MLL AVASYA AKADEMYASI Mvzu 03 Atmosfer tzyiqinin llmsi

  • Slides: 25
Download presentation
MİLLİ AVİASİYA AKADEMİYASI Mövzu № 03. Atmosfer təzyiqinin ölçülməsi və tələb olunan qaydalar Mühazirəçi:

MİLLİ AVİASİYA AKADEMİYASI Mövzu № 03. Atmosfer təzyiqinin ölçülməsi və tələb olunan qaydalar Mühazirəçi: Ağayeva Aygün

TƏZYİQİN ÖLÇÜ VAHİDLƏRİNİN ÇEVRİLMƏSİ Təzyiqi h. Pa-dan mm c. s. çevirmək üçün hektopaskalı ¾-ə

TƏZYİQİN ÖLÇÜ VAHİDLƏRİNİN ÇEVRİLMƏSİ Təzyiqi h. Pa-dan mm c. s. çevirmək üçün hektopaskalı ¾-ə (0, 75) vurmaq lazımdır. Təzyiqi mm c. s. –dan h. Pa çevirmək üçün mm c. s. –nu 4/3 -əvurmaq (1, 33) lazımdır. 1 h. Pa=1 millibar (mb) =100 Paskal 1 h. Pa (mb) = 0. 295 in. Hg. Dəniz səviyyəsində standart atmosfer təzyiqi 1013 h. Pa =29. 92 in. Hg. = 760 mm c. s.

BARİK TENDENSİYA Meteorologiyada təzyiqin (son üç saat ərzində) dəyişməsi barik tendensiya (±ppa) ilə xarakterizə

BARİK TENDENSİYA Meteorologiyada təzyiqin (son üç saat ərzində) dəyişməsi barik tendensiya (±ppa) ilə xarakterizə olunur. burada: + - artma – - azalma pp – son 3 saat ərzində tendensiyanın qiyməti, 1/10 hissəsi göstərilmək şərti ilə h. Pa-la; а – baroqraf lentində təzyiqin dəyişmə xarakteri.

HAVA XƏRİTƏLƏRİNDƏ TƏZYİQİN QEYD OLUNMASI Hava xəritələrində meteoroloji məntəqənin dairəsinin yanında dəniz səviyyəsinə gətirilmiş

HAVA XƏRİTƏLƏRİNDƏ TƏZYİQİN QEYD OLUNMASI Hava xəritələrində meteoroloji məntəqənin dairəsinin yanında dəniz səviyyəsinə gətirilmiş atmosfer təzyiqi (РРР) və barik tendensiya (±рра) 1/10 hissəsi göstərilməklə h. Pa-la aşağıdakı qaydada qeyd olunur: PPP ±ppa

Atmosfer təzyiqinin oxunması zamanı aşağıdakı qaydalara riayət olunmalıdır: əgər təzyiqin verilmiş qiyməti 500 -dən

Atmosfer təzyiqinin oxunması zamanı aşağıdakı qaydalara riayət olunmalıdır: əgər təzyiqin verilmiş qiyməti 500 -dən azdırsa (çoxdursa), xəyali olaraq onun əvvəlinə 10 (9) artırılır və son rəqəm vergül ilə ayrılır; əgər təzyiqin verilmiş qiyməti 500 -ə bərabər olarsa onun əvvəlinə xəyali olaraq təzyiq sahəsindən asılı olaraq 9 və ya 10 əlavə edilir və sonuncu rəqəm vergül işarəsi ilə ayrılır.

Hava xəritəsində atmosfer təzyiqinin oxunmasına nümunə: 134 931 +21 00 Dəniz səviyyəsinə gətirilmiş atmosfer

Hava xəritəsində atmosfer təzyiqinin oxunmasına nümunə: 134 931 +21 00 Dəniz səviyyəsinə gətirilmiş atmosfer təzyiqi: 1013, 4 h. Pa; Barik tendensiya: son üç saat ərzində təzyiq 2, 1 h. Pa artmışdır. Dəniz səviyyəsinə gətirilmiş atmosfer təzyiqi: 993, 1 h. Pa; Barik tendensiya: son üç saat ərzində təzyiq dəyişməmişdir.

Şəkil 1. PTU 300

Şəkil 1. PTU 300

Şəkil 2. PTU 300 (displey)

Şəkil 2. PTU 300 (displey)

Şəkil 3. PTU 303

Şəkil 3. PTU 303

Şəkil 4. PTU 30 T

Şəkil 4. PTU 30 T

Şəkil 5. PTB 330

Şəkil 5. PTB 330

Şəkil 6. PTB 210 rəqəmsal barometri

Şəkil 6. PTB 210 rəqəmsal barometri

Şəkil 7. SETRA 470

Şəkil 7. SETRA 470

BARİK SAHƏNİN ƏSAS FORMALARI Yer səthi boyunca dəniz səviyyəsi üzrə təzyiqin paylanması hava xəritələrində

BARİK SAHƏNİN ƏSAS FORMALARI Yer səthi boyunca dəniz səviyyəsi üzrə təzyiqin paylanması hava xəritələrində aydın təsvir olunur. Bu xəritələrə meteoroloji stansiyalarda ölçülmüş və dəniz səviyyəinə gətirilmiş təzyiqlər qeyd olunur. Hava xəritələrində eyni təzyiqə malik nöqtələr əyri xətlə birləşdirilir və bu xətlər izobarlar adlanırlar. Hava xəritələrində izobarlar adətən 5 h. Pa-dan bir keçirilir (995, 1000, 1005 və s. ). Hava xəritələrində izobarlar vasitəsilə təsvir olunmuş təzyiq sahələri barik sahə və ya barik relyef adlanır. Barik sahənin formaları barik sistem adlanırlar. Siklon, antisiklon, təzyiq çökəkliyi, təzyiq yalı və təzyiq yəhəri barik sahənin (barik sistemin) əsas formalarıdır (şəkil 2).

Şəkil 8. Barik relyefin formaları

Şəkil 8. Barik relyefin formaları

Barik sistemlər Siklon – mərkəzində minimal təzyiqə malik olan, hava xəritələrində qapalı izobarlarla təsvir

Barik sistemlər Siklon – mərkəzində minimal təzyiqə malik olan, hava xəritələrində qapalı izobarlarla təsvir olunan alçaq təzyiq sahəsidir. Ukraynanın və MDB ölkələrinin hava xəritələrində “Н” (alçaq təzyiq) hərfi ilə, beynəlxalq xəritələrdə isə - “L ” (low pressure) hərfi ilə qeyd olunur. Siklonda təzyiq kənarlarından mərkəzə doğru azalır. Antisiklon - mərkəzində maksimal təzyiqə malik olan, hava xəritələrində qapalı izobarlarla təsvir olunan yüksək təzyiq sahəsidir. Ukraynanın və MDB ölkələrinin hava xəritələrində “В ” (yüksək təzyiq) hərfi ilə, beynəlxalq xəritələrdə isə - “Н” (high pressure) hərfi ilə qeyd olunur. Antisiklonda təzyiq mərkəzdən kənarlarına doğru azalır. Təzyiq çökəkliyi – siklonun mərkəzindən kənarına doğru uzanmış və ya iki antisiklon arasında çökəklik şəkilli alçaq təzyiq sahəsinə deyilir. Təzyiq çökəkliyində alçaq təzyiq nöqtələrini birləşdirən xəttə təzyiq çökəkliyiynin oxu deyilir. Гребень — antisiklonun periferiyasında və ya iki siklon arasında dartılmış yüksək təzyiq sahəsinə deyilir. Təzyiq yalında yüksək təzyiq nöqtələrini birləşdirən xəttə təzyiq yalının oxu deyilir. Təzyiq yəhəri – iki siklon və iki antisiklon arasında xaçvari yerləşmiş aralıq barik sistemə deyilir. Siklon və təzyiq çuxurunda bir qayda olaraq mürəkkəb hava şəraiti, antisiklon və təzyiq yalında əlverişli hava şəraiti, təzyiq yəhərində isə dəyişkən hava şəraiti müşahidə olunur.

TƏZYİQİN AVİASİYADA İSTİFADƏ OLUNAN QİYMƏTLƏRİ Uçuşların meteoroloji təminatında təzyiqin QFE və QNH qiymətlərindən istifadə

TƏZYİQİN AVİASİYADA İSTİFADƏ OLUNAN QİYMƏTLƏRİ Uçuşların meteoroloji təminatında təzyiqin QFE və QNH qiymətlərindən istifadə olunur. QFE [Question field elevation (Q - code)] – aerodrom səviyyəsində və ya UEZ-in hüdudunda təzyiqin qiyməti. QNH [Question normal height - sea level pressure (Q - code)] – təzyiqin standart atmosfer şərtlərinə uyğun olaraq dəniz səviyyəsinə gətirilmiş qiyməti. METAR (SPECI) kodu ilə kodlaşdırılmış faktiki hava haqqında məlumatda təzyiqin QNH qiyməti göstərilir, belə ki bu zaman təzyiq kiçik qiymətə döğru tam hektopaskala qədər yuvarlaqlaşdırılır. Aerodromun meteoroloji orqanı müntəzəm olaraq aerodrom yaxınlaşma dispetçer orqanı və aerodrom qüllə dispetçer orqanına QNH haqda məlumat verir, QFE haqda məlumat isə razılaşmaya uyğun olaraq ötürülür. Yerli müntəzəm və vüsusi hava məlumatlarda təzyiqin hektopaskalla QNH və QFE qiymətləri göstərilir, lazım gəldikdə isə təzyiqin millimetr civə sütunu ilə QFE qiyməti də məlumata əlavə olunur.

BARİK PİLLƏ Barik pillə vasitəsilə təzyiqi aşağıdakı düsturdan istifadə etməklə dəniz səviyysinə gətirmək olar

BARİK PİLLƏ Barik pillə vasitəsilə təzyiqi aşağıdakı düsturdan istifadə etməklə dəniz səviyysinə gətirmək olar : Pприв=Pаэр+Hаэр/h burada: Рdəniz – aerodromda dəniz səviyyəsinə gətirilmiş təzyiq (mm c. s. və ya h. Pa); Paer. – aerodromda təzyiq (mm c. s. və ya h. Pa); Haer. – aerodromun dəniz səvyyəsindən hündürlüyü; h – barik pillə. Yer səthində standart təzyiqdə Ро = 1013, 2 h. Pa (760 mm c. s. ) h= 11 m/mm c. s. Və ya h = 8 m/h. Pa

Müxtəlif hündürlüklərdə barik pillənin təyin olunmasına aid məsələlərin həlli Məsələ № 1 Verilir: Р=850

Müxtəlif hündürlüklərdə barik pillənin təyin olunmasına aid məsələlərin həlli Məsələ № 1 Verilir: Р=850 h. Pa; tor=100 С; α=0, 004; Barik pilləni hesablamaq. h=? Həlli:

Məsələ № 2 Verilir: Р=700 h. Pa; tor=50 С; α =0, 004. Barik pilləni

Məsələ № 2 Verilir: Р=700 h. Pa; tor=50 С; α =0, 004. Barik pilləni hesablamaq. h=? Həlli:

Məsələ № 3 Verilir: Р=500 h. Pa; tor=-100 С; α= 0, 004. Barik pilləni

Məsələ № 3 Verilir: Р=500 h. Pa; tor=-100 С; α= 0, 004. Barik pilləni hesablamaq. h=? Həlli: