Cinsi mnsubiyyt gr ayrsekilik ndir Gender brabrliyinin kii
Cinsi mənsubiyyətə görə ayrı-seçkilik nədir “Gender bərabərliyinin (kişi və qadın) təminatları haqqında” Azərbaycan Respublkasının Qanununun izahı
Gender əasalı vəzifələr Qadın və Kişi � Ailədə � Əmək fəaliyyətində � İcmada � Qərar qəbuletmədə
Dünyada qadınlar Dünyada məhsulun 50%-i qadınlar tərəfindən istehsal olunur Dünyanın kasıb əhalisinin əksəriyyəti qadınlardır Dünyada gəlirin 10%-i qadlnlara məxsusdur Dünyada mülkiyyətin 1%-i qadınlarındır Qadınların 50%-i kənd yerlərində yoxsul vəziyyətdə yaşayırlar Dünyada qadınların 70%- zorakılığa məruz qalır
Gender bərabərliyi � Formal bərabərlik –cəmiyyətdə bərabərsizliyin mövcud olmasını tanımır, gender steriotiplərinin təsirini, cinslərin imkanlarındakı fərqləri nəzərə almır, buna həm də “gender korluğu” deyilir � Real bərabərlik - bərabərsizliyin səbəblərini aradan qaldırmağa çalışır, mövcud şəraitin gender təhlilini aparır, əlverişsiz vəziyyətdə olan cins üçün müvəqqəti olaraq xüsusi şərait yaradır, zəruri “dəyişdirici” tədbirlər görür
Gender bərabərliyi indeksi (BMT) hər il 144 ölkə üzrə hesablanır Cinslərin 3 göstərici üzrə bərabərlik göstəriciləri əsasında hesablanır 1. 2. 3. Reproduktiv sağlamlığın qorunması Hüquq və imkanlar Əmək bazarında imkanlar
� Yüksək göstərici -İslandiya, Finlandiya, Norveç, İsveç, Ruanda, İsveçrə, Almaniya, Cənubi Afrika, Fransa, Latviya, Danimarka, Böyük Britaniya, Avstriya, Polşa, Qazaxstan, Ukrayna və s. � Orta göstəricilər – Çili, Tailand, Venesuella, Makidoniya, Rusiya, Çexiya, Qırğızıstan, Seneqal, Kamerun, Azərbaycan, Hindistan, İndoneziya, Gürcüstan, Tacikistan, Çin, Türkiyə və s. � Aşağı göstərici – Livan, Morokko, İran, Pakistan, Səudiyyə Ərəbistanı, Yemen, Suriya və s.
Cinsi mənsubiyyətə görə ayrı-seçkilik və ya seksizm
Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında Konvensiya CEDAW �Qadınlar barəsində ayrı-seçkilik anlayışı qadınların ailə vəziyyətlərindən asılı olmayaraq, kişi və qadınların hüquq bərabərliyi əsasında insan hüquqlarının və siyasi, iqtisadi, sosial, mədəni, mülki və hər hansı digər sahələrdə əsas azadlıqların zəiflədilməsini, yaxud tanınmasını, qadınların onlardan istifadə etməsini, yaxud onları həyata keçirməsini heçə endirməyə yönəldilmiş cinsi əlamətə görə hər hansı fərqləndirmə, istisna, yaxud məhdudiyyət deməkdir.
“Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu 10 oktyabr 2006 -cı il Cinsi mənsubiyyətə görə ayrı-seçkilik— seksual qısnama, cinsi əlamətə görə hüquqların bərabər həyata keçirilməsini məhdudlaşdıran və ya inkar edən istənilən fərq, � istisna və ya üstünlük.
Birbaşa ayrı-seçkilik
Dolayı (gizli) ayrı-seçkilik
Tarixi baxış
Suffrajistlər (suffrage- səs vermək hüququ deməkdir) hərəkatı – ilk qadın hərəkatı XIX ƏSRİN İKİNCİ YARISI – XX ƏSRİN ƏVVƏLİ ABŞ VƏ İNGİLTƏRƏ Siyasi hüquqlar, ali məktəblərdə təhsil hüququ
Qadınlara Seçki hüququ � Yeni Zenlandiya – 1893 -cü ildə � Azərbaycan -1918 -ci ildə � ABŞ – 1920 -ci ildə � İngiltərə - 1918 -ci ildə məhdud (ancaq evli qadınlar), 1928 -ci ildə tam � Fransa – 1946 -cı ildə � İsveçrə - 1970 -ci ildə
ABŞ VƏ a. VROPADA Feminizm hərəkatı XX ƏSR
Feminizm (fransızca – femin, latınca femina - qadın ) burjua quruluşu çərçivəsində qadınlara kişilərlə bərabər hüquqlar verilməsi ugrunda mübarizə aparan ictimai hərəkatdir. Qeyd edək ki , "feminizm" termininin ixtiraçısı, ilk dəfə işlədən və "Qadının sosial vəziyyəti ictimai tərəqqinin meyarıdır" kəlamının müəllifi utopik sosializm nümayəndəsi Şarl Furyedir. Şarl Furye 1772 -1837
Son otuz ildə feminist siyasi nəzəriyyə siyasi elmin ən perspektivli və orijinal cərəyanlarından birinə çevirildi. Onun tərəfdarları sosial başlanğıcı siyasiləşdirir və bununla əlaqədar olaraq küçədə, məktəbdə, iş yerində özünü biruzə verən ailə, gender və seksual münasibətlər problemlərini siyasət sahəsinə aid edirlər. Feminizm qadınlara verilən ictimai qiymətləndirmədə ədalətsizliyin olmasının qəbul edilməsindən meydana çıxmışdır. O, qadınların sıxışdırılmasının əsaslarını və səviyyələrini təhlil edərək, onların azadlığına nail olmağa çalışır. Cəmiyyətin mədəniyyəti qadının onda tutduğu yerdən birbaşa asılıdır.
Feministlərin tələbləri � Qadın azadlığı, qadının sosial varlıq olaraq qəbul edilməsi � Peşə təhsili hüquq � Əmək hüquqları � Əmək haqqının ödənilməsində ayrı-seçkiliyə yol verməmək � Öz biznesini yaratmaq � Banklardan kredit götürmək � Tikinti işləri ilə məşğul olmaq � Pensiya təminatı � Qadınlara xas olan xüsusiyyətləri nəzərə alaraq xüsusi tədbirlərin görülməsi, yəni pozitiv diskriminasiya tədbirləri � Ailə öhdəliklərinin ər və arvad arasında bərabər bölünməsi � Seksizmin aradan qaldırılması � Abortların qanuniləşdirilməsi � Məişət zorakılığının, cinsi zorakılığın aradan qaldırılması
Ümumdünya insan hüquqları Bəyənnaməsi BMT 1948 Elanora Ruzvelt Maddə 2 Hər bir insan, irqi, dərisinin rəngi, cinsi, dili, dini, siyasi və digər əqidələri, milli və sosial mənsubiyyəti, əmlak vəziyyəti, silk mənsubiyyəti və digər vəziyyətlərinə görə heç bir fərq qoyulmadan hazırkı Bəyannamədə bəyan edilən bütün hüquqlara və bütün azadlıqlara malik olmalıdır.
Azərbaycanda qadın hərəkatı � Azərbaycanda ilk qadın xeyriyyə cəmiyyəti 1908 -ci ildə yaranıb və bu qadın təşkilatının yaradılmasının təşəbbüsçüşü Azərbaycanın ictimai xadimi Həsən bəy Zərdabinin xanımı Hənifə Məlikova olub. � 1918 -ci il mayın 28 -də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsi bərabər hüquqluluq prinsipini, seçmək və seçilmək hüququnu təsbit etdi. Bunun, nəticəsində Azərbaycan Şərqdə qadınlara seçmək və seçilmək hüququ verən ilk ölkə oldu � 1921 -ci il Azərbaycan tarixinə qadınların ilk qurultayı ili kimi daxil olmuşdur. Nərimanovun məruzə ilə çıxış etdiyi bu qurultayın əsas qayəsini qadın azadlığı ideyaları təşkil etdi. Qurultaydan keçən qısa bir müddət ərzində Azərbaycan qadınlarının maariflənməsi, ictimai fəallığının artırılması sahəsində böyük işlər həyata keçirildi. 1921 -ci ildə qızlar üçün təşkil olunmuş məktəbəqədər tərbiyə institutu bir il sonra Ali qadın pedaqoji institutuna çevrildi.
Hənifə Məlikova Azərbaycan qadınlarının taleyində çox mühüm rol oynayıb. 1908 -ci ildə Hənifə xanımın təşəbbüsü ilə Bakıda “Nicat” cəmiyyətinin bir şöbəsi kimi “Bakı xanımlarının ilk təşkilatı” yaradılıb. Bakı milyonçularından Murtuza Muxtarovun həyat yoldaşı Liza Tuqanovanın sədrlik etdiyi təşkilat tezliklə böyüyüb Bakı Müsəlman Qadınlarının Xeyriyyə Cəmiyyətinə çevrilib. Bakıda ilk qız məktəbinin yaradıcısı kimi tarixə düşən Hənifə Məlikova 1901 -1905 -ci illərdə Bakıda ilk müsəlman qız məktəbinin müdiri işləyib. O, 1909 cu ildən 1919 -cu ilədək Bakı şəhər dövlət birinci rus-tatar qız məktəbində müdir vəzifəsində çalışıb.
1917 -ci ildə qadınların seçkilərdə iştirak edəcəyinə şübhə ilə yanaşanlar çox idi. Lakin seçki günü məscidlərin qarşısı səsvermədə iştirak etməyə gəlmiş çadralı qadınlarla dolu idi. Bakı müsəlman xeyriyyə cəmiyyətinin təyin etdiyi ziyalı qadınlar onların arasında gəzərək seçki qaydalarını başa salırdılar. Təxmini hesablamalara görə, 4 müsəlman seçki məntəqəsində 11 min qadın səs vermişdi. Bu, qadınlarımızın Azərbaycan Xalq Cümhuriyyətinin siyasi həyatında iştirakının debütü idi və onlar müsəlman Şərqində ilk dəfə olaraq 1918 -ci ildə seçkilərdə iştirak etmək hüququ qazandılar. Qadınların bu nailiyyətlərinin səbəbkarları isə Azərbaycan ziyalıları və milli mətbuatımız oldu.
Həmidə Cavanşir. Məmmədquluzadə Xədicə Ağayeva Aliyə Sultanova Xurşid Vəzirova Rəhilə Hacıbababəyova Məryəm Bayraməlibəyova
1923 -cü ildə "Şərq qadını" jurnalının nəşrə başlaması Azərbaycanda qadın hərəkatı tarixində əlamətdar hadisə oldu. Sovet hakimiyyəti dövründə Azərbaycan qadınlarının 1957, 1967 və 1972 -ci illərdə keçirilmiş qurultayları da Azərbaycanda qadın hərəkatının inkişafında, onun daha mütəşəkkil forma almasında mühüm rol oynadı 1988 -ci ildən respublikada cərəyan edən mürəkkəb proseslərdə qadınlar kişilərlə bərabər iştirak edirdilər. 1990 -cı il yanvarın 19 -20 -də sovet qoşunlarının Bakıda və respublikanın digər şəhər və rayonlarında törətdikləri qanlı faciənin qurbanları arasında qadınlar da var idi. Qarabağ müharibəsinin aktiv fazası dövründə Azərbaycanın 74 min hərbi personalından 2 mini qadın idi və onlardan 600 -ü hərbi əməliyyatlarında birbaşa iştirak etmişdi. Azərbaycanın milli qəhrəmanları - Qarabağ müharibəsində həlak olmuş jurnalist Salatın Əsgərova və həkim Gültəkin Əsgərova yeni dövrün fədakarlıq rəmzi oldular. [
� Azərbaycan Respublikasının 1995 -ci ildə qəbul olunmuş Azərbaycan Respublikasının Konstitusiyası qadınların kişilərlə bərabər demokratik dövlət quruculuğu prosesində fəal iştirakının hüquqi bazasını yaratdı. Konstitusiyanın qadın hüquqlarının müdafiəsinə etibarlı zəmin formalaşdıran 25 -ci maddəsində hamının qanun və məhkəmə qarşısında bərabərliyi, habelə kişi ilə qadının eyni hüquq və azadlıqlara malik olduğu birmənalı şəkildə təsbit edilmişdir. Həmin maddənin üçüncü hissəsi cinsindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verməklə yanaşı, insan və vətəndaş hüquqlarının və azadlıqlarının cinsi mənsubiyyətə görə məhdudlaşdırılmasını da qadağan edir � 1995 -ci ildə Pekində keçirilən IV Ümumdünya Qadınlar konfransına hazırlıq dövründə Azərbaycanda fəaliyyət göstərən Qadınların Milli Komitəsi Pekin konfransına ümummilli məruzəni hazırlayıb təqdim etmişdir. Konfransdan sonra ümummilli fəaliyyət platformasına aid müzakirələr və konfranslar keçirilmişdir. � Azərbaycan Respublikası 1995 -ci iyunun 30 -da Birləşmiş Millətlər Təşkilatının "Qadınlara münasibətdə ayrı seçkiliyin bütün formalarının ləğv olunması haqqında" konvensiyasına qoşularaq öz üzərinə müvafiq öhdəliklər götürmüşdür.
� Heydər Əliyevin 1998 -ci il 14 yanvar tarixli fərmanı ilə gender siyasətinin həyata keçirilməsi məqsədilə Qadın Problemləri üzrə Dövlət Komitəsi yaradıldı. Komitənin yaradılmasında əsas məqsəd qadınların hüquqlarının qorunmasından, ölkənin sosial və siyasi həyatında onların iştirakının artırılmasından ibarət olmuşdur. � 2000 -ci ildə Heydər Əliyev qadınların kişilərlə hüquq bərabərliyini, xüsusilə onların dövlət idarəçiliyi sistemində lazımi səviyyədə təmsil olunmasını əməli surətdə təmin etmək məqsədilə "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" fərman imzaladı. Fərmanda xüsusi vurğulanmışdır ki, Azərbaycan Respublikasının bütün dövlət qurumlarında fəaliyyət növü nəzərə alınmaqla qadınların rəhbərlik səviyyəsində kişilərlə bərabər təmsilçiliyi təmin edilməlidir. Həm dövlət komitəsinin yaradılması, həm də fərmanın imzalanması ölkədə qadın siyasətinin həyata keçirilməsində yeni mərhələ açdı. � 2000 -ci ildə Azərbaycan Respublikasının Qadın Problemləri üzrə Milli Fəaliyyət Planı (2000 -2005 -ci illər) təsdiq edildi. Milli Fəaliyyət Planında dövlət tərəfindən qadın probleminə daim diqqət yetirilməsi, qadın problemləri ilə bağlı təxirəsalınmaz konkret tədbirlərin həyata keçirilməsi, dövlət proqramlarının hazırlanması öz əksini tapdı. � 2006 -cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə Qadın Problemləri üzrə Dövlət Komitəsi Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi kimi yenidən formalaşdırılmışdır. � 2006 -cı ildə Azərbaycan Respublikasının Milli Məclisi "Gender bərabərliyinin təminatları haqqında" Azərbaycan Respublikasının Qanununu qəbul edib. Qanunda gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri və vəzifələri müəyyən edilib.
Beynəlxalq sənədlər Hər cür şaxtalarda, yeraltı işlərdə qadın əməyinin tətbiqi haqqında BMT konvensiyası 1937 il Kişi və qadınların eyni əmək haqqı alması haqqında (100 saylı 1951 -ci il) Analığın mühafizəsi haqqında(103 saylı 1953 -cü il) Qadınların siyasi hüquqları haqqında BMT Konvensiyası 1952 -ci il Ərdə olan qadının vətəndaşlığı haqqında BMT Konvensiyası 1957 Nikaha daxil olmağa razılıq, minimal nikah yaşı və nikahın qeydə alınması haqqında BMT Konvensiyası 1962 Qadınlara qarşı ayrı-seçkiliyin ləqv olunması haqqında BMT Bəyənnaməsi 1963 -cü il Qadınlara qarşı ayrı-seçkiliyin bütün formalarının ləğv edilməsi haqqında Konvensiya 1979 -cu il
“Gender bərabərliyinin (kişi və qadın) təminatları haqqında” Azərbaycan Respublkasının Qanununun izahı
Qanunda yeni anlayışlar Gender bərabərliyi Bərabər imkanlar Gender Cinsi mənsubiyy ətə görə ayrıseçkilik Seksual qısnama
Pozitiv diskriminasiya ayrı-seçkilik deyil Qadınlar üçün Əmək Məcəlləsi ilə müəy. ed. güzəşt, imtiyaz və əlavə Kişilər üçün həqiqi hərbi xidmətə çağırış Kişi və qadınlar üçün fərqli pensiya yaşı Ailə Məcəlləsi 15 -ci maddəsi Ərin nikahın pozulmasını tələb etmək hüququnun məhdudlaşdırılması Cəza çəkmə müəssilərində ffərqli şəraitin yaradılması
Dövlət siyasətinin istiqamətləri Normativ hüquqi bazanın formalaşdırılması Normativ hüquqi aktların gender ekspertizasını keçirmək Dövlət Proqramları həyata keçirmək Gender bərabərliyi mədəniyyətini təbliğ etmək
Dövlətin vəzifələri � Ayrı-seçkiliyin bütün formalarını aradan qaldırmaq � Kişilər ilə qadınlara bərabər imkanlar yaratmaq � Dövlətin idarə olunmasında və qərarlar qəbul edilməsində bir cinsin üstünlüyünə yol verilməməsi
Qanun qadağan edir Cinsi mənsubiyyətə görə ayrıseçkiliyin bütün formaları qadağandır. AR Konstitusiyası, AR Cinayət Məcəlləsi Maddə 154 Bərabərlik hüququnu pozma
Qanun qadağan edir Seksual qısnama qadağandır. AR Əmək Məcəlləsi, AR Mülki-Prosessual Məcəlləsi, AR İnzibati Xətalar Məcəlləsi (Maddə 205 Seksual qısnamaya məruz qalmış işçiyə təzyiq göstərilməsi cərimə 1500 -2500 manat)
Qanun qadağan edir Cinsi mənsubiyyətə görə ayrıseçkiliyi əks etdirən elanların (fərqli tələb, üstünlük verilməsi, ailə həyatı və ya şəxsi həyatı barədə sorğusu, alçaldıcı məzmunlu) dərc edilməsi qadağandır. AR Mülki-Prosessual Məcəlləsi
AR Cinayət Məcəlləsi Maddə 164. Hamilə qadının və ya himayəsində üç yaşınadək uşağı olan qadının, üç yaşınadək uşağını təkbaşına böyüdən kişinin əmək hüquqlarını pozma[215] Qadının hamiləliyinə və ya himayəsində üç yaşınadək uşağı olmasına görə, həmçinin kişi üç yaşınadək uşağını təkbaşına böyütdüyünə görə onunla əmək müqaviləsini əsassız ləğv etmə — iki min manatdan üç min manatadək miqdarda cərimə ilə cəzalandırılır.
Qanunda Təminatlar Kişi və qadınların hüquq bərabərliyi təmin edilməlidir və bərabər imkanlar yaradılmalıdır ü Əmək fəaliyyətində (fərqli yanaşma əsaslandırılmalıdır) ü Təhsildə ü İqtisadi və sosial münasibətlərdə ü Siyasi partiyaların, QHT-in və həmkarlar ittifaqlarının fəaliyyətində
Maddə 17. Zərərin ödənilməsini tələb etmək hüququ � 17. 1. Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə məruz qalmış şəxslərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada zərər ödənilir. � 17. 2. Seksual qısnamaya məruz qalmış işçilərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən zərər ödənilir.
Qanunun icrasına nəzarət mexanizmi Ailə Qadın və Uşaq Problemləri üzrə dövlət Komitəsi Qanunun icrasına nəzarəti həyata keçirir, öz fəaliyyəti haqqında Milli Məclisə illik məlumat təqdim edir.
Qadınların İdarəetmə və qərarqəbuletmədə iştirakı: Ø Ø Ø Ø Ø 78 İcra Hakimiyyəti başçısının müavini ; Parlament sədrinin 3 müavinindən -1 -i; Millət vəkillərinin 16, 4%-i Auditorlar Palatasının 3 müavinindən -1 -i ; 1 Dövlət Komitəsinin sədri ; 1 Dövlət Komissiyasının sədri; 1 nazir; 3 nazir müavini ; Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetinin sədr müavini; İnsan Hüquqları üzrə müvəkkil (Ombudsman) ; Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə Müvəkkil (Ombudsman) ; Konstitusiya Məhkəməsinin sədr müavini; ARDNTŞ-in vitse-prezidenti ; 65 nəfər qadın hakimdir; Ədliyyə orqanlarında işləyənlərin 1153 nəfəri , rəhbər vəzifələrdə çalışan qadınlar 84 nəfərdir; 40 nəfər notarius; 181 nəfər diplomat.
İcra Hakimiyyətinin başçısının qadın müavinləri 78 35 80 70 60 50 40 30 44 2012 2013 2014 20 10 0 2012 2013 2014
Bələdiyyə seçkiləri 100 96% 90 73, 3% 80 65% 70 60 kişi 50 35% 40 26, 7% 30 20 4% 10 0 2004 2009 2014 qadın
lə sə yy il u hs hi tə us çi lu q ul t q 150, 000 100, 000 m 250, 000 ə a i l Kə nfo iyy nd rm ə tə asi sə ya em rr üf a l s atı pe ən şə ay , e es lm tik i v ə in te xn ti ti ik car m i fə ət əd al ən iyy çı. . . xa rm a dö v Qadınların müxtəlif sahələrdə təmsilçiliyi 300, 000 239872 200, 000 102758 50, 000 28, 521 0 91, 686 25652 8385 9894 9506 7081 24521 4841
Sahibkar qadınların sayı 160, 000 143, 090 140, 000 120, 000 99, 000 100, 000 80, 000 73, 469 107, 190 81, 647 60, 000 40, 000 20, 000 0 2012 2013 2014 2015 2017
�Diqqətinizə görə təşəkkür edirəm!!!!!
- Slides: 45