Mvzu 19 Dvlt idaretmsind qanunuluq v intizam PLAN

  • Slides: 17
Download presentation
Mövzu № 19. Dövlət idarəetməsində qanunçuluq və intizam PLAN: 1. Dövlət idarəetməsində qanunçuluğun və

Mövzu № 19. Dövlət idarəetməsində qanunçuluq və intizam PLAN: 1. Dövlət idarəetməsində qanunçuluğun və intizamın anlayışı, onların məzmunu. 2. Dövlət idarəetməsində qanunçuluğun və intizamın təmin edilməsi üsulları, onların xarakteristikası. 3. DİO-nun (polisin) fəaliyyətində qanunçuluğun və intizamın təmin edilməsi üsulları.

Sual 1. Dövlət idarəetməsində qanunçuluğun və intizamın anlayışı, onların məzmunu Qanunçuluq – hüququn bütün

Sual 1. Dövlət idarəetməsində qanunçuluğun və intizamın anlayışı, onların məzmunu Qanunçuluq – hüququn bütün subyektləri tərəfindən qanunların və onların əsasında qəbul edilən normativ hüquqi aktların tələblərinin dəqiq, dürüst və dönmədən yerinə yetirilməsidir. Qanunçuluq cəmiyyətin və dövlətin bütün sahələrinin normal həyat fəaliyyətinin əsasıdır.

Dövlət idarəetməsində qanunçuluq – dövlət idarəetmə orqanları, vəzifəli şəxslər, təşkilatlar və vətəndaşlar tərəfindən inzibati

Dövlət idarəetməsində qanunçuluq – dövlət idarəetmə orqanları, vəzifəli şəxslər, təşkilatlar və vətəndaşlar tərəfindən inzibati hüquq normalarına dəqiq, dürüst və dönmədən riayət edilməsidir.

Qanunçuluğun prinsipləri – onun məzmunu və mahiyyətini ifadə edən əsas ideya və müddəalardır. Qanunçuluğun

Qanunçuluğun prinsipləri – onun məzmunu və mahiyyətini ifadə edən əsas ideya və müddəalardır. Qanunçuluğun prinsiplərinə aiddir: • alilik; • ümumilik; • qanun qarşısında bərabərlik; • vahidlik; • reallıq; • aşkarlıq; • məqsədəuyğunluq; • məsuliyyətin labüdlüyü və s.

Qanunçuluğun təminat sisteminə daxildir: 1. ümumi təminatlar (siyasi, iqtisadi, ideoloji, hüquqi və s. );

Qanunçuluğun təminat sisteminə daxildir: 1. ümumi təminatlar (siyasi, iqtisadi, ideoloji, hüquqi və s. ); 2. xüsusi - hüquqi təminatlar (nəzarət, yoxlama, şikayət, protest); 3. təşkilati - hüquqi təminatlar (HMOnın yaradılması və onların fəaliyyəti).

Dövlət idarəetməsində intizam İntizam - (disciplina) müvafiq qaydalara riayət etməyə istiqamətlənmiş davranışdır. Dövlət intizamı

Dövlət idarəetməsində intizam İntizam - (disciplina) müvafiq qaydalara riayət etməyə istiqamətlənmiş davranışdır. Dövlət intizamı - müxtəlif subyektlərin fəaliyyətini tənzimləyən dövlət tərəfindən müəyyən edilmiş qaydalar, tələblər və göstərişlər sistemidir. Dövlət idarəetməsində intizam - dövlət idarəetmə orqanları, vəzifəli şəxslər və təşkilatlar tərəfindən dövlətin müəyyən etdiyi inzibati qaydaların, inzibati tələblərin və göstərişlərin dəqiq və vaxtında icrasıdır.

İnzibati mülahizə – işin həll edilməsi üçün səmərəli qərarın qəbul edilməsi məqsədi ilə idarəetmə

İnzibati mülahizə – işin həll edilməsi üçün səmərəli qərarın qəbul edilməsi məqsədi ilə idarəetmə orqanın (vəzifəli şəxsin) aidiyyəti hüquq normaları çərçivəsində müəyyən edilmiş müstəqillik dərəcəsidir.

Sual 2. Dövlət idarəetməsində qanunçuluğun və intizamın təmin edilməsi üsulları, onların xarakteristikası Qanunçuluğun və

Sual 2. Dövlət idarəetməsində qanunçuluğun və intizamın təmin edilməsi üsulları, onların xarakteristikası Qanunçuluğun və intizamın təmin edilməsi – qanun pozuntularının xəbərdar edilməsi və qarşısının alınması, onlara şərait yaradan halların aradan qaldırılması üçün tədbirlərin görülməsi, fiziki və hüquqi şəxslərin pozulan hüquqlarının və qanuni maraqlarının bərpa edilməsi, təqsirkar şəxslərin məsuliyyətə cəlb edilməsi, idarəetmə aparatı işçiləri tərəfindən qanunun məqsədlərinə və hər bir tələbinə ciddi riayət edilməsidir.

Qanunçuluğun təmin edilməsi üsulları • yoxlama (kontrol); • nəzarət; • şikayət vermə.

Qanunçuluğun təmin edilməsi üsulları • yoxlama (kontrol); • nəzarət; • şikayət vermə.

Yoxlama (kontrol) – tabelikdə olan obyektin əvvəlcədən müəyyən edilmiş fəaliyyət istiqamətləri və (və ya)

Yoxlama (kontrol) – tabelikdə olan obyektin əvvəlcədən müəyyən edilmiş fəaliyyət istiqamətləri və (və ya) qaydalardan yayınmasının qarşısının alınması məqsədilə səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həyata keçirilən fəaliyyətdir.

Yoxlamanın (kontrolun) mahiyyəti • müvafiq obyektin fəaliyyəti üzrə müşahidənin aparılması; • qanunçuluğun və intizamın

Yoxlamanın (kontrolun) mahiyyəti • müvafiq obyektin fəaliyyəti üzrə müşahidənin aparılması; • qanunçuluğun və intizamın vəziyyəti barədə tam, dəqiq və obyektiv məlumatların əldə edilməsi; • qanunçuluğun və intizamın pozulmasının xəbərdar edilməsi və qarşısının alınması üçün müvafiq tədbirlərin həyata keçirilməsi; • qanunçuluğun və intizamın pozulması hallarının səbəb və şəraitinin aşkar edilməsi, habelə aidiyyəti tədbirlərin görülməsi; • təqsirli şəxslərin intizam məsuliyyətinə cəlb edilməsi.

Yoxlamanın (kontrolun) prinsiplərinə aiddir: • qanunçuluq; • obyektivlik; • müstəqillik; • aşkarlıq; • qənaətçilik;

Yoxlamanın (kontrolun) prinsiplərinə aiddir: • qanunçuluq; • obyektivlik; • müstəqillik; • aşkarlıq; • qənaətçilik; • dövlət və digər sirlərin qorunması.

Yoxlamanın (kontrolun) növlərinə aiddir: Məzmunca: ümumi, xüsusi. İstiqamətcə: idarədaxili, idarədənkənar. Keçirilməsi vaxtına görə: ilkin,

Yoxlamanın (kontrolun) növlərinə aiddir: Məzmunca: ümumi, xüsusi. İstiqamətcə: idarədaxili, idarədənkənar. Keçirilməsi vaxtına görə: ilkin, cari, növbəti. Keçirən subyektə görə: AR Prezidenti; qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanları tərəfindən keçirilən. İcra hakimiyyəti orqanları tərəfindən həyata keçirilən: ümumi, sahəvi və sahələrarası.

Nəzarətin anlayışı və növləri Nəzarət – xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən (vəzifəli şəxslər) orqan

Nəzarətin anlayışı və növləri Nəzarət – xüsusi səlahiyyətli dövlət orqanları tərəfindən (vəzifəli şəxslər) orqan və şəxslərin fəaliyyətində qanunçuluğun pozulması hal-larının aşkar edilməsi məqsədilə daimi və sistematik həyata keçirilən müşahidədir. Dövlət idaərəetməsində nəzarət orqanlarının növləri: • təşkilati müstəqilliyə malik olan dövlət nəzarət orqanları; • orqanların struktur bölmələri hesab edilən dövlət nəzarət orqanları;

ŞİKAYƏT VERMƏ Şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri

ŞİKAYƏT VERMƏ Şikayət – pozulmuş hüquq və azadlıqların bərpası və müdafiəsi ilə bağlı tələbləri nəzərdə tutan müraciətdir. “Vətəndaşların müraciətləri haqqın” 30 sentyabr 2015 -ci il tarixli Qanun. “Vətəndaşların hüquq və azadlıqlarını pozan qərar və hərəkətlərdən (hərəkətsizlikdən) məhkəməyə şikayət edilməsi haqqında” 11 iyun 1999 -cu il tarixli Qanun. Vətəndaşların şikayətlərinə baxılması və həlli qaydaları: • inzibati qayda; məhkəmə qaydası.

Sual 3. DİO-nun (polisin) fəaliyyətində qanunçuluğun və intizamın təmin edilməsi üsulları DİO-nun (polisin) fəaliyyətində

Sual 3. DİO-nun (polisin) fəaliyyətində qanunçuluğun və intizamın təmin edilməsi üsulları DİO-nun (polisin) fəaliyyətində həyata keçirilən nəzarət formaları: • idarədaxili nəzarət - AR DİN; • idarədənkənar nəzarət - AR Prezidenti. • qanunların icrasına nəzarət - qanunla müəyyən edilmiş səlahiyyətləri daxilində məhkəmələr və prokurorluq orqanları.

DİO-nun (polisin) fəaliyyətində qanunçuluğun və intizamın təmin edilməsində istifadə edilən yoxlamalar: • operativ (gündəlik);

DİO-nun (polisin) fəaliyyətində qanunçuluğun və intizamın təmin edilməsində istifadə edilən yoxlamalar: • operativ (gündəlik); • kompleks (inspektor yoxlamaları); • xidməti.