında qızıl, gümüş mübadiləsi; Əhalinin artması nəticəsində yeni torpaqlar əldə etmək istəyi; şərqlə ticarəti genişləndirmək üçün Hindistana daha asan ticarət yollarını axtarmaq; Şərqlə ticarət yollarının ərəblərin əlində olması və ədviyyat, qızıl, gümüş, fil dişi kimi qiymətli məhsulların avropalılara olduğundan 8 -10 dəfə baha başa gəlməsi, Yer haqqında təsəvvürlər dəyişməsi; Ticarət əlaqələri genişlənməsi və ticarət yollarının Aralıq dənizindən okeanlara keçdi; avropada qida rasionuna yeni məhsullar: kartof, qarğıdalı, lobya, pomidor, kakao, kofe, çay, tütün, şokolad daxil oldu; Amerika, Afrika və Asiyanınn yerli xalqları məhv olmağa başladı; Köhnə və Yeni dünya arasında əlaqələr genişləndi, təbii sərvətlərin daşınması prosesi başladı, Xristianlıq dini geniş şəkildə yayıldı Böyük coğrafi kəşflərin səbəbləri Böyük coğrafi kəşflərin nəticələri

Qrup 3: Dərslikdən istifadə edərək Böyük coğrafi kəşflər nəticəsində kəşf edilmiş əraziləri və yeni coğrafi obyektləri Kontur xəritəyə köçürün

İnformasiya mübadiləsi �Şagirdlərin işləri lövhədən asılır və hər qrupdan bir nəfər qrupun işini təqdim edir. Şagirdlər bir-birilərinin işləri ilə tanış olurlar.

İnformasiyanın müzakirəsi �Şagirdlərin cavablarını genişləndirərək proyektorda göstərirəm








Xristofor kolumbun səyahətinin əhəmiyyəti Yeni materik-Mərkəzi Amerikanı və Cənubi Amerikanın şimal sahillərini kəşf etdi. � Avropada əvvəllər məlum olmayan yeni məhsullar: kartof, pomidor, bibər, lobya, qarğıdalı və s. qida rasionuna daxil oldu. � Yer haqqında təsəvvürlər genişləndi �




Vasko da Qamanın səyahətinin nəticələri Cənubi Asiya ölkələrinə gedən dəniz yolu kəşf edildi � Portuqaliya ən güclü dəniz müstəmləkəçisi oldu � Hindistanla ticarət əlaqələri daha geniş şəkildə inkişaf etdi � Hindistanın yarısı Portuqaliyanın müstəmləkəsinə çevrildi �



Fernan Magellanın dünya səyahətinin nəticəsi Yerin kürə formasında olması haqqında mübahisələrə son qoyuldu və Yerin kürə formasında olması əyani şəkildə sübuta yetirildi � Vahid Dünya Okeanının mövcudluğu sübut edildi �

Böyük coğrafi kəşflərin nəticələri � � � � Yer haqqında təsəvvürlər dəyişdi Ticarət əlaqələri əhəmiyyətli şəkildə genişləndi və ticarət yolları Aralıq dənizindən okeanlara yerini dəyişdi Avropada yeni məhsullar: kartof, qarğıdalı, pomidor, qəhvə, çay, kofe, hindquşu, şokolad və s. məhsullar meydana gəldi Amerika, Afrika və Asiyada müstəmləkəçilik, yerli xalqlarının məhv olması prosesi başladı Avropada tacirlər və sahibkarlar varlandı, burjuaziya sinfi gücləndi Yeni və Köhnə dünya (sənaye və ənənəvi cəmiyyətlər ) arasında əlaqələr yaxınlaşdı Böyük Coğrafi Kəşflər nəticəsində Amerika, onun sahillərindəki adalar, Afrika və Asiyanın cənub-şərq, cənub-qərb sahillərindəki coğrafi obyektlər məlum oldu, Vahid dünya okeanının mövcudluğu sübuta yetirildi

Yaradıcı tətbiqetmə �

1. Qırmızımtıl dərili hündürboy insanlar Kolumbu sevinclə qarşıladılar. Onlar kim idi?

HİNDLİLƏR

� 1488 -ci ildə bu Bartolomey Diaş bu burunu “Fırtınalar burnu” adlandırdı. Belə ki, dənizçilər burda fırtınaya düşmüş, yarım illik səyahətdən sonra çox yorulmuş və artıq irəliyə üzməkdən vaz keçərək geri qayıtmışdılar. Bu burun indi necə adlanır?

�“ÜMi. D” BURNU

Nəyi hindlilər ispanlar onların torpaqlarına gələnə qədər heç vaxt görməmişdilər?


Çinlilər tərəfindən ixtira edilən və dənizçiliyin inkişafına səbəb olan alət hansıdır? �Qnomon Günəş saatı � Kompas �Şturval �


Amerika hansı səyahətçinin şərəfinə adlandırılmışdır? �Fernan Magellan �Vasko da Qama �Xristofor Kolumb �Ameriqo Vespuççi

Ameriqo Vespucci (1454 -1512) Səyahətçi, tədqiqatçı, tacir və kartoqraf

Orta əsrlərdə uzaq məsafələrə üzə bilən gəmi �Yelkənli gəmi �Kanoe �Karavella �Qayıq

KARAVELLA

VƏƏƏƏ � QARA �Qədim QUTU Mayalılar bu bitkinin bir çox növünü tanıyırdılar. Lakin Avropalılar onu görəndə belə dedilər: “Sahələrdə qəribə bitki bitirdi-hündürlüyü 1 metrdən çox idi, meyvələri qızıla, yarpaqları isə gümüşə oxşayırdı” �BU HANSI BİTKİ İDİ


Ev tapşırığı: �Məşhur səyyahlardan birinə aid təqdimat hazırlayın.

Qiymətləndirmə meyarları: Adlandırma, xəritədə göstərmə I səviyyə III səviyyə IV səviyyə Xəritədə təsvir olunan obyektləri adlandırmaqda çətinlik çəkir Xəritədə təsvir olunan obyektləri müəllimin köməyilə adlandırır Xəritədə təsvir olunan obyektləri adlandırarkən kiçik səhvlər buraxır Xəritədə təsvir olunan obyektləri düzgün və sərbəst adlandırır. Kəşflər nəticəsində xəritədə təsvir edilən coğrafi obyektləri göstərməkdə çətinlik çəkir Kəşflər nəticəsində xəritədə təsvir edilən coğrafi obyektləri müəllimin köməyilə göstərir Kəşflər nəticəsində xəritədə təsvir edilən coğrafi obyektləri kiçik qüsurlarla göstərir Kəşflər nəticəsində xəritədə təsvir edilən coğrafi obyektləri düzgün və tam göstərir
- Slides: 48