MLL AVASYA AKADEMYASI Atmosferin tdqiqat metodlar Atmosfer v

  • Slides: 9
Download presentation
MİLLİ AVİASİYA AKADEMİYASI Atmosferin tədqiqat metodları

MİLLİ AVİASİYA AKADEMİYASI Atmosferin tədqiqat metodları

Atmosfer və onda baş verən hadisələrin öyrənilməsi bir neçə əsr davam etsə də, bu

Atmosfer və onda baş verən hadisələrin öyrənilməsi bir neçə əsr davam etsə də, bu tədqiqatlar Yerə yaxın qatlarla məhdudlaşırdı. Lakin, XIX əsrdə radiozondun və təyyarənin kəşfindən sonra atmosfer Yerə yaxın qatlarla yanaşı müxtəlif hündürlüklərdə öyrənilməyə başlandı. Atmosferin quruluşu və fiziki xüsusiyyətləri haqqında məlumatları əldə etmək üçün birbaşa və dolayı metodlardan istifadə olunur. Atmosferin birbaşa tədqiqat metodları atmosfer parametrlərinin Yer üzərində və hündürlüklərdə radiozondlar, təyyarə və raketlərlə qaldırılan cihazlar vasitəsilə ölçməyə imkan verir.

Yer səthində meteoroloji müşahidə məntəqələrində aparılan müşahidələr birbaşa metod kimi dəyərləndirilir. Sutka ərzində yer

Yer səthində meteoroloji müşahidə məntəqələrində aparılan müşahidələr birbaşa metod kimi dəyərləndirilir. Sutka ərzində yer səthində hava üzərində 100000 müşahidə aparılır. Meteoroloji məntəqələrdə müntəzəm olaraq buludluq (miqdarı, forması, aşağı sərhəddinin hündürlüyü), görünüş məsafəsi, havanın temperaturu, küləyin sürəti və istiqaməti, atmosfer təzyiqi, havanın rütubətliyi və atmosfer hadisələri üzərində müşahidə aparılır. Müşahidələr eyni vaxtlarda, beynəlxalq sazişlərlə razılaşdırılmış proqram üzrə saat 0000 -dan başlayaraq hər 3 saatdan bir aparılır. Aviasiya uçuşlarını meteoroloji məlumatlarla təmin etmək üçün isə müşahidələr hər 30 dəqiqədən bir aparılır.

Birbaşa tədqiqat metodlarından olan radiozond metodunun əsası P. A. Molçanov tərəfindən qoyulmuşdur. 1930 -cu

Birbaşa tədqiqat metodlarından olan radiozond metodunun əsası P. A. Molçanov tərəfindən qoyulmuşdur. 1930 -cu ildə ilk radiozond havaya buraxılmışdır. Bu radiozond sadə quruluşa malik olması ilə fərqlənirdi. İlk radiozondlar teodolit vasitəsilə yer səthindən müşahidəçi tərəfindən izlənilirdi və bu radiozondar küləyin hündürlüklərdə xüsusiyyəti haqda məlumat verirdi. Radiozondun ötürdüyü siqnallar yerdə qısadalğalı qəbulediciyə ötürülürdü. Müasir dövrdə isə radiozondlar radio vasitəsilə məlumatı kompyuterə ötürürlər və bu məlumatlar real vaxt rejimində kompyuterin yaddaşında toplanır. Radiolokasiya qurğularının yaranması ilə zondların radar vasitəsilə izlənməsi mümkün oldu.

Bəzən radiozondlar təyyarələrdən buraxılırlar. Onlardan ilk öncə elmitədqiqat proyektlərində istifadə olunur. Müasir radiozondların hündürlüyə

Bəzən radiozondlar təyyarələrdən buraxılırlar. Onlardan ilk öncə elmitədqiqat proyektlərində istifadə olunur. Müasir radiozondların hündürlüyə qalxması şarpilotun keyfiyyətindən asılı olub, orta hesabla 20 km və maksimal olaraq 35 km təşkil edir. 2011 -ci ildə ÜMT Vaisala şirkətinin istehsalı olan radiozondları ən keyfiyyətli radiozond olduğunu elan etdi. Şəkil 1. Radiozond

Müasir radiozondlar aşağıdakı kəmiyyətləri ölçürlər: - təzyiq; - hündürlük - coğrafi mövqe (enlik/uzunluq); -

Müasir radiozondlar aşağıdakı kəmiyyətləri ölçürlər: - təzyiq; - hündürlük - coğrafi mövqe (enlik/uzunluq); - temperatur; - nisbi rütubətlik; - küləyin xüsusiyyətləri (sürət və istiqaməti); - böyük hündürlüklərdə kosmik şüaların intensivliyi; - ozonun konsentrasiyası (ozondlar).

Atmosferin yuxarı qatlarının tədqiqinin dolayı metodları yer səthindən Atmosferin yuxarı qatlarında baş verən atmosfer

Atmosferin yuxarı qatlarının tədqiqinin dolayı metodları yer səthindən Atmosferin yuxarı qatlarında baş verən atmosfer proseslərinin (qütb parıltısı, gümüşü buludlar, meteoritlərin yanma izləri və s. ) müşahidəsi əsasında atmosferin tərkibi və quruluşu haqqında məlumat əldə etməyə imkan verir. Atmosferin daha yuxarı qatları meteoroloji (100 km-ə qədər) və geofiziki raketlər (400 km-ə qədər) vasitəsilə öyrənilir. Hər bir raket meteoroloji avadanlıqlarla təchiz olunmuş konteynerləri fəyaza qaldırır ki, daha sonra bu konteynerlər paraüutlar vasitəsilə yerə qayıdırlar. Dünyada ilk meteoroloji raket SSRİ-də proektə alınmış və 1937 -ci ildə kosmik fəzaya buraxılmışdır. Raket 4500 m-ə qədər hündürlüyü qət edə bilmişdir.

1957 ci ildən keçmiş SSRi-də Yerin ilk süni peykinin buraxılması meteorologiya və digər elmlər

1957 ci ildən keçmiş SSRi-də Yerin ilk süni peykinin buraxılması meteorologiya və digər elmlər qarşısında yeni imkanlar açdı. Meteoroloji raketlərin buraxılması ilə SSRİ və ABŞ-da yuxarı atmosferin sistemli öyrənilməsinə başlandı. Şəkil 2. Meteoroloji süni peyklər

Atmosferin kosmosdan öyrənilməsi Meteoroloji peyk

Atmosferin kosmosdan öyrənilməsi Meteoroloji peyk