Amerika Hazrlad M Frid O Amerika qitsi sivilizasiyalarnn

  • Slides: 9
Download presentation
Amerika Hazırladı: M. Fərid

Amerika Hazırladı: M. Fərid

O Amerika qitəsi sivilizasiyalarının inkişaf tarixinin ən parlaq səhifəsi onun mərkəzi hissəsində yaşayan xalqların

O Amerika qitəsi sivilizasiyalarının inkişaf tarixinin ən parlaq səhifəsi onun mərkəzi hissəsində yaşayan xalqların mədəniyyəti ilə bağlıdır. Qitəni iki tərəfdən Sakit və Atlantik okeanları əhatə edir. Zəngin və rəngarəng faunası olan bu ərazi yaşıl düzənlik və çəmənliklərdən, rütubətli tropik meşələrdən ibarətdir. Burada məskunlaşmış tayfa və xalqlar makromayya, makrotomanqe, xokanaklar, naua və digər dil qrupundandır. Bunların hər biri ərazinin mədəniyyətinə öz töfhəsini gətirmişdir. Yüksək sivilizasiyalar zonası adlandırılan bu əraziyə Meksikanın 2/3 hissəsi, Qvatema, Beliz, Salvador, Hondurasın bir hissəsi, Nikaraqua, Kosta. Rika aiddir. Elmi və tarixi ədəbiyyatda bu mədəniyyət Mezoamerika mədəniyyəti də adlandırılır (Bu anlayışı elmə gətirən meksikalı alim P. Kirxhofun əsaslandırıcı başlıca amil həmin regionun mədəniyyətlərini ümumi cəhətləri ilə bağlıdır. Mərkəzi Amerikanı Qədim Şərq sivilizasiyaları səviyyəsinə çatmış müstəqil yerli mədəniyyət beşiyi hesab edirlər. Bu mədəniyyətlərin hər biri özlüyündə nə qədər fərdi olsalar da, onları birləşdirən ümumi cəhətlər də mövcuddur. Bu cəhətlər, ilk növbədə təsərrüfatın idarəedilməsində, eyni təsərrüfatla məşğulluqda, ticarətin inkişaf səviyyəsi və digər ictimai-sosial məqamlarda təzahür tapır.

O Teotiuakan əhərinin süqutundan sonra buraya sahib olanlar Tolkan adlanan yeni şəhər yaratdılar. Şəhərin

O Teotiuakan əhərinin süqutundan sonra buraya sahib olanlar Tolkan adlanan yeni şəhər yaratdılar. Şəhərin sakinləri isə tolteklər adlandırılırdılar. Bu xalq yüksək mədəniyyətə sahib idi. Tolteklərin dünyagörüşündə iki reallıq başlıca yer tuturdu: dərk edilən, rasional olan tonal və dərk edilməyən, irrasional olan naçual. Hər ikisinin əsasında ilkin enerji – Ruh (Ometeotl, Naual, Od, Sirr, Məqsəd) durur. Kainat onun görünən simasıdır: Günəş (Tau, Tayau, Taveyerrika), Od (Tatevari), Yer (Tlaltipak), bitki, canlı və insanlar – bütün bunlar allahın övladları olduğuna görə müqəddəs hesab edilməlidir. Hər bir toltekin həyat amalı ruhla əlaqəsinin dərk etməsidir. Ruh həmişə insanlarladır, yalnız daxili nizamlamaqla (tonusu möhkəmləndirməklə) onu eşitmək olar. Təmiz, pak olan yalnız təmizliyi qəbul edə bilər. Bu işdə əsrlərlə toplanmış xüsusi təcrübə köməyə çatırdı. Bu təcrübə insanın Günəş, Yer, Od ruhları ilə birgə qaranlığın qovulmasına kömək edən magik əlaqəni saxlamağa kömək edirdi. Toltek fəlsəfi dünyagörüşünə görə insan saçan ruhdur, onun əsas borcu kiçik ürəyini təmiz, parlayan günəşə çevirməkdir. O Tolteklərin paytaxtı özündə bir neçə tayfa və qədim şəhərləri (Kuauçinanko, Kuaunauak, Kuauapan, Uastenek) vahid konfederasiya halında birləşdirən Tollan şəhəri idi.

O Bu şəhər Teotiuakan kimi fantastik gözəlliyə malik olmasa da, onun sakinləri özlərini haqlı

O Bu şəhər Teotiuakan kimi fantastik gözəlliyə malik olmasa da, onun sakinləri özlərini haqlı olaraq incəsənət və bilik adamları kimi tanıdırdılar. Bu şəhərin gözəlliyi, zənginliyi, sakinlərin stabil firavanlığı, tarlaların bolluğu, texniki nailiyyətləri, həkim, astronom, sənətkar, zərgər və rəssamların peşəkarlığı haqqında ilk dəfə XIV əsrdə bu torpağa gəlmiş asteklər məlumat vermişlər. Bu paytaxtda ilk dəfə olaraq hərbi-dini sənət təşəkkül tapmağa başlamışdı.

“Azadlıq heykəli” və ya “Dünyanı işıqlandıran azadlıq” (ing. The Statue of Liberty, Liberty Enlightening

“Azadlıq heykəli” və ya “Dünyanı işıqlandıran azadlıq” (ing. The Statue of Liberty, Liberty Enlightening the World; fr. La Liberté éclairant le monde) – Nyu-York, Manhettendə, Nyu-York limanında yerləşən Azadlıq adasında ucaldılmış nəhəng neoklassik heykəldir. Frederik Ogüst Bartoldi tərəfindən hazırlanmış heykəl 28 oktyabr 1886 -cı ildə Fransa xalqı adından ABŞ-a hədiyyə edilmişdir. Heykəldə təsvir olunan ayaq üstə dayanmış xələtli qadın Roma azadlıq ilahəsi Libertası təcəssüm etdirir. O bir əlində azadlıq məşəli, digərində isə üzərində ABŞ Müstəqillik Bəyannaməsinin elan edildiyi 4 iyul 1776 -cı il tarixinin yazıldığı tabula ansata (qanunların yazıldığı tablet) tutmuşdur. Qırılmış zəncir onun ayağının üstünə sərilmişdir. Azadlığın və ABŞ-ın simvollarından biri olan heykəl, xaricdən gələn qonaqları salamlayan siqnaldır.