13 c madd Smrli hquq mdafi vasitlri hququ

  • Slides: 33
Download presentation
13 -cü maddə. Səmərəli hüquq müdafiə vasitələri hüququ Günel Sevdimalıyeva 2017

13 -cü maddə. Səmərəli hüquq müdafiə vasitələri hüququ Günel Sevdimalıyeva 2017

13 -cü maddə � Müstəqil mövcud deyil, lakin avtonomdur, Konvensiyada nəzərdə tutulmuş digər hüquqla

13 -cü maddə � Müstəqil mövcud deyil, lakin avtonomdur, Konvensiyada nəzərdə tutulmuş digər hüquqla bağlı səmərəli hüquqi müdafiə vasitəsini nəzərdə tutur; � fərdin 13 -cü maddə üzrə səmərəli hüquqi müdafiə vasitəsinə malik olmaq hüququ onun Konvensiya hüquqlarının pozulmasının müəyyən edilibedilməməsindən deyil, həmin hüquqların pozulması ilə bağlı əsaslı tələbinin olub-olmamasından asılıdır; Əsaslı tələb, sübut edilə bilən iddia, tutarlı iddia – arguable claim

� Şəxsin Konvensiyada nəzərdə tutulmuş hüququnun pozuntusunun qurbanı olduğuna dair tutarlı iddiası olduqda, o,

� Şəxsin Konvensiyada nəzərdə tutulmuş hüququnun pozuntusunun qurbanı olduğuna dair tutarlı iddiası olduqda, o, milli hakimiyyət orqanları qarşısında həmin iddiasına baxılmaq və uyğun olduqda kompensasiya almaq hüququna malik olmalıdır (Klass və başqaları); � Məhkəmə hesab etmir ki, “tutarlı” termininə abstrakt anlayış verməlidir. Əksinə, konkret faktların işığında və qaldırılmış məsələnin xarakterindən asılı olaraq müəyyən edilməlidir ki, hər bir iddia 13 -cü maddəyə əsasən tutarlı idimi və əgər belədirsə, 13 -cü maddənin tələblərinə riayət edilmişdirmi (Boyle and Rice).

� Konvensiyanın 13 -cü maddəsi ilə tələb olunan vasitə qanunda olduğu kimi təcrübədə də

� Konvensiyanın 13 -cü maddəsi ilə tələb olunan vasitə qanunda olduğu kimi təcrübədə də “səmərəli” olmalıdır, xüsusən o mənada ki, onun həyata keçirilməsi cavabdeh Dövlətin hakimiyyət orqanlarının iddianın qaldırılmasının, zərərin əvəzinin ödənilməsinin və ya kompensasiya ödənilməsinin qarşısını alan hərəkət və ya hərəkətsizliyi ilə əsassız olaraq alınmamalıdır (Rotaru v. Romania, Wille v. Liechtenstein, Kudla v. Poland).

� 13 -cü maddə dövlətdaxili hüququn vəziyyətinə qarşı hüquqi müdafiə vasitəsi tələb edən maddə

� 13 -cü maddə dövlətdaxili hüququn vəziyyətinə qarşı hüquqi müdafiə vasitəsi tələb edən maddə kimi şərh oluna bilməz, əks halda Məhkəmə iştirakçı dövlətlərin qarşısında belə bir tələb qoyardı ki, Konvensiyanı dövlətdaxili qanunvericiliyə daxil etsinlər. Bu prinsipdən o hasil olur ki, konkret işə 13 -cü maddənin tətbiqi Razılığa gələn Dövlətin öz yurisdiksiyası çərçivəsində 1 -ci bölmədəki hüquq və azadlıqları təmin etmək məqsədilə 1 -ci maddə ilə üzərinə götürdüyü öhdəlikləri necə müəyyən etməsindən asılı olur(Ostrovar v. Moldova).

� “Müdafiə vasitəsinin” 13 -cü maddədə nəzərdə tutulan mənada “səmərəliliyi” prosesin ərizəçinin xeyrinə nəticələnəcəyinə

� “Müdafiə vasitəsinin” 13 -cü maddədə nəzərdə tutulan mənada “səmərəliliyi” prosesin ərizəçinin xeyrinə nəticələnəcəyinə əminlikdən asılı deyil. Həmin maddədə nəzərdə tutulmuş “dövlət orqanı”nın məhkəmə orqanı olması da vacib deyil, amma bununla belə, həmin orqan məhkəmə orqanı deyilsə, onun səlahiyyətləri və verdiyi təminatlar həmin orqan qarşısındakı müdafiə vasitəsinin səmərəli olub-olmadığının müəyyən edilməsində əhəmiyyət kəsb edir. Eyni zamanda, ayrıca bir müdafiə vasitəsi özlüyündə 13 -cü maddənin tələblərinə cavab verməsə belə, daxili qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrinin məcmusu həmin tələblərə cavab verə bilər (Silver və başqaları Birləşmiş Krallığa qarşı, Çahal Birləşmiş Krallığa qarşı)

� 13 -cü maddənin məqsədi fərdləri Məhkəməyə müraciət edərək beynəlxalq şikayət mexanizmini işə salmazdan

� 13 -cü maddənin məqsədi fərdləri Məhkəməyə müraciət edərək beynəlxalq şikayət mexanizmini işə salmazdan əvvəl digər Konvensiya hüquqlarının pozuntularına görə milli səviyyədə hüquqlarının bərpasına nail olma vasitələri ilə təmin etməkdir. Bu nöqteyi-nəzərdən, fərd Konvensiya üzrə tələbini ilk növbədə milli orqana təqdim etmək imkanına malik olmasa, onun ağlabatan müddətdə məhkəmə araşdırması hüququnun səmərəsi az olar; 13 -cü maddənin tələblərinə 6 -cı maddənin 1 -ci bəndinin müəyyən etdiyi ümumi öhdəliyin, yəni fərdlərin məhkəmə proseslərini həddən artıq uzatmamaq öhdəliyinin bir hissəsi kimi deyil, 6 -cı maddənin 1 -ci bəndinin tələblərini möhkəmləndirən tələblər kimi baxmaz lazımdır (Kudla Polşaya qarşı)

� 13 -cü maddədə nəzərdə tutulmuş orqanın mütləq məhkəmə olması labüd deyil. Əsas tələb

� 13 -cü maddədə nəzərdə tutulmuş orqanın mütləq məhkəmə olması labüd deyil. Əsas tələb odur ki, o, hüquqi qüvvəsi olan qərar qəbul etməkdə səlahiyyətli olsun və ehtimal olunan pozuntuya görə məsul olan hakimiyyət orqanından müstəqil olsun (Leander v. Sweden).

� Müstəqillik o zaman şübhə altına alına bilər ki, pozuntuya görə məsul olan orqan

� Müstəqillik o zaman şübhə altına alına bilər ki, pozuntuya görə məsul olan orqan ondan verilmiş şikayətə baxmaqda səlahiyyətli orqanın vəzifəli şəxslərini təyin etməkdə və ya intizam cəzalarının təyin edilməsində əhəmiyyətli rol oynamış olsun. (Khan v. UK). � Ramazanova Azərbaycana qarşı – ictimai birliyin qeydiyyata alınmaması ilə bağlı Ədliyyə Nazirliyinə qarşı verilmiş şikayətə məhkəmənin baxması zamanı məhkəmənin Ədliyyə Nazirindən asılı olduğunun iddia edilməsi

� İddia müddətinin tətbiqini müəyyən edən prosessual qaydalar və milli məhkəmələrə ərizələrin verilməsi qaydalarını

� İddia müddətinin tətbiqini müəyyən edən prosessual qaydalar və milli məhkəmələrə ərizələrin verilməsi qaydalarını müəyyən edən xüsusi tələblər 13 -cü maddə baxımından qəbulediləndir.

� 13 -cü maddənin tələb etdiyi müdafiə vasitəsinin təmin edilməsində və həmin maddədə nəzərdə

� 13 -cü maddənin tələb etdiyi müdafiə vasitəsinin təmin edilməsində və həmin maddədə nəzərdə tutulmuş Konvensiya öhdəliyinin yerinə yetirilməsində müəyyən qiymətləndirmə sərbəstliyinə malikdirlər (Kaya, Kudla)

13 -cü maddə � Konvensiyanın 13 -cü maddəsi Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlara

13 -cü maddə � Konvensiyanın 13 -cü maddəsi Konvensiyada nəzərdə tutulmuş hüquq və azadlıqlara riayət edilməsinə milli səviyyədə nail olmağa imkan verən müdafiə vasitələrinin olmasını təmin edir (onların daxili qanunvericilikdə nəzərdə tutulubtutulmamasından asılı olmayaraq). � Beləliklə, şikayəti Konvensiya əsasında mahiyyəti üzrə həll etmək və pozulmuş hüququ bərpa etmək üçün 13 -cü maddəyə əsasən daxili müdafiə vasitəsini tələb etmək olar, hərçənd, iştirakçı dövlətlərə bu maddə üzrə öhdəliklərini yerinə yetirmələrində müəyyən qiymətləndirmə sərbəstliyi verilir (Kaya Türkiyəyə qarşı).

13 -cü maddə � İştirakçı dövlətlərin 13 -cü maddə üzrə öhdəliklərinin hüdudları ərizəçinin şikayətindən

13 -cü maddə � İştirakçı dövlətlərin 13 -cü maddə üzrə öhdəliklərinin hüdudları ərizəçinin şikayətindən asılı olaraq müxtəlifdir; lakin 13 -cü maddənin tələb etdiyi müdafiə vasitəsi həm hüquqi, həm də praktiki cəhətdən “səmərəli” olmalıdır (İlhan Türkiyəyə qarşı)

13 -cü maddə � “Müdafiə vasitəsinin” 13 -cü maddədə nəzərdə tutulan mənada “səmərəliliyi” prosesin

13 -cü maddə � “Müdafiə vasitəsinin” 13 -cü maddədə nəzərdə tutulan mənada “səmərəliliyi” prosesin ərizəçinin xeyrinə nəticələnəcəyinə əminlikdən asılı deyil.

13 -cü maddə � ayrıca bir müdafiə vasitəsi özlüyündə 13 -cü maddənin tələblərinə cavab

13 -cü maddə � ayrıca bir müdafiə vasitəsi özlüyündə 13 -cü maddənin tələblərinə cavab verməsə belə, daxili qanunvericilikdə nəzərdə tutulmuş müdafiə vasitələrinin məcmusu həmin tələblərə cavab verə bilər (Silver və başqaları Birləşmiş Krallığa qarşı; Çahal Birləşmiş Krallığa qarşı).

13 -cü maddə � Həmin maddədə nəzərdə tutulmuş “dövlət orqanı”nın məhkəmə orqanı olması da

13 -cü maddə � Həmin maddədə nəzərdə tutulmuş “dövlət orqanı”nın məhkəmə orqanı olması da vacib deyil, amma bununla belə, həmin orqan məhkəmə orqanı deyilsə, onun səlahiyyətləri və verdiyi təminatlar həmin orqan qarşısındakı müdafiə vasitəsinin səmərəli olub -olmadığının müəyyən edilməsində əhəmiyyət kəsb edir.

6 -cı maddə ilə birlikdə 13 -cü maddə � 13 -cü maddəyə münasibətdə 6

6 -cı maddə ilə birlikdə 13 -cü maddə � 13 -cü maddəyə münasibətdə 6 -cı maddənin 1 -ci bəndinin rolu ondan ibarətdir ki, o, sonuncuya münasibətdə aparıcı normadır və 13 -cü maddənin tələbləri 6 -cı maddənin tələbləri ilə tam əhatə olunur (Sporrong and Lönnroth v. Sweden, Powell and Rayner v. UK).

6 -cı maddə ilə birlikdə 13 -cü maddə � işə ağlabatan müddətdə baxılması ilə

6 -cı maddə ilə birlikdə 13 -cü maddə � işə ağlabatan müddətdə baxılması ilə bağlı hüquqi müdafiə vasitəsinin mövcudluğu (Kudla Polşaya qarşı); Rəhimov Azərbaycana qarşı � Konvensiyanın 13 -cü maddəsi işin ağlabatan müddətdə baxılması barədə Konvensiyanın 6 -cı maddəsinin 1 -ci bəndinin tələbinin iddia edilən pozuntusuna görə milli hakimiyyət orqanı qarşısında səmərəli müdafiə vasitəsini təmin edir (Kudla Polşaya qarşı). Vasitə o vaxt «səmərəli» olur ki, işə baxan məhkəmələrin qərarının qəbul olunmasını sürətləndirsin və ya artıq baş vermiş gecikmələrə görə iş üzrə tərəfi adekvat bərpa edilmə ilə təmin etsin.

1 saylı Prokotolun 1 -ci maddəsi və 13 -cü maddə � Çıraqovlar və b.

1 saylı Prokotolun 1 -ci maddəsi və 13 -cü maddə � Çıraqovlar və b. Ermənistana qarşı, � Sarqsyan Azərbaycana qarşı; mülkiyyət iddiaları ilə əlaqədar olaraq asanlıqla əlçatan olan və çevik sübutetmə standartlarının tətbiqini nəzərdə tutan prosedurları təmin edən elə bir mexanizmin yaradılması önəmli idi ki, ərizəçilərin və onların vəziyyətində olan digər şəxslərin mülkiyyət hüquqlarının bərpasına və hüquqlarından istifadə etmək imkanından məhrum olduqlarına görə kompensasiya əldə etməsinə imkan yaranmış olsun.

4 saylı Protokolun 4 -cü maddəsi və 13 -cü maddə Əcnəbilərin kütləvi çıxarılması zamanı

4 saylı Protokolun 4 -cü maddəsi və 13 -cü maddə Əcnəbilərin kütləvi çıxarılması zamanı hüquqi müdafiə vasitələri � Čonka v. Belgium

2 və 3 - cü maddələrlə birlikdə 13 -cü maddə � Şəxs 3 -cü

2 və 3 - cü maddələrlə birlikdə 13 -cü maddə � Şəxs 3 -cü maddə pozulmaqla pis rəftara məruz qaldığı barədə əsaslı iddia irəli sürürsə, “səmərəli hüquqi müdafiə vasitəsi” anlayışı 3 -cü maddənin tələb etdiyi kimi təqsirkar şəxslərin müəyyən edilməsinə yönələn hərtərəfli və səmərəli araşdırma aparılması ilə yanaşı, həm də şikayətçinin istintaq prosedurunda səmərəli iştirakını və lazımi hallarda ona kompensasiya ödənilməsini nəzərdə tutur (Assenov Bolqarıstana qarşı).

2 və 13 -cü maddə � Məhkəmə qeyd edir ki, ölümcül gücün istifadəsi ilə

2 və 13 -cü maddə � Məhkəmə qeyd edir ki, ölümcül gücün istifadəsi ilə bağlı cinayətin istintaqı əhəmiyyətli obyektivlik və tamlıqla həyata keçirilməyibsə və mülki kompensasiya tələbi daxil olmaqla hər hansı müdafiə vasitəsinin qeyri-effektivliyi mövcuddursa və ya ona inam sarsılmışsa, Dövlət 13 -cü maddə üzrə öhdəliklərini pozmuş olur, hansı ki əhatə dairəsi 2 -ci maddədən daha genişdir (Umayeva Rusiyaya qarşı, Abdulkhajiyev və Abdulkhajiyeva Rusiyaya qarşı, Yaşa Türkiyəyə qarşı).

İtkin düşmə hallarında 13 -cü maddə � Çeçenistanda 1999 -2000 -ci illərdə baş vermiş

İtkin düşmə hallarında 13 -cü maddə � Çeçenistanda 1999 -2000 -ci illərdə baş vermiş hadisələrlə bağlı itkin düşmə işlərində məhkəmə cinayət istintaqının qeyri-effektiv vasitə olduğu qənatəinə gəlmişdir (Aslakhanov, Dzabrailova, Tamaeva, Akhmatov və başqaları Rusiyaya qarşı).

� Məhkəmə qeyd edir ki, təqsirli şəxslərin müəyyən edilməsi və cəzalandırılması məqsədilə istintaqın aparılmasına

� Məhkəmə qeyd edir ki, təqsirli şəxslərin müəyyən edilməsi və cəzalandırılması məqsədilə istintaqın aparılmasına dair Dövlətin 2 -ci və 13 -cü maddələr üzrə öhdəliklərinin icrası üçün ərizəçidən zərərin əvəzinin ödənilməsi ilə bağlı daxili inzibatihüquqi vasitələri tükəndirmək tələbi qoyulsa idi, həmin hüquq xəyali olardı (Yaşa Türkiyəyə qarşı). Eyni müddəa işgəncə və ciddi qeyriinsani rəftarla bağlı 3 -cü maddəyə də aiddir, harada ki ərizəçi özünü aciz, gücsüz və Dövlət nümayəndələrindən asılı hiss edir. (Aksoy Türkiyəyə qarşı; İlhan Türkiyəyə qarşı).

� Məhkəmə qeyd edir ki, daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi məsələsində ərizəçinin şəxsi hallarını

� Məhkəmə qeyd edir ki, daxili hüquqi müdafiə vasitələrinin tükəndirilməsi məsələsində ərizəçinin şəxsi hallarını nəzərə alır. Hər bir halda məhkəməni verdiyi sual ondan ibarətdir ki, ərizəçi ondan ağlabatan şəkildə gözlənilən vasitələri tükəndirmək üçün hər şeyi etmişdirmi (Akdivar and başqaları, İlhan Türkiyəyə qarşı).

2, 3 və 13 -cü maddə � Yaşa Türkiyəyə qarşı; � İlhan Türkiyəyə qarşı

2, 3 və 13 -cü maddə � Yaşa Türkiyəyə qarşı; � İlhan Türkiyəyə qarşı Dövlətin 13 -cü maddə üzrə öhdəlikləri 2 və 3 cü maddə üzrə prosessual aspekti üzrə öhdəliklərindən daha genişdir.

2 -ci maddə üzrə istintaqın uzun sürməsinə qarşı 13 -cü maddənin təminatları � SARBYANOVA-PASHALIYSKA

2 -ci maddə üzrə istintaqın uzun sürməsinə qarşı 13 -cü maddənin təminatları � SARBYANOVA-PASHALIYSKA AND PASHALIYSKA V. BULGARIA – 12. 01. 2017

Ekstradisiya işlərində 13 -cü maddə � Ekstradisiya və deportasiya kontekstində, işgəncənin və ya pis

Ekstradisiya işlərində 13 -cü maddə � Ekstradisiya və deportasiya kontekstində, işgəncənin və ya pis rəftarın iddia olunan təhlükəsi həyata keçirildiyi halda, baş verə bilən zərərin bərpa olunmaz mahiyyətini və Məhkəmənin Konvensiyanın 3 -cü maddəsinə verdiyi önəmi nəzərə alaraq, Konvensiyanın 13 -cü maddəsinə əsasən səmərəli vasitə anlayışı (i) ərizəçinin təyinat ölkəsinə ekstradisiya və ya deportasiya edildiyi halda, Konvensiyanın 3 -cü maddəsinə zidd rəftarın real təhlükəsinin mövcudluğuna inanmaq üçün əhəmiyyətli əsasların olması barədə müraciətin müstəqil və ciddi araşdırılmasını və (ii) nəticələri potensial olaraq bərpa edilməz olan tədbirlərin icrasının dayandırılmasının səmərəli vasitələrinin təqdim olunmasını tələb edir. (M. A. Kiprə qarşı, D. A. Türkiyəyə qarşı) � Ciddi araşdırma şəxsin nəyə görə deportasiya olunmasından asılı olmayaraq (məsələn milli təhlükəsizlik mülahizələri ilə) həyata keçirilməlidir (Chahal İngiltərəyə qarşı)

3 və 13 -cü maddələr üzrə Azərbaycana qarşı işlər � Terşiyev Azərbaycana qarşı; �

3 və 13 -cü maddələr üzrə Azərbaycana qarşı işlər � Terşiyev Azərbaycana qarşı; � Çankayev Azərbaycana qarşı; � Qarayev Azərbaycana qarşı; � Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı; � Hümmətov Azərbaycana qarşı;

Qarayev Azərbaycana qarşı Konvensiyanın 13 -cü maddəsinin mənasında ekspulsiya və ektradisiya ilə bağlı şikayətlərə

Qarayev Azərbaycana qarşı Konvensiyanın 13 -cü maddəsinin mənasında ekspulsiya və ektradisiya ilə bağlı şikayətlərə aid məhkəmə nəzarəti qaydası, prinsipcə, səmərəli vasitəni o halda təşkil edir ki, məhkəmələr maddi və prosessual əsaslarla icra orqanının mülahizəsinin qanuniliyini səmərəli yoxlasınlar və lazım olduqda, qərarları ləğv etsinlər. Hazırkı işdə Məhkəmə qeyd edir ki, ərizəçi Səbail rayon məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində Baş Prokurorun ekstradisiya barədə qərarını mübahisələndirmişdir. Lakin Məhkəmə qeyd edir ki, ərizəçinin işgəncə və ya pis rəftar təhlükəsindən açıq-aşkar şikayət etməsinə və bununla bağlı şikayətlərinin kifayət qədər ciddi olmasına baxmayaraq, daxili məhkəmələr onun dəlillərinə baxmamışlar. Daxili məhkəmələrin qərarları Özbəkistanda işgəncə və pis rəftar təhlükələrindən sükutla keçmiş və məhkəmələr ərizəçinin ekstradisiya məsələsini həll edərkən, bu məqamları nəzərə alan kimi görünmür.

Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı � Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizəçinin iddiaları

Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı � Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizəçinin iddiaları üzrə yerli istintaq tam və effektiv olmamışdır. Eyni qaydada istintaqın nəticələrini qiymətləndirən yerli məhkəmələr də sadəcə olaraq müstəntiqin, ərizəçinin dəlillərinin əsassız olduğunu bildirən fikirlərini faktların müstəqil qiymətləndirməsini aparmağa cəhd göstərmədən təkrarlamışdır və nəticədə, müstəntiqin istintaq zamanı yol verdiyi eyni səhvləri təkrarlamışdır.

2 və 3 - cü maddə ilə birlikdə 13 Şəxs 3 -cü maddə pozulmaqla

2 və 3 - cü maddə ilə birlikdə 13 Şəxs 3 -cü maddə pozulmaqla pis rəftara məruz qaldığı barədə əsaslı iddia irəli sürürsə, “səmərəli hüquqi müdafiə vasitəsi” anlayışı 3 -cü maddənin tələb etdiyi kimi təqsirkar şəxslərin müəyyən edilməsinə yönələn hərtərəfli və səmərəli araşdırma aparılması ilə yanaşı, həm də şikayətçinin istintaq prosedurunda səmərəli iştirakını və lazımi hallarda ona kompensasiya ödənilməsini nəzərdə tutur. Lakin bu işlər 3 -cü maddəyə zidd rəftar nəticədində dövlətin cinayət məsuliyyətini doğuran hallara aiddir. Lakin məsələ dövlətin şəxsləri digərlərinin hərəkətlərindən qorumaq məsələsinə gəldikdə, 13 -cü maddə heç də həmişə dövlət orqanlarından iddiaların istintaqının aparılmasını tələb etməyə bilər. Lakin zərərçəkmişin, yaxud onun ailəsinin onların Konvensiyada təsbit edilmiş hüquqlarını pozan dövlət vəzifəli şəxslərinin və ya dövlət orqanlarının hərəkət və ya hərəkətsizliyinə görə məsuliyyəti müəyyən edən mexanizmdən yararlanmaq imkanı olmalıdır. Bununla belə, Konvensiyanın ən fundamental müddəalarını müəyyən edən 2 və 3 -cü maddələrin pozuntusu halında mənəvi zərərə görə kompensasiya mümkün müdafiə vasitələrindən olmalıdır (Z və başqaları Böyük Britaniyaya qarşı, Reynolds Birləşmiş Krallığa qarşı, Valentin Kompenau adından HRM Bolqarıstana qarşı).

2 -ci maddə üzrə sistemin adekvatlığına qarşı hüquqi müdafiənin mövcudluğu � Önəryıldız Türkiyəyə qarşı;

2 -ci maddə üzrə sistemin adekvatlığına qarşı hüquqi müdafiənin mövcudluğu � Önəryıldız Türkiyəyə qarşı; � Timus və Tarus Moldovaya qarşı;