mumi thsil pillsind thsilalanlarn attestasiyasnn yekun qiymtlndirm istisna

  • Slides: 16
Download presentation
 «Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə istisna olmaqla) aparılması Qaydası» 28. 12.

«Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə istisna olmaqla) aparılması Qaydası» 28. 12. 2018 KQ -8/1 SEMINAR CAMAL RƏSULOV 19 FEVRAL 2020

Qiymətləndirmənin növləri �Diaqnostik �Formativ �Summativ

Qiymətləndirmənin növləri �Diaqnostik �Formativ �Summativ

DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ �Mövcud səviyyənin ilkin mərhələdə qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris ilinin əvvəlində və ya

DİAQNOSTİK QİYMƏTLƏNDİRMƏ �Mövcud səviyyənin ilkin mərhələdə qiymətləndirilməsidir. Bu qiymətləndirmə tədris ilinin əvvəlində və ya bölmənin əvvəlində aparılmalıdır. Nəticələri tədris jurnalına qeyd edilmir. Diaqnostik qiymətləndirmənin nəticələri tələbənin portfoliosunda (şəxsi işində) saxlanılmalıdır. Tələbənin portfoliosunun təşkili, saxlanılması və məlumatları araşdırıb, təhlil aparılması sinif rəhbərinin vəzifəsidir.

FORMATİV QİYMƏTLƏNDİRMƏ �Məzmun standartlarının tələblərinə uyğun olaraq, bilik və bacarıqların əldə olunması sahəsində tələbələrin

FORMATİV QİYMƏTLƏNDİRMƏ �Məzmun standartlarının tələblərinə uyğun olaraq, bilik və bacarıqların əldə olunması sahəsində tələbələrin irəliləyişinin monitorinqidir. Nəticələri tədris jurnalına qeyd edilmir. Amma nəticələrinin qeydiyyatı, müəllimin formativ qiymətləndirmə dəftərində aparılmalıdır.

SUMMATİV QİYMƏTLƏNDİRMƏ �İki növü var: kiçik summativ qiymətləndirmə - KSQ - hər bölmənin sonunda

SUMMATİV QİYMƏTLƏNDİRMƏ �İki növü var: kiçik summativ qiymətləndirmə - KSQ - hər bölmənin sonunda və ya daxilində keçirilir və yarımilin və ya ilin sonunda keçirilən böyük summativ qiymətləndirmə - BSQ. � 100 bal ilə ifadə olunur və 5 ballıq şkalaya uyğunlaşdırılır.

SUMMATİV QİYMƏTLƏNDİRMƏ �Balların çevrilməsi aşağıdakı cədvələ uyğun aparılır

SUMMATİV QİYMƏTLƏNDİRMƏ �Balların çevrilməsi aşağıdakı cədvələ uyğun aparılır

SUMMATİV QİYMƏTLƏNDİRMƏ � KSQ və BSQ-in, yarımillik və illik nəticələr sinif jurnalında 2 sütunda

SUMMATİV QİYMƏTLƏNDİRMƏ � KSQ və BSQ-in, yarımillik və illik nəticələr sinif jurnalında 2 sütunda yazılır. Soldan birinci sütunda ballar, ikinci sütunda isə qiymətlər yazılır. � Sinif jurnalında KSQ-də üzrlü səbəbdən iştirak etməyən şagirdin adının qarşısındakı nəticələr yazılan xana dioqonalla 2 yerə bölünür. Hər iki xananın surətində «q» yazılır, məxrəci isə boş saxlanır. Müəllim növbəti KSQ-nin keçiriləcəyi vaxtadək həmin şagirdlə KSQ aparır. Şagird KSQ-də təkrar iştirak edə bilməsə, həmin xanaların məxtrəcinə də "q” yazılır. Bu, yarımillik balların hesablanmasında nəzərə alınmır. � BSQ-də üzürsüz səbəbdən iştirak etməyən şagirdin isə adının qarşısında "0”, qiymət yazılan xanada isə "q” yazılır. Artıq bu, yarımillik balların hesablanmasında nəzərə alınır.

SUMMATİV QİYMƏTLƏNDİRMƏ �I və II yarımildə BSQ-də üzrlü səbəbdən iştirak etməyən şagirdin sinif jurnalında

SUMMATİV QİYMƏTLƏNDİRMƏ �I və II yarımildə BSQ-də üzrlü səbəbdən iştirak etməyən şagirdin sinif jurnalında adının qarşısında nəticələr yazılan 2 xana diqonalla yarıya bölünür. Surətlərində "q” yazılıb, məxrəcləri boş saxlanır. Həmin BSQ günündən sonra növbəti 2 həftə ərzində onun üçün BSQ təşkil edilir. �Yenidən hər hansı səbəbdən BSQ-də iştirak etməzsə, balı "0” qəbul olunur. Sinif jurnalında isə adının qarşısında boş saxlanmış 2 xananın məxrəclərində "0”, qiymət yazılan yerdə isə "q” yazılır və yarımillik qiymətlərin hesablanmasında nəzərə alınır.

SUMMATİV QİYMƏTLƏNDİRMƏ �KSQ I, II və III kurslarda bütün fənlər üzrə hər yarımildə 3

SUMMATİV QİYMƏTLƏNDİRMƏ �KSQ I, II və III kurslarda bütün fənlər üzrə hər yarımildə 3 dəfədən az, 6 dəfədən çox olmamaqla müəllim tərəfindən aparılır. Hər fənn üzrə KSQ-nin aparılacağı tarix haqqında məlumat tədris ilinin birinci həftəsi ərzində fənn müəllimi tərəfindən sinifdə təhsilalanlara elan olunur. �KSQ 1 dərs saatı ərzində aparılır.

SUMMATİV QİYMƏTLƏNDİRMƏ �BSQ-nin keçirilməsi 2018 -ci ildə qəbul olunmuş II kurslarda və 2019 -cu

SUMMATİV QİYMƏTLƏNDİRMƏ �BSQ-nin keçirilməsi 2018 -ci ildə qəbul olunmuş II kurslarda və 2019 -cu ildə qəbul olunmuş I kurslarda KSQ bütün fənlərdən keçirilir. BSQ yalnız 3 fəndən: ana dili, riyaziyyat və xarici dil. 2020 -2021 -ci tədris ilində III kurslarda (indiki II kurslar) bütün fənlərdən BSQ keçirilməlidir. 2020 -2021 -ci tədris ilində II kurslarda (indiki I kurslarda) bütün fənlərdən BSQ keçirilməlidir. 3 fəndən başqa bütün ümumtəhsil fənləri yekunlaşır. BSQ 45 -90 dəq ərzində keçirilə bilər.

Qiymətləndirmə vasitələrinin hazırlanması �Qiymətləndirmə vasitələri 4 çətinlik dərəcəsi üzrə hazırlanmalıdır: � 1 -ci səviyyə

Qiymətləndirmə vasitələrinin hazırlanması �Qiymətləndirmə vasitələri 4 çətinlik dərəcəsi üzrə hazırlanmalıdır: � 1 -ci səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 20%ni (20 bal); � 2 -ci səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 30%ni (30 bal); � 3 -cü səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 30%ni (30 bal); � 4 -cü səviyyə üzrə tapşırıqlar bütün tapşırıqların 20%ni (20 bal);

Qiymətləndirmə vasitələrinin hazırlanması �Tapşırıqların sayı və onlara verilən maksimum ballar bağlı nümunəyə baxaq: SƏVİYYƏ

Qiymətləndirmə vasitələrinin hazırlanması �Tapşırıqların sayı və onlara verilən maksimum ballar bağlı nümunəyə baxaq: SƏVİYYƏ BAL 1 20 2 30 3 4 TAPŞIRIQLARIN SAYI 20 15 8 (2+2+2+3+3) 10 6 (2+2+2+ 3+3+3) 4 (5+5+5+5) 6 (5+5+5+5) 5 (6+6+6) 3 (10+10+10) 30 4 (7+7+8+8) 3 (10+10+10) 2 (15+15) 20 2 (10+10) 1 (20) 100 20 (100) 15 (100) 10 (100)

İllik və yarımillik qiymətlərin çıxarılması � BSQ aparılan fənlər üzrə yarımil və illik bal

İllik və yarımillik qiymətlərin çıxarılması � BSQ aparılan fənlər üzrə yarımil və illik bal aşağıdakı düsturla çıxarılır: � Və "5” ballıq şkala ilə də qiymətləndirilir. � Şagirdin illik balı onun yarımillik ballarının ədədi ortası kimi müəyyənləşdirilir və 5 ballıq şkalaya uyğunlaşdırılaraq sinif jurnalının müvafiq qrafasının birinci sütununda 100 ballıq şkalaya uyğun bal, ikinci sütununda isə 5 ballıq şkalaya uyğun qiymət yazılır. �

Qaydalarda yeni dəyişiklik � Əvvəl «Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə istisna olmaqla)

Qaydalarda yeni dəyişiklik � Əvvəl «Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə istisna olmaqla) aparılması Qaydası» adlanırdı, � Indi «Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılması Qaydası» adlanır. 18. 02. 2020 � İndiyə qədər diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının, o cümlədən maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılıb. � Bundan sonra isə diaqnostik qiymətləndirmə maraq və motivasiyasının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılmayacaq. Başqa sözlə, diaqnostik qiymətləndirmə dərs ilinin və ya fənn üzrə tədris resurslarında nəzərdə tutulmuş hər bölmənin əvvəlində aparılmaqla şagirdlərin bilik və bacarıqlarının ilkin qiymətləndirilməsi məqsədi ilə aparılacaq. �

Qaydalarda yeni dəyişiklik � İndiyə qədər summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların müraciətlərinə təhsil

Qaydalarda yeni dəyişiklik � İndiyə qədər summativ qiymətləndirmələrin nəticələri ilə razılaşmayan təhsilalanların müraciətlərinə təhsil müəssisəsinin tabeliyindən asılı olaraq Təhsil Nazirliyi və ya yerli təhsili idarəetmə orqanları tərəfindən baxılıb. Yerli təhsili idarəetmə orqanlarının qərarları ilə razılaşmayan təhsilalanların valideynlərinin və ya digər qanuni nümayəndələrinin müraciətlərinə Təhsil Nazirliyi tərəfindən baxılıb. � Dəyişikliyə əsasən, bundan sonra summativ qiymətləndirmələrin nəticələri, yaxud yarımillik və illik qiymətlərin hesablanması ilə razılaşmayan təhsilalanlar təhsilalanın summativ qiymətləndirmədə topladığı ballar və onların uyğunlaşdırıldığı qiymət summativ qiymətləndirmənin aparıldığı tarixdə sinif jurnalında və "Məktəbli kitabçası”nda yazıldığı tarixdən 30 gün müddətində qiymətləndirmənin nəticələrinin araşdırılması üçün təhsil aldıqları ümumi təhsil müəssisəsinin rəhbərinə yazılı şikayət edə bilərlər. Təhsilalanın şikayətində göstərilən hallar (sualın tərtibatında və ya balların hesablanmasında yol verilmiş səhvlər) öz təsdiqini tapdıqda ümumi təhsil müəssisəsinin rəhbəri tərəfindən aşağıdakı qərarlardan biri qəbul ediləcək: � – qiymətləndirmənin nəticələrinə təsir göstərmiş hallar nəzərə alınaraq, yenidən hesablanma aparılacaq və nəticələrə dəyişiklik ediləcək; � – qiymətləndirmənin nəticələri ləğv ediləcək və təhsilalanın biliyinin yenidən qiymətləndirilməsi təşkil ediləcək. �