Thsil Nazirliyi sistemind yerli thsil idaretm orqanlarnda v

  • Slides: 43
Download presentation
Təhsil Nazirliyi sistemində yerli təhsil idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və

Təhsil Nazirliyi sistemində yerli təhsil idarəetmə orqanlarında və təhsil müəssisələrində kargüzarlıq işinin aparılması və vətəndaşların müraciətlərinə baxılmasına dair MÜŞAVİRƏ - TRENİNQ

İstinad edilən normativ hüquqi-aktlar • • • Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998 -ci

İstinad edilən normativ hüquqi-aktlar • • • Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 1998 -ci il tarixli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları”; Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2003 -cü il tarixli, 935 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrində kargüzarlığın aparılmasına dair Təlimat”; “Vətəndaşların müraciətlərinə baxılması qaydası haqqında” Azərbaycan Respublikasının 1997 -ci il 10 iyun tarixli 314 -IQ nömrəli Qanunu; Azərbaycan Respublikası Prezidentinin 1998 -ci il 29 dekabr tarixli 52 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət hakimiyyəti orqanlarında, idarə, təşkilat və müəssisələrdə vətəndaşların təklif, ərizə və şikayətləri üzrə kargüzarlığın aparılması Qaydaları” Əmək Məcəlləsi Təhsil Nazirliyinin müvafiq əmrləri, təlimat xarakterli sənədləri və s. 2

Kargüzarlıq üzrə Müşavirə-Treninqin məqsədi: Kargüzarlığın anlayışı və mahiyyəti Sənədlərin hazırlanması Sənədlərin hərəkəti Sənədlərin icrası

Kargüzarlıq üzrə Müşavirə-Treninqin məqsədi: Kargüzarlığın anlayışı və mahiyyəti Sənədlərin hazırlanması Sənədlərin hərəkəti Sənədlərin icrası Sənədlərin uçotu Sənədlərin saxlanılması və arxivə verilməsi 3

Kargüzarlığın anlayışı və mahiyyəti • “Kargüzarlıq” dedikdə, dövlət aparatında və müəssisələrdə sənədlərlə işləmə prosesi,

Kargüzarlığın anlayışı və mahiyyəti • “Kargüzarlıq” dedikdə, dövlət aparatında və müəssisələrdə sənədlərlə işləmə prosesi, sənədlərin hazırlanması, onların qəbulu, təsnifatı, icra üçün verilməsi, icrasına nəzarətin aparılması, sənədlərin saxlanması kimi başa düşülür. Kargüzarlıq işləri kortəbii şəkildə deyil, normativ sənədlər əsasında aparılır. Kargüzarlıq idarəetmə prosesində idarəetmə funksiyasını yerinə yetirən sənədləşdirmə və sənədlərlə işin təşkilinə deyilir. “Kargüzarlıq” sözü “kar” – iş, “güzar” – görmək, yəni idarəetmədə dəftərxana işlərini görmək sözündən ibarətdir: 4

Təşkilatlarda kargüzarlığ işinin aparılması, dəftərxana və ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşlar

Təşkilatlarda kargüzarlığ işinin aparılması, dəftərxana və ya xüsusi olaraq bu məqsəd üçün ayrılan əməkdaşlar tərəfindən həyata keçirilməsi: • Kargüzarlığın aparılması işi bu məqsəd üçün ayrılan əməkdaşlar tərəfindən həyata keçirilir və rəsmiləşdirilir. • Kargüzarlığın aparılmasına nəzarət təşkilatın rəhbərliyi tərəfindən həyata keçirilir. • Tabe müəssisələrdə kargüzarlığın aparılması qaydalarına riayət olunmasına nəzarət, onun tabe olduğu orqan tərəfindən həyata keçirilir. 5

Kargüzarlıq xidmətinin əsas vəzifələri Daxil olan sənədləri qəbul etmək Qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək

Kargüzarlıq xidmətinin əsas vəzifələri Daxil olan sənədləri qəbul etmək Qeydə almaq, aidiyyəti üzrə bölüşdürmək İcraçıya çatdırmaq və göndərmək İcra müddətinə nəzarət etmək İcra edilmiş sənədləri struktur bölmələrindən tələb etmək Sənədlərin surətlərini çıxarmaq, çoxaltmaq və stenoqrafiya işlərini həyata keçirmək Sənədləri işlər üzrə formalaşdırmaq və arxivə vermək 6

Daxil olan sənədlərin qeydə alınması kitabı Sənədin Kim Alınma saxlandığı Sənədin kargüzarlıq daxil Sənədi

Daxil olan sənədlərin qeydə alınması kitabı Sənədin Kim Alınma saxlandığı Sənədin kargüzarlıq daxil Sənədi baxmışdır barədə işin İcraçı tarixi və qısa xidmətinə olma göndərən və imza və nömrəsi, nömrəsi məzmunu qaytarılması tarixi və dərkənar tarix vərəqlərinin tarixi nömrəsi sayı Sənədin 7

Qeydiyyat vərəqəsinin nümunəsi QEYDİYYAT VƏRƏQƏSİ (üz tərəfi) Təşkilatın adı Sənədin nömrəsi Kargüzarlıq xidmətinə tarixi

Qeydiyyat vərəqəsinin nümunəsi QEYDİYYAT VƏRƏQƏSİ (üz tərəfi) Təşkilatın adı Sənədin nömrəsi Kargüzarlıq xidmətinə tarixi «____» _______ il daxilolma №-si «____» _______ Göndərən _______________________________________ Sənədin qısa məzmunu Kimə göndərilmişdir. Dərkənarın müəllifi və məzmunu Sənədin forması, növü, vərəqlərinin, əlavələrinin sayı, müşayiət məktubu barədə qeydlər (arxa tərəfi) _____________________________________ İcranın gedişi _____________________________________ İcranın nəticələri 8

Sənədlərin hazırlanmasına dair tələblər • • Təşkilatlarda sərəncam mahiyyətli sənədlərin (qərarlar, sərəncamlar, əmrlər) yaranması

Sənədlərin hazırlanmasına dair tələblər • • Təşkilatlarda sərəncam mahiyyətli sənədlərin (qərarlar, sərəncamlar, əmrlər) yaranması üçün hüquqi əsasları olmalıdır. «İşlətmək üçün kağız formatları» — 9327 — 60 dövlətlərarası standart üzrə A 4 (210 x 297 mm) və A 5 (210 x 148 mm) formatlı blank və kağızlardan istifadə edilir. Sənəd dövriyyəsi böyük olan təşkilatlarda ayrı-ayrı sənəd növləri üçün blanklar tətbiq edilir və onların üzərində mətbəə üsulu ilə sənəd növünün adı (qərar, protokol, əmr və s. ) yazılır. İki və ya daha artıq təşkilat adından hazırlanan sənədlər blanksız tərtib edilir. Sərəncam mahiyyətli sənədlər üçün blanklar «Sərəncam sənədləri sistemi. Formulyar-nümunə» — 6. 38 -90 dövlətlərarası standart üzrə hazırlanır. Blanklar 1 nömrəli ağ yazı kağızından hazırlanmalıdır. Müstəsna hallarda açıq rəngli, zəif boyalı kağız işlətməyə yol verilir. Təşkilatlarda tez-tez təkrarlanan birtipli sənədlər (bildiriş, məktub və s. ) tərtib edilərkən sənədlərin mətbəə üsulu ilə hazırlanan trafaret mətnli blankları tətbiq edilə bilər. 9

Təşkilat blankının nümunəsi Azərbaycan Respublikası Dövlət gerbinin təsviri ( «Azərbaycan Respublikasının Dövlət gerbi haqqında»

Təşkilat blankının nümunəsi Azərbaycan Respublikası Dövlət gerbinin təsviri ( «Azərbaycan Respublikasının Dövlət gerbi haqqında» Əsasnamə ilə müəyyən edilmiş təsvirə uyğun olaraq) AZƏRBAYCAN RESPUBLİKASININ TƏHSİL NAZİRLİYİ Tel: ______ Faks: _______ Poçt indeksi _____, Bakı şəhəri, ____________ küç. , _____, Elektron poçtu ___________ № ______ «___» _______il 10

Səhv Düz 11

Səhv Düz 11

Sənədin mətni • Bir qayda olaraq, sənədlərin mətnləri iki hissədən ibarət olur. • Birinci

Sənədin mətni • Bir qayda olaraq, sənədlərin mətnləri iki hissədən ibarət olur. • Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülmüş faktların və hadisələrin təsviri verilir. • İkinci hissədə nəticələr, təkliflər, qərarlar və sərəncamlar ifadə olunur. 12

Göndərilən sənədlərdə (məktublarda, məlumat xarakterli arayışlarda, məlumat vərəqələrində) ünvan sahibinin rekvizitləri dəqiq göstərilir. Bu

Göndərilən sənədlərdə (məktublarda, məlumat xarakterli arayışlarda, məlumat vərəqələrində) ünvan sahibinin rekvizitləri dəqiq göstərilir. Bu məqsədlə aşağıdakı tələblərə əməl edilməlidir: I. sənəd göndərilən təşkilatın, onun struktur bölməsinin adı, vəzifəli şəxsin adı və soyadı yazılır; II. sənəd təşkilata və ya onun struktur bölməsinə göndərilirsə, təşkilatın və ya onun struktur bölməsinin adı yönlük halda yazılır (məsələn: Azərbaycan Respublikasının Təhsil Nazirliyinə); III. sənəd konkret vəzifəli şəxsə ünvanlanırsa, o zaman təşkilatın adı yiyəlik halda, sənədin ünvanlandığı vəzifəli şəxsin adı və soyadı isə yönlük halda yazılır (məsələn: Azərbaycan Respublikası Təhsil Nazirliyinin _____ (struktur bölməsinin rəhbəri) cənab______); 13

IV. Məktub göndərilənin poçt ünvanı (poçt indeksi, şəhər (rayon), qəsəbə (kənd), küçə və evin

IV. Məktub göndərilənin poçt ünvanı (poçt indeksi, şəhər (rayon), qəsəbə (kənd), küçə və evin nömrəsi) tam şəkildə göstərilir. 14

Sərəncam mahiyyətli sənədlər • Sərəncam mahiyyətli sənədlərə və protokollara müstəqil olaraq hər sənəd növü

Sərəncam mahiyyətli sənədlər • Sərəncam mahiyyətli sənədlərə və protokollara müstəqil olaraq hər sənəd növü daxilində verilən qeyd nömrələri onların nömrələridir. • Sənədin məqsədəuyğunluğunu və ya əsaslılığını qiymətləndirmək zəruri olduqda, sənədin razılaşdırılması tələb olunur. • Razılaşdırma təşkilat daxilində və ya müxtəlif təşkilatlar arasında həyata keçirilir. Bunun üçün sənədlər imzalanmazdan əvvəl, onlara müvafiq vəzifəli şəxslər tərəfindən viza verilməlidir. • Təşkilat daxilində razılaşdırma müvafiq struktur bölmələrinin rəhbərləri arasında həyata keçirilir. • Sərəncam mahiyyətli sənədlərin layihələrində icraçı tərəfindən birinci nüsxədə mətnin axırıncı vərəqinin arxasında viza qoyulur. 15

 • Göndərilən sənədlərdə vizalar təşkilatda qalan nüsxədə qoyulur. Vizanın tərkibinə viza verən şəxsin

• Göndərilən sənədlərdə vizalar təşkilatda qalan nüsxədə qoyulur. Vizanın tərkibinə viza verən şəxsin soyadı və adı, onun şəxsi imzası və tarix daxildir. • Sənədlə əlaqədar qeydlər ayrıca vərəqdə yazılır. Bu zaman viza aşağıdakı kimi göstərilir: a. (imza) (adı və soyadı) b. (tarix) c. Qeydlər əlavə olunur. d. (adı və soyadı) e. (tarix). 16

Sənədlərin surətlərinin çıxarılması, çoxaldılması və stenoqrafiya işlərinin həyata keçirilməsi • Sənədlərin surətlərinin çıxarılması üçün

Sənədlərin surətlərinin çıxarılması, çoxaldılması və stenoqrafiya işlərinin həyata keçirilməsi • Sənədlərin surətlərinin çıxarılması üçün müvafiq rəhbər vəzifəli şəxsin göstərişi və ya icazəsi tələb olunur. • Struktur bölməsinin rəhbəri surətlərin miqdarını, göndəriş ünvanlarını müəyyən edir və sifariş blankını imzalayır. Sənədlərin surətlərinin aidiyyəti tərəflərə verilməsi təşkilat rəhbərliyinin icazəsi ilə həyata keçirilir. • Sənədin surətləri kompüter (makina) üsulu ilə təşkilatın blankında deyil, adi vərəqdə hazırlanarsa, blankın rekvizitləri daxil edilməklə, sənədin mətni tam şəkildə köçürülür. Surətin birinci vərəqinin yuxarı sağ küncündə «Surət» qeydi yazılır. • Əsli imzanı eynən təkrarlamayan, kompüter (makina) üsulu və surətçoxaldıcı texniki vasitələrin köməyi ilə əldə edilmiş surətlər, onların əsli ilə düz olmasını təsdiq edən vəzifəli şəxs tərəfindən imzalanır və müvafiq hallarda möhürlənir. 17

 • Surətlərin təsdiq edilməsi üçün sənədin «imza» rekvizitindən aşağıda sol sahədə «Düzdür» təsdiqləyici

• Surətlərin təsdiq edilməsi üçün sənədin «imza» rekvizitindən aşağıda sol sahədə «Düzdür» təsdiqləyici imza əlavə edilir, surəti təsdiqləmiş şəxsin vəzifəsi, onun şəxsi imzası, adı və soyadı təsdiq edilmə tarixi göstərilir və möhür vurulur (məsələn: Düzdür: Kargüzarlıq xidmətinin rəhbəri (imza) (adı və soyadı) (tarix). • Surətçıxaran texniki vasitələrin köməyi ilə çoxaldılmaq üçün sənədin əsli verilir, surətləri çıxarıldıqdan sonra qaytarılaraq işlərə daxil edilir. Sənədin əsli və çoxaldılmış əlavəsinin nüsxələri eyni nömrə ilə qeydə alınır. • Təşkilat rəhbərinin yanında keçirilən iclasların və müşavirələrin stenoqramları hazırlanır, müvafiq qaydada rəsmiləşdirilir və kargüzarlıq xidmətində saxlanılır 18

Sərəncamların hazırlanması və tərtib edilməsi: 19

Sərəncamların hazırlanması və tərtib edilməsi: 19

Əmrlərin hazırlanması və tərtib edilməsi 20

Əmrlərin hazırlanması və tərtib edilməsi 20

Əmr nümunələri 21

Əmr nümunələri 21

22

22

Əmrlərin qeydə alınması kitabı Əmrin sıra nömrəsi Tarixi Əmrin adı Kim imzalamışdır 23 İcraçı

Əmrlərin qeydə alınması kitabı Əmrin sıra nömrəsi Tarixi Əmrin adı Kim imzalamışdır 23 İcraçı Qeyd

Protokolların hazırlanması və tərtib edilməsi 24

Protokolların hazırlanması və tərtib edilməsi 24

Arayışların və məlumat vərəqələrinin hazırlanması və tərtib edilməsi • Arayışın və məlumat vərəqəsinin mətni

Arayışların və məlumat vərəqələrinin hazırlanması və tərtib edilməsi • Arayışın və məlumat vərəqəsinin mətni iki hissədən ibarət olmalıdır. • Birinci hissədə sənədin hazırlanması üçün əsas götürülən faktlar, ikinci hissədə nəticələr və təkliflər yazılır. • Arayışda və ya məlumat vərəqəsində verilən məlumatın aid olduğu tarix və dövr başlığa daxil edilməlidir (məsələn: «_______ il tarixinə olan vəziyyətə görə yaz kənd təsərrüfatı işlərinə hazırlığın gedişi haqqında» ). • Arayışlar və məlumat vərəqələri təşkilatların blanklarında çap olunur, təşkilatın və ya struktur bölməsinin rəhbərləri tərəfindən imzalanır. • Vətəndaşların xahişi ilə verilən arayışlar ümumi blanklarda və ya trafaret mətnli blanklarda tərtib olunur, təşkilatın rəhbəri tərəfindən imzalanaraq təsdiq edilir və müvafiq 25 kitabda qeydə alınır.

Aktın hazırlanması və tərtib edilməsi • Aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır.

Aktın hazırlanması və tərtib edilməsi • Aktın mətni giriş və şərh hissələrindən ibarət olmalıdır. • Giriş hissəsində aktın tərtib edilməsinin əsası göstərilir. • Şərh hissəsində akt tərtib edilməsinin məqsəd və vəzifələri, aparılmış işin mahiyyəti və xarakteri, müəyyən edilmiş faktlar, habelə nəticələr və təkliflər ifadə olunur. • Aktın başlığı həmin aktda göstərilən məsələni qısa şəkildə əks etdirməli və adlıq halda feli isim ilə ifadə olunmalıdır (məsələn: «Məktəblərin yeni dərs ilinə hazırlanması haqqında» ). • Aktın tərtib olunduğu yer və tarix aktda yazılan hadisənin yerinə və tarixinə uyğun gəlməlidir. • Akt mətninin sonunda (imzalardan qabaq) aktın nüsxələri və saxlandığı yer haqqında məlumat yerləşdirilir. • Akt onun tərtib olunmasında iştirak edən bütün şəxslər tərəfindən imzalanır. Bu zaman imza etmiş şəxslərin vəzifələri göstərilir. • Aktı hazırlayanların və bu işdə iştirak edənlərin xüsusi rəyləri olduqda, həmin rəylər imzalardan aşağıda və ya ayrıca vərəqdə yazılır. 26

Sənədlərin dövriyyəsinin təşkili • Sənədlərin təşkilatda hərəkəti, onlar təşkilata daxil olduğu və ya yaradıldığı

Sənədlərin dövriyyəsinin təşkili • Sənədlərin təşkilatda hərəkəti, onlar təşkilata daxil olduğu və ya yaradıldığı andan icra edildiyi və ya göndərildiyi anadək sənədlərin dövriyyəsini təşkil edir. Təşkilatlarda sənədlər dövriyyəsinin təşkili aşağıdakı tələblərə cavab verməlidir. • Sənədlərin hərəkəti operativ aparılmalı, nizamlanmalı və optimal şəkildə həyata keçirilməlidir. • İşin zərurətindən irəli gəlməyən instansiyalar və əməliyyatlar sənədlərin hərəkətindən kənarlaşdırılmalıdır. • Sənədlərin hərəkəti qaydasında və işlənməsi prosesində maksimum eynilik təmin olunmalıdır. 27

Sənədlərin dövriyyəsinin təşkili Daxil olan korrespondensiyanın qəbulu və ilkin qaydada işlənməsi • Gətirilən korrespondensiyanın

Sənədlərin dövriyyəsinin təşkili Daxil olan korrespondensiyanın qəbulu və ilkin qaydada işlənməsi • Gətirilən korrespondensiyanın düzgünlüyünü yoxlamaqda məqsəd təyinat üzrə gətirilməyən korrespondensiyanı aşkar etməkdən ibarətdir. • Səhvən gətirilən korrespondensiya geri qaytarılır. Şəxsi korrespondensiya istisna edilməklə, bütün zərflər açılır. • Bu zaman zərflərin bütövlüyü və içində sənədlərin mövcudluğu yoxlanılır. Sənədi göndərənin ünvanını və ya sənədin göndərilmə, alınma tarixini ancaq zərfə görə müəyyən etməyin mümkün olduğu hallardan başqa, zərflər bir qayda olaraq, məhv edilir. • Bütün daxil olan sənədlərdə birinci səhifənin üz tərəfinin aşağı sağ küncündə qeyd ştampı vurulur (9 nömrəli əlavə). 28

Qeydiyyat ştampının nümunələri 29

Qeydiyyat ştampının nümunələri 29

Göndərilən sənədlərin qeydə alınması kitabı Sənədin tarixi və nömrəsi Kim göndərir Sənədin icrası verilməsi

Göndərilən sənədlərin qeydə alınması kitabı Sənədin tarixi və nömrəsi Kim göndərir Sənədin icrası verilməsi Qısa haqqında məzmunu barədə imza qeyd və tarix 30

Sənədlərin icrasına nəzarətin edilməsi Aşağıdakı sənədlər xüsusi nəzarətə götürülür: • Bilavasitə qanunvericilik aktlarının icrası

Sənədlərin icrasına nəzarətin edilməsi Aşağıdakı sənədlər xüsusi nəzarətə götürülür: • Bilavasitə qanunvericilik aktlarının icrası ilə əlaqədar sənədlər; • Dövlət hakimiyyəti orqanlarının və ya yuxarı təşkilatların icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər; • Təşkilatların özlərinin icra müddəti göstərilən tapşırıqlarını nəzərdə tutan sənədlər. Sənədlərin icrasına nəzarət, nəzarət vərəqələrində qeydlər edilməklə aparılır (13 nömrəli əlavə) 31

Nəzarət vərəqəsinin nümunəsi 32

Nəzarət vərəqəsinin nümunəsi 32

Nəzarətdə olan sənədlərin qeydə alınması kitabı 33

Nəzarətdə olan sənədlərin qeydə alınması kitabı 33

İşlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadəsinin

İşlərin nomenklaturunun tərtib edilməsi, qovluqların formalaşdırılması, arxivə təhvil verilməyə hazırlanması və cari arxivdən istifadəsinin həyata keçirilməsi 34

Hazırlanmış işlərin kateqoriyaları və miqdarı haqqında yekun qeydi 35

Hazırlanmış işlərin kateqoriyaları və miqdarı haqqında yekun qeydi 35

Arxiv idarəsi ilə razılaşdırılma qrifi Qovluqlar saxlanılmaq üçün təşkilatın arxivinə təhvil verilməzdən əvvəl kargüzarlıq

Arxiv idarəsi ilə razılaşdırılma qrifi Qovluqlar saxlanılmaq üçün təşkilatın arxivinə təhvil verilməzdən əvvəl kargüzarlıq xidməti tərəfindən aşağıdakı tələblərə riayət edilməlidir: • Qovluqda sənədlərin hamısının olub-olmadığını yoxlamaq; • Qovluqda işə tikilməli sənədlərin bu Təlimata uyğun surətdə qeydə alınıb-alınmadığını yoxlamaq və qeydə alınmamış sənədlər aşkar edildikdə, onları qeydə aldırmaq, yerləşməsinin düzgünlüyünü yoxlamaq; • Bölmə-bölmə tikilmiş işlərin siyahısında şöbələrin adlarının tikilmiş sənədlərə uyğun gəlib-gəlmədiyini yoxlamaq; • Qovluğun vərəqlərini sağ küncdən başlayaraq yuxarıdan aşağı adi karandaşla nömrələmək. 36

Sənədlər daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilməsi ərkən aşağıdakı tələblərə riayət edilməlidir •

Sənədlər daimi saxlanmaq üçün Dövlət Arxivinə təhvil verilməsi ərkən aşağıdakı tələblərə riayət edilməlidir • Sənədlərin tərkibi və keyfiyyəti yoxlanmalı, üz qabığında (qovluğun axırında), ümumi qovluqda isə həm də bölmələrin siyahısında təsdiqləyici imza qoyulmalı, qovluğun nömrələnmiş vərəqlərinin sayı rəqəmlə və sözlə göstərilməli, lazım gəldikdə, vərəqlərin nömrələnməsinin xüsusiyyətləri və işə tikilmiş sənədlərin fiziki vəziyyəti qeyd edilməlidir; • Ara qatları, metal bəndlər, pərçimlər qovluqdan çıxarılmalı və sənədlər müəyyən edilmiş qaydada tikilməlidir; • Qovluğu arxivə təhvil vermək üçün hazırladıqdan sonra ümumi qovluğun bölmələr siyahısının birinci səhifəsində (sağdan aşağı küncdə), ayrı-ayrı qovluqların isə sonuncu sənədində (axırıncı səhifənin arxa tərəfində) «Arxivə» sözü yazılmış ştamp vurulmalıdır. 37

Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər Sənədlər: • əmək kitabçası, • şəxsiyyətini təsdiq

Əmək müqaviləsi bağlanarkən işçinin təqdim etdiyi sənədlər Sənədlər: • əmək kitabçası, • şəxsiyyətini təsdiq edən sənədi • təhsili barədə müvafiq diplomunu • dövlət sosial sığorta şəhadətnaməsini (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla) təqdim edir. • əmək müqaviləsinin bağlanması işçinin müvafiq yaşayış məntəqəsində qeydiyyatının olub-olmaması ilə şərtləndirilmir. Qeyd: • Məcburi köçkün, onlara bərabər tutulan şəxs və ya qaçqın statusu olan, habelə Azərbaycan Respublikasında ilk dəfə əmək fəaliyyətinə başlayan işçilərlə, əcnəbilərlə və vətəndaşlığı olmayan şəxslərlə əmək kitabçası təqdim edilmədən əmək müqaviləsi bağlanıla bilər. • İşçinin səhhətinə, sağlamlığına mənfi təsir göstərən amillər olan ağır, zərərli və təhlükəli əmək şəraitli iş yerlərində, habelə əhalinin sağlamlığının mühafizəsi məqsədi ilə yeyinti sənayesi, ictimai iaşə, səhiyyə, ticarət və bu qəbildən olan digər iş yerlərində əmək müqaviləsi bağlanılarkən işçilər 38 sağlamlığı haqqında tibbi arayış təqdim etməlidirlər.

Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri

Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin məzmunu Əmək müqaviləsinin ləğv edilməsi barədə işəgötürənin əmri təsviri (giriş) hissəsindən və həmin məlumatlar göstərilən qərar hissəsindən ibarət formada tərtib edilə bilər. • işçinin adı, atasının adı və soyadı; • əmək müqaviləsi üzrə işçinin vəzifəsinin (peşəsinin) adı; • əmək müqaviləsinin ləğv edilməsinin əsası; • həmin əsasla əmək müqaviləsinin ləğv edilməsi qaydası nəzərdə tutulmuş Əmək Məcəllənin müvafiq maddəsi, hissəsi və bəndi; • əmək müqaviləsinin ləğv edildiyi gün, ay və il; • əmək müqaviləsinin ləğv edilməsi barədə əmrin (sərəncamın, qərarın) verilməsi üçün əsas hesab olunan rəsmi sənədlər. 39

Əmək müqavilələrinin və əmrlərin saxlanılmasının təmin edilməsi • İşəgötürən bağlanmış əmək müqavilələrini, onlarda aparılan

Əmək müqavilələrinin və əmrlərin saxlanılmasının təmin edilməsi • İşəgötürən bağlanmış əmək müqavilələrini, onlarda aparılan dəyişiklikləri, verilmiş əmrləri (sərəncamları, qərarları) beş il müddətində saxlamağa borcludur, onların məhv edilməsi, itirilməsi, korlanması yolverilməzdir. • Müəssisə ləğv edildikdə işəgötürəndə saxlanılan əmək müqavilələri müəyyən olunmuş qaydada müvafiq dövlət arxivinə təhvil verilir. • Müəssisə yenidən təşkil olunduqda və ya mülkiyyətçisi dəyişdikdə isə həmin müqavilələr yeni işəgötürənə təhvil verilir. • Əmək müqaviləsinin ləğv edilməsi haqqında əmrin (sərəncamın, qərarın) əsli, işəgötürən tərəfindən əmək müqaviləsinin mühafizə edilməsi barədə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş qaydada və müddətdə saxlanılması təmin edilməlidir. 40

Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotunun aparılması • İşəgötürən bağlanmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu

Əmək müqavilələrinin sənədləşdirilməsinin uçotunun aparılması • İşəgötürən bağlanmış əmək müqavilələrinin, onlara edilən dəyişikliklərin, bu müqavilələrlə əlaqədar verilmiş əmrlərin (sərəncamların, qərarların), habelə digər əmrlərin (sərəncamların, qərarların) xüsusi kitab (jurnal) və ya kompüter vasitəsi ilə xüsusi proqramla uçotunun qeydiyyatını aparmalıdır. • Uçot kompüter vasitəsi ilə aparılmırsa, qeydiyyat kitabı səhifələnməli, qaytanlanmalı və kitabın son səhifəsindəki qaytanın düyünü üzərinə müəssisənin möhürü vurulmalıdır. • İşəgötürən qeydiyyat kitabını xüsusi uçot sənədi kimi saxlamalı və aparılan qeydlər səliqə ilə həmin kitaba yazılmalıdır. • Kitabdakı qeydlərin qaralanmasına, pozulmasına, səhifələrin cırılmasına, dəyişdirilməsinə yol verilmir. • Bu maddədə göstərilən sənədlərin uçotu və qeydiyyatı istər kompüter proqramları vasitəsiilə, istərsə də əl üsulu ilə həyata keçirilərkən işəgötürən tərəfindən uçot sənədlərinin mühafizəsi təmin olunmalıdır. 41

İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri • İşəgötürən işçinin müraciəti

İşçiyə arayışların, xasiyyətnamənin verilməsi və onların başqa yerlərə göndərilməsi şərtləri • İşəgötürən işçinin müraciəti əsasında ona vəzifəsi (peşəsi), müvafiq dövr ərzində qazancı barədə arayış, arxiv məlumatları, şəxsi sənədlərinin təsdiq edilmiş surətlərini, habelə onun peşəkarlıq, işgüzarlıq səviyyəsini və digər şəxsi xüsusiyyətlərini xarakterizə edən xasiyyətnamə verməyə borcludur. • İşəgötürən işçinin şəxsiyyəti və ya onun əmək fəaliyyəti barədə məlumatları başqa işəgötürənə və ya müvafiq orqanlara, habelə digər yerlərə yalnız onların yazılı sorğusu və işçinin razılığı ilə göndərə bilər. • İşçi haqqında tərtib edilmiş xasiyyətnamənin, zəmanətin, işçinin şəxsi sənədlərinin, onların surətlərinin və digər sənədlərin məzmunu ilə onu tanış etmədən işəgötürən tərəfindən başqa yerə göndərilməsi yolverilməzdir. • Müsbət məzmunlu xasiyyətnamə ilə, zəmanətlə işçi tanış edilmədən onların başqa yerə göndərilməsinə yol verilir. 42

Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması: • • Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi

Məzuniyyətlərin verilməsinin rəsmiləşdirilməsi və uçotunun aparılması: • • Bütün növ məzuniyyətlərin verilməsi işçinin ərizəsi əsasında işəgötürənin əmri (sərəncamı, qərarı) ilə rəsmiləşdirilir. Əmrdə (sərəncamda, qərarda) işçinin adı, atasının adı və soyadı, vəzifəsi (peşəsi), verilən məzuniyyətin növü, müddəti, müvafiq iş ili, məzuniyyətin başlandığı, qurtardığı və məzuniyyət müddəti bitdikdən sonra işçinin işə başlamalı olduğu il, ay, gün göstərilməlidir. Məzuniyyətin verilməsi barədə əmr (sərəncam, qərar) məzuniyyətin başlanmasına azı beş gün qalmış verilir və işçi onunla tanış edilir. İşəgötürən məzuniyyətlərin verilməsinin uçotunu dürüst və vaxtında aparmağa borcludur. Məzuniyyətlərin verilməsinin uçotu işçilərin iş illəri, məzuniyyətlərin növləri, müddətləri, verildiyi vaxt və müvafiq əmrin (sərəncamın, qərarın) nömrəsi, tarixi göstərilməklə aparılmalıdır. Məzuniyyətlərin verilməsi işəgötürənin imkanlarına müvafiq olaraq kompüter proqramları və ya sadələşdirilmiş kargüzarlıq yolu ilə aparılır. Əmək məzuniyyətlərinin verilməsinin düzgünlüyünün təmin olunması məqsədi ilə məzuniyyətlərin uçotu işçilərin iş illəri üzrə aparılmalıdır 43