DOPATK NTERSTSAL PNEVMONYA T e d Natvan Frcova

  • Slides: 42
Download presentation
İDİOPATİK İNTERSTİSİAL PNEVMONİYA T. e. d. Natəvan Fərəcova

İDİOPATİK İNTERSTİSİAL PNEVMONİYA T. e. d. Natəvan Fərəcova

İDİOPATİK İNTERSTİSİAL PNEVMONİYALAR Bu xəstəliklər özündə ağciyərin interstisial xəstəlikləri ( ACİX ) qrupuna daxil

İDİOPATİK İNTERSTİSİAL PNEVMONİYALAR Bu xəstəliklər özündə ağciyərin interstisial xəstəlikləri ( ACİX ) qrupuna daxil olan bir neçə xəstəlikləri birləşdirir. İİP bir çox bənzər əlamətlərlə səciyyələnir: *naməlum mənşəyi *fiziki yüklənmədə artan təngnəfəslik

*tez-tez qeyri-produktiv olan öskürək *ağciyərlərin auskultasiyası zamanı eşidilən krepitasiya *ağciyərlərin rentgenoqrafiyasında və KT-də diffuz

*tez-tez qeyri-produktiv olan öskürək *ağciyərlərin auskultasiyası zamanı eşidilən krepitasiya *ağciyərlərin rentgenoqrafiyasında və KT-də diffuz dəyişikliklər *restriktiv tipli ventilyasiya pozuntuları ( ağciyərlərin həcmlərinin azalması), ağciyərlərin diffuziya qabiliyyətinin azalması, alveola-arteriya qradientinin ( Aa. PO 2 ) genişlənməsi (artması)

İİP TƏSNİFATI (ATS/ETS) İdiopatik ağciyər fibrozu kriptogen təşkil edən pnevmoniya Kəskin İP ACİX ilə

İİP TƏSNİFATI (ATS/ETS) İdiopatik ağciyər fibrozu kriptogen təşkil edən pnevmoniya Kəskin İP ACİX ilə assosiasiya olunan respirator bronxiolit Qeyri-spesifik İP Limfositar İP Deskvamativ İP

Belə bənzər əlamətlərlə yanaşı bu xəstəliklərin bir çox fərqli xüsusiyyətləri də mövcuddur, ilk növbədə

Belə bənzər əlamətlərlə yanaşı bu xəstəliklərin bir çox fərqli xüsusiyyətləri də mövcuddur, ilk növbədə morfoloji fərqlər, müxtəlif terapevtik yanaşmalar və müxtəlif proqnoz. Məhz bu fərqlər İİP qrupuna daxil olan formaları müstəqil nozoloji forma hesab etməyə imkan verir. İDİOPATİK AĞCİYƏR FİBROZU (İACF) İİP qrupuna daxil olan ən tez-tez təsadüf edilən xəstəlikdir. Köhnə adı – idiopatik fibrozlaşdırıcı alveolit. Bu termin 1960 -cı ildə Scaddinq tərəfindən daxil edilmişdir. Xəstəliyin ilk təsvirini isə - ( ağciyərlərin kistoz sirrozu ) kimi 1897 -ci ldə Rindfleisch vermişdir.

 İACF-nin ATS/ETS (2000 )-in Beynəlxalq razılaşdırıcı sənədinə əsasən aşağıdakı tərifi vermişdir: İACF ağciyərlərdə

İACF-nin ATS/ETS (2000 )-in Beynəlxalq razılaşdırıcı sənədinə əsasən aşağıdakı tərifi vermişdir: İACF ağciyərlərdə məhdudlaşan və ağciyərlə-rin biopsiyasının məlumatlarına əsasən adi inter-stisial pnevmoniyanını histoloji mənzərəsi ilə əlaqəli olan xroniki fibrozlaşdırıcı pnevmoniyanın xüsusi formasıdır.

Patogenez. Hal-hazırda xəstəliyin patogenezinə dair daha önəmli hipoteza onun “epitelial-fibroblastik” xəstəlik olması hipotezasıdır. Bu

Patogenez. Hal-hazırda xəstəliyin patogenezinə dair daha önəmli hipoteza onun “epitelial-fibroblastik” xəstəlik olması hipotezasıdır. Bu hipotezaya əsasən zədələnmiş epitelial hüceyrələrlə mezenximal hüceyrələr arasındakı kompleksli qarşılıqlı əlaqə bərpa mexanizmlərinin nizamlığını pozur, nəticədə artıq dərəcədə profibrotik sitokinlər və ekstrasellulyar matriks emal olunur.

Xəstəliyin yayılması. ABŞ-da cavan əhali arasında xəstəliyin yayılması 100 000 əhalidə 4 təsa-düf, 75

Xəstəliyin yayılması. ABŞ-da cavan əhali arasında xəstəliyin yayılması 100 000 əhalidə 4 təsa-düf, 75 yaşlılar arasında 227, 5 təsadüfdür. Meyl faktorları. Xəstəliyin idiopatik yaxud kriptogen olmasına baxmayaraq onu törədən amillərin yaxud meyl faktorlarının aktiv axtarışları aparılır. Bu faktorların arasında ilkin olaraq: ağciyərləri zədələyən amillərə: -siqaret tüstüsü -müəyyən növ tozla -viruslar aiddir Tədqiqatlar göstərib ki, siqaret çəkmə faktoru İACF-in yaranma riskini 2, 6 -2, 9 dəfə artırır. Xəstəliyin patogenezində iştirak edən viruslardan “latent viruslar” qeyd edilir, B-hepatiti virusu, sitomeqalovirus, adenovirusların, paraqrip və herpes virusların rolu isə bu vaxta kimi tədqiqi olunmayıb.

Kilinik mənzərə. Daha çox 50 yaşdan yuxarı olan insanlarda, kişilərdə daha tez-tez təsadüf edilir

Kilinik mənzərə. Daha çox 50 yaşdan yuxarı olan insanlarda, kişilərdə daha tez-tez təsadüf edilir ( 1, 7/1 nisbətdə). Əsas şikayətlərə: -təngnəfəslik -qeyri-produktiv öskürəkdir. Xəstəlik inkişaf etdikcə təngnəfəslik artır; axırıncı səbəbdən xəstənin nitqi çətinləşir, gəzə və özünə qulluq edə bilmir. Əksər hallarda xəstəlik əlamətsiz başlayır, bəzən ilkin olaraq kəskin respirator xəstəliklər əlamətləri müşahidə edilir.

Xəstəlik ləng artdiqda, xəstə öz vəziyyətinə ( təngnəfəsliyə ) uyğunlaşa bilir və daha passiv

Xəstəlik ləng artdiqda, xəstə öz vəziyyətinə ( təngnəfəsliyə ) uyğunlaşa bilir və daha passiv həyat tərzi aparmağa məcbur olur. Xəstələrin əksəriyyəti həkimə müraciət etdikdə artıq xəstəliyin müddəti 1 -3 il arasında, nadir halda isə 3 aydan az olur. Xəstələrin 75%-i quru, qeyri-produktiv, bəzən 20%-ə qədər hallarda bəlğəmli, hətta irinli-bəlğəmli öskürək qeyd edilir. Qanhayxırma zamanı belə xəstələrdə 4 -12 dəfə tez təsadüf edilən şişlər inkar edilməlidir. Başqa şikayətlərdən: -ümumi zəiflik -artralgiyalar (20%) -- mialgiyalar --dırnaq falanqalarının “nağara çubuqları” formalı deformasiyası (50 -90%).

Səciyyəvi auskultativ fenomen: – inspirasiyanın sonunda eşidilən krepitasiya (başqa krepitasiyalaran fərqli olaraq daha zərif

Səciyyəvi auskultativ fenomen: – inspirasiyanın sonunda eşidilən krepitasiya (başqa krepitasiyalaran fərqli olaraq daha zərif olur, inspirasiyanın zirvəsində, daha tez-tez aşağı bazal nahiyələrdə), eşidilir. Xəstəlik şiddətləndikdə krepitasiya bütün ağciyər sahələri üzərində inspirasiyanın bütün fazasında eşidilir. Xəstəliyin belə gedişatında tənəffüs çatışmazlığı və ağciyər ürəyi əlamətləri yaranır: -diffuz boz sianoz -- taxikardiya -- boyun damarlarının şişməsi -- ətraflarda ödemlər -- bədən çəkisinin kaxeksiya dərəcəsinə qədər azalması ( İACF-in terminal mərhə-ləsinin xarakter əlaməti ).

Laborator müayinələr. Laborator testlər adətən diaqnostikəhəmiyyət daşımır. -Xəstələrin 90 %-də EÇS-in mülayim artması -sirkulyasiya

Laborator müayinələr. Laborator testlər adətən diaqnostikəhəmiyyət daşımır. -Xəstələrin 90 %-də EÇS-in mülayim artması -sirkulyasiya edən immun komplekslərinin aşkar olunması -- 30 -40 % hallarda – immunoqlobulinlərin ümumi səviyyəsi krioqlobulinlər artır. -Təxminən 20 -30 % xəstələrdə yanaşı gedən sistemli xəstəliklər olmadığı halda: - -RF və ANF yüksək titrləri aşkarlanır. Xəstələrdə ümumi laktatdehidrogenaza (LDH) alveolyar mikrofaqların və II tip alveolositlərin sayəsində artır. Hipoksemiya yarandıqda eritrositlərin sayı və hematokrit artır. Leykositoz həm infeksiya səbəbindən, həm də steroidlərin qəbulu səbəbindən yarana bilər. Xəstəliyin zərdab markerlərindən A və D surfanktantin proteinlərini və KL-6 musin 0 antigenləri qeyd etmək olar.

 Ağciyərlərin funksional testləri -Ağciyərlərin statik həcmləri azalır. -GNVH 1/ACGT% ( Tiffno indeksi )

Ağciyərlərin funksional testləri -Ağciyərlərin statik həcmləri azalır. -GNVH 1/ACGT% ( Tiffno indeksi ) dəyişmir, yaxud bir qədər artır. Xəstəliyin erkən əlamətlərinin biri: -DLco (ağciyərlərin karbon qazına dair diffuziya qabiliyyəti). -Xəstəlik zamanı DLco klinik simptom olan dispnoe ilə və yüksək imkanlı KT (YİKT) nəticəsində əsasən geniş yayılan patoloji proseslə sıx əlaqədardır. DLco-nun ifadə olunan dərəcəli azalması (<50%) ağciyər hipertenziyası ilə və alveolo-arterial qradientin (Aa. PO 2) genişlənməsi ilə əlaqəlidir.

 Xəstəliyin erkən mərhələlərində yalnız fiziki yüklənmələrdə Sp. O 2 azalır. Bu isə Pa.

Xəstəliyin erkən mərhələlərində yalnız fiziki yüklənmələrdə Sp. O 2 azalır. Bu isə Pa. O 2 azalmasında və Aa. PO 2 genişlənməsində öz əksini tapır. Xəstəlik şiddətləndikcə hipoksemiya sakitlikdə də təsadüf edilir və hipokapniya ilə müşayət olunur. Hiperkapniya xəstəliyin yalnız terminal mərhələsində təsadüf edilir. Döş qəfəsinin rentgenoqrafiyası. -Tez-tez təsadüf edilən əlamət daha çox aşağı bölgələrdə qeyd olunan iki tərəfli retikulyar xarakterli dəyişikliklərdir. -Xəstəliyin erkən mərhələsində ağciyər sahələrinin həcminin bir qədər azalması və ağciyərlərinin şəffaflığının “ buzlu şüşə “ tipli azalması aşkarlanır. -Xəstəlik artdiqca retikulyar pattern kobudlaşır, girdə kistoz şəffaflıqlar (0, 5 -2 sm) yaranır-“şanabənzər ağciyər”. -Xəstəliyin son mərhələlərində traxeyanın sağa yerdəyişməsi və trxeomeqaliya qeyd edilir.

Plevranın prosesə cəlb olunması, döş qəfəsi daxili adenopatiya, lokal parenximatoz sıxlaşmalar bu xəstəlik üçün

Plevranın prosesə cəlb olunması, döş qəfəsi daxili adenopatiya, lokal parenximatoz sıxlaşmalar bu xəstəlik üçün səciyyəvi deyil, başqa parenximatoz xəstəliklərin əlaməti ola bilər. YİKT. Daha çox informasiya məhz bu müayinə üsulu vasitəsilə əldə edilir. Səciyyəvi əlamətlər: qeyrimüntəzəm xətli kölgələr, kistoz şəffaflıqlar, ağciyər sahələrinin “buzlu şüşə” tipli az şəffaf olan fokal ocaqlar, bronxların divarlarının qalınlaşması. Pozuntuların daha çox ifadə olunan bölgələrində - bronxoektazlar. Dəyişikliklər daha çox bazal və subplevral nahiyyələrdə təsadüf edilir.

 YİKT - əlamətlər xəstəliyin morfoloji əlamətlərini əks edir: retikulyar pattern – fibrozu, “buzlu

YİKT - əlamətlər xəstəliyin morfoloji əlamətlərini əks edir: retikulyar pattern – fibrozu, “buzlu şüşə” patterni isə - hüceyrə infiltrasiyasını əks edir. Məhz buna görə YİKT – mənzərəsi proqnostik əhəmiyyət daşıyır. BAL. Xəstəliyin gedişatını, proqnozunu və iltihabı prosesin müalicə fonunda dinamikasının qiymətləndirməyə imkan verir. İACF zamanı BAL aşağıdakıları aşkar edir: ► ümumi hüceyrə miqdarının artması (ümumi sitoz) ► neytofillərin və eozinofillərin sayının artması

Bu göstəricilər başqa interstisial xəstəliklərdə də təsadüf edilir, BAL mayesində eozinofiliyanın olması xəstəliyin qeyri-qənaətbəxş

Bu göstəricilər başqa interstisial xəstəliklərdə də təsadüf edilir, BAL mayesində eozinofiliyanın olması xəstəliyin qeyri-qənaətbəxş proqnozu ilə əlaqəlidir. Belə xəstələrdə steroidli terapiya yaxşı effekt vermir. Əksinə olaraq, BAL-da limfositoz - steroidli terapiyanı effektivliyi göstərir və müsbət proqnostik faktor kimi qiymətləndirilir.

İACF-nun diaqnostikasına yanaşma 1. Transbronxial biopsiya: (TTB) - 40%-dan çox hallarda morfoloji diaqnoz təsdiqlənir

İACF-nun diaqnostikasına yanaşma 1. Transbronxial biopsiya: (TTB) - 40%-dan çox hallarda morfoloji diaqnoz təsdiqlənir (toxuma nümunələrində fibroblastlar fokuslanın tapılması və «şanabənzər» dəyişikliklər) 2. Ağciyərlərin açıq biopisya (ACAB) - ən informativ, ancaq invaziv bir üsuldur - «qızıl» diaqnostik standart hesab edilir 3. Ağciyərlərin torokoskopik biopsiyası (ACTB) - qeyri invaziv informativ üsul (infor -mativliyinə görə ACAB bərabər)

 ATS/ERS-in tövsiyəsinə əsasən İACF-in ehtimal edilən diaqnozunun klinik-rentgenoloji meyarları 2 qrupa ayrılır: Böyük

ATS/ERS-in tövsiyəsinə əsasən İACF-in ehtimal edilən diaqnozunun klinik-rentgenoloji meyarları 2 qrupa ayrılır: Böyük meyarlar: ► məlum səbəblərlə əlaqəli olan (dərmanların qəbulu, birləşdirici toxumanın sistemli xəstəlikləri) ACnin başqa interstisial xəstəliklərinin istisna olunması. ► XTF-nın restriktiv tipli dəyişikliklər və qazlar mübadiləsinin pozulması

► YİKT-nın məlumatına əsasən bazal şöbələrdə «buzlu şüşə» tipli minimal ikitərəfli retikulyar dəyişikliklər ►

► YİKT-nın məlumatına əsasən bazal şöbələrdə «buzlu şüşə» tipli minimal ikitərəfli retikulyar dəyişikliklər ► TBB-nın və BAL-ın məlumatlarına əsasən alternativ diaqnozu təsdiqləyən əlamətlərin olmaması

 Kiçik meyarlar: ► 50 -dən yuxarı yaş ► Fiziki gərginlik zamanı tədricən dispnoyenin

Kiçik meyarlar: ► 50 -dən yuxarı yaş ► Fiziki gərginlik zamanı tədricən dispnoyenin yaranması ► 3 aydan artıq xəstəlik müddəti ► bazal şöbələrdə inspirator krepitasiya

Müalicə 1. İltihaba qarşı terapiya Müalicənin əsas istiqaməti - xəstəliyin iltihabı və immunoloji inkişaf

Müalicə 1. İltihaba qarşı terapiya Müalicənin əsas istiqaməti - xəstəliyin iltihabı və immunoloji inkişaf bəndlərinə təsirdir. Belə müalicə yanaşmasının əsasını aşağıdakı müddəalar təşkil edir: 1. xəstəliyin əsasında proqressivləşən fibroz durur 2. proqressivl əşən fibroz daimi (persistə edici) iltihabi prosesin nəticəsidir

3. xroniki iltihabı proses fibrozdan öncə gələrək qaçılmaz olaraq fibrozla nəticələnir 4. iltihabı prosesin

3. xroniki iltihabı proses fibrozdan öncə gələrək qaçılmaz olaraq fibrozla nəticələnir 4. iltihabı prosesin aktiv dəf edilməsi fibroz dəyişikliklərin formalaşmasını blokada edə bilər. Geniş surətdə 3 rejimdə iltihab qarşı terapiya istifadə olunur: ► QKS-lərlə monoterapiya ► QKS-in azatioprinlə kombinasiyası ► QKS-in siklofosfamidlə kombinasiyası

Monoterapiyanın üstünlüyünə əsaslı dəlil olmamasına baxmayaraq axırıncı 3 rejim tövsiyə edilir. 1 -ci rejim:

Monoterapiyanın üstünlüyünə əsaslı dəlil olmamasına baxmayaraq axırıncı 3 rejim tövsiyə edilir. 1 -ci rejim: QKS - prednizolon yaxud başqa preparatlar: ■ Arıqlarda - 0, 5 mq/kq/sut. - 4 həftə ■ Normal çəkidə - 0, 25 mq/kq/sut. - 8 həftə ■ Dozam 0, 125 mq/kq qədər azaltmaq, yaxud 0, 25 mq/kq - günaşırı

2 -ci rejim: Azatioprin əlavə olunur ■ 2 -3 mq/kq/sut. arıqlarda ■ Maksimal doza

2 -ci rejim: Azatioprin əlavə olunur ■ 2 -3 mq/kq/sut. arıqlarda ■ Maksimal doza 150 mq/sut ■ Başlanğıc doza -25 -50 mq/sut, hər 1 -2 həftə, maksimal doza əldə olunana qədər, doza 25 mq. artırılır. 3 -cü rejim: Siklofosfamid əlavə olunur ■ 2 mq/kq/sut - arıqlarda ■ Maksimal doza -150 mq/sut ■ Başlanğıc doza - 25 -50 mq/sut, hər 1 -2 həftə, maksimal doza əldə olunana qədər, doza 25 mq. artırılır.

Müalicə ən azı 6 ay davam edir. Müalicənin effekti klinik simptomlarla, rentgenoloji və funk-sional

Müalicə ən azı 6 ay davam edir. Müalicənin effekti klinik simptomlarla, rentgenoloji və funk-sional göstəricilərlə təyin edilir. QKS-lərlə terapiyanın effekti 15 -20% xəstələr-də müşahidə edilir və xəstəliyinin proqnozu, effekt olmayan hallarla müqayisədə, daha qənaətbəxş olur. QKS-lə müalicənin effekti 50 yaşdan az olan-larda, qadınlarda, YİKT-ni əsasında buzlu şüşə» tipli dəyişikliklər və BAL mayesində limfositlər >25% olduqda gözlənilir.

Prednizolonun başlanğıc sutkalıq dozası - 1, 0 mq/kq (maks. sutkalıq doza 80 mq. qədər.

Prednizolonun başlanğıc sutkalıq dozası - 1, 0 mq/kq (maks. sutkalıq doza 80 mq. qədər. ), bir dəfəyə, səhər yeməyindən sonra. 4 həftədən sonra aşağıdakı meyarların əsasında müalicənin effektivliyi qiymətləndirilir. Əgər xəstənin vəziyyəti yaxşılaşır yaxud stabilləşirsə sonrakı 3 ay müddətində preparatın dozası 0, 5 mq/kq. sut. qədər azaldılır. Sonrakı 6 ay müddətində eyni vəziyyət saxlanılarsa doza 0, 25 mq. qədər azaldılır. Prednizolonun effekti olmadıqda + azatioprin.

Azatioprinin əsas təsir mexanizmi - DNT sintezinin blokadasıdır. Preparat həmçinin limfopeniya yaradır, T- və

Azatioprinin əsas təsir mexanizmi - DNT sintezinin blokadasıdır. Preparat həmçinin limfopeniya yaradır, T- və B-limfostlərin miqdarını, əks-cisimlərin sintezini və təbii T-killerlərin sayını azaldır. Siklofosfamidlə müqayisədə nisbətən az immunosupressor təsirə malik olmağına baxmayaraq, iltihaba qarşı effektə malikdir: prostaqlandinlərin sintezinin blokadası, neytrofillərin iltihabı ocağa daxil olmasının azaldılması. Preparatın, leykositlərin ümumi miqdarmı 3 -4 xl 09/l qədər azaltdığı dozası optimal doza hesab edilir, yaxud limfositlərin sayının 2 dəfə azaldılması.

Siklofosfamidin təsir mexanizmi - leykositlərin, ələxsus limfositlərin sayının azaldılması yolu ilə baş verir. Sitostatiklərin

Siklofosfamidin təsir mexanizmi - leykositlərin, ələxsus limfositlərin sayının azaldılması yolu ilə baş verir. Sitostatiklərin əsas yan təsirləri - pansitopeniyadır. Leykositlərin sayı 3, 0 xl 09/l-dən, trombositlərin isə - 100 xl 09 -dən aşağı olduqda preparatların dozası azaldılmalıdır. Leykopeniyadan əlavə müalicə fonunda aşağıdakı təsirlə də yarana bilər: - Hemorragik sistit - sidik kisəsinin şişləri - stomatit - diareya - infeksiyaya qarşı həssaslığın artması

Fəsadların vaxtında qarşısının alınması üçün göstəricilər nəzarət altında saxlanmalıdır: ► qanın ümumi analizinin 1

Fəsadların vaxtında qarşısının alınması üçün göstəricilər nəzarət altında saxlanmalıdır: ► qanın ümumi analizinin 1 ay ərzində hər gün, sonralar isə hər 2 -4 həftədən bir aparılması; ► siklofosfamidlə müalicədə sidiyin hematuriyaya görə analizi

2. Fibroz əleyhinə müalicə Terapiyanın əsas məqsədi ağciyərlərdə kollagenin həddindən çox toplanmasının qarşısının alınması

2. Fibroz əleyhinə müalicə Terapiyanın əsas məqsədi ağciyərlərdə kollagenin həddindən çox toplanmasının qarşısının alınması yaxud parçalanmasının gücləndirilməsidir. Antifibroz preparatlara D-penisillamin, kolxisin, intrferon-y- β p, pirfenidon aiddir. İlk antifibroz preparat: D-penisillamin. Kollagenin köndələn əlaqələ -rinin yaranmasını blokada edir və bununla da fibrozlaşmanın inkişafının qarşısını alır.

Bu preparat sistemli xəstəliklər fonunda yaranan intnstisial pnevmoniyaların müalicəsində daha effektivdir. Hal-hazırda IACF -nun

Bu preparat sistemli xəstəliklər fonunda yaranan intnstisial pnevmoniyaların müalicəsində daha effektivdir. Hal-hazırda IACF -nun müalicə-sində istifadə olunmur və başqa hallarda, ciddi fəsadlara görə (nefrotik sindrom) istifadə olunmur. Kolxisin. Təsir mexanizmi: makrofaqlar tərəfindən prokollagenin, insulinəbənzər inkişaf faktorunun sintezini azaldır, prokollagenin kollagenə keçməsini və fibroblastların miqrasiya və prohferasiyasını ləngidir. 0, 6 -1, 2 mq/sut. + alçaq dozada prednizolon (10 mq/sut)

Yan təsirlər: diareya, miopatiya, qlyukokortikoidlərlə müalicəyə nisbətən az təsadüf edilir. İnterferon -y-ip birləşdirici toxuma

Yan təsirlər: diareya, miopatiya, qlyukokortikoidlərlə müalicəyə nisbətən az təsadüf edilir. İnterferon -y-ip birləşdirici toxuma matriksi proteininin sintezini və fibroblastların proliferasiyasını ləngidir. 1 il müddətində 200 mkq-lıq doza ilə d/altı həftədə 3 dəfə + 7, 5 mq/sut. prednizolon ağciyərlərin ümumi tutumu və Pa. C>2 göstəricilərini sakitlikdə və fiziki gərginlik zamanı əhəmiyyətli dərəcədə artırır. Yan təsirləri: - titrətmə - hərarət - mialgiyalar Pirfenidon - perspektiv antifibroz preparatdır. Profibrotik sitokinlərin mitogen təsirlərini blokada edir, ekstrasellyulyar matriksin sintezini azaldır və TGF- β effektini ləngidir. Трансформирующий фактор роста (TGF β) - transformasiya edici inkişaf faktoru.

3. Antioksidant müalicə Ağciyərlərin zədələnmə və iltihabı proseslərində oksidant/antioksidant sistemindəki balans pozulmasının rolu qeyd

3. Antioksidant müalicə Ağciyərlərin zədələnmə və iltihabı proseslərində oksidant/antioksidant sistemindəki balans pozulmasının rolu qeyd olunur. Bu baxımdan xəstəliyin müalicəsində antioksidantların istifadəsi vacib bir terapevtik istiqamət hesab edilir. Tədqiqatlar göstərib ki, əsas yeri alveolalar səviyyəsində əsas təbii ekstrasellyular antioksidant olan qlyutationun defisiti tutur. Axırıncı isə Nasetilsisteindən (NAS) əmələ gəlir. Həmin tədqiqatların nəticəsinə əsasən artıq immunosupresir terapiyanın almış xəstələrdə 12 həftə ərzində 1. 8 q/sut, dozada NASla terapiyanın aparılması ağciyərlərin funksional göstəricilərini etibarlı yaxşı-laşdırmış, BAL-da qlyutationun səviyyəsini artırmışdır.

 İACF müalicəsində istifadə edilən yeni preparatlar 1. Bosentan - A və B endotelin

İACF müalicəsində istifadə edilən yeni preparatlar 1. Bosentan - A və B endotelin reseptorlarının antoqonisti. Endotel və sayahüceyrələrlə sekresiya olunan endotelin-1 fibroblastlara qarşı vazoaktiv, mitogen və immunomodulyasiyaedici təsirə malikdir, TGF- β emalını artırır. 1 -ci preparat: Kaptopril lozartan AÇF inqibisiya edir, 2 -ci isə angiotenzin reseptorlarının antoqonisti hesab edilir. Angiotenzin II - fibroblastlara qarşı mitogen effektə malik olan vazoaktiv peptiddir. Hər 2 preparatlar fibroblastların proliferasiyasının ingibisiya edir və bununla da ağciyərlərin fidrozlaşmasını azaldır.

3. Siklosporin - vaxtı uzadılmış allergik reaksiyaları və Thüceyrə-asılı antigenlərə qarşı əks-cisimlərin ifrazını dəf

3. Siklosporin - vaxtı uzadılmış allergik reaksiyaları və Thüceyrə-asılı antigenlərə qarşı əks-cisimlərin ifrazını dəf edir. 4. Etanersept - TNF-α antoqonistidir. TNF-a kollagenin sintezinə və fıbrofbastlara qarşı mitogen effektə malik olan sitokindir. 5. İtmatinib - bir neçə protein-tirozin kinazaların inhibitorudur, hansılar ki, şiş hüceyrələrinin, mezenximal hüceyrələrin, o cümlədən fibroblastların proliferasiya-sında iştirak edir. 6. Lovastatin - fibroblastların apoptozunu induksiya etmə yolu ilə qranulyasiya toxumanın formalaşmasın blokada edir.

Ağciyərlərin transplantasiyası Əməliyyatdan sonrakı 3 il ərzində xəstələrin sağ qalması 60 % təşkil edir.

Ağciyərlərin transplantasiyası Əməliyyatdan sonrakı 3 il ərzində xəstələrin sağ qalması 60 % təşkil edir. Ağciyərlərin transplantasiyasına göstərişlər: 1. Dispnoe III-IV sinif (NYHA) 2. Fiziki gərginlik zamanı aranan hipoksemiya 3. ACHT yaxud ACGHT 60 -70% qədər azalması 4. DLco<50% azalması

Fəsadların terapiyası Dərman terapiyasına əlavə olaraq: l. Uzunmüddətli Ch-terapiya Göstərişlər: Pa. O 2 <55

Fəsadların terapiyası Dərman terapiyasına əlavə olaraq: l. Uzunmüddətli Ch-terapiya Göstərişlər: Pa. O 2 <55 mm. cv. st. (sakitlikdə), yaxud, Pa. O 2 - 55 -60 m. cv. st (sakitlikdə, ağciyər hipertenziyası əlamətləri yaxud polisitemiya olduqda). Ch-terapiya dispnoyeni azaldır, fiziki gərginliyə qarşı tolerantlığı artırır. 2. Periferik vazodilyatatorlar (ağciyər hipertenziyası yarandıqda) 3. Antibakterial və antifunqal terapiya (infeksiya qoşulduqda) 4. İACF ilə olan bütün xəstələrə müntəzəm olaraq antiqrippoz və antipnevmokkok vaksinasiyaların aparılması tövsiyə edilir.

Proqnoz və ölüm səbəbləri Xəstələrin həyat müddəti 5 ilə qədərdir, orta hesabla - 2,

Proqnoz və ölüm səbəbləri Xəstələrin həyat müddəti 5 ilə qədərdir, orta hesabla - 2, 9 il. Tez-tez təsadüf edilən ölüm səbəbi - tənəffüs çatışmamazlığıdır -39%(TÇ). Ölümün başqa səbəbləri - ağciyər xərçəngi (10%), ACATE(3%), ağciyər infeksiyaları (3%), ürək-damar xəstəlikləri (27%), başqa səbəblər (18%).

İACF-nun kəskinləşməsi Xəstəliyin kəskinləşməsini təyin etmək üçün aşağıdakı meyarlar təklif edilir: 1 aydan az

İACF-nun kəskinləşməsi Xəstəliyin kəskinləşməsini təyin etmək üçün aşağıdakı meyarlar təklif edilir: 1 aydan az müddət ərzində təngnəfəsliyin artması Rentgenoqrammada yeni diffuz dəyişikliklərin yaranması Pa. O 2 -nin 10 mm. və daha çox azalması Kəskinləşmənin infeksion faktorlarla və ürək çatışmazlığı ilə əlaqəsinin olmaması. Kəskinləşmənin səbəblər adətən naməlum qalır.

Kəskinləşmənin diaqnostikasında YİKT üsulu böyük əhəmiyyət daşıyır. Əsas əlamətlər - «yeni» , xəstəlik üçün

Kəskinləşmənin diaqnostikasında YİKT üsulu böyük əhəmiyyət daşıyır. Əsas əlamətlər - «yeni» , xəstəlik üçün səciyyəvi olan dəyişikliklər fonunda yaranan «buzlu şüşə» tipli parenximatoz kölgələrdir. Diffuz parenxmaioz kölgəliklər zamanı ölüm 100%, multifokal kölgəliklərdə - 50%, periferik kölgəliklərdə - 17% təşkil edir. Kəskinləşmənin morfoloji substatı - adi İP ilə diffuz alveolyar zədələnmənin (DAZ) birgə təsadüfü olan hialin membranların formalaşması, II tip alveolositlərin reaktiv hiperplaziyası, alveolaların zədələnmiş eitelial hüceyrələrinin fibroblastlarla əvəz olunması və kollagenin toplanması (başqa sözlə, fibroproliferasiya). İACF-nun kəskinləşməsi zamanı proqnoz çox pisdir - orta hesabla 75% ölüm halları, axırıncının əsas səbəbi - kəskin TÇ.

Kəskinləşmənin medikmentoz terapiyası QKS və sitostatiklər təyin edilir. İlk 3 gün müddətində puls-terapiya aparılır:

Kəskinləşmənin medikmentoz terapiyası QKS və sitostatiklər təyin edilir. İlk 3 gün müddətində puls-terapiya aparılır: metilprednizolon 500 -1000 mq, sonrakı günlər doza azaldılır. Son zamanlar QKS antikoaqulyant terapiya ilə birgə aparıldıqda daha effektiv olur, ölüm faizini xeyli azaldır. Bunun səbəbi xəstəlik zamanı təsadüf olunan parenxmatoz zədələnmə mikrotrombların yaranması ilə assosiasiya olunur, və belə xəstələr venoz trombozların inkişaf etməsinə dair risk qrupuna aiddirlər. İmmunosupressiv preparatların arasında üstünlük siklosporinə verilir (ölüm faizin azaldır). Dozası: 1 -2 mq/(kq x sut).