VIII sinif Biologiya MVZU BDNMZN DRKLR Hazrlad smayll
VIII sinif Biologiya MÖVZU BƏDƏNİMİZİN DİRƏKLƏRİ Hazırladı İsmayıllı Rayonun İstisu kənd tam orta məktəbin biologiya müəllimi Pərviz Əzizov
Alt-standartlar 1. 1. 3 Canlıların quruluşunu öyrənmək üçün təcrübələr aparır və nəticələrini izah edir. 2. 1. 3 İnsan orqanizmində baş verən bioloji proseslərə dair təcrübələr və riyazi hesablamalar aparır və nəticələrini ümumiləşdirir.
TƏLİM NƏTİCƏLƏRİ q İnsan orqanizmini təşkil edən sümüklərin quruluşunu öyrənmək üçün təcrübələr aparır və nəticələrini izah edir. q İnsan orqanizmindəki sümük toxumasının tərkibinə dair riyazi hesablamalar aparır və nəticələrini ümumiləşdirir.
MOTİVASİYA ? Ikinci sütunda növbəti şəkil nə olacaq?
TƏDQİQAT SUALI Dayaq hərəkət sisteminin quruluş xüsusiyyətləri hansılardır?
Üzvi və qeyri üzvi maddələrin sümüklərə hansı xassəni verə biləcəyini araşdırın
MƏLUMAT İnsan skeletinin əsasını təşkil edən sümüklərin əsas kütləsi sümük toxumasından ibarət olub, üzəri sümüküstlüyü ilə örtülüdür. Sümük toxuması birləşdirici toxumanın bir növüdür. O, hüceyrəarası maddə və sümük hüceyrələrindən ibarətdir. Sümük hüceyrələri çıxıntılara malikdir və toxumanın 1/3 hissəsini təşkil edir. Sümüyün tərkibində həm üzvi, həm də qeyri üzvi maddələr vardır. Üzvi maddələr sümüyə elastiklik, mineral maddələr isə sərtlik verir. Uşaqların sümüyündə üzvi maddələrin miqdarı çox olur. Yaş artdıqca bu nisbət dəyişir. Əksər sümüklərin içərisində qan yaradan orqan-qırmızı sümük iliyi olur. Uzun borulu sümüklərin içərisində isə həm də sarı sümük iliyi yerləşir.
FƏALİYYƏT 2 İNSAN SÜMÜKLƏRİNİ QURULUŞUNA GÖRƏ QRUPLAŞDIRIN Sümük yastı uzun qarışıq qısa
MƏLUMAT İnsan və məməli heyvanların skeleti oxşar qaydada yerləşmiş sümüklərdən təşkil olunmuşdur. İnsan skeletində dik yerimək əmək fəaliyyəti və nitqin inkişafı ilə əlaqədar olaraq bir sıra dəyişikliyin əmələ gəldiyini bilirsiz. Yaşlı insanın onurğasında 4 əyrilik var. Döş qəfəsi yanlara doğru genişlənir. Əmək aləti olan əl quruluşuna görə fərqlidir. Baş barmaq digər barmaqlarla qarşılaşa bilir, çox hərəkətlidir. Aşağı ətrafın qurşaq və sərbəst hissəsində sümüklər iridir. Başın skeletində beyin şöbəsi üz şöbəsinə nisbətən xeyli böyümüşdür. Ayağın altı tağ şəklində olub, yerdən alınan təkanları zəiflədir. Yaşlı insanda sümüklər uzanmır. Lakin yeni sümük maddəsinin əmələ gəlməsi bütün ömrü boyu davam edir. Sümüyün uzununa böyüməsini qığırdaq toxuması, qalınlaşmasını isə sümüküstlüyü təmin edir
Məlumat mübadiləsi və müzakirəsi İnsan skeletini hansı hissələrə ayırmaq olar? Ayrı-ayrı hissələr hansı növ sümüklərdən təşkil olunmuşdur?
İnsanın skeleti Kəllənin skeleti Beyin şöbəsi Üz şöbəsi Gövdənin skeleti Onurğa sütunu Ətrafların skeleti Qabırğalar və döş sümüyü Qurşaq hissə Kürək və körpücük Bazu, said və əl pəncəsi Yuxarı ətraflar Sərbəst hissə Aşağı ətraflar Qurşaq hissə Çanaq sümükləri Sərbəst hissə Bud, baldır və ayaq pəncəsi
Yaradıcı tətbiqetmə Kütləsi 24 kq olan insan skeletində sümük hüceyrələrinin və hüceyrəarası maddənin nə qədər olduğunu tapın.
Ümumiləşdirmə və nəticə Açar sözlərdən istifadə edərək cümlələri tamamlayın İnsanın skeleti başın, gövdənin və____ skeletindən təşkil olunmuşdur. Başın skeleti beyin və ______şöbələrindən ibarətdir. Yuxarı ətrafın skeleti qurşaq və ______hissədən təşkil olunmuşdur. Aşağı ətrafın sərbəst hissəsinə bud, ______və______aiddir. Açar sözlər: baldır, ətraflar, üz , sərbəst, ayaq pəncəsi
Ev tapşırığı Nömrələrə uyğun sümüklərin adlarını müəyyən edin.
Qiymətləndirmə I II III İnsan orqanizmində olan sümüklərin quruluşunu və formalarını izah edərkən kiçik səhvlərə yol verir. İnsan orqanizmində olan sümüklərin quruluşunu və formalarını müəllimin köməyi ilə izah edir. İnsan orqanizmində olan sümüklərin quruluşunu və formalarını ətraflı izah edir. Sümük toxumasının tərkibinə aid hesablamalar apararkən qeyri-dəqiqliyə yol verir. Sümük toxumasının tərkibinə aid hesablamalar apararkən cüzi səhvlərə yol verir. Sümük toxumasının tərkibinə aid hesablamaları dəqiq aparır. Hesablamaları aparır, ümumiləşdirmə apararkən nəticələri müəllimin qeyri-dəqiqliyə yol verir. suallarına əsasən ümumiləşdirir. Hesablamaları aparır və nəticələri sərbəst ümumiləşdirir.
- Slides: 16