Mvzu 20 Dvlt idaretmsind inzibati msuliyyt PLAN 1
Mövzu № 20. Dövlət idarəetməsində inzibati məsuliyyət PLAN: 1. İnzibati delikt hüququ. 2. AR-ın inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri. 3. İnzibati məsuliyyət və xəta. 1
Sual 1. İnzibati delikt hüququ İnzibati-delikt hüququ inzibati xətaların törədilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdən bəhs edən hüquq sahəsidir. 2
İnzibati - delikt hüququnun predmeti - inzibati xətaların törədilməməsi üçün qadağaların müəyyən edilməsi və onların pozulduğu təqdirdə aidiyyəti tənbehlər vasitəsilə tənzimləmənin həyata keçirilməsindən bəhs edir. 3
İnzibati xətalar ilə əlaqədar yaranan ictimai münasibətlərə aiddir: • hüquq-mühafizə xarakterli hüquq münasibətləri; • inzibati xətaların xəbərdar edilməsi zaman yaranan ictimai münasibətlər; • şəxsiyyətin, cəmiyyətin və dövlətin qanuni maraqlarına bilavasitə təhlükə yaradan amillərin qarşısının alınması ilə əlaqədar yaranan ictimai münasibətlər. 4
Sual 2. AR-ın inzibati xətalar qanunvericiliyinin vəzifələri və prinsipləri AR-ın inzibati xətalar qanunvericiliyinin vəzifələrinə aiddir: Ø insan və vətəndaş hüquq və azadlıqlarını qorumaq; Ø insanların sağlamlığını qorumaq; Ø əhalinin sanitariya-epidemioloji salamatlığını qorumaq; Ø ictimai mənəviyyatı qorumaq; Ø mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını qorumaq; Ø ictimai qaydanı və ictimai təhlükəsizliyi qorumaq; Ø ətraf mühiti qorumaq; Ø idarəçilik qaydalarını qorumaq; Ø qanunçuluğu möhkəmləndirmək; Ø inzibati xətaların qarşısını almaq. 5
İnzibati xətalar qanunvericiliyinin prinsiplərinə aiddir: • insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi; • qanunçuluq; • qanun qarşısında bərabərlik; • təqsirsizlik prezumpsiyası; • ədalətlilik; • inzibati xətaların qarşısının alınması. 6
Sual 3. İnzibati məsuliyyət və xəta İnzibati məsuliyyət - səlahiyyətli orqan və ya vəzifəli şəxslər tərəfindən inzibati xəta törətmiş şəxsə qarşı inzibati tənbehin tətbiq olunması ilə ifadə olunan hüquqi məsuliyyət növüdür. 7
İnzibati xəta anlayışı İnzibati Xətalar Məcəlləsinin 12 -ci maddəsinə əsasən: “İXM ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur”. 8
İnzibati xətanın tərkibi - hüquqla (qanunla) müəyyən edilmiş elementlər məcmusudur. İnzibati xətanın tərkibinə aid olan elementlər: • • inzibati xətanın obyektiv tərəfi. inzibati xətanın subyektiv tərəfi. 9
- Slides: 9