UNCLASSIFIED Bruselyoz Epidemiologiya Kliniki lamtlri Diaqnoz v Malic
UNCLASSIFIED Bruselyoz: Epidemiologiya, Kliniki Əlamətləri, Diaqnoz və Müalicə CH-L 19 Bax: 00 1 OCT 14 UNCLASSIFIED
UNCLASSIFIED Bruselyoz: Məqsədlər • Bruselyozun epidemiologiyasını təsvir edin • Bruselyozun səciyyəvi kliniki əlamətlərini qeyd edin • Bruselyoz halında müalicə, profilaktika və nəzarət yollarını şərh edin UNCLASSIFIED 2
UNCLASSIFIED Bruselyoz: Giriş • Bütün dünyada yayılmış zoonoz infeksiya • Bir çox kliniki təzahürlər • İnsanlarda xroniki infeksiya o Adətən tanımaq və diaqnoz qoymaq çətin olur • Ev heyvanlarında iqtisadi baxımdan vacib olan xəstəlik o Malqarada infeksiyaya görə balasalma o Bəzi vəhşi heyvanları da yoluxdurur UNCLASSIFIED 3
UNCLASSIFIED Giriş: Tarix • Hippokrat (e. ə. 460– 357) xəstəliyi təsvir etmişdir • Maltada Britaniya hərbçisi o Autopsiya vasitəsilə F. Marston qızdırmalı xəstəliklər arasında bruselyozu səciyyələndirmişdi – 1861 -ci il o D. Brus xəstədə B. melitensis aşkar etmişdir – 1886 -cı il • Banq heyvanlarda B. abortus kəşf etmişdir – Danimarka, 1895 -ci il Ser Devid Brus UNCLASSIFIED 4
UNCLASSIFIED Giriş: Bakteriologiya • Kiçik ölçüdə, hərəkətsiz, spor əmələ gətirməyən, Qram-mənfi aerob kokkobasildir • Kulturada zəif inkişaf edir • Hüceyrədaxili patogendir • Əsas antigeni lipopolisaxariddir o Hamar forma = nisbətən çox patogendir o Nahamar forma = nisbətən az potegendir UNCLASSIFIED B. abortus 5
UNCLASSIFIED Epidemiologiya İnsanlarda rast gələn əsas patogenlər (əsas daşıyıcı heyvanlar ) B. canis, B. ovis nadir hallarda insanların yoluxmasına səbəb olur B. abortus B. melitensis - ən geniş yayılmış - insanlarda ən ağır xəstəlik törədən B. suis Biovarlarla fərqlənir nadir hallarda UNCLASSIFIED 6
UNCLASSIFIED Epidemiologiya: Yayılma Sporadic or endemic B. abortus və B. Melitensis-in olmadığı ərazilər Sporadik və ya endemik İnfeksiyanın ən çox yayıldığı ərazilər: Aralıq dənizinin hövzəsi, Ərəbistan yarımadası, Mərkəzi və Cənubi Amerika UNCLASSIFIED 7
UNCLASSIFIED Epidemiologiya: Ötürülmə • İnsanlar, demək olar ki, bütün hallarda heyvanlardan yoluxur o İnsandan insana ötürülmə nadir hallarda baş verir • Alimentar yolla yoluxma (qida vasitəsilə) o Xüsusilə süd, pendir və digər süd məhsulları • Birbaşa ötürülmə • Heyvan və ya ifrazatlarla təmas o Dəridə kəsiklər/zədə • Aerogen yolla ötürülmə o Tənəffüs yolu və ya konyuktivanın selikli qişası UNCLASSIFIED 8
UNCLASSIFIED Təbii ötürülmənin epidemiologiyası B, C Daşıyıcı heyvan B, C İkincili bruselyoz halları (nadirdir) Brucella A Heyvandarlıq məhsulları Buselyozun ötürülmə yolları A = Alimentar B = Birbaşa təmas C = Hava-damcı yolu UNCLASSIFIED 9
UNCLASSIFIED Epidemiologiya: Ötürülmə • Heyvanlarda doğuş və balasalma zamanı infeksiyaya yoluxmaq mümkündür o Konsentrasiya 1010 bakteriya/ml qədər ola bilər • Brucella çift qalıqlarında 20 həftəyə qədər yaşaya bilir • Yoluxdurucu doza (hava-damcı yolu ilə): 102 -103 bakteriya UNCLASSIFIED 10
UNCLASSIFIED Epidemiologiya: risk qrupları qəssablar baytarlar çobanlar fermerlər sağıcılar UNCLASSIFIED 11
UNCLASSIFIED Patogenez • Sistem təsirli infeksiya– əksər orqanlara təsir göstərə bilər • Hüceyrədaxili patogen • Brucella-nın lokallaşdığı yerlərə aşağıdakılar daxildir o Limfa düyünləri o Dalaq o Qara ciyər o Sümük iliyi • Təhlükəlilik baxımından ardıcıllıq: B. melitensis > B. suis > B. abortus > B. canis, və digərlər UNCLASSIFIED 12
UNCLASSIFIED Kliniki əlamətlər • Simptomlar adətən ümumi və qeyri-spesifikdir • Bir çox hallarda etiologiyası naməlum və uzun müddət davam edən hərarətlə müşayiət olunur UNCLASSIFIED 13
UNCLASSIFIED Bruselyozun Kliniki Təzahürləri Exposure Qeyri-spesifik qızdırmalı xəstəlik Əsas simptomlar İnkubasiya dövrü 2 -4 həftə (gizli) § Gecə tərləmələri § Hərarət § Halsızlıq/yuxululuq § Əzələ ağrıları - əsasən bel nahiyəsində § Baş ağrısı, üşütmə, anoreksiya § Xəstəlik tam inkişaf etdikdə (>2 ay) çox vaxt dalğavari hərarət müşahidə olunur §Mədə-bağırsaq simptomları UNCLASSIFIED 14
UNCLASSIFIED Kliniki Təzahürlər Dalğavari hərarət UNCLASSIFIED 15
UNCLASSIFIED Kliniki Təzahürlər • Adətən, somatik şikayətlər nisbət baxımından fiziki müayinə nəticələrinə uyğun olmur o Limfadenopatiya (ələlxüsus uşaqlarda) (10 -20%) o Hepatomeqaliya və ya splenomeqaliya (20 -30%) o Səpki (5%) § Düyünlü-suluqlu səpki (papulyoz), düyünlü eritema, petexiyalar • Xəstələrin 30%-də lokallaşmış infeksiya əlamətləri müşahidə olunur UNCLASSIFIED 16
UNCLASSIFIED Bruselyoz hallarında rast gələn əlamətlər və simptomlar Hərarət 90 -95% Halsızlıq 80 -95% Əzələ ağrıları 40 -70% Tərləmə 40 -90% Oynaqlarda ağrılar 20 -40% Splenomeqaliya 10 -30% Hepatomeqaliya 10 -70% Walter Reed Kimyəvi və Biloji Ordunun Tibbi aspektləri UNCLASSIFIED 17
UNCLASSIFIED Kliniki Təzahürlər: səciyyəvi əlamətlər • Pis qoxulu tər ( «kif iyi» ) • Ağızda qəribə dad hissiyyatı • Psixo-nevroloji simptomlar o Depressiya o Diqqəti cəmləməkdə çətinlik o Yuxunun pozulması • Epididimo-orxit • Sakroileit Leendertz F. H. et. al. 2006 PLOS Pathogens 2 UNCLASSIFIED 18
UNCLASSIFIED Kliniki Əlamətlər: Fəsadlar • Sümük-oynaq (10 -80%) • Sakroileit – birtərəfli, qeyri-destruktiv • Spondilit o Paravertebral abses • Üzərinə böyük düşən oynaqların artriti UNCLASSIFIED 19
UNCLASSIFIED Kliniki Əlamətlər: Fəsadlar • Epididimo-orxitlər o Kişilərdə 5 -20% hallarda rast gəlir o Nadir hallarda prostatit, pielonefrit, sistit • Hepatobiliar sistem (adi haldır) o Qranulematoz hepatit • Sinir sistemi o Ensefalit və meningit (nadir hallarda) • Endokardit (2 -3%) o Ölüm hallarının əsas səbəbidir • Hamiləlik zamanı dölün salınması təhlükəsi UNCLASSIFIED 20
UNCLASSIFIED Diferensial Diaqnoz • Simptomlar qeyri-spesifik olduğuna görə diaqnoz qoymaq çətindir • Aşağıdakı xəstəliklərə oxşardır: o Vərəm o Tif o Malyariya UNCLASSIFIED 21
UNCLASSIFIED Səciyyələndirici əlamətlər • Uzun müddət davam edən qızdırma • Fiziki müayinə nəticələri narahatedici olmasa da, halsızlıq, əzələ ağrıları, iştahsızlıq, və tərləmə kimi simptomlar güclü olur • Birtərəfli sakroileit • Epididimo-orxit • Spondilit • Nevroloji və psixiatrik əlamətlər UNCLASSIFIED 22
UNCLASSIFIED Diaqnoz • Kultura – uzun müddətli inkubasiya tələb edə bilər o Daha yaxşı nəticələr qan və sümük iliyinin əkilməsi nəticəsində əldə olunur o Bəzən ocaqlı infeksiya zamanı əkilmə üçün toxumalar, likvor, oynaq eksudatı və sidikdən də istifadə olunur ***LABORATOR TƏHLÜKƏ*** • Serologiya – adətən istifadə olunan diaqnostika üsulu o Zərdabın aqlütinasiya reaksiyası – standart § 4 -qat artım və ya yegnə titr ≥ 1 : 160 § Ig. M və Ig. G o ELISA • Polimeraz zəncirvari reaksiya, PZR UNCLASSIFIED 23
UNCLASSIFIED Laboratoriya nümunələrinin növləri • Bruselyozun diaqnozunu müəyyənləşdirmək məqsədilə kultura testi üçün qan və sümük iliyindən nümunə, seroloji test üçün isə zərdab nümunəsi daha münasibdir. • Brusellae-nı həmçinin dalaqdan, qara ciyərdən və ya absesdən götürülmüş nümunələrdə də aşkarlamaq olar. UNCLASSIFIED 24
UNCLASSIFIED Laborator nümunələrin nəqli • Zərdab nümunələri həmin gün istifadə olunmursa, dondurulmuş vəziyyətdə saxlanılmalı və daşınmalıdır. • Dondurmaq mümkün olmazsa, zərdab nümunəsinin üzərinə (hər ml üçün) 10 µl həcmində 1%-li mertioleyt məhlulu tökdükdən sonra saxlamaq və dondurulmuş vəziyyətdə daşımaq lazımdır. UNCLASSIFIED 25
UNCLASSIFIED Əsas Kliniki Suallar • Xəstədə (başqa izahatı olmayan) nəzərəçarpan dərəcədə yorğunluq, mialgiya, tərləmə, anoreksiya ilə müşayiət olunan orta kəskin və ya xroniki febril xəstəlik müşahidə olunurmu? • Xəstədə depressiya, narahatlıq, yuxunun pozulması və ya diqqəti cəmləməkdə çətinlik kimi psixonevroloji əlamətlər müşahidə olunurmu? • Xəstədə hepatosplenomeqaliya, epididimoorxit, spondilit, sakroileit və ya digər artritlər müşahidə olunurmu? UNCLASSIFIED 26
UNCLASSIFIED Müalicə • Ümumi qaydalar: o Bruselyozun residivi adətən Brucella-nın müalicəyə rezistentliyinin yaranması ilə deyil, müalicənin erkən dayandırılması ilə bağlıdır o Bruselyoz zamanı residiv hallarını azaltmaq məqsədilə mütəxəssislər kombinə olunmuş terapiyanı tövsiyə edirlər o Həkimlər bruselyozun müalicəsində aşağıdakılara diqqət yetirməlidirlər: müalicənin müddəti, maddi cəhətdən əlverişli olması, müalicə rejiminin münasibliyi, dərman preparatının farmakokinetikası və yerli virulentlik faktorları o Ümumilikdə, müalicədə makrofaqlara nüfuz edə biləcək antibiotiklərdən istifadə olunmalıdır UNCLASSIFIED 27
UNCLASSIFIED Müalicə • Fəsadsız bruselyoz o Doksisiklin + Rifampin (6 həftə) o Doksisiklin (6 həftə) + Streptomisin (ilk 2 -3 həftə ərzində) o Fluoroxinolon + Rifampin (6 həftə) * Müalicə ilə bağlı göstərilmiş təlimatlar ABŞ-da istifadə üçün təklif edilmişdir. Dərman preparatlarının, tibb mütəxəssislərinin, tibbi xidmətlərin və digər amillərin mövcudluğu bu təlimatların dəyişdirilərək Mərkəzi Asiyanın hər hansı bir ölkəsinə uyğunlaşdırılmasına ehtiyac yaradır. UNCLASSIFIED 28
UNCLASSIFIED Müalicə • Fəsadlaşmış bruselyoz o Endokardit, meningit, septik osteoartrit, abses o Doksisiklin (və ya TMP-Sx) + digər 2 aktiv preparat (rifampin, fluoroxinolon, streptomisin, 3 -cü nəsil sefalosporinlər) o Müalicə kursu sona qədər davam etdirilməlidir (ən azı 12 həftə) • Müalicə sona qədər və ya tam şəkildə aparılmazsa, xəstəliyin təkrarlanma ehtimalı yüksəkdir * Müalicə ilə bağlı göstərilmiş təlimatlar ABŞ-da istifadə üçün təklif edilmişdir. Dərman preparatlarının, tibb mütəxəssislərinin, tibbi xidmətlərin və digər amillərin mövcudluğu bu təlimatların dəyişdirilərək Mərkəzi Asiyanın hər hansı bir ölkəsinə uyğunlaşdırılmasına ehtiyac yaradır. UNCLASSIFIED 29
UNCLASSIFIED Profilaktika və Nəzarət • Heyvanlarda xəstəliyə nəzarət o B. abortus (çox effektiv) və B. melitensis (az effektiv) üçün canlı peyvəndlər • Yoluxmanın qarşısının alınması o Südü qaynatmaq və pasterizə etmək o Pendiri və digər süd məhsullarını pasterizə etmək UNCLASSIFIED 30
UNCLASSIFIED Bruselyoz: xəstəlik hadisəsinin təyini Bruselyoz – bütün kliniki formaları: Şübhəli hal: Fasiləli, dalğavari və 5 gündən artıq davam edən hərarət, habelə aşağıdakı əlamətlərdən ən azı 5 -nin olması: § § § Tərləmə Üşütmə Yorğunluq və/yaxud nasazlıq və/yaxud iştahsızlıq Hepatomeqaliya və/yaxud splenomeqaliya Oynaqlarda ağrılar və/yaxud əzələ ağrıları Polilimfadenopatiya Artrit və/yaxud sakroileit və/yaxud spondiloartrit Miozit və/yaxud nevrit Psixo-nevrotik simptomlar Epididimo-orxit Qara ciyərin funksional analizlərində dəyişikliklərin aşkar olunması UNCLASSIFIED 31
UNCLASSIFIED Bruselyoz: xəstəlik hadisəsinin təyini Bruselyozun bütün kliniki formaları: Ehtimal olunan hal: Şübhəli halın təyininə uyğun gəlir VƏ aşağıdakı əlamətlərdən ən azı biri mövcuddur: § § § Heyvanların doğuşu zamanı onlara yardımın göstərilməsi Xəstə heyvanlarla təmas Pasterizə olunmamış süd və ya süd məhsulları ilə qidalanma Yaxşı bişməmiş ətlə qidalanma Bruselyoz alovlanması və ya insanlarda təsdiq olunmuş bruselyoz hadisəsi ilə epidemioloji əlaqə § Bruselyoz törədicisi ilə yoluxmaya şübhəli olan materiallarla təmasda olan laboratoriya işçiləri UNCLASSIFIED 32
UNCLASSIFIED Bruselyoz: xəstəlik hadisəsinin təyini Bruselyoz: bütün kliniki formalar: Təsdiq olunmuş hal: § Laborator testlərin müsbət nəticələri (seroloji, bakterioloji, PZR) UNCLASSIFIED 33
UNCLASSIFIED Əgər Bruselyozdan şübhələnirsinizsə… 1. Ərazi/rayonda Təhlükəli Törədicilərin Aşkarlanması və Cavab Tədbirləri (TTACT) proqramı üzrə cavabdeh olan epidemioloqa dərhal məlumat verin 2. Epidemioloq sizinlə birlikgə xəstəlik halı ilə bağlı hesabat forması dolduracaq, laborator nümunələr götürəcək və onların qablaşdırılması və daşınmasını təşkil edəcək. 3. Nümunələr təsdiqləyici testlər üçün referens laboratoriyasına göndəriləcək. 4. Hətta xəstəlik halı TTACT proqramı üzrə kliniki təyinə tam uyğun olmadıqda belə, bruselyozdan şübhələndiyiniz hər bir hal haqqında məlumat verin. Keçirdiyiniz kliniki qiymətləndirməyə inanın! UNCLASSIFIED 34
UNCLASSIFIED Brucella: Nümunə Toplanması və diaqnoz Klinisistlər üçün Təkmilləşdirilmiş Təlim CH-L 20 Bax: 00 1 OCT 14 UNCLASSIFIED
UNCLASSIFIED Məqsədlər • Bruselyozun diaqnozu üçün müvafiq olan nümunələri və nümunələrin toplanılma metodlarını baş düşmək • Bruselyozun laborator analizi ilə tanış olmaq UNCLASSIFIED 36
UNCLASSIFIED Laboratoriya nümunəsinin növü • Ən münasib nümunələr o Qan: xüsusilə hərarətin müşahidə olunduğu dövrdə götürüldükdə § Kultura üçün nümunənin antibiotik müalicəsi başlamamışdan əvvəl götürülməsi daha yaxşı olardı § Seroloji sınaq üçün ikili nümunələrə (kəskin və sağalma dövrlərində) daha çox üstünlük verilir o Sümük iliyi o Brucella növlərini dalaq, qaraciyər və absesdə də aşkarlamaq olar. UNCLASSIFIED 37
UNCLASSIFIED Laboratoriya nümunəsinin növü • Zərdabdan götürülmüş nümunələr buzlu mühitdə daşınmalı və laboratoriyaya çatdırıldıqdan sonra tez bir zamanda müayinə üçün istifadə olunmalıdır • Testin aparılması ləngiyərsə zərdab nümunələri dondurulmuş vəziyyətdə daşınmalı və saxlanılmalıdır • Dondurmaq mümkün olmazsa, hər ml zərdab nümunəsinin üzərinə 10 ml həcmində 1%-li mertiolat məhlulu tökməklə saxlamaq və soyuducuda daşımaq lazımdır UNCLASSIFIED 38
UNCLASSIFIED Brucella: diaqnostik üsullar • Diaqnoz üçün üç əsas metoddan istifadə edilir: o Kultura § Mənfi cəhəti: antibiotik müalicəsi başlandıqdan sonra aparılan kulturanın nəticələri adətən neqativ olur o Serologiya § Mənfi cəhət: müsbət nəticə yanlış müsbətlər və ya əvvəllər keçirilmiş xəstəliyin əlaməti ola bilər o PZR § Mənfi cəhət: müayinənin həssaslığı və spesifikliyi daha çox araşdırılmalıdır UNCLASSIFIED 39
UNCLASSIFIED Diaqnoz: Kultura • Kulturanın inkubasiyası o 14 günə qədər davam edə bilər o Adətən yetişmə 7 gündən sonra müşahidə olunur • Kulturanın üstünlüyü törədicini aşkarlamaq o Spesifik növün təyin edilməsini təmin edir o Antibiotikə həssaslıq sınağını keçirməyi təmin edir o Müəyyən regionlarda infeksiya törədən Brucella növlərini xarakterizə etməyi təmin edir UNCLASSIFIED 40
UNCLASSIFIED Diaqnoz: Kultura • Kultura üçün aşağıdakı nümunələr tələb olunur o Daha münasib nümunələr qan və sümük iliyi hesab olunur o Ocaqlı infeksiya zamanı bəzən toxuma, onurğa beyni mayesi, oynaq aspiratı və sidikdən nümunələr götürülür • Laboratoriya təhlükəsi o Ehtiyat tədbirlərinin icra olunması üçün laboratoriya personalı nümunədə bruselyozun olması ehtimalı haqqında xəbərdar olunmalıdır UNCLASSIFIED 41
UNCLASSIFIED Diaqnoz: Serologiya • Bruselyozun diaqnostikasında əsas üsul seroloji müayinə hesab olunur. o Hətta kulturanın nəticəsi mənfi olduğu hallarda seroloji müayinənin nəticəsi müsbət ola bilər o İlk növbədə antibiotik müalicəsinin tətbiqi müayinəyə əhəmiyyətli dərəcədə təsir göstərmir o Əvvəllər keçirilmiş xəstəlik və ya çarpaz reaktivlik yanlış müsbət nəticələr verə bilər o İkili nümunələr titrin dörd dəfə artmasını müşahidə etməyə şərait yaradır UNCLASSIFIED 42
UNCLASSIFIED Diaqnoz: Serologiya • Digər seroloji müayinələr o Aqqlütinasiya reaksiyaları § Nümunələr: Roz-Benqal § Adətən ilkin skrininq zamanı istifadə olunur § 4 dəfə artmış və tək titr ≥ 1: 160 § Ig. M və Ig. G o Komplementin birləşməsi reaksiyası § Təsdiqedici sınaqlar üçün istifadə olunur UNCLASSIFIED 43
UNCLASSIFIED Diaqnoz: Serologiya • Digər seroloji müayinələr o Anti-insan qlobulin (Kumbs reaksiyası) § ≥ 1: 320 olan nümunə pozitiv sayılır. o İmmunoflüoressensiya o Hərəkətsizləşdirilmiş fermentli immunosorbent sınaq (ELİZA) § Yanlış müsbət nəticələrin sayı nisbətən az ola bilər UNCLASSIFIED 44
UNCLASSIFIED Diaqnoz: Serologiya • Çarpaz reaktivlik o Hamar lipopolisaxaridin (S-LPS) O-polisaxarid hissəsi (O-PS) həm aqlütinasiya, həm də komplementin birləşməsi reaksiyası üçün antigen determinantıdır. o Bu antigenə olan reaksiyalar digər antigenlərə də təsir göstərir. UNCLASSIFIED 45
UNCLASSIFIED Diaqnoz: PZR • Nümunənin hazırlanması və DNT-nin ekstraksiyası o Ekstraksiya bütün növ nümunələrdə icra oluna bilər (qan, plevral və assit mayesi, sümük iliyi aspiratı, abses aspiratı və s. ) o Bu sınaq üçün adətən qandan istifadə olunur § İstənilən antikoaqulyant məqbuldur • Heparin • Natrium sitrat • EDTA UNCLASSIFIED 46
UNCLASSIFIED Diaqnoz : PZR • Hemin tərkibi PZR-da ləngimələrə 1 səbəb ola bilər o Müxtəlif yuma/ekstraksiya üsulları ləngidici təsiri 2 azalda bilər o Ekstraksiya prosesi zamanı hidrogen peroksiddən də istifadə etmək olar. 3 • Təmiz qan və ya zərdab ən münasib nümunə ola bilər? o Zərdabda təmiz qana nisbətən daha az inhibitorlar var o Təmiz qanda daha çox mikroorqanizmlərin olduğu ehtimal edilir 4 1. 2. 3. 4. Reviewed by Navarro E. Expert Rev Mol Diagn. 2004; 4: 115 -123. Morata P. J Clin Microbiol. 1998; 36: 2443 -2446. Queipo-Ortuno MI. Biotechniques. 1999; 27: 248 -252. Zerva L. J Clin Microbiol. 2001; 39: 1661 -1664. UNCLASSIFIED 47
UNCLASSIFIED Diaqnoz: PZR • Dünyada bir sıra PZR aparatları hazırlanmışdır o PZR-ın həssalığı və spesifikliyi müxtəlif laboratoriyalarda müxtəlifdir o İspaniya və Səudiyə Ərəbistanında aparılan kliniki araşdırmalar insan nümunələri üzərində aparılan sınaqların nəticələrini təsvir etmişdir 1 o Aşağıdakılarla bağlı standartlar mövcud deyil : § Nümunənin hazırlanması § Hədəf genlər § Aşkarlama metodları 1. Reviewed by Navarro E. Expert Rev Mol Diagn. 2004; 4: 115 -123 UNCLASSIFIED 48
UNCLASSIFIED Diaqnoz: PZR • PZR-ın ilkin versiyası zamanı PZR məhsullarının analizi məqsədilə gel elektroforezindən istifadə olunurdu. • Hazırki PZR diaqnostika aparatlarında real-vaxt rejimli metoddan istifadə olunur. • Real-vaxt rejimli PZR bruselyozu törədən növlər arasında fərq qoymağa imkan verir. 1 1. Redkar R. Mol Cell Probes. 2001; 15: 43 -52. UNCLASSIFIED 49
UNCLASSIFIED Diaqnoz: PZR • Müqayisə: PZR, serologiya və kultura o 50 xəstə üzərində keçirilən ilkin araşdırmanın nəticələri: 1 § PZR – 50 müsbət § Kultura - 35 müsbət § Serologiya – 42 müsbət o Aparılan araşdırmalar göstərir ki, 10 xəstədə kultura PZR-ə nisbətən daha həssas olmuşdur (və müayinə olunan xəstələrdən ikisində PZR yanlış-müsbət nəticə vermişdir)2 1. Queipo-Ortuno MI. J Clin Microbiol. 1997; 35: 2927 -2930. 2. Navrro E. J clin Microbiol. 1999; 37: 1654 -1655. UNCLASSIFIED 50
UNCLASSIFIED Diaqnoz: müayinə • 180 kliniki qan nümunəsi üzərində aparılan son araşdırmalar göstərmişdir ki, PZR bruselyozun diaqnostikası üçün çox səmərəli metoddur. 1 o Bu nümunələrin bəziləri antibiotik ilə müalicəyə başlandıqdan sonra götürülmüşdür. 1. Navarro E. Clin Infect Dis. 2006; 42: 1266 -1273. UNCLASSIFIED 51
UNCLASSIFIED Diaqnoz: Bruselyozun yenidən təkrarlanması • Bruselyozlu xəstələrdə hətta 6 həftəlik antibiotik müalicəsindən sonra da yenidən təkrarlanması ehtimalı çox yüksəkdir • təkrar xəstələnmə zamanı seroloji diaqnoz xəstələrdə əkscisimlərin yüksək səviyyəsi olduğundan səmərəli deyil • Residivli xəstələrdə PZR məhdud şəkildə istifadə olunur və müəyyən qədər faydalı olduğu müəyyən olunmuşdur. 1 o Residiv halların diaqnostikası daha çox araşdırılmalıdır. 1. Morata P. J Clin Microbiol. 1999; 37: 4163 -4166. UNCLASSIFIED 52
UNCLASSIFIED Suallar? ? UNCLASSIFIED 53
- Slides: 53